bolayın
(T 6-7) «Müdrik Tonyukuk - Boyla Bağa Tarkan ilə,
İltəris, xaqan olaq».
Ol
yirg ərü barsar, türk bodun, öltəçi sən
(КТ c 8) «O yerlərə getsən, türk xalqı, öləsisən».
A
Qar körü
biliQ, türk am tı bodun, bəglər, bödkə körigm ə bəglər, gü
yaQ ıltaçı siz
(КТ c 11) «Ona baxaraq bilin, indiki türk xalqı,
bəyləri, taxta tabe bəylər, axı yanılasısınız».
Qədim türk yazısı abidələrinin dilində xitablar quruluşca
sadə və mürəkkəb olur:
L Sadə xitablar bir sözdən ibarət olur; məsələn:
Tabğaç,
beridənyən təg (T 11) «Tabğaç, cənub tərəfdən hücum et».
Kıtap, ötjdənyən təg (T 11) «Kıtay, şərqdən hücum et».
В il gə
Tonyukuk - Boyla Bağa Tarkan birlə, İltəris, kağan bolayın (T
6-7) «Müdrik Tonyukuk - Boyla Bağa Tarxan ilə, İltəris, xaqan
olaq».
2.
Mürəkkəb xitablar söz birləşmələri ilə ifadə olunur;
məsələn:
Ol yirgərü barsar, türk bodun, öltəçi sən (KT c 8) «O
yerlərə getsən, türk xalqı, öləsisən». ...
tokuz oğuz bəgləri.
bodunı, bu sabımın edgüti esid, katığdı tiQlə (KT c 2) «...
doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca eşil, möhkəmcə
dinlə».
Ögim Шип, ulayu öglərim, əkələrim, kəliQünim,
kunçuylarım, bunça tirigi kül) boltaçı erti, ölügi yunda, yolla
yatu kaltaçı ertigiz (KT şm 9) «Anam xatun, digər analarım,
böyük bacılarım, gəlinlərim, xanımlarım, bunça diriləriniz kəniz
olası idi, ölüləriniz yurdda, yolda yataraq qalası idi».
ARA SÖZLƏR VƏ ARA CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində bir qrup sözlür
vardır ki, bunlar cümlədəki digər sözlərlə qrammatik (sintaktik)
əlaqəyə girmir, heç bir suala cavab vermir və cümlə üzvü də
olmur, təkcə ifadə olunan fikrə münasibət bildirir. Belə sözlərə
ara sözlər deyilir.
Qədim türk yazısı abidələrinin dilində ara sözlər az işlənir.
Abidələrin dilində ara söz hesab edilə biləcək bu sözlərə
təsadüf edilir:
azu «məgər»; ədat;
178
erinç «yəqin, güman ki, mümkün»; təsdiq, ehtimal
bildirən ədat;
kük güman bildirən ədat;
ok «məhz, lap, da, də»; ifadə və mənanı gücləndirən ədat;
ök «da, də»; ifadə və mənanı gücləndirən ədat;
ğu və
gü - ara sözlərinin lüğətlərdə tərcüməsi yoxdur,
lakin
axı kimi tərcümə edilə bilər.
Bu sözlərin abidələrin mətnlərində işlənməsinə
az təsadüf
edilir; məsələn:
Azu bu sabunda igid barğu (KT c 10) «Məgər
bu sözümdə yalan varmı?»
Türk amtı bodun, bəglər, bödkə
körigmə bəglər, gü yaQıltaçı siz (KT c 11) «İndiki türk xalqı,
bəyləri, taxta tabe bəylər, axı yazılasısınız».
Yayduk yolta yəm ə
ölti kük (T 16) «Sopələndkiləri yollarda da, güman ki, öldülər».
Ben özüm uzun yəlmok ıtım ok (T 52) «Mən özüm uzun süvari
dəstələri, əlbəttə, göndərdim».
Bini -
Oğuzığ Ölürtəçİ ök, - tir
mən (T 11) «Məni Oğuzu öldürəsidir, hökmən, deyirəm».
Bu ara sözlərindən qədim türk yazısı abidələrinin dilində
ən çox işlənən
erinç sözüdür; məsələn:
Buyurukı yəmə bilgə
ermis erinç. alp er mis erinç (KT ş 3) «Buyuruqları da müdrik
imiş, igid imiş».
Anı üçün ilig ança tulmıs erinç (KT ş 3) .«Onun
üçün eli eləcə düzəltmiş».
Anta kisrə inisi kağan bolmıs erinç,
oğlı ta kağan bolmuş erinç. Anta kisrə inisi eçisin təg kılwmaduk
erinç, oğlı kafjım təg kıltnmaduk erinç, biligsiz kağan olurmıs
erinç. yablak kağan olurmıs erinç. Buyurukı yəm ə biligsiz erinç,
yablak ermis erinç (KT ş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan
olmuş, oğlu da xaqan olmuş. Ondan sonra kiçik qardaşı böyük
qardaşı kimi olmadığı, oğlu atası kimi olmadığı üçün biliksiz
xaqan oturmuş, pis xaqan oturmuş. Buyuruklan da biliksiz imiş,
pis imiş».
Qədim türk yazısı abidələrinin dilində ara cümlələr də ara
sözlərin vəzifəsini icra edir, cümlədəki fikrə münasibəti bildirir.
Abidələrin dilində ara cümlələrin işlənməsinə nadir hallarda
təsadüf edilir; məsələn:
AQuru süləməsər, kaç nət) ersər, ol
bizni, kağam alp ermis, ayğuçısı bilgə ermis, kaç nəf) ersər
ölürtəçi kük (T 20-21) «Ona qarşı qoşun yürütməsək, hər necə
olsa, o bizi, xaqanı cəsur imiş, məsləhətçisi müdrik imiş, hər
179
necə olsa, (bizi) öldürəcəkdir».
Yorımasar, bizni, kağanı aip
ermis, ayğuçısı bilgə ermis, kaç nə/J ersər, bizni ölürtəçi kük (T
29-30) «Yürüş etməsək, bizi, xaqanı igid imiş, məsləhətçisi
müdrik imiş, hər necə olsa, bizi öldürəsidir».
SADƏ CÜMLƏNİN STRUKTUR-SİNTAKTİK TİPLƏRİ
Sadə cümlə, ümumiyyətlə, cümlə dedikdə ilk növbədə baş
üzvləri - mübtədası və xəbəri, ikinci dərəcəli üzvləri - təyini,
tamamlığı və zərfliyi olan cümlələr təsəvvürə gəlir. Sadə
cümlədə xitab, ara söz və ara cümlələr də iştirak edə bilər.
Lakin bu, klassik sadə cümlə haqqında olan təsəvvürdür. Sadə
cümlə məfhumuna daha geniş anlayışlar daxildir. Məsələn, ola
bilər ki, tam formalaşmış sadə cümlədə baş üzvlərdən biri - ya
mübtəda, ya da xəbər - iştirak etməsin, iştirakına ehtiyac da
olmasın, hətta iştirakı təsəvvürə də gətirilə bilməsin. Ola bilər
ki, baş üzvlərin biri və ya hər ikisi buraxılsın (lakin təsəvvürə
gətirilsin). Ola bilər ki, cümlə ümumiyyətlə üzvlərinə
ayrılmasın - cümlə üzvlərinə ayrılmalı sözlər olmasın. Bu cürə
müxtəlif baxımlardan yanaşdıqda sadə cümlənin müxtəlif
növlərini göstərmək olar. Hər şeydən əvvəl cümləni üzvlərinə
aynlıb-ayrılmamasma görə iki qrupa ayırırlar: 1) üzvlərinə
parçalanmayan - üzvlənməyən sadə cümlələr və 2) üzvlərinə
parçalanan - üzvlənən sadə cümlələr.
Müasir türk dillərində dialoji nitqdə elə sözlər işlədilir ki,
bu sözlər ətrafına izahedici sözlər toplamadan təklikdə müxtəlif
növlü bütöv cümlələrə cavab olur, müxtəlif növlü cümlələri
əvəz edir, bütöv cümlə təsiri bağışlayır. Dilçilik ədəbiyyatında
belə sözlərə cümlə əvəzləri, söz-cümlə deyilir. Bü tip söz-
cümlələr üzvlərinə ayrıla bilmir, daha doğrusu, bunlarda üzvlərə
ayırmaq üçün söz olmur. Bu tip söz-cümlələri üzvlənməyən
cümlələr adlandırırlar. Məsələn, müasir Azərbaycan dilində
dialoq məqamında
cavab kimi işlədilən bəli, xeyr, yox, baş üstə,
yaxşı, bəs necə, əlbəttə, qətiyyən, yox-yox, hə, bəlkə də və s.
sözlər buna nümunə olar. Qədim türk yazısı
abidələrinin dilində
belə söz-cümlələrin işlənməsinə, ümumiyyətlə üzvlərinə
bölünməyən cümlələrin işlədilməsinə təsadüf edilmir.
180
ÜZVLƏNƏN SADƏ CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində təkcə üzvlərinə
bölünən sadə cümlələr işlənir. Tərkibində işlənən cümlə
üzvlərinə ayrıla bilən cümlələrə üzvlənən cümlə deyilir.Qədim
türk yazısı abidələrinin dilində üzvlənən sadə cümlələrin zəngin
tipləri mövcuddur.
Cümlə üzvlərinin iştirakına görə qədim türk yazısı
abidələrinin dilində işlənən üzvlənən sadə cümlələri belə təsnif
etmək olar:
1. Baş üzvlərin iştirakına görə: 1) təktərkibli sadə cüm
lələr, 2) cüttərkibli sadə cümlələr.
2. Baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlərin də iştirak
edib-etməməsinə görə: 1) sadə geniş cümlələr, 2) sadə müxtəsər
cümlələr.
3. Baş və ikinci dərəcəli üzvlərin buraxılıb-buraxılma-
masma görə: 1) sadə bütöv cümlələr, 2) sadə yarımçıq cümlələr.
Baş üzvlərin hər ikisinin işləndiyi və ya işlonmədikdə
bərpası mümkün olan cümlələrə cüttərkibli cümlələr deyilir.
Baş üzvlərdən təkcə biri iştirak edən və iştirak etməyən üzvün
bərpası mümkün olmayan cümlələrə təktərkibli cümlələr
deyilir. Təkcə baş üzvlərdən ibarət olan sadə cümlələr müxtə
sər, baş üzvlərdən əlavə ikinci dərəcəli üzvlərdən, heç olmasa,
biri və ya hamısı iştirak edən cümlələr sadə geniş cümlələr
adlanır. Baş üzvlərinin hər ikisinin iştirak etdiyi cümlələr bütöv,
baş üzvlərdən birinin və ya hər ikisinin buraxıldığı cümlələr isə
yarımçıq cümlələr adlanır.
TƏKTƏRKİBLİ SADƏ CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində cümlələrin bir
hissəsində baş üzvlərdən yalnız biri - ya mübtəda, ya da xəbər
iştirak edir. Belə cümlələrdə mübtəda iştirak edirsə, xəbərə,
xəbər iştirak edirsə, mübtədaya ehtiyac olmur. Hansı baş üzvün
İştirak etməsindən asılı olaraq bu tip sadə cümlələr ya mübtəda
qütbü, ya da xəbər qütbü əsasında formalaşır. Ya mübtəda, ya
da xəbər qütbü əsasında formalaşan cümlələri təktərkibli sadə
181