Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə43/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   39   40   41   42   43   44   45   46   ...   118

«Yaxm yerləşdikdən sonra pis əməlləri orada öyrənir imiş».  Ol 
kan yok  boltukda  kisrə  el yelmiş,  ıçğınmts,  kaçışmıs  (O  l)  «O 
xan yox olduqdan sonra el sona yetmiş, dağılmış, qaçışmış».
3. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  indiki  zamanda 
işlənən  feldən  sonra  erikli  «ikən»  sözü  işləndikdə  konstruksiya 
cümlənin xüsusiləşmiş  zərfliyi  olur;  məsələn:  Kiçə  yaruk batur 
erikli  süQüsdim  (MÇ  13)  «Gecə  günəş  batarkən  döyüşdüm». 
Otuz  artukı  bir  yaşıma  karluk  bodun  buQsız  erür,  barur  erikli 
yağı boltı (BK  ş 28-29) «Otuz bir yaşımda karlık xalqı qayğısız, 
azad  və  sərbəst  olduğu  halda  yağı  oldu».  Kül  tigin  yiti  otuz 
yaşırja karluk bodun erür, barur erikli yağı boltı (KT şm  1) «Kül 
tiginin  iyirmi  yeddi yaşında karluk xalqı  azad  və  sərbəst olduğu 
halda yağı oldu».
ƏLAVƏLƏR
Qədim  türk  yazısı  abidələrinin  dilində  əlavələrdən  cümlə 
üzvünü  aydınlaşdırmaq,  konkretləşdirmək  iiçün  istifadə  olunur. 
Əlavə  cümlənin  müstəqil  üzvü  deyildir,  o,  aid  olduğu'üzvün 
vəzifəsini  daşıyır,  aid  olduğu  cümlə  üzvünün  yanında  yerləşir, 
ondan aralı işlənmir.
Dilçilik  ədəbiyyatında  əlavələri  iki  qrupa  bölürlər: 
1) xüsusiləşen əlavələr və 2) xüsusiləşməyən əlavələr.
Xüsusiləşməyən  əlavələr  aid  olduğu  cümlə  üzvündən 
xüsusi  intonasiya 
fasilə  ilə  ayrılır.  Bu  tip  əlavələri  iki  qrupa 
ayırmaq olar:
1.  Əlavə  şəxs  əvəzliklərinin  yanında  gəlib  ondan  xüsusi 
intonasiya ilə -  fasilə vasitəsilə ayrılmır; məsələn: Ol iki kisi bar 
ersər,  sini  -   Tabğaçığ  ölürtəçi,  -  tirmən,  ...  bini  -   Oğuzığ 
ölürtəçi  ök,  -  tirmən  (T  10-11)  «O  iki  adam  var  isə,  səni  -  
Tabğaçı  öldürəcək,  -  deyirəm,  məni  -  Oğuzu  da  öldürəcək,  - 
deyirəm».
2.  İsimlərdən  sonra  işlənən  təyinlər  də  əlavəyə  çevrilir; 
məsələn: Kaljım sadança ötünmis (O 8) «Atam şad belə nəsihət 
vermiş». Katjım  kağan  ...  törüg kazğamp uça barmış (KT ş  15-
16)  «Atam  xaqan  ...  qanun  yaradıb  vəfat  etmiş».  Eçim  kağan
170
birlə  ilgərü  Yaşıl ügüz ŞantufJ yazıka  təgi siilədimiz (KT  ş  17) 
«Əmim  xaqan  ilə  şərqə  Yaşıl  çay  Şandun  düzünə  təki, qoşun 
çəkdik».
Xüsusiləşən  əlavələrdən  əvvəl  fasilə  edilir.  Xüsusiləşən 
əlavələr aid olduğu cümlə üzvü ilə eyni hal şəkilçisi qəbul edir. 
Xüsusiləşməyən əlavələrdən fərqli olaraq, xüsusiləşən əlavələri 
izahedici  sözlərlə  genişləndirmək olar.  Xüsusişələn əlavələr  bir 
sözdən də,  bir neçə  sözdən  də  ibarət ola  bilər; məsələn:  ...  ben 
özüm  -  Bilge  Tonyukuk kazğanmasar,  ...Kapağan kağan türk sir 
bodun yerintə bod yəmə,  bodun yəmə,  kisi yemə  idi yok ertoçi 
erti  (T  59-60)  «...  mən  özüm  -   Müdrik  Tonyukuk  qazanmasa 
idim,  ...  Kapağan  xaqanın  türk  sir  xalqı  yerində  bir  nəfər də, 
xalq  da,  adam  da  sahib qalmayacaqdı».  Tabğaç atlığsüsi  - bir 
tümən  artukı  yeti  bil) süg  ilki  kün  öliirtim  (BK  c  1)  «Tabğaç 
süvari qoşununu  on yeddi min qoşunu birinci gün öldürdüm».
Müasir türk  dillərində  cümlənin bütün  üzvlərinin əlavəsi 
olur,  qədim  türk  yazısı  abidələrinin  dilində  isə  mübtəda, 
tamamlıq və xəbərin əlavəsi işlənir.
1. 
Mübtədamn  əlavəsi.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  ən  çox  mübtədamn  əlavəsi  işlənir.  Abidələrin  dilində 
müblədanı konkretləşdirmək, dəqiqləşdirmək, yaxud izah etmək 
üçün,  habelə onun  təsirini gücləndirmək üçün əlavədən  istifadə 
edilir;  məsələn:  Ko/ürtim  ök  türk  bodunığ  Ötiıkim  yerko  ben 
özüm -  Bilgə  Tonyukuk (T  17) «Mən özüm  Müdrik Tonyukuk 
türk  xalqını  Ötükən  yerinə  gətirdim».  Ben 
Bilgə  Tonyukuk 
Altun  yısığ  asa  keltimiz,  Ertis  iigüzig  keçə  keltimiz  (T  37-38) 
«Mən  Müdrik Tonyukuk Altun meşəli dağlarını aşaraq gəldik, 
İrtış  çayını  keçərək  gəldik».  Ol yerkə  ben  -  Bilgə  Tonyukuk  ' 
təgürtik  üçün sarığ  altun,  örütj kümüş,  kız.  kuduz,  əgritəbi,  ağı 
butjsız  kəlirti  (T  47-48)  «O  yerə  mən  -   Müdrik  Tonyukuk 
hücum etdiyim üçün sarı qızıl, parlaq gümüşqız, gəlin, hürküclü 
dəvə, dövlət qədərsiz gətirdi».
Qədim  türk  yazısı  abidələrinin  dilində  bir  sıra  hallarda 
cümlənin  mübtədası  düşür  və  əlavə  mübtəda  kimi  çıxış  edir. 
Mübtəda  kimi  çıxış  edən  əlavə  ilə  cümlənin  əsl  mübtədasınt 
qarışdırmaq olmaz: abidələrin dilində mübtəda xəbərlə uzlaşdığı
171


halda,  mübtəda  yerində  işlənən  əlavə  xəbərlə  uzlaşmır; 
məsələn;  Uyğur yerintə  Yağlakar kan  ata  kəltim (Süci)  «Uyğur 
yerindən Yağlakar xan ata gəldim»....  bilgə kağan bitigin  Yolığ 
tigin  bilidim  (BK  c  ş)  «...  müdrik  xaqan  yazısını  Yolığ  tigin 
yazdım».  Yigirmi kün  olurıp bu  taşka bu  tamka  кор  Yolığ tigin 
bitidim (КТ c ş) «İyirmi gün oturub bu daşa bu yazını tamamilə 
Yolığ tigin yazdım».
2.  Tamamhğın  əlavəsi.  Tamamlıq  vasitəli  və  vasitəsiz 
olduğu  üçün  əlavə  də  vasitəli  və  vasitəsiz  tamamlığa  aid  olur. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtədamn  əlavəsinə 
nisbətnə tamamlğm əlavəsi az işlənir.
a)  Vasitəsiz  tamamhğın  əlavəsi;  Tabğaç  atlığ  süsi -   bir 
tümən  artuh  yeti  bir) süg  ilki  kün  ölürtim  (BK  c  1)  «Tabğaç 
süvari qoşununu -  on yeddi min qoşunu  birinci gün öldürdüm». 
Ol iki kisi bar ersər,  sini  -  Tabğaçığ ölürtəçi,  - tirmən, ...  bini -  
Oğuzığ  ölürtəçi ök,  - tirmən (T  10-11) «O iki adam var isə, səni
-  Tabğaçı öldürəcək,  - deyirəm,... məni  -  Oğuzu da öldürəcək,
- deyirəm».
b)  Vasitəli  tamamhğın  əlavəsi:  Bilgə  Tonyukuk  -  baQa 
aydı  (T  31)  «Müdrik  Tonyukuka  -   mənə  dedi».  Siz  -   elimə, 
kunçuyuma,  oğlanma,  bodunıma  -   sizimə  altmış  yaşıma 
adirıldım  (Y  1)  «Sizdən  -   elimdən,  xanımımdan,  oğlanımdan, 
xalqımdan  -   sizdən  altmış yaşımda ayrıldım».  Sizimə  -  kün,  ay­
azıdım 
(Y 
11)  «Sizdən -   günəşdən,  aydan  azdım».  Sizimə - yüz 
kümüş  bodunıma,  yıta  adırıltım  (Y  44)  «Sizdən 
yüz  gümüş 
xalqımdan, əfsus, ayrıldım».
3.  Xəbərin əlavəsi.  Qədim türk  yazısı  abidələrinin  dilində 
xəbərin  əlavəsi  az  işlənir:  Yağmısı  ben  ertim  -  Bilgə  Tonyukuk 
(T 5) «Qoşulanı mən idim -  Müdrik Tonyukuk»
CÜMLƏ  ÜZVLƏRİNİN SIRASI
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin 
dilində cümlə üzv lərinin sıralanması müəyyən qanunauyğunluğa 
tabedir. Hər cümlə üzvünün söz sırasında öz yeri vardır.  Cümlə 
üzvünün  söz  sırasında  mövqeyi  sözün  mənası  və  qrammatik
172
mövqeyindən asılıdır.  Cümlə  üzvlərinin  sıralanmasında sözlərin 
lüğəvi mənaları da əhəmiyyətli rol oynayır.
Cümlədə  mübtəda  və  xəbərin  yeri.  Mübtəda  və  xəbər 
cümlənin  baş  üzvləridir.  Onlar  cümlənin  əsasını  təşkil  edir. 
Xəbər mübtədaya tabedir və onunla uzlaşır. Uzlaşma əlaqəsi  ilə 
xəbər mübtədaya tabe olduğu  üçün ondan sonra gəlir; məsələn; 
Kağanı  ölti  (KT  ş  20)  «Xaqanı  öldü».  Özi yaQıltı  (KT  ş  20) 
«özü  yanıldı».  Bars bəg erti (KT ş  20)  «Bars  bəy  idi».  Biz az 
ertimiz  (BK  ş  32)  «Biz  az  idik».  Özüm  karı  boltımı  (T  56) 
«Özüm qocaldım» və s.
Sadə  geniş  cümlələrdə  də  baş  üzvlərin  sırası  dəyişmir: 
əvvəlcə mübtəda və ona tabe olan sözlər (mübtəda qütbü), sonra 
xəbər  və  ona  tabe  olan  sözlər  (xəbər  qütbü)  işlənir;  məsələn: 
Türk bodunığ atı,  küsi yok bolmazun  tiyin  ka Qım  kağanığ,  ögim 
katunığ kötürm iş teQri,  il berigm ə teQri,  türk bodun atı,  küsi yok 
bolmazun tiyin özüm in ol teQri kağan olurtdı erinç 
(KT ş 25-26) 
«Türk xalqının adı,  şöhrəti yox olmasın deyə atam xaqanı, anam 
xatunu  götürmüş  tanrı,  cl  verən  tanrı,  türk  xalqının  adı,  şöhrəti 
yox olmasın deyə özümü o tanrı xaqan oturtdu».
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin dilində də bəzən,  məsələn, emosionallıq məqamın­
da,  yaxud  müəyyən  bir  məsələyə  diqqəti  cəlb etmək istədikdə, 
mübtəda və xəbərin adi sırası pozulur,  xəbər əvvəl, mübtəda isə 
sonra  işlənir;  məsələn:  Nəko  tozər  biz  üküs  tiyin!  Nəkə  korkur 
biz,  az  tiyin  (T  38-39)  «Niyə  qaçarıq,  çoxdurlar  deyə?  Niyə 
qorxuruq,  azıq  deyə?»  Türk  bilgə  kağan  iliQə  bititdim 
ben  -  
Bilgə  Tonyukuk  (T  58)  «Türk  müdrik  xaqanının  eli  üçün 
yazdırdım  mən -  Müdrik  Tonyukuk».  Ol küntə təgdi türk bodun 
Təmir  kapığka  (T  46)  «Həmin  gündə  çatdı  türk  xalqı  Dəmir 
qapıya» və s.
Cümlədə tamamhğın  yeri.  Tamamlıq cümlədə  fikrin  for­
malaşması və bitməsində xüsusi əhəmiyyəti olan ikinci dərəcəli 
cümlə üzvüdür.  Tamamlıq xəbər, xüsusən  feli  xəbər tərəfindən 
idarə  edilir  və  bütün  idarə  edilən  sözlərdə  olduğu  kimi  idarə 
edən sözdən, yəni xəbərdən əvvəl gəlir.
173


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə