Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə44/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   40   41   42   43   44   45   46   47   ...   118

Tamamhqların vasitəli və vasitəsiz deyə iki növə ayrılma­
sı  onların  cümlədəki  sırasına  bilavasitə  təsir  edir.  Vasitəli  ta- 
mamlığın  cümlədə  söz  sırasmdakı yeri  nisbətən  sərbəstdir.  Va­
sitəsiz  tamamlığın  da  iki  tipinin  -   qeyri-müəyyən və  müəyyən 
vasitəsiz tamamlıqlar -  olması da həmin vasitəsiz tamamlıqlann 
söz  sırasmdakı  yerinə  ciddi  təsir  göstərir;  burada  da  müəyyən 
vasitəsiz tamamlığın cümlədəki yeri qeyri-müəyyən vasitəsiz ta- 
mamlığa  nisbətən  sərbəstdir.  Qeyri-müəyyən  vasitəsiz  tamam- 
lıqlar təsirli fellərlə idarə olunur və bilavasitə feli xəbərin yanın­
da durur;  onları xəbərdən  uzaqlaşdırmaq  mümkün deyildir.  Xə­
bərdən  aralanması  üçün  qeyri-müəyyən  vasitəsiz  tamamlıqları 
müəyyən  vasitəsiz  tamamlığa  çevirmək  zəruridir;  məsələn: 
Kağanı  sü  tasıkdı  (T  33)  «Xaqanı  qoşun  çıxartdı».  Sü yorıtdım 
(T  26)  «Qoşun  yürütdüm».  Irak ersər,  yablak ağı  birür,  yağuk 
ersər,  edgü  ağı  birür  (КТ c  7)  «Uzaq olsan,  pis  hədiyyə  verir, 
axın olsan, yaxşı hədiyyə verir».
Müəyyən vasitəsiz tamamlıqlann  cümlədəki yeri  nisbətən 
sərbəstdir,  lakin  cümlədə  vasitəli  tamamlıq  və  müəyyən  Vasi­
təsiz  tamamlıq  işlənirsə,  onda  vasitəli  tamamlığa  nisbətən 
müəyyən  vasitəsiz  tamamlıq  feli  daha  yaxm  mövqedə  yerləşir; 
məsələn: Bu süg elt (T 32) «Bu qoşunu apar». Bu sabımın edgüti 
esid(K T c 2) «Bu sözümü yaxşıca eşit». Mən ...  Tabğaç kağanta 
bədizçi kəlürtim (КТ c  11) «Mən  ...  Tabğaç xaqanlığından naxış 
vuran gətirtdim».
Cümlədə  təyinin  yeri.  Türk  dillərində  təyin  təyinlənən- 
dən əvvəl işlənir. Bu qanun qədim türk yazısı abidələrinin dilinə 
də aiddir. Türk dillərində,  o cümlədən  qədim türk yazısı-abidə­
lərinin  dilində  təyinlənənin  bir  neçə  təyini  olarsa  və  həmin 
təyinlər həmcins  olmazsa,  müəyyən  qanuna  uyğun  olaraq  sıra­
lanmalıdır.  Bu  qanunauyğunluğa  əsasən  təyin  olunan  sözə  ən 
yaxın yerdə maddilik bildirən atributiv  isimlər və ya digər atrii- 
butivləşmiş  sözlər  durur,  ondan  əvvəl  sifətlə  ifadə  edilmiş 
təyinlər,  sifətlərdən  əvvəl  saylarla  ifadə  edilmiş  təyinlər, 
nəhayət  onlardan  da  əvvəl,  yəni  təyinlər  cərgəsinin  başında 
əvəzliklər işlənir:
174
Əvəzlik  —►
  say  —>  sifət  —*•  atributiv  isim  —>  ad  (təyin 
olunan)
Təyinlər  cərgəsində  -kı  şəkilçisi  və  onun  derivaüarı  (- 
dakı,  -dəki,  -rakı,  -rəki)  ilə düzəlmiş sifət olduqda belə sifətlər 
cərgənin başına keçir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  yuxanda  verilmiş 
ideal  sxemdə  təyinlərin  işlənməsinə  təsadüf edilmir;  məsələn: 
Terjri təg tetjrido bolmış türk bi/gə kağan bu ödkə olurtım (Kİ' c 
1)  «Tanrı  tək  tanrıda  olmuş  türk  müdrik  xaqanı  bu  vaxt  (taxta) 
oturdum».  İçrə  aşsız,  taşra  lon.sız,  yabız,  yablak  bodunka  üzə 
olurtım  (KT  ş  26)  «İçi  aşsız,  üstü  donsuz,  pis və nankor xalqın 
üzərində  oturdum».  Ol  üç  kağan  ögləşip:  -  Altun  yış  üzə 
kabısalım,  -  timis  (T  20)  «O  üç  xaqan  məsləhətləşib:  -  Altun 
meşəli  dağları üzərinə hücum edək, - demiş».
Cümlədə  zərfliyin  yeri.  Zərfliklərin  cümlədə  işlənmə 
yeri  onların  məna  növlərindən  və  ifadə  vasitələrindən  asılıdır. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  tər/i-hərəkət  və 
kəmiyyət  zərflikləri,  adətən,  bilavasitə  feli  xəbərin  yanında 
işlənir.  Bunun  səbəbi  odur  ki,  həmin  zərfliklərin  ifadə 
edildikləri  zərf,  işarə  əvəzlikləri  və  qeyri-müəyyən  saylar  feli 
xəbərdən uzaqlaşdıqda zərflik xüsusiyyətini itirib təyinə çevrilə 
bilir.  Həmcinç olmayan tər/i-hərəkət zərflikləri  feli  bağlama və 
feli bağlama tərkibləri, zərf, sifət və ya hər hansı bir sözlə ifadə 
edilirsə,  onda  feli  bağlama  və  ya  feli  bağlama tərkibi  ilə  ifadə 
edilən  tərzi-hərəkət  zərflikləri  əvvəl,  nitq  hissələri  ilə  ifadə 
edilmiş tərzi-hərəkət zərflikləri  sonra gəlir.  Bütün  bunlara görə 
tərzi-hərəkət  zərflərinin  cümlənin  feli  xəbərinə  yanaşması 
zəruridir;  məsələn:  Sabımın  edgüti  esidgil  (КТ  c  1)  «Sözümü 
yaxşıca  eşit».  Türgiş  kağan  süsi  otça,  borça  kəlti  (BK  ş  27) 
«Türgiş  xaqanının  qoşunu  od  kimi,  şərab  kimi  gəldi».  Kamuğı 
biş  otuz  sülədimiz,  üç  yegirmi  süQüşdimiz  (KT  ş  18)  «Cəmi 
iyirmi beş (dəfə) qoşun çəkdik, on üç (dəfə) döyüşdük».
Zaman  zərfi iklorindən  bir  qismi  bilavasitə  feli  xəbərin 
yanında  işlənir,  bir  qisminin  isə  cümlədəki  işlənmə  yeri 
sərbəstdir,  hətta mübtəda və  mübtəda qütbündə də əvvəl  işlənə 
bilər.  Cümlədə  işlənmə  yerinin  sərbəst,  yaxud  sabit  olması
175


zaman  zərfliyinin  semantik  mənasından  asılıdır:  zaman 
zərfliyinin  atributivləşməyə,  yaxud  substantivləşməyə  meyli 
olmadıqda  onun  yeri  sərbəst  olur,  mövqeyi  dəyişdikdə 
atributivləşə  və  ya  substantivləşə  bilən  zaman  zərflikləri 
bilavasitə  feli xəbərin yanında  işlənir;  məsələn:  Tün yəmə,  kün 
yəm ə  yelü  bardımız  (T  27)  «Gecə  də,  gündüz  də  yel  kimi 
getdik».  İlim  amtı  кат? (KT  ş  9)  «Elim  indi  hanı?»  Yarın-kiçə 
altun  örgin  üzə  olunpan  məQiləyir  mən  (IB  1)  «Gecə-gündüz 
qızıl taxtın üstündə oturub zövq alıram».
Qədim  türk  yazısı  abidələrinin  dilində  yer,  səbəb  və 
məqsəd  zərflikləri  qrammatik  cəhətdən  formalaşır,  onların 
atributivləşmə  və  substantivləşmə  meyli  praktik  surətdə  sıfıra 
yaxm olduğu üçün cümlədəki yerləri də sərbəstdir; bu baxımdan 
yer, səbəb və məqsəd zərfi iklərini müəyyən vasitəsiz və vasitəli 
tamamlıqlarla  müqayisə  etmək  olar;  məsələn:  Üzə  kök  terjri, 
asra  yağız  yir  kılmtukda  ekin  ara  kisi  oğlı  kıhnmıs  (KT  ş  1) 
«Üstdə  mavi  göy,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında 
insan oğul  yaranmış». İlgərü ŞandufJyazıka təgi sülədim (KT c
3)  «Şərqə  Şandun  düzünə  təgi  qoşun  çəkdim».  Anla kisrə  teljı i 
bilig bertük üçüq özüm ök kağan kısdım  (T 6) «Ondan sonra tanrı' 
bilik verdiyi üçün məhz özüm  xaqan  seçdim».  Yadağyabız boltı 
tip  alğalı  kəlti  (BK  ş  32)  «Piyadalar  pis  oldu  deyib  almağa 
gəldi».  Sı Qar  süsi  ebig,  barkığ  yolğalı  bardı  (BK  ş  32) 
«Qoşunun yarısı evi, sarayı dağıtmağa gəldi».
QRAMMATİK  CƏHƏTDƏN  CÜMLƏ ÜZVLƏRİ  İLƏ 
BAĞLI  OLMAYAN SÖZLƏR
Qedim  türk yazısı  abidələrinin  dilində  cümlə  quruluşunda 
elə  sözlər  də  iştirak  edir  ki,  onlar  cümlənin  əmələ  gəlməsində 
bilavasitə  iştirak etmir,  cümlə üzvü  olmur,  cümlə üzvlərinin  heç 
birinin  suallarına  cavab  vermir,  cümlə  üzvlərinin  heç  biri  ilə 
sintaktik  əlaqəyə  girmir,  amma  cümlədə  iştirak  edən  digər 
sözlərlə, cümlə üzvləri  ilə müəyyən məna əlaqəsində olur.  Belə 
sözlər  ya  müraciət,  ya  da  cümlədə  söylənilən  fikrə  münasibət 
məqsədi  ile  işlədilir.  Bu  sözlər  cümlədə  müəyyən  sintaktik
176
vəzifə  daşımadığı,  cümlə  üzvü  olmadığı,  cümlə  üzvlərinin 
süallarma cavab vermədiyi,  cümlədə  iştirak edən  digər sözlərlə 
-   cümlə  üzvləri  ilə  qrammatik  (sintaktik)  əlaqəyə  giımədiyi 
üçün  qrammatik  cəhətdən  cümlə  üzvləri  ilə  bağlı  olmayan 
sözlər  adlandırılır  və  iki  qrupda  birləşdirilir:  1)  xitab,  2)  ara 
sözlər və ara cümlələr.
XİTAB
Qədim  türk yazısı  abidələrinin  dilində cümlədə  müraciət 
məqsədilə işlədilən sözlərə xitab deyilir. Mübtəda kimi xitab da 
ismin adlıq halında işlədilir.  Buna görə də çox vaxt mübtəda ilə 
xitabı  qarışdırırlar.  Mübtəda  ilə  xitab  arasında  bir  sıra  fərqli 
cəhətlər vardır:
1.  Mübtəda  da,  xitab  da  ismin  adlıq  halmda  olur,  lakin 
mübtəda  adi  tonla,  xitab  isə  xüsusi  intonasiya,  yüksək  tonla 
tələffüz edilir.
2.  Mübtəda cümlə üzvüdür, xitab isə cümlə üzvü olmur.
3.  Cümlə üzvü  kimi  mübtəda müəyyən suala cavab verir, 
xitab isə heç bir suala cavab vermir.
4.  Cümlə  üzvü olduğu üçün mübtəda digər cümlə üzvləri 
ilə  sintaktik  əlaqəyə  girir,  xitab  isə  cümlədə  işlənən  sözlərin 
heç biri ilə sintaktik əlaqəyə girmir.
5.  Düzgün  cümlə  quruluşunda  mübtəda  xəbərdən  əvvəl 
işlənir, xitabın isə cümlədə sabit işlənmə yeri yoxdur.
6.  Mübtədanın  cümlədəki yerini  dəyişdikdə  bu, cümlənin 
mənasına,  qrammatikasına  təsir  göstərir,  xitabın  cümlədə 
işlənmə  yerini  dəyişdikdə  isə  bu,  cümlənin  mənasına, 
qrammatikasına təsir göstərmir.
7.  Mübtədamn  məzmunu  ilə  forması  uyğun  gəlir,  yəni 
mübtəda  məzmunca  hansı  şəxsi  bildirirsə,  formaca  da  həmin 
şəxsə aid olur, xitab isə məzmunca ikinci şəxsə aid olduğu halda 
formaca üçüncü şəxsi bildirir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  xitablar,  geniş 
şəkildə  işlənir.  Müasir  türk  dillərində  olduğu  kimi,  abidələrin 
dilində  də  xəbər  xitabla  deyil,  mübtəda  ilə  uzlaşır;  məsələn: 
Bilgə  Tonyukuk  -  Boyla  Bağa  Tarkan  birlə,  İltəris,  kağan
111


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə