Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru


Xəbərlərdə inkarlıq kateqoriyasının ifadəsi



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə35/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   31   32   33   34   35   36   37   38   ...   118

Xəbərlərdə inkarlıq kateqoriyasının ifadəsi. Qədim türk 
yazısı  abidələrinin  dilində  xəbər  təsdiq  və  inkar  bildirir. 
Xəbərin təsdiqi heç bir xüsusi morfoloji, yaxud sintaktik əlamət 
qəbul  etmədən hal və hərəkətin  icrası haqqında məlumat verir, 
ya  da  müəyyən  bir  şeyin  mövcudluğunu  təsdiq  edir.  Xəbərin 
təsdiqi  sözə  sadəcə  xəbərlik  kateqoriyası  şəkilçiləri  artırmaqla 
ifadə  edilir.  Sintaktik  üsulla  ifadə  edilən  ismi  xəbərlərdə  isə 
şəkilçilər  iştirak etmədiyi  üçün  təsdiq predikatİvlik  intonasiyası 
ilə ifadə edilir.
Xəbərin inkarı iki üsulla ifadə edilir:  1)  feli xəbərlərdə fel 
köklərinə -ma,  -mə inkarlıq ədatını artırmaqla, 2) ismi xəbərlərə 
yok  predikativini  artırmaqla;  məsələn:  A nk  ok sən,  açsık,  tosık 
öməzsən (КТ c 8) «Arıq oxsan, aclıq, toxluq bilməzsən».  Məni!) 
sabımın sımadı  (КТ с  11)  «Mənim  sözümü sındırmadı».  Butıça 
isig,  küçig  bertükgərü  salanmadı  (KT  ş  10)  «Bu  qədər  işini, 
gücünü  verdiyinə  heyfsilənmədi».  Türk  bodan  atı,  küsi  yok 
bolmazun  (KT ş 25) «Türk xalqının adı, şöhrəti  məhv olmasın». 
Türk  sir  bodun  yerintə  bod  kalmadı  (T  3-4)  «Türk  sir  xalqı 
yerində  adam  qalmadı».  Bu  türk  bodunka  yaraklığ  yağığ 
kıltürmədim,  tügünlüg atığ yügütmodim (T 54) «Bu türk xalqının 
üstünə  yaraqlı  yağı  gətirmədim,  düyünlü  at  yüyürtmədim». 
Ebin,  barkın,  yılkasın  yolmadım  (MÇ  14)  «Evini,  sarayını, 
ilxısını  dağıtmadım»  və  s.  İltə  buQ  yok  (KT  c  3)  «Eldə  dərd 
yox(dur)». Nəl] bu Qığ yok (KT c 8) «Heç bir dərd yox(dur)» və s.
Cümlənin xəbəri  feli sifət və ir/er naqis felinin  birləşməsi 
ilə  ifadə  edildikdə  feli  sifətlə  naqis  fel  arasına  təsdiqdə  bar 
«var»,  inkarda yok «yox» predikativ sözləri daxil olur; məsələn: 
Tetjri bilgə kağanka isig,  küçig bersəgim bar etmiş erinç (O  10) 
«Müqəddəs müdrik xaqana  işimi,  gücümü verməyim var  imiş». 
Türk bodun  olurğalı,  türk  kağan  olurğalı  Santutj bait ka,  Taluy 
ügüzkə  təgmis yok ermis (T  18) «Türk xalqı oturalı, türk xaqanı 
oturalı  Şandun  şəhərinə,  Dəniz  çayına  çatdığı  olmamışdı  (yox 
imiş)».
138
TAMAMLIQ
Tamamlıq  cümlənin  ikinci  dərəcələri  üzvlərindən  biridir. 
Tamamlıq  cümlədə  xəbərə  aid  hal  və  hərəkətin  obyektini 
bildirir.  Cümlədə  xəbərin  feli  və  ya  ismi  olmasının  tamamlığa 
müəyyən  təsirinin  olmasına  baxmayaraq,  tamamlıq  cümlənin 
feli xəbərinə də, ismi xəbərinə də aid ola bilər.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tamamlıqlar  ismin 
adlıq  və  yiyəlik  hallarından  başqa  bütün  hallarda,  qoşmalı 
isimlərlə,  substantivləşmiş  bütün  nitq  hissələri  ilə,  ismi  söz 
birləşmələri  ilə,  feli  sifət  tərkibləri  ilə  İfadə  olunur.  Bir sözlə, 
obyekt mənası ifadə edən bütün dil vahidləri tamamlıq ola bilər.
Hərəkətin  obyektə  bilavasitə  təsir  göstərib-göstərməmə- 
sinə,  hərəkətlə  obyekt  arasındakı  əlaqənin  səciyyəsinə  görə 
abidələrin  dilində  tamamlıqlar  iki  növə  bölünür:  1)  vasitəsiz 
tamamlıq, 2) vasitəli tamamlıq.
Vasitəsiz  tamamlıq.  Qədim  türk  yazısı  abidələrinin  di­
lində  hərəkətin  bilavasitə  təsirinə  məruz  qalan  tamamlıqlara 
vasitəsiz tamamlıq deyilir. Cümlənin xəbəri təsirli  fellərlə ifadə 
edildikdə  cümlədə  vasitəsiz  tamamlığın  işlənməsi  tələb  edilir. 
Vasitəsiz  tamamlıq  ismin  təsirlik  halında  işlənir.  Təsirlik  hal 
şəkilçisi  qəbul edib-etməməsinə  görə vasitəsiz  lamamlıqlart  iki 
qrupa  ayırırlar:  1)  müəyyən  vasitəsiz  tamamlıqlar,  2)  qeyri- 
müəyyən vasitəsiz tamamlıqlar.
1.  Müəyyən  vasitəsiz  tamamlıqlar.  İsmin  təsirlik  hal 
şəkilçisi ilə formalaşan vasitəsiz tamamlıqlar müəyyən vasitəsiz 
tamamlıqlar  adlanır.  Təsirlik  hal  şəkilçisi  qəbul  etmiş  bu 
tamamlıqlar  müəyyənlik  bildirir.  Müəyyən  vasitəsiz  tamam- 
Iıqların cümlədə yeri  sərbəstdir,  lakin türk dillərindəki cümlədə 
sözlərin sırası qanununa görə onun mübtəda ilə xəbərin arasında 
işlənməsi məqbuldur;  məsələn: Edgjü bilgə kisig,  edgü alp kisig 
yorıtmaz  ermis  (KT  c  6)  «Yaxşı  müdrik  adamları,  yaxşı  igid 
adamları yürütməz  imiş».  Kağan  olurıp yok çtğay bodunığ kop 
kobartdım, çığay bodunığ bay kütvm, az bogunığ üküş ktltım (KT 
c  9-10)  «Xaqan  oturub  məhv  olmağa  başlayan  xalqı  topladım, 
yoxsul  xalqı  varlı  etdim,  az  xalqı  çox  etdim».  Sü  süləpən  tort 
bulutjdah  bodunığ  kop  almış,  kop  baz  /almış,  başlağığ
139


yüküntürmis,  tizligig  sökürmis  (KT  ş  2)  «Qoşun  çəkib  dörd 
tərəfdəki  xalqı  tamamilə  almış,  tamamilə  tabe  etmiş,  başlını 
səcdə  etdirmiş,  dizlini  çökdürmüş».  Kağanın  ölürtim,  ilin  anta 
altım (BK ş 27) «Xaqanım  öldürdüm, elini orada aldım».
2. 
Qeyri-müəyyən vasitəsiz tamamlıqlar. İsmin təsirlik hal 
şəkilçisini qəbul etməyən vasitəsiz tamamlıqlara qeyri-müəyyən 
vasitəsiz tamamlıq deyilir. Qeyri-müəyyən vasitəsiz tamamlıqlar 
yalnız  xəbəri  təsirli  fellərlə  ifadə edilmiş  cümlələrdə  işlənir  və 
müəyyənlik  bildirmədiyi  üçün  xəbərdən  aralı  düşə  bilmir, 
bilavasitə  xəbərin  yanında  durur.  Belə  tamamlıqları  xəbərdən 
uzaqlaşdırdıqda  mütləq  təsirlik  hal  şəkilçisi  qəbul  etməli  və 
müəyyən-vasitəsiz tamamlağı çevrilməlidir; məsələn: Beljgü taş 
tokıtdım  (КТ  c  12-13)  «Əbədi  daş  hördürdüm».  ...  açsık,  tosık 
öməzsən (КТ c 8)  «...  aclıq, toxluq bilməzsən». Ança tip tabğaç 
kağanka yağı bolmıs (KT ş  9)  «Belə deyib tabğaç xaqanına yağı 
olmuş».  Irak  ersər,  yabğak  ağı  birür,  yağuk  ersər,  edgü  ağı 
birür (KT c 7) «Uzaq olsan, pis hədiyyə verir, yaxm olsan, yaxşı 
hədiyyə verir».
Quruluşum  görə  vasitəsiz  tamamlıqların  iki  növünü  gös­
tərmək  olar:  1)  sadə  vasitəsiz  tamamlıqlar  və  2)  mürəkkəb 
vasitəsiz tamamlıqlar.
1.  Sadə  vasitəsiz  tamamlıqlar  nitq  hissələri  -   sadə, 
düzəltmə  və  mürəkkəb  sözlərlə  ifadə  edilir;  məsələn:  Edgü 
bilgə kisig,  edgü alp kisig yorıtmaz ermis (KT c 6) «YaxŞı müd­
rik adamları, yaxşı igid adamları yürütməzmiş».  İlgərü Kadırkan 
yışığ aşa bodunığ anta  konturtımız  (KT ş  21)  «Şərqə  Kadırkan 
meşəli dağlarmı aşaraq xalqı orada yerləşdirdik». Ança erigyirtə 
betjgü  taş  tokıtdım  (KT  c  13)  «Elə  səfalı  yerdə  əbədi  daş 
hördürdüm».
2.  Mürəkkəb  vasitəsiz  tamamlıqlar  ikinci  və  üçüncü  növ 
təyini  söz birləşmələri,  feli sifət tərkibləri və qədim türk yazısı 
abidələrinin  dili  üçün  səciyyəvi  olan  tərkib  hissələrinə 
bölünməyən  birinci  növ  təyini  söz birləşmələri  ilə  ifadə  edilir; 
məsələn:  MəniQ sabımın  sımadı  (KT  c  11)  «Mənim  sözümü 
smdırmadı».  ...  Kögmən  yışığ  toğa  yorıp  kırku  bodunığ  uda 
basdm ız  (KT  ş  35)  «...  Kögmən  meşəli  dağlarını  üzüyuxarı
140
yüyürüb  qırğız  xalqını  yuxuda  basdıq».  Bilig  esi,  çab  esi  ben 
körtüm  (T  7)  «Bilik dostu,  şöhrət dostü mən gördüm».  Özümin 
örjrə bıtja başı ıtı (MÇ 6) «Özümü önə minbaşı göndərdi».
Vasitəli  tamamlıq.  Qədim türk  yazısı  abidələrində  vasi- 
təli  tamamlıqlar  ismin  adlıq,  yiyəlik,  təsirlik  halından  başqa 
qalan  hallarında  duran  sözlərlə,  qoşmalı  sözlərlə,  əvəzliklərlə, 
substantivləşmiş digər nitq hissələri  ilə,  mürəkkəb adlarla, ismi 
söz  birləşmələri  və  feli  sifət  tərkibləri  ilə  ifadə  edilir. 
Quruluşuna görə vasitəli tamamlıqları iki qrupa ayırmaq olar:  1) 
sadə vasitəli tamamlıqlar və 2) mürəkkəb vasitəli tamamlıqlar.
1.  Sadə  vasitəli  tamamlıqlar  isim,  əvəzlik  və  az  da  olsa, 
substantivləşmiş digər nitq hissələri ilə ifadə edilir.
a) İsimlərlə ifadə edilən vasitəli tamamlıqlar ismin yönlük, 
istiqamət, yerlik, çıxışlıq və alət-birgəlik halında işlənir.
İsmin  yönlük  halında:  Bel)gü  taşka  urtım  (KT  c  11) 
«Əbədi  daşa  vurdum».  Amtı  bəglərimə  tir ermis  (O  7)  «İndiki 
bəylərimə deyirmiş».
İsmin  istiqamət  halında:  ÖQdən  kağanğaru  sü yoralım (T 
29)  «Öndən  xaqana  qarşı  qoşun  yürüdək».  Tabğaçğaru  Kum 
səQünig  ıdmıs,  Kıtapğaru  Totjra  Səmig  ıdmıs  (T  9)  «Tabğaça 
Küni sənünü göndərmiş, Kıtaya Tonra Səmi göndərmiş».
İsmin  yerlik  halında:  Ol  təgdükdə  BayırkunıQ ak adğırığ 
udlıkın  sıyu  urtı  (KT ş  36)  «O döyüşdə Bayırkunn ağ ayğırının 
budu  smdı».  SüQüsdə tutıp on ər ıtım  (MÇ  16) «Döyüşdə tutub 
on döyüşçü göndərdim».
Qədim  türk  yazısı  abidələrinin  dilində  ismin  yerlik  halı 
çıxışlıq  hal  məzmunu  da  daşıyır və  bu  məqamda da tamamlıq 
kimi  işlənə  bilir;  məsələn:  Tefjri bilgə kağanta adınlmalım  (O 
11)  «Müqəddəs,  müdrik  xaqandan  ayrılmayaq».  Közdə  yaş 
kəlsər,  eti də köQüllə sığıl kəlsər, yanturu sakıntım (KT şm  11) 
«Gözdən  yaş  gəlsə,  ürəkdən  güclü  sıtqı  gəlsə,  yanaraq 
düşündüm».
İsmin çıxışlıq halında: Ança olurır erikli oğuzdarıtan körüg 
kelti (T 8) «Eləcə oturduğumuz vaxt otuzlardan casus gəldi».
İsmin alət-birgəlik halında:  ... süQügin açdımız (T 28)  «... 
süngü ilə açdıq». Bir ərig okun  urtı  (KT ş  36)  «Bir döyüşçünü
141


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə