Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə42/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   38   39   40   41   42   43   44   45   ...   118

çünki  bəzi  həmcins  üzvləri bir  məvhumda  birləşdirib  bir  sözlə 
ifadə etmək olmur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  cümlənin  bütün 
üzvləri həmcins ola bilir.
Həmcins  mübtədalar.  Cümlənin  digər  həmcins  üzvləri 
kimi  həmcins  mübtədalar  da  tabesizlik  əlaqəsi  ilə  bir-birinə 
bağlanır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  tabesizlik 
bağlayıcıları  inkişaf etmədiyi  üçün  həmcins  mübtədalar bir-biri 
ilə,  əsasən,  sadalama  intonasiyası  ilə  bağlanır;  məsələn:  Kisi 
oğlmta üzə eçüm-apam Bumm  kağan,  İstəmi kağan olurmıs (KT 
ş  1)  «İnsan  oğlunun  üzərində  əcdadlarım  Bumm  xaqan,  İstəmi 
xaqan  oturmuş»  ...kırkız,  kurıkan,  otuz  tatar,  kıtay,  tatabı  kop 
yağı ermis (KT ş  14) «...qırğız,  kurıkan, otuz tatar, kıtay, tatabı -  
hamı  yağı  imiş».  Səkiz oğuz,  tokuz  tatar kalmadı,  kəlti (MÇ  15) 
«Səkkiz oğuz, doqquz tatar qalmadı, gəldi».
Həmcins  xəbərlər.  Qədim türk yazısı abidələrinin dilində 
həmcins  xəbərlərin  işlənməsi  geniş  yayılmışdır.  Abidələrin 
dilində 
həmcins  xəbərlər  bir-birinə  tabesizlik  əlaqəsi, 
sadalanma  intonasiyası  və  birləşdirici  fasilə  ilə  bağlanır,  ya  bir 
mübtədaya,  ya  da  mübtədalar  qrupuna  aid  olur.  Abidələrin 
dilində həmcins xəbərəlrin mübtəda və ya mübtədalar qrupu  ilə 
uzlaşmasında  belə  bir qanunauyğunluq  özünü  göstərir:  həmcins 
xəbərlər  nəqli  keçmiş  zaman  və 
felin  şərt  şəkli  ilə  ifadə 
edilirsə, mübtəda ilə  uzlaşmır,  felin qalan şəkil və zamanlarında 
həmcins  xəbərlər  türk  dilləri  üçün  ümumi  qanunauyğunluq 
əsasında mübtəda ilə uzlaşır:  Eçümiz, apamız Bumın  kağan tort 
buluQığ  kısmıs,  yığmış,  yaymış,  basmıs  (O  1)  «Əcdadımız 
Bumm  xaqan  dörd  tərəfi  sıxışdırmış,  yığmış,  yaymış,  basmış». 
...kop  anta  alkıntığ,  arıltığ  (KT  c  9)  «...orada  tamamilə 
zəiflədin,  seyrəldin».  Altı  çub Soğdak tapa sülədimiz,  buzdımız 
(KT ş  31)  «Altı qəbiləli  Soğdaya qarşı qoşun  çəkdik, pozduq». 
Az  bodunığ  ölürtim,  altım,  içgirtim  (BK  ş  26)  «Az  xalqmı 
öldürdüm, aldım, tabe etdim».
Həmcins  tamamlıqlar.  Həmcins  tamamlıqlar  tabelilik 
əlaqəsi  ilə  eyni  bir  xəbərə  aid  olur,  xəbər  tərəfindən  idarə 
olunur.  Qədim  türk  yazısı  abidələrinin  dilində  həmcins
166
tamamlıqlar  da  vasitəsiz  həmcins  tamamlıqlar  və  vasitəli 
həmcins tamamlıqlar deyə iki qrupa ayrılır.
Həmcins  vasitəsiz  tamamlıqlar  ismin  təsirlik  halında 
işlənən söz və söz birləşmələri vasitəsilə ifadə olunur; məsələn: 
...yabğuğ,  şadığanta birmiş (KT ş  14)  «...yabğunu, şadı o vaxt 
vermiş».  Altı  yegirmi yaşında  eçim  kağan  ilin,  törüsin  ança 
kazğantı (KT ş 31) «On altı yaşmda əmim xaqan elini, qanununu 
elə  qazandı».  Açsık,  tosık  öməz  sən  (KT  c  8)  «Aclıq,  toxluq 
bilməzsən».
Həmcins  vasitəli  tamamlıqlar  ismin  adlıq,  yiyəlik  və 
təsirlik  hallarından  başqa  bütün  hallarında,  habelə  qoşmalarla 
işlənən  isim,  substantivləşmiş  digər  nitq  hissələri,  ikinci  və 
üçüncü növ təyini söz söz birləşmələri  və  feli sifət tərkibləri ilə 
ifadə  olunur;  məsələn:  ...  on  ök oğlı/Ja,  tatırja  təgi  bum  körü 
bilitj  (KT  c  12)  «...on  ox  oğluna,  yadlara  təki  bunu  görərək 
bilin».  Iğar  illigdə,  ığar  kağanlığda  yəg  bitim   (KT  ş  29) 
«Sədaqətli eldə,  sədaqətli  xaqanlıqda yaxşılıq eldim».  İnim  Kül 
tiğin  birlə,  eki şad birlə  ölü,  yitü kazğantım  (KT  ş  27)  «Kiçik 
qardaşım Kül tigin ilə, iki şad ilə  əldən düşərək qazandım».
Həmcins  təyinlər.  Tabesizlik  əlaqəsi  ilə  bağlanan 
həmcins  təyinlər  arasında  sadalama  intonasiyası  və  birləşdirici 
fasilə əlaqəsi olur.
Cümlədəki  təyinlərin  həmcins  olması  üçün  iki  şərt 
zəruridir:
1.  Təyinlər cümlənin müxtəlif üzvlərinə deyi), bir üzvünə 
aid  olmalı,  bir  üzvünü  təyin 
etməlidir.  Təyinlər  cümlənin 
müxtəlif üzvlərini,  hətta  ayn-ayrılıqda  həmcins  üzvlərini  təyin 
edərsə, həmcins təyinlər ola bilməz.
2.  Cümlənin  təyinlərinin  bir  üzvə  aid  olması  da  onların 
həmcins  olmasını  göstərmir.  Cümlənin  bir  üzvünə  aid  olan 
təyinlər  həmin  üzvü  ayrı-ayrı  cəhətlərdən  deyil,  bir  cəhətdən 
təyin  etdikdə  həmcins  təyinlər  olur.  Cümlə  üzvünü  ayn-ayrı 
cəhətlərdən  təyin  edən  sözlər  həmcins  təyinlər  ola  bilmir. 
Həmcins  olmayan  təyinlərin  sıralanması  belədin  təyinlənən 
sözün  bilavasitə  yanında  onun  ən  mühüm  əlamətini  bildirən 
təyin işlənir; əlamətin mühümlüyü zəiflədikcə təyin təyinlənən
167


sözdən  uzaqlaşır.  Həmcins  təyinlərə  bu  baxımdan  yanaşsaq, 
qədim  türk  yazısı  abidələrinin  dilində,  digər  cümlə  üzvlərinə 
nisbətən,  həmcins təyinlər az işlənir; məsələn:  Yeti yüz ər bolıp 
elsirəmiş,  kağansıramış  bodunığ,  kütpdmiş,  kuladmış  bodunığ, 
türk  törüsin  ıçğınmış  bodunığ  eçüm,  apam  törüsinçə yaratmış, 
boşğurmış  (KT  ş  13)  «Yeddi  yüz  ər  olub  elsizləşmiş, 
xaqansızlaşmış  xalqı,  kəniz  olmuş,  qul  olmuş  xalqı,  türk 
qanunlarını  dağıtmış  xalqı  əcdadlarımın  qanununu  üzə  təşkil 
etmiş, öyrətmiş». İçrə aşsız,  taşra tonsız, yabız, yablak bodunka 
üzə  olurtım  (KT  ş  26)  «Qamı  ac,  üstü  donsuz,  pis  və  nankor 
xalqın üzərində oturdum».
Həmcins  zərfliklər.  Qədim  türk  yazısı  abidələrinin 
dilində həmcins zərfliklər eyni tipli vasitələrlə də, müxtəlif tipli 
vasitələrlə  də  ifadə  oluna  bilər.  Həmcins  zərfliklər  bir-biri  ilə 
tabesizlik  əlaqəsi  ilə  -   sadalanma  intonasiyası  və  birləşdirici 
fasilə ilə bağlanır.
Həmcins tərzi-hərəkətzərflikləriBilig bilməz kişi,  ol sabığ 
alıp,  yağru barıp,  üküş kişi öltig (KT c  7) «Bilik bilməz adam, o 
sözə  aldanıb,  yaxın  gedib  çoxlu  adam  öldün».  Keyik  yiyü, 
tabışğan  yiyü  olurur  ertimiz  (T  8)  «Keyik  yeyərək,  dovşan 
yeyərək  otururduq».  Türgis  kağan  süsi  otça,  borça  kəlti  (BK  ş
27)  «Türgiş xaqanının qoşunu od kimi, şərab kimi gəldi».
Həmcins  yer  zərflikləri:  İlgərü  kadırkan  yışka  təgi,  kirii 
Təmir kapığka  təgi konturmış  (KT ş  2)  «Şərqə  Kadırkan  meşəli 
dağlarına  təki,  qərbə  Dəmir  qapıya  təki  yerləşdirmiş». 
yeri/Jərü,  subıQaru  kontı  (BK  ş  40)  «...yerinə,  suyuna  qondu 
(yerləşdi)».  Türk  bodun  olurğalı,  türk  kağan  olurğalı  Sandurj 
balıka,  Taluy  ügüzkə  təgmis  yok  ermis  (T  18)  «Türk  xalqı 
oturalı,  türk  xaqanı  oturalı  Şandun  şəhərinə,  Dəniz  çayına 
çatdığı yox imiş».
Həmcins  zaman  zərflikləri:  Tün  yəmə,  kün  yəmə  yelü 
bardımız  (T  27)  «Gecə  də,  gündüz  də  yel  kimi  getdik».  Eçim 
kağan  ili  kamaşığ  boltukınta,  bodun  iligi  kəgi  boltukınta  izgil 
bodun  birlə  sütjüşdimiz  (KT  şm  3)  «Əmim  xaqanın  eli  qarışıq 
olduqda,  xalqın  eli  asi  olduqda  izgil  xalqı  ilə  dyöüşdük»,  Türk 
bodun olurğalı,  türk kağan olurğalı SanduQ balıka,  Taluy ügitkə
1*68
təgmis yok ermis  (T  18)  «Türk xalqı  oturalı,  türk xaqanı  oturalı 
Şandun şəhərinə, Dəniz çayına çatdığı yox imiş».
Həmcins  səbəb  zəiflikləri:  Tefjri  yarlıkaduk  üçün,  mən 
kazğantuk üçün  türk bodun  kazğanmış  erinç  (BK  ş  33)  «Tanrı 
buyurduğu  üçün,  mən  qazandığım  üçün  türk  xalqı  qazanmış». 
Tefjri yarlıkadukın  üçün,  özüm  kutım  bar  üçün  kağan  olurtım 
(KT  c  9)  «Tanrı  buyurduğu  üçün,  özümün  bəxti  olduğu  üçün 
xaqan  oturdum».  ...kutım  bar  üçün,  ülügim  bar  üçün  öltəçi 
bodunığ  tirigrü  igitim  (KT  ş  29)  «..  bəxtim  olduğu  üçün, 
qismətin olduğu üçün öləsi xalqı diriliyə yüksəltdim».
CÜMLƏ ÜZVLƏRİNİN XÜSUSİLƏŞM ƏSİ
Cümlə üzvlərindən bəzilərinin  intonasiya və fasiləyə görə 
ayrılmasına xüsusiləşmə deyilir.  Qədim  türk yazısı abidələrinin 
dilində  xüsusiləşmə  cümlə  üzvlərinin  əsas  xüsusiyyətlərindən 
biridir.  Abidələrin  dilində  qoşmalı  feli  sifət  və  feli  bağlama 
tərkibləri,  erikli  sözünün  yaratdığı  tərkiblər  və  kisrə  «sonra» 
qoşması 
ilə  işlənən  feli  bağlama  tərkibləri  cümlənin 
xüsusiləşmiş  üzvü  kimi  çıxış  edir.  Müasir  türk  dillərində 
cümlənin  bütün  üzvləri  xüsusiləşə  bildiyi  halda,  abidələrin 
dlində təkcə zərfliklər xüsusiləşir.
1.  Mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  -duk  şəkilili  feli 
bağlama  üçün  qoşması  ilə  işləndikdə  cümlənin  xüsusiləşmiş 
səbəb  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  .  Tetjri 
yarlıkadukın üçün,  özüm kutım bar üçün kağan olurtım (KT c 9) 
«Tanrı  buyurduğu  üçün,  özümün  bəxtim  olduğu  üçün  xaqan 
oturdum».  Mon  özüm  kağan  olurtukım  üçün  türk  bodunığ  ... 
kılmadım  (BK  ş  36)  «Mən  özüm  xaqan  oturduğum  üçün  türk 
xalqını  ...  cəzalandırmadım».  Kazğantukın  üçün,  uduğ  özüm 
kazğantukım  üçün  il yəmə  il  boltı,  bodun  yəmə  bodun  boltı  (T 
55-56)  «Qazandığı üçün, ardınca özüm qazandığım üçün el də cl 
oldu, xalq da xalq oldu».
2.  Kisrə  «sonra»  qoşması  ilə  işlənən  -dukda  şəkilçili  feli 
bağlama  tərkibi  cümlənin  xüsusiləşmiş  zərfliyi  olur;  məsələn: 
Yağru  kontukda  kisrə  ayığ  bilig  anta  öyür  ermiş  (KT  c  5)
169


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə