Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə52/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   48   49   50   51   52   53   54   55   ...   118

yatdı,  bəglik urı  oğlılj kul  boltı,  silig kız  oğlıQ küQ bold  (KT  ş
24)  «Getdiyin  yerdə yaxşısı  o  idi:  qanın  su  kimi  axdı,  sümüyün 
dağ kimi  yatdı,  bəylik nəsli davam etdirməli  oğulların  qul  oldu, 
bakirə qızlamm kəniz oldu».
Mürəkkəb  tərtibli  tabesiz  mürəkkəb  cümlələr.  Qədim 
türk yazısı abidələrinin dilində,  az da olsa,  komponentləri tabeli 
mürəkkəb cümlələrdən ibarət olan tabesiz mürəkkəb cümlələrin 
işlənməsinə  təsadüf  edilir.  Belə  tabesiz  mürəkkəb  cümlələr 
mürəkkəb  tərtibli  tabesiz  mürəkkəb  cümlə  adlanır;  məsələn: 
Kəlir  ersər,  kü  ər ükülür,  kəlməz  ersər,  tılığ,  sabığ alı  olur (T 
32)  «Gəlsələr,  səs-küydən  adam  çoxalır,  gəlməsələr,  dil, xəbər 
alaraq  otur».  Türk bodun,  üləsigin  biriyə  Çuğay yış  tügül,  Tün 
yazı  konayın,  -  tisər,  türk  bodun,  anta  ayığ kisi ança  boşğurur 
ermiş:  ırak ersər, yablak ağı  birür,  yağuk ersər,  edgü ağı birür 
(КТ  c  6-7)  «Türk  xalqı,  bir  hissən  cənuba  Çuğay  meşəli 
dağlarına  deyil,  Tün  düzünə  yerləşək,  -  desə,  türk  xalqı,  bir 
hissəni  orada  pis  adamlar  elə  öyrədir  imiş:  uzaq  olsa,  pis 
hədiyyə  verir,  yaxm  olsa,  yaxşı  hədiyyə  verir».  Ötükən  yir 
olurıp  arkış-türkiş  ısar,  nəf)  bu/Jığ  yok,  ötükən  yış  olursar, 
be/Jgü  il  tuta  olurtaçı  sən,  türk  bodun,  tok (КТ  c  8)  «ötükən 
yerində  oturub  karvanlar  göndərsən,  heç  bir  dərd yox,  ötükən 
meşəli dağlarında otursan, əbədi cl tutaraq oturasısan,  türk xalqı, 
tox».
TABELİ MÜRƏKKƏB CIMLƏ
Tabesiz  mürəkkəb  cümlə  sadə  cümlələrin  tabesizlik 
əlaqəsi  əsasında  birləşməsi  yolu  ilə  əmələ  gəlirsə,  tabeli 
mürəkkəb  cümlə  sadə  cümlələrin  tabelilik  əlaqəsi  əsasında 
birləşməsi  yolu  ilə  əmələ  gəlir.  Tabesiz  mürəkkəb  cümlənin 
komponentləri  qrammatik  baxımdan  bərabərhüquqludursa, 
tabeli  mürəkkəb  cümlənin  komponentlərindən  biri  qrammatik 
baxımdan  digərindən  asılı  olur,  ona  tabe  olur,  onu  izah  edir. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentləri 
məna  əlaqələri 
vasitəsilə  qarşılıqlı  şəkildə  bir-birindən  asılıdırsa,  tabeli 
mürəkkəb  cümlənin  komponertlərindən  biri  birtərəfli  şəkildə
206
digərindən 
asılıdır. 
Tabeli 
mürəkkəb 
cümlənin 
kom­
ponentlərindən  biri  qrammatik  cəhətdən  müstəqildir,  lakin  bu 
müstəqilliyi  tam,  müstəqil  cümlə  əmələ  gətirmək  kimi  başa 
düşmək olmaz;  tabeli mürəkkəb cümlənin müstəqil hesab edilən 
komponenti  müstəqil  cümlə  əmələ  gətirsə  idi,  müstəqil  sadə 
cümlə intonasiyasma malik olsa idi, o, tabeli mürəkkəb cümləyə 
daxil  ola  bilməz,  tabeli  mürəkkəb  cümlənin  komponenti  kimi 
formalaşa  bilməzdi.  Tabeli  mürəkkəb  cümlənin  komponenti 
kimi  işlənən  sadə  cümlə  müstəqil  cümlə  intonasiyasım  -  
bitkinlik  intonasiyasını  itirir  və  tabeli  mürəkkəb  cümlənin 
ümumi  cümlə  intonasiyasına  tabe  olur.  Tabeli  mürəkkəb 
cümlələrdə  komponentlərdən  birinin  müstəqilliyi  nisbilir  -   o, 
yalnız  asılı  cümləyə  münasibətində  qrammatik  cəhətdən 
müstəqildir.
Tabeli  mürəkkəb  cümlələr  sadə  cümlələrin  tabelilik 
əlaqəsi  ilə  birləşməsi  nəticəsində  əmələ  gəlir.  Buna  görə  də 
tabeli  mürəkkəb  cümlənin  komponentlərindən  biri  qrammatik 
cəhətdən  müstəqil,  digəri  ondan  asılı  olur.  Tabeli  mürəkkəb 
cümlənin  qrammatik  cəhətdən  müstəqil  olan  komponenti  baş, 
qrammatik  cəhətdən  baş  cümlədən  asılı  olan  komponenti  isə 
budaq  cümlə  adlanır.  Budaq  cümlənin  baş  cümlədən  asılı 
olması,  ona  tabe  olması  yalnız  formal  cəhətdən,  qrammatika 
baxımından  doğrudur,  çünki  baş  cümlə  kimi,  budaq  cümlə  də 
qrammatikanın  bütün  qanunları  əsasında  formalaşır  və  bəzi 
cəhətlərinə  görə  hətta  baş  cümlədən  üstün  olur;  baş  cümlədə 
müəyyən  bir  üzv  buraxıldığı,  baş  cümlənin  müəyyən  izaha 
ehtiyacı  olduğu  halda,  budaq  cümlənin  (əksər hallarda)  heç  bir 
üzvü buraxılmır və onun izaha heç bir ehtiyacı olmur:
1.  Budaq cümlə bitmiş bir fikri ifadə edir.
2.  Budaq  cümlənin  baş  üzvləri  arasında  uzlaşma  əlaqəsi
olur.
3.  Budaq cümlənin xəbəri tam formalaşır.
Dilçilik  ədəbiyyatında  tabeli  mürəkkəb  cümlənin  iki 
tipinin  mövcud  olduğunu  qeyd  edirlər:  1)  bir  özəkli  tabeli 
mürəkkəb  cümlə  və  2)  iki  özəkli  tabeli  mürəkkəb  cümlə.  Bir 
özəkli  tabeli  mürəkkəb cümlədə budaq cümlə baş cümlənin bir 
üzvünə  xidmət  edir,  bir  üzvünü  izah  edir.  Tabeli  mürəkkəb
207


cümlənin bu tipində budaq cümlə ya baş cümlədə formal şəkildə 
iştirak  edən,  lakin  zəif  formalaşan,  izaha,  aydınlaşdırılmağa 
ehtiyacı  olan  üzvü,  ya  da  baş  cümlədə  ümumiyyətlə  iştirak 
etməyən,  buraxılan  üzvü  əvəz  edir.  Belə  tabeli  mürəkkəb 
cümlələri sadə cümləyə çevirdikdə budaq cümlə baş cümlədəki 
izah etdiyi və ya əvəz etdiyi üzvün yerinə girir. Bir özəkli tabeli 
mürəkkəb  cümlələrdə  budaq  cümlə  qrammatik  baxımdan  baş 
cümlənin  bir  üzvünün  vəzifəsini  ifa  edir.  İki  özəkli  tabeli 
mürəkkəb  cümlələrdə  isə  budaq  cümlə  baş  cümlənin  ayrılıqda 
götürülmüş  hər  hansı  bir üzvünü  izah  etməyə,  aydınlaşdırmağa 
deyil,  baş  cümləyə  bütövlükdə  xidmət  edir,  baş  cümləni 
bütövlükdə izah edir.
Daha  bir  məsələni  qeyd  etmək  lazımdır.  Budaq  cümlənin 
növünü təyin edərkən təkcə budaq cümlədən çıxış etmək olmaz, 
çünki eyni leksik tərkibə və sözlərin eyni qrammatik düzülüşünə 
(sırasına)  malik  olan  cümlələr  bəzən  müxtəlif  budaq  cümlə 
məzmunu  daşıya  bilər.  Buna  görə  də  budaq  cümlənin  növünü 
müəyyənləşdirmək  üçün  baş  və  budaq  cümlələrin  qarşılıqlı 
münasibətlərindən  çıxış  etmək  lazımdır.  Nəhayət,  onu da qeyd 
etmək  lazımdır  ki,  qədim  türk  yazısı  abidələrinin  dilində 
bağlayıcılar  zəif  inkişaf etdiyi  üçün  tabeli  mürəkkəb  cümlələr 
daha  çox  bağlayıcısız  əmələ  gəlir:  tabeli  mürəkkəb  cümlələri 
müəyyənləşdirərkən,  əsasən,  məna  və  intonasiyadan  çıxış 
etmək  lazımdır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  tabeli 
mürəkkəb  cümlələr,  o  cümlədən  budaq  cümlələr  müasir  türk 
dillərindəkilərə oxşayır, lakin aralarında fərqlər də vardır.  Buna 
görə  də  abidələrin  dilində  tabeli  mürəkkəb  cümlələri 
araşdırarkən bu məsələni də nəzərə almaq lazımdır.
Qədim  türk  yazısı  abidələrinin  dili,  müasir  Azərbaycan 
dilindəki  kimi  olmasa  da,  zəngin  tabeli  mürəkkəb  cümlə 
sisteminə malikdir.  Abidələrin dilində budaq cümlələrin sayı və 
məna çaları  müasir Azərbaycan  dilindəkindən bir qədər az olsa 
da  (tədqiqatçılar  müasir  Azərbaycan  dilində  on  beş  tip  budaq 
cümlənin  mövcudluğunu  göstərirlər,  əslində  onların  sayı  on 
altıdır),  bir  sıra  türk  dillərindən  xeyli  çoxdur.  Bəzi  türkoloji 
ədəbiyyatda  müasir  türk  dillərində  işlənən  feli  konstruksiyalar 
budaq  cümlə  hesab  edilir.  Abidələrin  dilində  işlənən  fc!ı
208
konstruksiyalar  da  budaq  cümlə  hesab  edilmir,  feli  tərkib  kimi 
qəbul  edilir.  Abidələrin  dilində,  bəzi  tədqiqatçıların  qeyd 
etdikləri  xüsusi  konstruksiyalı  tabeli  mürəkkəb  cümlələri  -  
çərçivəli  tabeli  mürəkkəb  cümlələri  (bu  haqda  sonra  məlumat 
veriləcəkdir)  çıxsaq  belə,  aşağıdakı  on  iki  tip  budaq  cümlə 
işlənir:
1.  Xəbər budaq cümləsi.
2.  Tamamlıq budaq cümləsi.
3.  Təyin budaq cümləsi.
4.  Zaman budaq cümləsi.
5.  Tərzi-hərəkət budaq cümləsi.
6.  Səbəb budaq cümləsi.
7.  Nəticə budaq cümləsi.
8.  Məqsəd budaq cümləsi.
9.  Dərəcə budaq cümləsi.
10.  Şərt budaq cümləsi.
11.  Qarşılaşdırma budaq cümləsi.
12.  Qoşulma budaq cümləsi.
Qədim  türk  yazısı  abidələrinin  dilində  müasir  türk 
dillərindən bəzilərində işlənən mübtəda, yer və kəmiyyət budaq 
cümlələrinin işlənməsinə təsadüf edilmir.
XƏBƏR BUDAQ CÜMLƏSİ
Xəbər  budaq  cümləsi  baş  cümlənin  əvəzliklə  ifadə 
olunmuş  xəbərini  izah  edir.  Qədim  türk  yazısı  abidələrinin 
dilində təkcə ol  «o»  əvəzliyi  baş cümlənin  xəbəri  kimi  işlənir. 
Müasir  türk  dillərinin  bir  qismindən,  məsələn,  müasir 
Azərbaycan dilindən fərqli olaraq ol «o» əvəzliyi  istər təklikdə, 
istərsə  qoşmalarla  birləşmədə  cümlənin,  o  cümlədən  baş 
cümlənin  xəbəri  kimi  işləndikdə xəbərlik şəkilçisi qəbul etmir, 
müstəqil  şəkildə,  ya  da  er  naqis  feli  ilə  (erinç  şəklində) 
cümlənin xəbəri olur.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  xəbər  budaq  cümləsi  baş  cümlənin 
xəbərinin  sualına  cavab  verir  və  baş  cümlənin  xəbərini 
aydınlaşdırır.
209


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə