Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə41/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   37   38   39   40   41   42   43   44   ...   118

KƏMİYYƏT ZƏRFLİYİ
Kəmiyyət  zərflikləri  hərəkətin,  nadir  hallarda  isə 
əlamətin kəmiyyətini bildirir,  əsasən,  feli xəbərə, nadir hallarda 
ismi xəbərə aid olur.
Dilçilik  ədəbiyyatında  müasir  türk  dillərində  kəmiyyət 
zərfliklərinin  1)  hərəkət  və  ya  əlamətin  miqdarım,  2)  məkan 
miqdarını,  3)  zaman  miqdarını,  4)  çəki  və  dəyər  miqdarını 
bildirdiyi  göstərilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
kəmiyyət  zərflikləri  bu  qədər  geniş  işlənmə  dairəsinə  malik 
deiyl;  abidələrin  dilində  kəmiyyət  zərfliklərinin  aşağıdakı 
məqamlarda işləndiyi müşahidə edilir:
1.  Hərəkətin kəmiyyətini  bildirən  zərfliklər.  Bu zərfliklər 
hərəkətin  miqdarını  bildirir,  əsasən,  feli  xəbərə,  nadir  hallarda 
sifətlə  ifadə  edilmiş  ismi  xəbərə  aid  olur,  miq-dar  zərfləri, 
saylar və saylayolı «dəfə» sözünün birləşməsi ilə ifadə edilir.
a) Hərəkətin kəmiyyətini bildirən zərfliklərin miqdar zərf­
ləri  ilə ifadəsi: Azığ üküsig körtig erti (O  7)  «Azı  çox  gör-dük», 
Az bodumğ üküş kıltım (KT e  10) «Az xalqı çox et-dim».
b) Hərəkətin kəmiyyətini  bildirən  zərfliklərin  sayla  ifadə­
si:  Kamuğı  biş  otuz sülədimiz,  iiç yegirmi sürjüşdimiz  (KT ş  18) 
«Cəmi iyirmi beş (dəfə)  qoşun çəkdik, on üç (dəfə) döyüşdük». 
İltəris  kağan  bilig  esin  üçün,  alpın  üçün  Tabğaçka yeti yegirmi 
sü/Jüsdi,  Kıtay/ka  yeti  sürjüsdi,  oğuzka  bis  sütjüsdi  (T  48-49) 
«İltəris xaqan bilik dostu olduğu üçün, igid olduğu üçün Tabğaça 
qarşı  on  yeddi  (dəfə)  döyüşdü,  Kitaya  qarşı  yeddi  (dəfə) 
döyüşdü, oğuzlara qarşı beş (dəfə) döyüşdü».
c) Hərəkətin  kəmiyəyyətini  bilidrən zərfliklər say və yolı 
«dəfə»  sözünün  birləşməsi  vasitəsilə  ifadə  olunur;  məsələn: 
Ka/Jım  kağan  bunça ...  /arк artukı yeti yolı süləmis (Kt ş  14-15) 
«Atam xaqan  bunça  ...  qırx yeddi  dəfə qoşun çəkmiş». Bir vılka 
biş yolı sürjüşdimiz (KT şm 4) «Bir ildə beş yol döyüşdük». Altı 
yolı sü/Jüşdim (BK ş 28) «Altı yol döyüşdüm».
2.  Məkan  mənası bildirən kəmiyyət zərflikləri qədim türk 
yazısı  abidələrinin dilində  yox dərəcəsindədir.  Böyük  güzəştlə 
aşağıdakı  nümunələr  kiçig  «kiçik»  sifətini  məkan  miqdarı 
bildirən zərflik  kimi qəbul  etmək olar:  Taluyka kiçig təgmədim
162
(KT  c  3)  «Dənizə  azacıq  çatmadım».  Tüpütgə  kiçik  təgmədim 
(KT c 3) «Tibetə azacıq çatmadım».
3. 
Zaman  miqdarı  bildirən  zərfliklər  hərəkətin  icrasında 
sərf edilən  vaxtı  bildirir və  əsasən,  feli xəbərə  aid olur.  Qədim 
türk  yazısı  abidələrinin  dilində  zaman  miqdarı  bildirən 
zərfliklərin üç tip ifadə vasitəsinə rast gəlmək olur:
a)  Miqdar  sayı  və y ıl  «il»  sözü  birləşib  zaman  miqdarı 
bildirən  zərflik  ifadə  edir;  məsələn:  Əlig yıl isig,  küçig birmis 
(KT ş  28)  «Əlli  il  işini,  gücünü  vermiş».  Mən  tokuz yigirmi yıl 
şad olurtım,  tokuz yigirmi y ıl kağan olurtım  (BK  c 9)  «Mən  on 
doqquz  il  şad  oturdum,  on  doqquz  il  xaqan  oturdum».  Anta 
kalmışı  bodun  on  uyğur,  tokuz  oğuz  üzə yüz  yıl  olurtı  (MÇ  3) 
«Onda  sağ qalmış  xalq  on  uyğur və doqquz oğuzların  üzərində 
yüz il oturdu».
b)  Miqdar  sayı  və  ay  «ay»  sözü  birləşib  zaman  miqdarı 
bildirən zərflik ifadə edir; məsələn: Eki ay kütdim.  kəlmədi (MÇ 
17) «İki ay güddüm, gəlmədi».
c)  Miqdar  sayı  və  yerlik  halda  işlənən yaş  «yaş»  sözü 
birləşib  zaman  miqdarı  bildirən  zərflik  ifadə  edir;  məsələn: 
Ka/Jım  kağan  uçdukda  inim  Kül tigin yiti yaşda kaltı  (KT  ş  3) 
«Atam  xaqan  vəfal  etdikdə  kiçik  qardaşım  Kül  tigin  yeddi 
yaşında qaldı».  Ka/Jım  kağan  uçdukda özüm səkiz yaşda  kaltım 
(KT  ş  16)  «Atam  xaqan  vəfat  etdikdə  özüm  səkkiz  yaşda 
qaldım».
4.  Miqdar dəyəri  bildirən kəmiyyət zərflikləri qədim türk 
yazısı  abidələrinin  dilində  «nə  qədər»  sualına  cavab  verir  və 
a) üküş  «çox»,  kop «çox»  miqdar zərfləri,  b) miqdar sayları  və
c)  kəsr sayları ilə ifadə olunur.
a)  Miqdar  dəyəri  bildirən  zərfliklər  miqdar  zərfləri  ilə 
ifadə  olunur;  məsələn:  Kağan  olunp  yok  çığağ  bodumğ  kop 
kobartdım,  çığay bodunığ bay kıltım, az bodumğ üküş kıltım (KT 
c 9-10)  «Xaqan oturub yoxsul,  kasıb xalqı  bütünlüklə topladım, 
yoxsul xalqı varlı etdim». Eçim kağan olunpan türk bodunığ yitə 
itdi,  igiti,  çığayığ  bay  kıltı,  azığ  üküş  kıltı  (KT  ş  16)  «Əmim 
xaqan  oturub  türk  xalqını  tənzim  etdi,  yüksəltdi,  yoxsulu  varlı 
etdi, azı çox etdi». Sü süləpən tort bulu/Jdakı bodunığ kop almış 
(KT ş 2) «Qoşun çəkib dörd tərəfdəki xalqı tamamilə almış».
163


b) Miqdar dəyəri bildirən zərfliklər müəyyən miqdar sayı 
ilə  ifadə  olunur;  məsələn:  Ida,  taşda  kalmışı  kobranıp yeti yüz 
boltı (T 4) «Kolda, daşda qalmışı toplanıb yeddi yüz oldu».
c)  Miqdar  dəyəri  bildirən  zərfliklər  kəsr  bildirən  sözlə 
(sayla?) ifadə olunur; məsələn:  Bizintə eki uçı sıQarça artuk erti 
(T 40) «iki cinahı bizdən yanbayan artıq idi».
QARŞILIQ ZƏRFLİYİ
Qarşılıq  zərfləri  hərəkətin  icrasına  mane  olan,  ona  qarşı 
duran  səbəbi  göstərir,  əsasən,  feli  xəbərə aid olur və nə olduğu 
halda,  nəyə baxmayaraq suallarından birinə cavab verir.
Müasir türk dillərində qarşılıq-güzəşt zərfliklərinin zəngin 
ifadə vasitələri vardır.  Hədim türk yazısı abidələrinin dilində isə 
qarşılıq  zərflikleri  yalnız  -ıp,  -ip  və  -ıpan,  -ipən  şəkilçili  feli 
bağlamalar və feli bağlama tərkibləri ilə ifadə olunur.
1,  Qarşılıq  zərflikləri  -ıp,  -ip  şəkilçili  feli  bağlamalar  və 
feli  bağlama  tərkibləri  ilə  ifadə  olunur;  məsələn:  Yağı  bolıp 
itinü,  yaratunu  umadukyana içikmis  (KT ş  11) «Yağı olub (eli) 
təşkil  etməyi,  yaratmağı  bacarmadığı  üçün  yenə  tabe  olmuş». 
Kəligmə  bəglərin,  bodunın  itip,  yığıp azça  bodun  təzmis erti (T
43)  «Gələn  Sbəylərini,  xalqını  təşkil  edib,  yığıb  azacıq  xalq 
qaçmışdı».  Esidməkinçə  banp  iç  ara  merjgü  kaya...  (Y  39) 
«Eşitməyəcəyi qədər gedib (düşmənin lap) içinin arasında əbədi 
qaya...»
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  qarşılıq 
zərflikləri  -ıpan,  -ipən  şəkilçili  feli bağlamalar və  feli  bağlama 
tərkibləri  ilə  də  ifadə  olunur;  məsələn:  Ərdəmin  üçün  il arada 
Kara  капка  banpan,  yalabaç  barıpan  kəlmədiIJiz,  bəgimiz  (Y 
39)  «igidliyin  üçün  el  arasmda  Qara  xanın  yanına  gedib,  səfir 
gedib qayıtmadınız, bəyimiz».
CÜMLƏNİN HƏMCİNS ÜZVLƏRİ
Cümlədə  eyni  bir  sintaktik vəzifədə  çıxış  edən  çoxlu  söz 
ola bilər,  lakin  onlar  həmcins  üzv  olmaya  da  bilər.  Çümlədəki
164
sözlərin  həmcins  üzv  olması  üçün  onlar  bir  neçə  tələbi 
ödəməlidir:
1.  Həmcins  üzvlər  cümlənin  eyni  bir  üzvü  rolunda  çıxış 
etməli, eyni bir sintaktik vəzifə daşımalıdır.
2.  Həmcins üzvlər cümlənin eyni bir üzvünə aid olmalıdır.
3.  Həmcins  üzvlər  aid  olduqları  cümlə  üzvü  ilə  eyni  bir 
sintaktik əlaqəyə (uzlaşmaya, idarə, yanaşma) girməlidir.
4.  Həmcins üzvlər eyni ifadə vasitəsinə malik olmalıdır.
5.  Həmcins üzvlər eyni bir suala cavab verməlidir.
6.  Həmcins  üzvlər  cümlədə  bir-biri  ilə  ya  tabesizlik 
bağlayıcılarlı,  ya  da  sadalama  intonasiyası  ilə  bağlanmalıdır. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  tabesizlik  bağlayıcıları 
inkişaf  etmədiyindən  həmcins  üzvlər  bir-biri  ilə  sadalama 
intonasiyası vasitəsilə bağlanır.
7.  Həmcins üzvlər ən azı iki sözdən ibarət olmalıdır.
Cümlədə  bu  tələbləri  ödəməyən,  lakin  eyni  sintaktik
vəzifə daşıyan sözlər həmcins cümlə üzvü ola bilməz. Məsələn, 
bir  cümlədə  iki  təyin  ola  bilər,  lakin  onlar  cümlənin  ayrı-ayrı 
üzvlərinə  aid  ola  bilər,  bu  məqamda  onlar  cümlənin  həmcins 
təyini  olmur.  «Qırmızı  qərənfil  ağ  köynəyə  yaraşırdı» 
cümləsində  «qırmızı» və «ağ» sözləri müxtəlif cümlə üzvlərini, 
müxtəlif sözləri təyin  etdiyi  üçün həmcins cümlə üzvü deyildir. 
Hətta eyni cümlə üzvünə aid olan sözlər də həmcins cümlə üzvü 
olmaya  bilər.  «Qız  qırmızı  çit  paltar  geymişdi»  cümləsində 
«qırmızı»  və  «çit»  sözləri  paltar sözünü  təyin  edir,  lakin  onlar 
həmcins  təyinlər  deyildir,  çünki  onlar  paltar  sözünü  müxtəlif 
baxımdan  təyin  edir.  «Qız  əlində  qürmüzü  və  ağ  qərənfillər 
tutmuşdu»  cümləsində  isə  «qırmızı»  və  «ağ»  sifətləri  eyni  bir 
söz, eyni bir cümlə üzvünə (qərənfillər) aid olduğu  və onu eyni 
baxımdan  -  rəng  baxımından  müəyyənləşdirdiyi  üçün  həmcins 
təyinlərdir.
Həmcins  üzvlərin  daha  bir  xüsusiyyətini  də  təyin  etmək 
lazımdır:  həmcins  üzvlərin  toplusunu  ümumiləşdirici  bir  sözlə 
ifadə  etmək  olur.  Toya  gələn  bütün  adamlar  -   qocalar  və 
cavanlar,  kişilər və qadınlar,  oğlanlar və qızlar sevinirdi.  Lakin 
bu xüsusiyyət həmcins üzvlər üçün fakultətivdir, zəruri deyildir,
165


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə