1) feli bağlama tərkibində müəyyən bir fikir öz ifadəsini
tapır, bu cəhətdən feli bağlama tərkibləri budaq cümlələrlə
sinonim
təşkil edir;
2) feli bağlama tərkiblərində müəyyən hal və hərəkət
haqqında məlumat vardır;
3) tərkibdə hal və hərəkətin subyekti haqqında da
məlumat ola bilər;
4) feli bağlama tərkibində, tərkibdəki hal və hərəkətin
yeri, zamanı, səbəbi, məqsədi, tərzi, obyekti və s. haqqında
məlumat olur;
5) feli bağlama tərkibinin özü bütövlükdə başqa fellərlə
münasibətdə zaman, səbəb, məqsəd, tərzi-hərəkət, güzəşt və s.
kimi mənalar ifadə edə bilir».1
Müasir Azərbaycan dilinin feli bağlama tərkibləri üçün
göstərilən bütün bu xüsusiyyətlər eyni dərəcədə qədim türk
yazısı abidələrinin dilində işlənən feli bağlama tərkiblərinə də
aid edilə bilər.
Qədim türk yazısı abidələrinin dilində aşağıdakı feli bağla
ma düzəldən şəkilçilər işlənir: 1) -p, -ıp, -ip; 2) -pan, -pən,-ıpan,
-ipən; 3) -dukda, -dükdə, -tukda, -tükdə; 4) -ı, -i, -u, -ü; 5) -a, -ə;
6) -kunça, -kinçe; 7) -matan, -mətən (-matın, -mətin); 8) -ğalı, -
gəli; 9) -m, -in; 10) -ça, -çə.
I.
-p, -ıp, -ip
şəkilçili feli bağlamanın əmələ gətirdiyi
tərkiblər. Qədim türk yazısı abidələrinin dilində bu feli
bağlama şəkilçinin dodaqlanan saitli variantı yoxdur. Abidələrin
dilində bu şəkilçi ilə düzələn feli bağlamalar ən çox işlənən feli
bağlamalardır.
Qədim türk yazısı abidələrinin dilində -ıp şəkilçisinin
əmələ gətirdiyi hal və hərəkət mənası ya təsriflənən feldə ifadə
edilmiş hal və hərəkətdən əvvəl, ya da təsriflənən feldə ifadə
edilən hal və hərəkətlə eyni zamanda baş verən hal və hərəkəti
ifadə edir.
1.
-ip şəkilçili feli bağlama tərkibi aid olduğu əsas fellə
eyni zamanda baş verən hal və hərəkəti ifadə edir; məsələn:
Bu
yirdə olurıp tabğaç bodun birlə tüzəltim (КТ c 4-5) «Bu yerdə
1 Müasir Azərbaycan dili. Sintasis. II, Bakı, 1962, s.18-19.
106
oturub tabğaç xalqı ilə düzəlişdim».
Kəligmə bəglərin, bodunın
itip, yığıp azça bodun təzmis erti (T 43) «Gələn bəylərini,
xalqını təşkil edib, yığıb azca xalq qaçmışdı».
Türk bodun yok
bolmazun tiyin, bodun bolçun tiyin ka Qım İltəris kağanığ, ögim
İlbilgə katunığ terjri töpəsintə tutip yögərü köıürmis erinç (KT ş
11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İltəris
xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı
götürmüş».
2.
-ıp şəkilçili feli bağlama tərkibi aid olduğu əsas feldə
ifadə olunmuş hal və hərəkətdən əvvəl baş vermiş hal və
hərəkəti bildirir; məsələn:
Bilig bilməz kisi, c! sabığ alıp, yağru
barıp üküs kişi öltig (KT c 7) «Bilik bilməz adam, o sözə
aldanıb, yaxın gedib, çoxlu adam öldün».
Taşra yorıyur tiyin kü
esidip balıkdakı tağıkmıs, tağdakı inmis, tirilip yetmiş ər bolmuş
(KT ş 11-12) «Sərhəddən kənarda yürüyür deyə xəbər eşidib
şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşıb yetmiş
igid olmuş».
Mağı kurğan kışlap yazı Qa oğuzğaru sü taşıMtmız
(KT şm 8) «Mağı kurqanda qışlayıb yazında oğuzlara qarşı
qoşunla sərhədi keçdik».
Qədim türk yazısı abidələrinin dilində feli bağlama
tərkibləri bütövlükdə cümlənin bir üzvü olur və bu vəzifələrdə
işlənir:
1.
13u feli bağlama tərkibləri hərəkətin tərzini bildirir və
cümlənin tərzi-hərəkət zərfi iyi olur. Belə feli bağlama tərkiblə
rini iki qrupa ayırmaq olar:
a) Feli bağlama tərkibində ifadə edilən hal və hərəkət
onun aid olduğu əsas fellə ifadə olunan hal və hərəkətlə eyni
zamanda baş verir; məsələn:
Süçig sabın, ym şak ağın arıp ırak
hodunığ ança yağıtur ermis (KT c 5) «Şirin dili ilə, yumşaq
hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırırmış».
Ida,
tuşda kalmışı kobranıp yeti yüz bold (T 4) «Kolda, taşda qalmışı
toplanıb yeddi yüz oldu».
Korğu eki-üç kisiligin təzip bareli (BK
ş 41) «Qorxaraq iki-üç adamla qaçıb getdi».
b) Feli bağlama tərkibində ifadə edilən hal və hərəkət
tərkibin aid olduğu əsas feldə ifadə olunan hal və hərəkətdən
əvvəl baş verir; məsələn:
Bödkə özüm olurıp bunça ağır törüg
107