Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə34/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   30   31   32   33   34   35   36   37   ...   118

yüz  bolu  (T 4)  «Kolda,  daşda qalmışı toplanıb yeddi yüz oldu». 
Anta kalmışı yir sayu кор turu, ölü yorıyur ertig (КТ c 9) «Orada 
(sağ)  qalmışın  yer boyu  əldən  düşmüş  halda  (dirilərək,  ölərək) 
yürüyür idi».
XƏBƏR
Xəbər  cüttərkibli  cümlənin  iki  baş  üzvündən  biridir  və 
qrammatik  cəhətdən  təkcə  mübtədadan  asılıdır.  Xəbər,  sözün 
geniş  mənasında,  mübtədaya  aid  olan  iş,  hal,  hərəkət,  əlamət, 
keyfiyyət,  kəmiyyət və  s.  bildirir.  Türk dillərində,  o  cümlədən 
qədim türk yazısı abidələrinin dilində xəbər, adətən, təsriflənən 
fellərlə,  isimlərlə,  substantivləşmiş  digər  nitq  hissələri  ilə, 
habelə  ismi  söz  birləşmələri  ilə,  hətta  müəyyən  bir  sözə 
qoşulmuş  qoşmalarla  da  ifadə  edilir.  Xəbərin  qrammatik 
cəhətdən  mübtədadan  asılı  olması  özünü  onun  şəxs  və 
kəmiyyətə  görə  mübtəda  ilə  uzlaşmasında  göstərir.  Lakin  bu 
uzlaşma  türk  dillərində,  o  cümlədən  qədim  türk  yazısı  abidə­
lərinin  dilində  mütləq  deyildir  və  bəzən  pozulur.  İstər  müasir, 
istərsə  qədim  türk  dillərində  ilk  baxışda  elə  görünür  ki,  xəbər 
mübtədadan  yox,  mübtəda  xəbərdən  asılıdır  və  çox  vaxt 
cümlədə mübtədanm zahirdə olmasına ehtiyac hiss edilmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  xəbər  işlənmə 
xüsusiyyətlərinə  görə  müasir  türk  dillərindəkindən  fərqlənmir. 
Müasir türk  dillərində  olduğu  kimi,  abidələrin  dilində  də  xəbər 
şəxsə  və  kəmiyyətə  görə  mübtəda  ilə  uzlaşır;  məsələn:  Bilgə 
Tonyukuk  ben  özüm  Tabğaç  ili Qə  kılıntım  (T  1)  «Müdrik 
Tonyukuk  mən  özüm  Tabğaç  elində  tərbiyə  aldım».  Bars  bəg 
erti,  kağan at bunta  biz birtimiz  (KT  ş  20)  «Bars  bəy  idi,  xaqan 
adını burada biz verdik». Siz taşıkın,  çikig taşığırm (MÇ 22) «Siz 
üsyan edin, çikləri də üsyana qaldırın». Kül tigin ol süQüsäə otuz 
yaşayur erti (KT şm  2)  «Kül  tigin o döyüşdə otuz yaşında  idi». 
Biz az ertimiz (BK ş 32) «Biz az idik». Biz eki biQertimiz (T  16) 
«Biz iki min idik».
Qədim  türk  yazısı  abidələrinin  dilində  xəbərlik  kateqori­
yası ya morfoloji əlamətlərlə, yeni  sözlərə  şəkilçilər artırmaqla, 
ya  da  morfoloji  əlamətlərsiz  əmələ  gəlir.  Buna  görə  də
134
abidələrin dilində  ifadə tərzinə  görə xəbərləri iki növə ayırmaq 
olar:  1) morfoloji üsulla ifadə edilən xəbərlər; 2) sintaktik üsulla 
ifadə edilən xəbərlər.
Xəbərin  morfoloji  üsulla ifadəsi.  Qədim türk yazısı abi­
dələrinin  dilində  xəbər,  əsasən,  morfoloji  üsulla  ifadə  edilir. 
Xəbərin bu üsulla ifadəsində bütün nitq hissələrinə (o cümlədən 
fellərə) və söz birləşmələrinə xüsusi xəbərlik şəkilçiləri artırılır. 
Abidələrin dilindəki xəbərlik şəkilçiləri mahiyyətcə müasir türk 
dillərindəki  şəkilçilərdən  fərqlənməsə  də,  şəkilcə  (fonetik 
tərkibcə)  bəzi  fərqlər  nəzərə  çarpır.  Aşağıdakı  cümlələrdə  bu 
fərqi müşahidə etmək olar: Kapağan Eltəris kağan elifjə ktlm tm  
(O 4) «Fateh Eltəris xaqan elinə verildim». Biz az biz (O 7) «Biz 
azığ».  Kamuğı  biş otuz sülədimiz,  üç yegirmi süQüşdimiz (KT  ş 
18) «Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfi» döyüşdük». 
Ərən ər siz (Y 26) «Ərən ərsiniz».  Nə kağanka isig,  küçig birür 
mən? (KT ş 9) «Hansı kaqana zəhmətimi verirəm». İnöz İnənçü, 
Tar duş Küli çor Besbaltka barır biz (HT  1) «İnöz İnənçü Tarduş 
Küli çor Bcşbaltka gedirik».
Xəbərin  sintaktik  üsulla  ifadəsi.  Qədim  türk  yazısı  abi­
dələrinin dilində bəzən söz heç bir morfoloji əlamət  xəbərlik 
şəkilçisi  qəbul  etmədən  də  cümlənin  xəbəri  vəzifəsini  yerinə 
yetirir.  Sözün  heç  bir  morfoloji  əlamət  qəbul  etməkdə  xəbər 
vəzifəsini  yerinə  yetirməsinə  xəbərin  sintaktik  üsulla  ifadəsi 
deyilir.  Abidələrin  dilində  xəbərin  sintaktik  üsulla  ifadəsi  söz 
sırası və xüsusi intonasiya ilə baş verir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  həm  feli,  həm  də 
ismi  xəbərlərdə  xəbərin  sintaktik  üsulla  ifadəsinə  rast  gəlirik. 
Bundan  başqa,  predikativ  sözlərin  xəbər  kimi  işlənməsi  də 
xəbərin  sintaktik  üsulla  ifadəsinə  nümunə  ola  bilər.  Feli 
xəbərlərdən  felin  əmr şəklinin  ikinci  şəxsinin təki,  şərt şəklinin 
və  xəbər  şəklinin  nəqli  keçmiş  zamanın  hər  üç  şəxsində  xəbər 
sintaktik üsulla ifadə  edilir,  yəni  fellər  heç  bir morfoloji  əlamət 
qəbul etmədən cümlənin xəbəri  olur.  Abidələrin  dilində isimlər 
də  cümlənin  xəbəri  kimi  işlənəndə  üçüncü  şəxsdə  xəbərlik 
şəkilçisi  qəbul etmir;  məsələn:  Bu bitig bitigmə atısı  Yolıq  tigin 
(KT с  13) «Bu yazını yazan kiçik qohumu Yolığ tigin». Sizin ər
135


at  Urı  (Y  26)  «Sizin  igid  admız Urıdır».  ...  tokuz  oğuz  bəgləri, 
bodunı,  bu  sabımın  edgüti  esid,  katığdı  tifjlə  (КТ  c  2)  «... 
doqquz oğuz bəyləri,  xalqı,  bu  sözümü yaxşıca eşit,  möhkəmcə 
dinlə».  NəQ yerdəki  kağanlığ  bodunka  biintügi  bar  ersər,  nə 
buQı  bar ertəçi  ermis  (T  56-57)  «Hər  hansı  bir  xaqanlı  xalqda 
avara varsa,  o xalqın  həmişə  dərdi olacaq».  Tahğaç süsi bar (T 
30)  «Tabğaç  qoşunu  var».  Ötükən  yir  olunp  arkış-türgiş  ısar, 
nə i7  buljığ  уок  (КТ  c  8)  «Ötükən  yerində  oturub  karvanlar 
göndərsən, heç bir dərdin olmaz».
Xəbərin  ifadə  vasitələri.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  xəbər  zəngin  ifadə  vasitələrinə  malikdir.  Feli  bağlama 
və  feli  bağlama  tərkiblərini  istisna  etsək,  xəbər,  praktik  olaraq, 
bütün  dil  vahidləri  ilə  -   sözlərlə,  söz  birləşmələri  ilə,  feli 
tərkiblərlə  ifadə  edilir.  Xəbər  təkcə  ismin  təsirlik  halında 
işlənən söz və söz birləşmələri  vasitəsilə ifadə edilmir.
İfadə vasitələrinə görə xəbərləri iki növə ayırırlar:
1.  Feli xəbərlər.
2.  İsmi xəbərlər.
Feli  xəbərlər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  feli 
xəbərlər  felin  bütün  şəkil  və  zamanlarında  ifadə  edilir.  Feli 
xəbərlərin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Feli  xəbərlərdə 
felə  məxsus  şəkil,  zaman,  şəxs,  kəmiyyət,  təsirlilik-təsirsizlik, 
məna  növü,  təsdiq  və  inkar,  habelə  tərz  kateqoriyaları  mövcud 
olur.  Bütün  bunlar  felin  predikativlik  əlaqəsi  yaratmasına  və 
cümlədə  xəbər  vəzifəsini  yerinə  yetirməsinə  səbəb  olur.  Qəti 
gələcək  zamanı  çıxsaq,  felin  bütün  kateqoriyaları  qədim  türk 
yazısı  abidələrinin  dilində  işlənir  və  bu  baxımdan  qədim  türk 
yazısı  abidələrinin  dilində  feli  xəbərlər  müasir  türk  dillərindən 
nəinki  geri  qalmır,  hətta  bəzi  məqamlardan  qədim  türk  yazısı 
abidələrinin dili müasir türk dillərindən daha zəngindir.
İsmi  xəbərlər.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
təsriflənən  feldən  başqa  xəbərin  bütün  digər  ifadə  vasitələri 
ismi  xəbər  adlanır.  Predikativ  sözləri  ismi  xəbərlərə  aid  etmək 
lazım  deyil,  çünki  bunlar  nə  adlara,  nə  də  köməkçi  nitq 
hissələrinə daxil olmur, xüsusi söz kateqoriyası təşkil edir.
136
Qədim  türk  yazısı  abidələrinin  dilində  ismi  xəbərləri 
quruluşuna görə iki qrupa ayırmaq olar:  1) sadə ismi xəbərlər, 2) 
mürəkkəb ismi xəbərlər.
1. 
Sadə ismi  xəbərlər.  Sadə  ismi xəbərlər nitq hissələrin­
dən  (sadə,  düzəltmə  və  mürəkkəb sözlərdən)  ibarət olur və  ya 
xəbərlik  şəkilçisi  qəbul  edərək,  ya  da  xəbərlik  şəkilçisi  qəbul 
etmədən təkcə intonasiya ilə əmələ gəlir; məsələn:  Ank ok sən 
(KT c  8) «Anq oxsan». Altun kanatlı talım kara kuş mən (IB 4) 
«Arxam qızıl qanadlı qara quşam». Yabız, bat biz (O 7) «Biz pis 
və zavallıyıq». Arığ obutıyəg (T 37) «Təmiz abır yaxşıdım. Biz 
az biz (O  7) «Biz azıq». İllig bodun ertim,  ilim amtı  кат  (KT ş 
9) «Elli xalq idim, elim indi ham?» Sizin ər at Urı (Y 26) «Sizin 
igid  adınız  Urıdır».  Bu bitig bitigmə atısı  Yolığ tigin  (KT c  13) 
«Bu  yazını  yazan  kiçik  qohumu  Yolığ  tigin».  Yeti  yüz  kisig 
udızığma  uluğı  şad  erti  (T  4-5)  «Yeddi  yüz  adamı  aparanların 
böyüyü şad idi».
3. 
Mürəkkəb ismi xəbərlər. Qədim türk yazısı abidələrinin 
dilində mürəkkəb ismi xəbərlər daha çox işlənir, mürəkkəb ismi 
xəbərlər  nitq  hissələri  və  naqis  ir/er  felinin  birləşməsi,  nitq 
hissələri  və  qoşmaların  birləşməsi,  mürəkəb adlar  və  ismi  söz 
birləşmələri  vasitəsilə  ifadə  edilir.  Bütün  sadalananlar  (nitq 
hissələri  və  ir/er  naqis  felinin  birləşməsindən  əmələ  gələnlər 
istisna  edilməklə)  xəbər  vəzifəsini  yerinə  yetirmək  üçün 
xəbərlik  şəkilçisi  qəbul  edə  də,  etməyə  də  bilər;  ikinci  halda 
xəbərlik  kateqoriyası  intonasiya  vasitəsilə  yaradılır.  Bunlardan 
başqa,  nitq  hissələri  və  qoşmaların birləşməsi,  mürəkkəb  adlar 
və ismi söz birləşmələri ilə ifadə edilən xəbərlər ir/er naqis feli 
ilə  də  işlənə  bilər,  ancaq  bu  halda  naqis  fel  mütləq 
təsriflənməlidir: Altı bağ bodunka bəg ertim (Y  1) «Altı qəbiləli 
xalqa  bəy  idim».  Kağam  alp  ermis  (T  10)  «Xaqanı  igid  imiş». 
Yağıçısı  yəmə  ben  ertim  (T  50)  «Sərkərdəsi  də  mən  idim». 
Yağımız  təgirə  uçuk təg erti (T  8)  «Yağımız ətrafda yırtıcı  quş 
kimi  idi».  Ər atım  Yaş Ak Baş  ben  (Y 2) «İgid  adım -  Yaş Ağ 
Başam». Atım El  Toğan tutuk (Y  1) «Adım El Doğan  tutukdur». 
Kutluğ  bağa  tarkan  ögə  buyuruku  mən  (Süci)  «Qutluğ  bağa 
tarkanın  müdrik  buyuruğuyam».  Tokuz  oğuz  bodun  kəntü 
bodunım erti (KT şm 4) «Doqquz oğuz xalqı öz xalqım idi».
137


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə