Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə40/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   36   37   38   39   40   41   42   43   ...   118

əvəzliklər  və  nadir  hallarda  sifətlərlə  ifadə  olunur.  Bunlardan 
başqa  qədim  türk yazısı  abidələrinin dilində  a)  nadir  hallarda • 
tuk şəkilçisi  feli  sifət mənsubiyyət  şəkilçisi  və  ismin  yerlik  hal 
şəkilçisi  qəbul  edib  səbəb  zərfliyi  vəzifəsində  işlənir,  b)  bar 
«var» və yok «yox» sözlərinə üçün qoşmasının artırılması  ilə də 
səbəb zərfliyi ifadə edilir.
1.  Səbəb  zərfliyi  feli  bağlama və  feli  bağlama  tərkibi  ilə 
ifadə  edilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  feli 
bağlamaların bir neçə forması səbəb zərfliyi mənasını ifadə edir.
a)  -ıp  şəkilçili  feli  bağlama  və  feli  bağlama  tərkibi:  Üç 
karluk yablaİc sakımp təzə bardı (MÇ  11) «Üç karluklar xəyanət 
edib  qaçıb  getdi».  Ötükən yerig konmıs,  -  tiyin  esidip  bəriyəki 
bodun,  kurıyakı,  ötjrəki  bodun  kəlti  (T  17)  «Ötükən  yerində 
yerləşmiş, - deyə eşidib cənubdakı xalq, qərbdəki, şərqdəki xalq 
gəldi».  Yadağ yabvz  boltı  tip  alğalı  kəlti  (BK  ş  32)  «Piyadalar 
zəif oldu, - deyib almağa gəldi».
b)  -ı,  -i,  -u,  -ü  şəkilçili  feli  bağlama  və  feli  bağlama 
tərkibləri:  Korğu  eki-üç  kisiligin  təzip  bardı  (BK  ş  41) 
«Qorxaraq iki-üç adamla qaçıb getdi».
c)  -ın,  -in  şəkilçili  feli  bağlama və  feli  bağlama  tərkibləri: 
Arkış-türkiş  idmaz  tiyin  sülədim  (BK  ş  25)  «Karvanlar 
göndərməz  deyə  qoşun  çəkdim».  Biz  az  biz  tiyin  korkmıs  (O  7) 
«Biz azıq deyə qorxmuş».
2.  Qədim  türk  yazısı  abidələrinin  dilində  səbəb  zərərliyi 
üçün qoşması ilə işlənən feli sifət və  feli sifət tərkibləri ilə ifadə 
edilir. Belə səbəb zərfiiklərinin iki tipi vardır;
a)  Feli  sifət  heç  bir  şəkilçi  qəbul  etmədən  üçün  qoşması 
ilə işlənir; məsələn: Anta  kisrə  tetjri bilig bermük üçün  özüm  ök 
kağan  kısdım  (T  6)  «Ondan  sonra tanrı  bilik  verdiyi  üçün  məhz 
özüm  xaqan  seçdim».  Tetjri  yarlıkaduk  üçün,  mən  kazğantuk 
üçün  türk bodun  kazğanmış  erinc  (BKş  33)  «Tanrı  buyurduğu 
üçün, mən qazandığım  üçün türk xalqı qazanmış».
b)  -tuk şəkilçili feli sifət mənsubiyyət şəkilçisi  qəbul  edir 
və  üçün  qoşması  ilə  işlənir;  məsələn:  Bilmədükün  üçün,  bizitjə 
yatjılukın,  yazmdukm  üçün  kağanı  ölti  (KTş  18-19)  «Bilmədiyi 
üçün,  bizə  qarşı  yanıldığı,  xəyanət  etdiyi  üçün  xaqanı  öldü».
158
Tetjri  yarlıkadukın  üçün,  özüm  kutım  bar  üçün  kağan  olurtım 
(KTç  9)  «Tanrı  buyurduğu  üçün,  özümün  bəxtim  olduğu  üçün 
xaqan  oturdum».  Kazğantukın  üçün,  uduğ  özüm  kazğantukım 
üçün  il  yəmə  il  boltı,  bodun  yəmə  bodun  boltı  (T  55-56) 
«Qazandığı üçün,  ardınca özüm qazandığım  üçün el də el  oldu, 
xalq da xalq oldu».
3.  Qədim  türk  yazısı  abidələrinin  dilində  qoşmasız 
işləmən -  tuk şəkilçili  feli  sifət və feli  sifət tərkibləri  də səbəb 
zərfliyi  ola  bilir;  məsələn:  Yağı  bolıp  itinü,  yaratunu  umaduk 
yana  içibmiş  (KTş  10)  «Yağı  olub  (özünə  el)  təşkil  etməyi, 
yaratmağı  bacarmadığından  yenə  tabe  olmuş».  Anta  kisrə  inisi 
eçisin  təg  kılınmaduk  erinc,  oğlı  katjın  təg  kılmmaduk  erinc 
biligsiz kağan olurmıs erinc (KTş 5). «Ondan sonra kiçik qardaşı 
böyük qardaşı kimi olmadığı üçün, oğlu atası kimi olmadığı üçün 
biliksiz xaqanlar (taxta) oturmuş».
4.  Qədim  türk  yazısı  abidələrinin  dilində  əvəzliklər, 
sifətlər,  bəzən  də  isimlər  üçün  və  ötrü  qoşmaları  ilə  işlənib 
cümlənin səbəb zərfliyi olur; məsələn: Am üçiin iligança tutmıs 
erinç (KT ş  3) «Onun  üçün  eli  eləcə yaratmış».  Bəgləri bodum 
tüzsiz üçün,  tabğaç bodun təbliğin kür/ig üçün,  armakçmn  üçün 
...  türk bodun  illədiik ilin  ıçğınu  ıdmıs (KT ş 6)  «Bəyləri,  xalqı 
düz  olmadığı  üçün,  tabğaç  xalqının  təhriki  hiyləgər  olduğu 
üçün,  cəzbedici  olduğu  üçün  ...  türk  xalqı  yaratdığı  elini 
dağıtmış».  Anta  ötrü  kağamma  ötiintim  (T  12)  «Ondan  ötrü 
xaqanıma  müraciət  etdim»  Anta  ötrü  oğuz  корт  kəlti  (T  16) 
«Ona göm oğuzlar hamısı gəldi». Bilmədiik üçün, yablakın üçün 
eçiim kağan uça bardı  (KT ş 24) «Bilmədiyin üçün, pis olduğun 
üçün əmim xaqan vəfat etdi».
5.  Qədmi  türk yazısı  abidələrinin dilində  -tuk şəkilçili  feli 
sifət  mənsubiyyət  şəkilçisi  qəbul edib  hallanır  və yönlük  halda 
səbəb  zərfliyi  olur;  məsələn:  Terjri  yarlıkaduk  üçün,  özüm 
olurtukıma  tort bulutjdakı  bodunığ itdim,  yaratdım  (BK  şm  9) 
«Tanrı  buyurduğu  üçün,  özüm  (taxta)  oturduğum  üçün  dörd 
tərəfdəki xalqı təşkil etdim, yaratdım».
6.  Qədim  türk yazısı abidələrinin dilində bar «var» və yok 
«yox»  predikativ  sözləri  də üçün qoşması  ilə birləşmədə səbəb
159


zərfliyi  funksiyasında işlənir; məsələn:  Tetjri yarlıkadukın üçün, 
özüm  kutım  bar üçün  kağan olurtım  (КТ c  9) «Tanrı buyurduğu 
üçün,  özümün  bəxtim  olduğu üçün xaqan oturdum».  ...təgdükin 
yok  üçün  kisi  balıkda  mafja  ukğalı  kə iti  (BK  ş  28)  «...  hücum 
etmədiyi üçün adamlar şəhərdən mənə tabe olmağa gəldi».
MƏQSƏD  ZƏRFLİYİ
Məqsəd  zərfliyi  hal  və  hərəkətin  icrasının məqsədini  bil­
dirir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  məqsəd  zərflikləri 
müasir  türk  dillərinə  nisbətən  az  işlənir  və  ifadə  vasitələrinə 
görə də kəskin şəkildə fərqlənir.
Qədim  türk yazısı  abidələrinin  dilində  məqsəd zərflikləri 
səbəb  zərfliklərinə  çox  oxşayır.  Təsadüfi  deyildir  ki,  türk 
dillərinin  qrammatikalarında  bu  iki  zərfliyi  səbəb-məqsəd 
zərfliyi  adı  altında  bir yerdə  izah  edirlər.  Lakin  səbəb  və məq­
səd  zərflikləri  arasında  mühüm  fərqlər  vardır.  Cümlənin  ikinci 
dərəcəli  üzvünün  səbəb,  yaxıd  məqsəd  zərfliyi  olduğunu 
müəyyənləşdirmək üçün  iki məqama diqqət vermək lazımdır:  1. 
Hər  iki  zərflik niyə,  nə  üçün,  nədən  ötrü suallarına cavab verir. 
Səbəb  zərfliyi  bunlardan  başqa  nə  səbəbə  sualına,  məqsəd 
zərfliyi  isə  nə  məqsədə,  nə  məqsədlə  suallarına da cavab verir; 
səbəb  zərfliyi  nə  məqsədə,  nə  məqsədlə  suallarına,  məqsəd 
zərfliyi  isə nə səbəbə sualına cavab vermir.  2.  Səbəb zərfliyinin 
ifadə  etdiyi  səbəbiyyət  məfhumu  aid olduğu  hal  və  hərəkətdən 
əvvəlki  zaman  aid  olur  (səbəbdən  nəticə  meydana  çıxır), 
məqsəd  zərfliyinin  ifadə  etdiyi  məqsəd  məfhumu  isə  hal  və 
hərəkətin  icrasından  sonra  baş  verə  bilər  (indiki  hərəkət 
gələcəkdəki müəyyən bir məqsəd üçün xidmət edir).
Qədim  türk  yazısı  abidələrinin  dilində  məqsəd zərflikləri 
yalnız  feli  bağlama  və  feli  bağlama  tərkibləri  ilə  ifadə  edilir, 
həm  də  məqsəd  zərfliklərinin  ifadə  edilməsində  feli 
bağlamaların yalnız dörd forması iştirak edir.
1. 
-ğalı,  -gəli  şəkilçili  feli  bağlama  və  feli  bağlama 
tərkibləri  məqsəd  zərfliyi  əmələ  gətirir;  məsələn:  Yadağ yabız 
boltı tip alğalı kəlti (BK ş 32) «Piyadalar zəif oldu deyə almağa 
gəldi».  Sı Qar  süsi  ebig,  barkığ  yolğalı  bardı  (BK  ş  32)
160
«Qoşunun  yarısı  evi,  sarayı  dağıtmağa  gəldi».  Öd  tetjriyasar, 
kisi  oğlı  кор  ölgəli  törəmiş  (KT  şm  10)  «Taleyi  tanrı  yazar, 
insan  oğlu  hamılıqla  ölümlü  törəmiş».  Sanağalı  tüsürtimiz  (T
27)  «Saymaq üçün  düşürtdük». Sı (far süsi sütjüşgəli kəlti {В К  ş 
32) «Qoşunun yarısı döyüşməyə gəldi».
2.  -a,  -ə şəkilçili feli bağlamalar və feli bağlama tərkibləri 
məqsəd zərfliyi vəzifəsində işlənir; məsələn:  Üç oğuz süsi basa 
kəlti  (BK  ş  32)  «Üç  oğuz  qoşunu  bizi  basmağa gəldi».  ...tetjri 
tuta  birmis  (MÇ  14)  «...  tanrı  tutmaq  üçün  vermiş».  Tetjri, 
Umay,  ıduk yer,  sub  basa  berti  erinç  (  T  38)  «Tanrı,  Umay, 
müqəddəs yer, su basmağa verdi».
3.  Qədim  türk  yazısı  abidələrinin  dilində  -ı,  -i,  -u,  -ü 
şəkilçili  feli  bağlamalar  və  feli  bağlama  tərkiblərinin  bir  qismi 
məqsəd  zərfliyi  funksiyasında  çıxış  edir;  məsələn:  Anta  ödkə 
ögünip  Kül  tiginig  az  ərin  irtürü  ıtımız  (KT  ş  40)  «Belə  bir 
vaxtda peşman olub Kül tigini azacıq döyüşçü ilə ayırıb (ordanı) 
müdafiə  etməyə  göndərdik».  Yağ  ...  il  tip  ayu  kəlti  (MÇ  27) 
«Yağı  ...  deyib  çağırmağa  gəldi».  Bars  kiyik  əfjiəyü  mətjləyü 
barmış (IB 44) «Bars keyik ov ovlamağa getmiş».
4.  Qədim  türk  yazısı  abidələrinin dilində -in,  -in  şəkilçili 
feli  bağlamalar  və  feli  bağlama  tərkiblərinin  bir  qismi  səbəb 
zərfliyi vəzifəsini  yerinə yetirir, digər qismi  isə məqsəd zərfliyi 
olur.  Feli  bağlamanın  bu  formasının  nə  vaxt  səbəb,  nə  vaxt 
məqsəd zərfliyi vəzifəsində işləndiyini müəyyənləşdirmək üçün 
zərfliklə  xəbər  arasındakı  münasibətə  diqqət  vermək  lazımdır: 
zərflik  xəbərdən  əvvəlki  zaman  məfhumunu  bildirirsə,  səbəb, 
sonram bildirirsə,  məqsəd  zərfliyi olur;  məsələn:  Türk bodunığ 
atı,  küsi  yok  bolmazun  tiyin  katjım  kağanığ,  ögim  katunığ 
kötürmiş  tetjri,  il  birigmə  tetjri,  türk  bodunığ  atı,  küsi  yok 
bolmazun tiyin özümin ol tetjri kağan olurtdı erinç (KT ş 25-26) 
«Türk  xalqının  adı,  şöhrəti  məhv  olmasın  deyə  atam  xaqanı, 
anam  xatunu  yüksəltmiş  tanrı,  el verən  tanrı, türk  xalqının  adı, 
şöhrəti  məhv  olmasın  deyə  özünü  o  tanrı  xaqan  oturtdu». 
Bodunığ  igitəyin  tiyin  yırığaru  oğuz  bodun  tapa,  ilgərü  kıtay, 
tatabı  bodun  tapa,  birigərü  Tabğaç  tapa  uluğ  sü  eki yegirmi 
sülədim  (KT ş  28)  «Xalqı  yüksəldim deyə  şimala oğuz xalqına 
qarşı, şərqə kıtay və tatabı xalqlarına qarşı, cənuba tabğaça qarşı 
böyük qoşunla on iki dəfə qoşun çəkdim».
161


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə