«Yaxm yerləşdikdən sonra pis əməlləri orada öyrənir imiş».
Ol
kan yok boltukda kisrə el yelmiş, ıçğınmts, kaçışmıs (O l) «O
xan yox
olduqdan sonra el sona yetmiş, dağılmış, qaçışmış».
3.
Qədim türk yazısı abidələrinin dilində indiki zamanda
işlənən feldən sonra erikli «ikən» sözü işləndikdə konstruksiya
cümlənin xüsusiləşmiş zərfliyi olur; məsələn: Kiçə yaruk batur
erikli süQüsdim (MÇ 13) «Gecə günəş batarkən döyüşdüm».
Otuz artukı bir yaşıma karluk bodun buQsız erür, barur erikli
yağı boltı (BK ş 28-29) «Otuz bir yaşımda karlık xalqı qayğısız,
azad və sərbəst olduğu halda yağı oldu». Kül tigin yiti otuz
yaşırja
karluk bodun erür, barur erikli yağı boltı (KT şm 1) «Kül
tiginin iyirmi yeddi yaşında karluk xalqı azad və sərbəst olduğu
halda yağı oldu».
ƏLAVƏLƏR
Qədim türk yazısı abidələrinin dilində əlavələrdən cümlə
üzvünü aydınlaşdırmaq, konkretləşdirmək iiçün istifadə olunur.
Əlavə cümlənin müstəqil üzvü deyildir, o, aid olduğu'üzvün
vəzifəsini daşıyır, aid olduğu cümlə üzvünün yanında yerləşir,
ondan aralı işlənmir.
Dilçilik ədəbiyyatında əlavələri iki qrupa bölürlər:
1) xüsusiləşen əlavələr və 2) xüsusiləşməyən əlavələr.
Xüsusiləşməyən əlavələr aid olduğu cümlə üzvündən
xüsusi intonasiya
fasilə ilə ayrılır. Bu tip əlavələri iki qrupa
ayırmaq olar:
1. Əlavə şəxs əvəzliklərinin yanında gəlib ondan xüsusi
intonasiya ilə - fasilə vasitəsilə ayrılmır; məsələn:
Ol iki kisi bar
ersər, sini -
Tabğaçığ ölürtəçi, -
tirmən, ... bini - Oğuzığ
ölürtəçi ök, - tirmən (T 10-11) «O iki adam var isə, səni -
Tabğaçı öldürəcək, - deyirəm, məni - Oğuzu da öldürəcək, -
deyirəm».
2. İsimlərdən sonra işlənən təyinlər də əlavəyə çevrilir;
məsələn:
Kaljım sadança ötünmis (O 8) «Atam şad belə nəsihət
vermiş».
Katjım kağan ... törüg kazğamp uça barmış (KT ş 15-
16) «Atam xaqan ... qanun yaradıb vəfat
etmiş». Eçim kağan
170
birlə ilgərü Yaşıl ügüz ŞantufJ yazıka təgi siilədimiz (KT ş 17)
«Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki, qoşun
çəkdik».
Xüsusiləşən əlavələrdən əvvəl fasilə edilir. Xüsusiləşən
əlavələr aid olduğu cümlə üzvü ilə eyni hal şəkilçisi qəbul edir.
Xüsusiləşməyən əlavələrdən fərqli olaraq, xüsusiləşən əlavələri
izahedici sözlərlə genişləndirmək olar. Xüsusişələn əlavələr bir
sözdən də, bir neçə sözdən də ibarət ola bilər; məsələn: ...
ben
özüm -
Bilge Tonyukuk kazğanmasar, ...Kapağan kağan türk sir
bodun yerintə bod yəmə, bodun yəmə, kisi yemə idi yok ertoçi
erti (T 59-60) «... mən özüm - Müdrik Tonyukuk qazanmasa
idim, ... Kapağan xaqanın türk sir xalqı yerində bir nəfər də,
xalq da, adam da sahib qalmayacaqdı».
Tabğaç atlığsüsi -
bir
tümən artukı yeti bil) süg ilki kün öliirtim (BK c 1) «Tabğaç
süvari qoşununu on yeddi min qoşunu birinci gün öldürdüm».
Müasir türk dillərində cümlənin bütün üzvlərinin əlavəsi
olur, qədim türk yazısı abidələrinin dilində isə mübtəda,
tamamlıq və xəbərin əlavəsi işlənir.
1.
Mübtədamn əlavəsi. Qədim türk yazısı abidələrinin
dilində ən çox mübtədamn əlavəsi işlənir. Abidələrin dilində
müblədanı konkretləşdirmək, dəqiqləşdirmək, yaxud izah etmək
üçün, habelə onun təsirini gücləndirmək üçün əlavədən istifadə
edilir; məsələn:
Ko/ürtim ök türk bodunığ Ötiıkim yerko ben
özüm - Bilgə Tonyukuk (T 17) «Mən özüm Müdrik Tonyukuk
türk xalqını Ötükən yerinə gətirdim».
Ben
Bilgə Tonyukuk
Altun yısığ asa keltimiz, Ertis iigüzig keçə keltimiz (T 37-38)
«Mən Müdrik Tonyukuk Altun meşəli dağlarını aşaraq gəldik,
İrtış çayını keçərək gəldik».
Ol yerkə ben -
Bilgə Tonyukuk '
təgürtik üçün sarığ altun, örütj kümüş, kız. kuduz, əgritəbi, ağı
butjsız kəlirti (T 47-48) «O yerə mən - Müdrik Tonyukuk
hücum etdiyim üçün sarı qızıl, parlaq gümüşqız, gəlin, hürküclü
dəvə, dövlət qədərsiz gətirdi».
Qədim türk yazısı abidələrinin dilində bir sıra hallarda
cümlənin mübtədası düşür və əlavə mübtəda kimi çıxış edir.
Mübtəda kimi çıxış edən əlavə ilə cümlənin əsl mübtədasınt
qarışdırmaq olmaz: abidələrin dilində mübtəda xəbərlə uzlaşdığı
171
halda, mübtəda yerində işlənən əlavə xəbərlə uzlaşmır;
məsələn;
Uyğur yerintə Yağlakar kan ata kəltim (Süci) «Uyğur
yerindən Yağlakar xan ata gəldim»....
bilgə kağan bitigin Yolığ
tigin bilidim (BK c ş) «... müdrik xaqan yazısını Yolığ tigin
yazdım».
Yigirmi kün olurıp bu taşka bu tamka кор Yolığ tigin
bitidim (КТ c ş) «İyirmi gün oturub bu daşa bu yazını tamamilə
Yolığ tigin yazdım».
2. Tamamhğın əlavəsi. Tamamlıq vasitəli və vasitəsiz
olduğu üçün əlavə də vasitəli və vasitəsiz tamamlığa aid olur.
Qədim türk yazısı abidələrinin dilində mübtədamn əlavəsinə
nisbətnə tamamlğm əlavəsi az işlənir.
a) Vasitəsiz tamamhğın əlavəsi;
Tabğaç atlığ süsi -
bir
tümən artuh yeti bir) süg ilki kün ölürtim (BK c 1) «Tabğaç
süvari qoşununu - on yeddi min qoşunu birinci gün öldürdüm».
Ol iki kisi bar ersər, sini - Tabğaçığ ölürtəçi, - tirmən, ...
bini -
Oğuzığ ölürtəçi ök, - tirmən (T 10-11) «O iki adam var isə, səni
- Tabğaçı öldürəcək, - deyirəm,... məni - Oğuzu da öldürəcək,
- deyirəm».
b) Vasitəli tamamhğın əlavəsi:
Bilgə Tonyukuk - baQa
aydı (T 31) «Müdrik Tonyukuka - mənə dedi».
Siz -
elimə,
kunçuyuma, oğlanma, bodunıma -
sizimə altmış yaşıma
adirıldım (Y 1) «Sizdən - elimdən, xanımımdan, oğlanımdan,
xalqımdan - sizdən altmış yaşımda ayrıldım».
Sizimə - kün, ay
azıdım
(Y
11) «Sizdən - günəşdən, aydan azdım».
Sizimə - yüz
kümüş bodunıma, yıta adırıltım (Y 44) «Sizdən
yüz gümüş
xalqımdan, əfsus, ayrıldım».
3. Xəbərin əlavəsi. Qədim türk yazısı abidələrinin dilində
xəbərin əlavəsi az işlənir:
Yağmısı ben ertim -
Bilgə Tonyukuk
(T 5) «Qoşulanı mən idim - Müdrik Tonyukuk»
CÜMLƏ ÜZVLƏRİNİN SIRASI
Türk dillərində, o cümlədən qədim türk yazısı abidələrinin
dilində cümlə üzv lərinin sıralanması müəyyən qanunauyğunluğa
tabedir. Hər cümlə üzvünün söz sırasında öz yeri vardır. Cümlə
üzvünün söz sırasında mövqeyi sözün mənası və qrammatik
172
mövqeyindən asılıdır. Cümlə üzvlərinin sıralanmasında sözlərin
lüğəvi mənaları da əhəmiyyətli rol oynayır.
Cümlədə mübtəda və xəbərin yeri. Mübtəda və xəbər
cümlənin baş üzvləridir. Onlar cümlənin əsasını təşkil edir.
Xəbər mübtədaya tabedir və onunla uzlaşır. Uzlaşma
əlaqəsi ilə
xəbər mübtədaya tabe olduğu üçün ondan sonra gəlir; məsələn;
Kağanı ölti (KT ş 20) «Xaqanı öldü».
Özi yaQıltı (KT ş 20)
«özü yanıldı».
Bars bəg erti (KT ş 20) «Bars bəy idi».
Biz az
ertimiz (BK ş 32) «Biz az idik».
Özüm karı boltımı (T 56)
«Özüm qocaldım» və s.
Sadə geniş cümlələrdə də baş üzvlərin sırası dəyişmir:
əvvəlcə mübtəda və ona tabe olan sözlər (mübtəda qütbü), sonra
xəbər və ona tabe olan sözlər (xəbər qütbü) işlənir; məsələn:
Türk bodunığ atı, küsi yok bolmazun tiyin ka Qım kağanığ, ögim
katunığ kötürm iş teQri, il berigm ə teQri, türk bodun atı, küsi yok
bolmazun tiyin özüm in ol teQri kağan olurtdı erinç
(KT ş 25-26)
«Türk xalqının adı, şöhrəti yox olmasın deyə atam xaqanı, anam
xatunu götürmüş tanrı, cl verən tanrı, türk xalqının adı, şöhrəti
yox olmasın deyə özümü o tanrı xaqan oturtdu».
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də bəzən, məsələn, emosionallıq məqamın
da, yaxud müəyyən bir məsələyə diqqəti cəlb etmək istədikdə,
mübtəda və xəbərin adi sırası pozulur, xəbər əvvəl, mübtəda isə
sonra işlənir; məsələn:
Nəko tozər biz üküs tiyin! Nəkə korkur
biz, az tiyin (T 38-39) «Niyə qaçarıq, çoxdurlar deyə? Niyə
qorxuruq, azıq deyə?»
Türk bilgə kağan iliQə bititdim
ben -
Bilgə Tonyukuk (T 58) «Türk müdrik xaqanının eli üçün
yazdırdım mən - Müdrik Tonyukuk».
Ol küntə təgdi türk bodun
Təmir kapığka (T 46) «Həmin gündə çatdı türk xalqı Dəmir
qapıya» və s.
Cümlədə tamamhğın yeri. Tamamlıq cümlədə fikrin for
malaşması və bitməsində xüsusi əhəmiyyəti olan ikinci dərəcəli
cümlə üzvüdür. Tamamlıq xəbər, xüsusən feli xəbər tərəfindən
idarə edilir və bütün idarə edilən sözlərdə olduğu kimi idarə
edən sözdən, yəni xəbərdən əvvəl gəlir.
173