Tamamhqların vasitəli və vasitəsiz deyə iki növə ayrılma
sı onların cümlədəki sırasına bilavasitə təsir edir. Vasitəli ta-
mamlığın cümlədə söz sırasmdakı yeri nisbətən sərbəstdir. Va
sitəsiz tamamlığın da iki tipinin - qeyri-müəyyən və müəyyən
vasitəsiz tamamlıqlar - olması da həmin vasitəsiz tamamlıqlann
söz sırasmdakı yerinə ciddi təsir göstərir; burada da müəyyən
vasitəsiz tamamlığın cümlədəki yeri qeyri-müəyyən vasitəsiz ta-
mamlığa nisbətən sərbəstdir. Qeyri-müəyyən vasitəsiz tamam-
lıqlar təsirli fellərlə idarə olunur və bilavasitə feli xəbərin yanın
da durur; onları xəbərdən uzaqlaşdırmaq mümkün deyildir. Xə
bərdən aralanması üçün qeyri-müəyyən vasitəsiz tamamlıqları
müəyyən vasitəsiz tamamlığa çevirmək zəruridir; məsələn:
Kağanı sü tasıkdı (T 33) «Xaqanı qoşun çıxartdı».
Sü yorıtdım
(T 26) «Qoşun yürütdüm».
Irak ersər, yablak ağı birür, yağuk
ersər, edgü ağı birür (КТ c 7) «Uzaq olsan, pis hədiyyə verir,
axın olsan, yaxşı hədiyyə verir».
Müəyyən vasitəsiz tamamlıqlann cümlədəki yeri nisbətən
sərbəstdir, lakin cümlədə vasitəli tamamlıq və müəyyən Vasi
təsiz tamamlıq işlənirsə, onda vasitəli tamamlığa nisbətən
müəyyən vasitəsiz tamamlıq feli daha yaxm mövqedə yerləşir;
məsələn:
Bu süg elt (T 32) «Bu qoşunu apar».
Bu sabımın edgüti
esid(K T c 2) «Bu sözümü yaxşıca eşit».
Mən ...
Tabğaç kağanta
bədizçi kəlürtim (КТ c 11) «Mən ... Tabğaç xaqanlığından naxış
vuran gətirtdim».
Cümlədə təyinin yeri. Türk dillərində təyin təyinlənən-
dən əvvəl işlənir. Bu qanun qədim türk yazısı abidələrinin dilinə
də aiddir. Türk dillərində, o cümlədən qədim türk yazısı-abidə
lərinin dilində təyinlənənin bir neçə təyini olarsa və həmin
təyinlər həmcins olmazsa, müəyyən qanuna uyğun olaraq sıra
lanmalıdır. Bu qanunauyğunluğa əsasən təyin olunan sözə ən
yaxın yerdə maddilik bildirən atributiv isimlər və ya digər atrii-
butivləşmiş sözlər durur, ondan əvvəl sifətlə ifadə edilmiş
təyinlər, sifətlərdən əvvəl saylarla ifadə edilmiş təyinlər,
nəhayət onlardan da əvvəl, yəni təyinlər cərgəsinin başında
əvəzliklər işlənir:
174
Əvəzlik —►
say —> sifət —*• atributiv isim —> ad (təyin
olunan)
Təyinlər cərgəsində
-kı şəkilçisi və onun derivaüarı (-
dakı, -dəki, -rakı, -rəki) ilə düzəlmiş sifət olduqda belə sifətlər
cərgənin başına keçir.
Qədim türk yazısı abidələrinin dilində yuxanda verilmiş
ideal sxemdə təyinlərin işlənməsinə təsadüf edilmir; məsələn:
Terjri təg tetjrido bolmış türk bi/gə kağan bu ödkə olurtım (Kİ' c
1) «Tanrı tək tanrıda olmuş türk müdrik xaqanı bu vaxt (taxta)
oturdum».
İçrə aşsız, taşra lon.sız, yabız, yablak bodunka üzə
olurtım (KT ş 26) «İçi aşsız, üstü donsuz, pis və nankor xalqın
üzərində oturdum».
Ol üç kağan ögləşip: -
Altun yış üzə
kabısalım, -
timis (T 20) «O üç xaqan məsləhətləşib: - Altun
meşəli dağları üzərinə hücum edək, - demiş».
Cümlədə zərfliyin yeri. Zərfliklərin cümlədə işlənmə
yeri onların məna növlərindən və ifadə vasitələrindən asılıdır.
Qədim türk yazısı abidələrinin dilində tər/i-hərəkət və
kəmiyyət zərflikləri, adətən, bilavasitə feli xəbərin yanında
işlənir. Bunun səbəbi odur ki, həmin zərfliklərin ifadə
edildikləri zərf, işarə əvəzlikləri və qeyri-müəyyən saylar feli
xəbərdən uzaqlaşdıqda zərflik xüsusiyyətini itirib təyinə çevrilə
bilir. Həmcinç olmayan tər/i-hərəkət zərflikləri feli bağlama və
feli bağlama
tərkibləri, zərf, sifət və ya hər hansı bir sözlə ifadə
edilirsə, onda feli bağlama və ya feli bağlama tərkibi ilə ifadə
edilən tərzi-hərəkət zərflikləri əvvəl, nitq hissələri ilə ifadə
edilmiş tərzi-hərəkət zərflikləri sonra gəlir. Bütün bunlara görə
tərzi-hərəkət zərflərinin cümlənin feli xəbərinə yanaşması
zəruridir; məsələn:
Sabımın edgüti esidgil (КТ c 1) «Sözümü
yaxşıca eşit».
Türgiş kağan süsi otça, borça kəlti (BK ş 27)
«Türgiş xaqanının qoşunu od kimi, şərab kimi gəldi».
Kamuğı
biş otuz sülədimiz, üç yegirmi süQüşdimiz (KT ş 18) «Cəmi
iyirmi beş (dəfə) qoşun çəkdik, on üç (dəfə) döyüşdük».
Zaman zərfi iklorindən bir qismi bilavasitə feli xəbərin
yanında işlənir, bir qisminin isə cümlədəki işlənmə yeri
sərbəstdir, hətta mübtəda və mübtəda qütbündə də əvvəl işlənə
bilər. Cümlədə işlənmə yerinin sərbəst, yaxud sabit olması
175
zaman zərfliyinin semantik mənasından asılıdır: zaman
zərfliyinin atributivləşməyə, yaxud substantivləşməyə meyli
olmadıqda onun yeri sərbəst olur, mövqeyi dəyişdikdə
atributivləşə və ya substantivləşə bilən zaman zərflikləri
bilavasitə feli xəbərin yanında işlənir; məsələn:
Tün yəmə, kün
yəm ə yelü bardımız (T 27) «Gecə də, gündüz də yel kimi
getdik».
İlim amtı кат? (KT ş 9) «Elim indi hanı?»
Yarın-kiçə
altun örgin üzə olunpan məQiləyir mən (IB 1) «Gecə-gündüz
qızıl taxtın üstündə oturub zövq alıram».
Qədim türk yazısı abidələrinin dilində yer, səbəb və
məqsəd zərflikləri qrammatik cəhətdən formalaşır, onların
atributivləşmə və substantivləşmə meyli praktik surətdə sıfıra
yaxm olduğu üçün cümlədəki yerləri də sərbəstdir; bu baxımdan
yer, səbəb və məqsəd zərfi iklərini müəyyən vasitəsiz və vasitəli
tamamlıqlarla müqayisə etmək olar; məsələn:
Üzə kök terjri,
asra yağız yir kılmtukda ekin ara kisi oğlı kıhnmıs (KT ş 1)
«Üstdə mavi göy, altda qonur yer yarandıqda ikisinin arasında
insan oğul yaranmış».
İlgərü ŞandufJyazıka təgi sülədim (KT c
3) «Şərqə Şandun düzünə təgi qoşun çəkdim».
Anla kisrə teljı i
bilig bertük üçüq özüm ök kağan kısdım (T 6) «Ondan sonra tanrı'
bilik verdiyi üçün məhz özüm xaqan seçdim».
Yadağyabız boltı
tip alğalı kəlti (BK ş 32) «Piyadalar pis oldu deyib almağa
gəldi».
Sı Qar süsi ebig, barkığ yolğalı bardı (BK ş 32)
«Qoşunun yarısı evi, sarayı dağıtmağa gəldi».
QRAMMATİK CƏHƏTDƏN CÜMLƏ ÜZVLƏRİ İLƏ
BAĞLI OLMAYAN SÖZLƏR
Qedim türk yazısı abidələrinin dilində cümlə quruluşunda
elə sözlər də iştirak edir ki, onlar cümlənin əmələ gəlməsində
bilavasitə iştirak etmir, cümlə üzvü olmur, cümlə üzvlərinin heç
birinin suallarına cavab vermir, cümlə üzvlərinin heç biri ilə
sintaktik əlaqəyə girmir, amma cümlədə iştirak edən digər
sözlərlə, cümlə üzvləri ilə müəyyən məna əlaqəsində olur. Belə
sözlər ya müraciət, ya da cümlədə söylənilən fikrə münasibət
məqsədi ile işlədilir. Bu sözlər cümlədə müəyyən sintaktik
176
vəzifə daşımadığı, cümlə üzvü olmadığı, cümlə üzvlərinin
süallarma cavab vermədiyi, cümlədə iştirak edən digər sözlərlə
- cümlə üzvləri ilə qrammatik (sintaktik) əlaqəyə giımədiyi
üçün qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan
sözlər adlandırılır və iki qrupda birləşdirilir: 1) xitab, 2) ara
sözlər və ara cümlələr.
XİTAB
Qədim türk yazısı abidələrinin dilində cümlədə müraciət
məqsədilə işlədilən sözlərə xitab deyilir. Mübtəda kimi xitab da
ismin adlıq halında işlədilir. Buna görə də çox vaxt
mübtəda ilə
xitabı qarışdırırlar. Mübtəda ilə xitab arasında bir sıra fərqli
cəhətlər vardır:
1. Mübtəda da, xitab da ismin adlıq halmda olur, lakin
mübtəda adi tonla, xitab isə xüsusi intonasiya, yüksək tonla
tələffüz edilir.
2. Mübtəda cümlə üzvüdür, xitab isə cümlə üzvü olmur.
3. Cümlə üzvü kimi mübtəda müəyyən suala cavab verir,
xitab isə heç bir suala cavab vermir.
4. Cümlə üzvü olduğu üçün mübtəda digər cümlə üzvləri
ilə sintaktik əlaqəyə girir, xitab isə cümlədə işlənən sözlərin
heç biri ilə sintaktik əlaqəyə girmir.
5. Düzgün cümlə quruluşunda mübtəda xəbərdən əvvəl
işlənir, xitabın isə cümlədə sabit işlənmə yeri yoxdur.
6. Mübtədanın cümlədəki yerini dəyişdikdə bu, cümlənin
mənasına, qrammatikasına təsir göstərir, xitabın cümlədə
işlənmə yerini dəyişdikdə isə bu, cümlənin mənasına,
qrammatikasına təsir göstərmir.
7. Mübtədamn məzmunu ilə forması uyğun gəlir, yəni
mübtəda məzmunca hansı şəxsi bildirirsə, formaca da həmin
şəxsə aid olur, xitab isə məzmunca ikinci şəxsə aid olduğu halda
formaca üçüncü şəxsi bildirir.
Qədim türk yazısı abidələrinin dilində xitablar, geniş
şəkildə işlənir. Müasir türk dillərində olduğu kimi, abidələrin
dilində də xəbər xitabla deyil, mübtəda ilə uzlaşır; məsələn:
Bilgə Tonyukuk - Boyla Bağa Tarkan birlə, İltəris, kağan
111