1. Şühudi keçmiş zamana görə uyuşma:
ÖziyaQıltı, kağanı
ölti, boduna küQ, kul boltı (KT ş 20) «Özü yanıldı, xaqanı öldü,
xalqı kəniz, qul oldu».
İlligig ilsirətdimiz,
kağanlığığ
kağansıratdımız, tizligig sökürtimiz, başlağığ yüküntürtimiz (KT
ş 18) «Ellini elsizləşdirdik, xaqanimi xaqansızlaşdırdıq, dizlini
çökdürdük, başlını səcdə etdirdik».
2. Nəqli keçmiş zamana görə uyuşma:
Taşra yorıyur tiyin
kü esidip balıkdakı tağıkmış tağdakı İnmiş, tirilip yetmiş ər
bolmış (Kt ş 11-12) «Sərhəddən kənarda yürüş edir deyə xəbər
eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş, toplaşıb
yetmiş ər olmuş».
Teijri küç bertük üçün kaIJım kağan süsi böri
təg ermiş, yağısı koy təg ermiş (KT ş 12) «Tanrı güc verdiyi
uçun atam xaqanın qoşunu qurd kimi imiş, yağısı qoyun kimi
imiş».
3. İndiki zamana görə uzlaşma:
Kəlir ersər. kü ər ükülür,
kəlməz ersər, tılığ, sabığ alı olur (T 32) «Gəlsələr səsdən adam
çoxalır, gəlməsələr, dil, xəbər alaraq otur».
4. Qeyri-qəti gələcək zaman hekayəsinə görə uyuşma:
İnisi eçisin bilməz erti, oğlı katjm bilməz erti (KT ş 21) «Kiçik
qardaşı böyük qardaşını tanımazdı, oğlu atasım tanımazdı».
5. Felin şəkillərinə görə uyuşma:
Tabğaç, boridənyən təg,
Kıtajl öl)dənyən təg, ben vırdantayan təgəy'ın (T 11) «Tabğaç,
cənubdan hücum et, Kıtay, şərqdən hücum et, mən şimaldan
hücum edim».
Türk badun, yəmə bulğanç ol, - timis, oğuzı yəmə
tarkanç ol, - timis (1’ 22) «Türk xalqı, yenə iğtişaş sal, - demiş,
oğuz xalqı, yenə üsyan et, - demiş».
İNTONASİYA
Cümlənin yaranması, təşəkkülünün əsas amillərindən,
şərtlərindən biri də intonasiyadır. Digər şərtlərlə yanaşı,
intonasiya bitkinliyi olmayan söz birləşməsi cümlə hesab
edilmir. Bu hökm tabesiz mürəkkəb cümlələrə də aiddir.
Tabesiz mürəkkəb cümlənin komponentlərinin bağlanmasında
intonasiyanın mühüm əhəmiyyəti vardır. Tabesiz mürəkkəb
cümlənin komponentləri vahid cümlə intonasiyasına tabe
202
olmasa, onda onlar tabesiz mürəkkəb cümləni təşkil etməz, onun
komponentləri olmaz, sadə cümlə olaraq qalar. Tabesiz
mürəkkəb cümlənin komponentləri arasında məna əlaqələrinin
yaranması
və
formalaşmasında,
komponertlər
arasında
münasibətlərin yaranmasında intonasiya mühüm rol oynayır.
İntonasiya tələffüzlə əlaqədar olduğu üçün, ilk baxışda elə
görünə bilər ki, qədim türk yazısı abidələrinin dilinə onun heç
bir aidiyyatı yoxdur. Lakin hər hansı bir yazılı dilin şifahi
mənşəyi olduğu üçün intonasiya yazılı mətnlərə də aiddir və
onların səsləndirilməsində nəzərə alınmalıdır, almır da.
Deyilənlər eyni dərəcədə qədim türk qəbilələrinin dili olan və
bizə qədər gəlib çatan qədim türk yazısı abidələrinin dilinə də
aiddir.
TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN
QURULUŞCA NÖVLƏRİ
Tabesiz mürəkkəb cümlələrin quruluşundan danışarkən ilk
növbədə onu tərtib edən sadə cümlələr - labesiz mürəkkəb
cümlələrin komponentləri nəzərdə tutulur. Tabesiz mürəkkəb
cümləni tərtib edən komponentlər ya sadə cümlələrdən, ya
tabeli mürəkkəb cümlələrdən, ya da hər iki tip cümlələrdən
ibarət ola bilər. Buna görə də tabesiz mürəkkəb cümlənin
qürülüşca üç növünü göstərmək olar:
1.
Yalnız sadə cümlələrdən ibarət olan tabesiz mürəkkəb
cümlələr; bunları sadə tərtibli tabesiz mürəkkəb cümlə
adlandıraq.
2.
Sadə və tabeli mürəkkəb cümlələrdən ibarət
olan tabesiz
mürəkkəb cümlələr; bunları qarışıq tərtibli labesiz mürəkkəb
cümlə adlandıraq.
3.
İki tabeli mürəkkəb cümlədən ibarət olan tabesiz
mürəkkəb cümlələr; bunları miirəkəb tərtibli tabesiz mürəkkəb
cümlə adlandıraq.
Sadə tərtibli tabesiz mürəkkəb cümlələr. Sadə tərtibli
tabesiz mürəkkəb cümlələr elə mürəkkəb cümlələrə deyilir ki,
onların komponentləri təkcə sadə cümlələrdən ibarət olur.
Qədim türk yazısı abidələrinin dilində sadə cümlələrin növləri
203