Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə54/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   50   51   52   53   54   55   56   57   ...   118

abidələrinin  mətnlərində  cəmi  bircə  təyin  budaq  cümləsinin 
işlənməsinə təsadüf edilir ki,  o  da cümlədə söz sırası pozulduğu 
üçün  tərzi-hərəkət budaq  cümləsini  xatırladır:  Sab  ança  ıdm ıs: 
azkıya  türk  bodun  yorıyur  ermis  (T  9-10)  «Xəbəri  e lə 
göndərmiş:  azacıq  türk  xalqı  yürüş  edirmiş».  Türk  dillərinin 
sonrakı inkişafında bu dillərdə təyin budaq cümləsinin işlənm əsi 
intensivləşir.  Artıq türk  dillərinin qədim  dövrünün  abidəsi  o lan  
və  göytürk  əlifbası  ilə  kağız  üzərində  yazılmış  «Irk  b itig »  
(«Falnamə»)  abidəsində  təyin  budaq  cümləsinin  işlənməsinə 
tez-tez  rast  gəlmək  olur;  məsələn:  Tanım  tüsi  tükəməzkən 
taluyda yatıpan tapladuhmın tutar mən, sebdükimin yiyür m ən — 
ancağ  küçlüg  mən  (IB  4-5)  «Vücüdümün  görünüşü  h ə lə  
tükənməzkən  dənizdə  yatıb  arzu  etdiyimi  tutaram,  sevdiyimi 
yeyərəm  -   o  qədər  güclüyəm».  Udığmağ  odğuru,  yattğhğ 
turğuru yorıyur mən -  antağ gücük mən (IB 31-32) «Uyuyanları 
oyadaraq,  yatanları  durğuzaraq  qaçıram  -   o  qədər  güclüyəm». 
Əsnəgən bars mən,  kamuş ara başım -  antağ alp mən,  ərdəm lig 
mən  (IB  15).  «Xallı  barsam,  qamışlar  arasında başım -  o q əd ər 
igidəm,  cəsuram».  Bədiz tiz üzə önüpən minrəyür mən,  üzə terjri 
eşitdi,  asra  kişi  bilti  -   antağ  küclüg  mən  (IB  92-93)  «Qəşəng 
dizim  üstə  qalxıb  böyürürəm,  üstdə  tanrı  eşitdi,  aşağıda  insan 
bildi -  o qədər güclüyəm».
Qədim türk yazısı abidələrinin dilində işlənən təyin budaq 
cümlələrinin  iki  xüsusiyyətini  qeyd  etmək  lazımdır:  1.  Belə 
tabeli  mürəkkəb  cümlələrdə  baş  cümlə  sonra,  budaq  cümlə 
əvvəl  gəlir  ki,  bu  da  türk  dillərində  tabeli  mürəkkəb  cümlə 
quruluşunda  qeyri-adi  haldır.  2.  Bu  tabeli  mürəkkəb cümlələrin 
budaq  cümlələri  bir  qədər  kəmiyyət  budaq  cümlələrinin 
mənasım xatırladır.
ZAMAN BUDAQ CÜMLƏSİ
Zaman  budaq  cümləsi  zərflik  budaq  cümlələrinin  bir 
növüdür.  O,  baş  cümlədə  ifadə  edilən  iş,  hal,  hərəkətin 
zamanını  bildirir,  zaman  zərfliyinin  suallarına  cavab  verir  və 
tabeli  mürəkkəb  cümləni  sadə  cümləyə  çevirdikdə  sadə 
cümlənin zaman zərfliyinə çevrilir.
214
Qədim  türk  yazısı  abidələrinin  dilində  zaman  budaq 
cümləsinin üç ifadə tipi vardır:
1.  Zaman  budaq  cümləsi  baş  cümlədən  əw əl  işlənir  və 
erikli  bağlayıcı  sözü  ilə  baş  cümləyə  bağlanır:  Otuz  artukı  bir 
yaşıma karluk bodun  butjsız  erür,  barur erikli yağı boltı  (BK  ş 
28-29) «Otuz bir yaşımda karluk xalqı qayğısız,  azad və sərbəst 
yaşayırkən  yağı  oldu».  Kül  tigin yiti  otuz yaşı Qa  karluk bodun 
erür,  barur erikli yağı boltı (KT şm  1) «Kül tiginin iyirmi yeddi 
yaşında  karluk  xalqı  azad  və  sərbəst  yaşayırkən  yağı  oldu». 
Ança  olurur  erikli  oğuzdantan  körüg  kəlti  (T  8)  «Eləcə  oturur 
ikən oğuzlardan  casus gəldi».  Kiçə yaruk batur erikli sütjüsdim 
(MÇ 13) «Gccə günəş batırkən döyüşdüm».
2.  Baş  cümlədə  anta  «onda»  qəlib  sözü  işlənir,  zaman 
budaq cümləsi baş cümlədən əvvəl gəlir və baş cümlədəki qəlib 
sözü  ifadə  edir;  məsələn:  Törtinç  Əzgənti Kadazda  siitjüşdim, 
siisin  anta  sançdım,  yabrıtdım  (BK  ş  31)  «Dördüncü  dələ 
Əzgənti  Kadazda  döyüşdüm,  qoşununu  onda  məhv  etdim, 
seyrəltdim».  Ağuda  iki uluğ sütjiışdim,  süsin bozdım,  elin anta 
altım  (BK ş  34)  «Ağuda  iki  böyük döyüş  döyüşdüm, qoşununu 
pozdum,  elini  onda  aldım».  Ozmış  tiginig  tutdım,  katunın  anta 
altım  (MÇ  9-10)  «Ozmış  tigini  tutdum,  xanımını  onda  aldım». 
Səkizinç  ay  eki yanıka  Açığ  Allır  költə  Kasuy  kəzü  sütjüsdim, 
anta sançdım (MÇ  18) «Səkkizinci aym ikisində Açıq Altır kölü 
sahilində Kasuy ətrafında döyüşdüm, onda qalib gəldim».
3.  Budaq  cümlənin  feli  xəbəri  -sar,  -sər,  «-sa,  -sə»  şərt 
ədatmı  qəbul  edir,  budaq  cümlə  baş  cümlədən  əvvəl  işlənir. 
Bııdaq cümlə şərt yox, zaman mənası ifadə edir,  buna görə də o, 
şərt  budaq  cümləsi  yox,  zaman  budaq  cümləsi  olur;  məsələn: 
Sü Qüs  bolsar,  çərig  itər  erti  (KÇ  9)  «Döyüş  olsa,  qoşun 
göndərərdi».  Ah  ablasar,  imlə  təg  erti  (MÇ  9)  «Ov  ovlasa, 
...kimi idi».
TƏRZİ-HƏRƏKƏT BUDAQ CÜMLƏSİ
Tərzi-hərəkət 
budaq 
cümləsi 
də 
zərflik 
budaq 
cümlələrindəndir.  Bu  budaq  cümlə baş cümlədəki  iş,  hərəkətin
215


icra tərzini,  yaxud  hal-vəziyyətin təzahür tərzini  bildirir,  tərzi- 
hərəkət  zərfliyinin  sualına  cavab  verir  və  tabeli  mürəkkəb 
cümləni  sadələşdirdikdə  sadə cümlənin tərzi-hərəkət zərfliyina 
çevrilir.
Müasir  türk  dillərində  tərzi-hərəkət  budaq  cümləsi  ən 
geniş  yayılmış  budaq  cümlələrindəndir.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  isə  bu  budaq  cümlə  o  qədər  də  geniş 
yayılmamışdır,  lakin  hər  halda  abidələrin  dilində  tərzi-hərəkət 
budaq  cümləsinin  işləndiyi  müşahidə  edilir;  məsələn:  Ka Qım 
sad ança ötünmis: teQrikən almazım tiyin...  (O 8) «Atam şad elə 
öyüd  vermiş:  tanrısifət  almasın,  -  deyə...»  Turk  kara  kamuğ 
bodun  ança  timis:  illig bodun ertim,  ilim  amti kam? (KT  ş  8-9j 
«Bütün qara türk xalqı elə demiş: cili xalq idim, elim indi hanı?» 
Üzə  türk  tetjrisi,  türk ıdukyiri,  subı  ança  timis:  türk bodun yok 
bolmazun...  (КТ  c  10-11)  «Üstdə  türk  tanrısı,  müqəddəs  türk 
yeri,  suyu  elə  demiş:  türk  xalqı  yox  olmasın...»  Altı  yegirmi 
yaşında  eçim  kağan  ilin,  törüsin  ança kazğantı:  altı  çub soğdak 
tapa  sülədimiz,  bozdımız  (KT  ş  31)  «On  altı  yaşmda  əmim 
xaqanın  elini,  qanununu  elə  qazanmış:  altı  hissəli  soğdalılara 
qarşı  qoşun  çəkdik,  pozduq».  Ança  bilitj:  edgü  ol  (IB  3)  «Elə 
bilin: yaxşıdır». Ança biliQlər: munluğ ol,  ayüğyablakol (IB 34) 
«Elə bilin:  dərdlidir,  yaman pisdir». Amti,  amrak oğlanım,  ança 
biliQlər:  bu  ırk bitig edgü  ol,  ınçıp  alku  kəltii  ülügi erklig ol  (IB 
101-102)  «İndi,  sevgili  oğullarım,  elə  bilin:  bu  bəxt  yazısı 
yaxşıdır,  beləcə müxtəlif adamlar öz bəxtinin sahibidir» və s.
Göründüyü  kimi,  qədim  türk  yazısı  abidələrinin  dilində 
tərzi-hərəkət  cümləsinin  baş  cümləyə  bağlanmasında  bağlayıcı 
ve  ya  bağlayıcı  söz  iştirak  etmir.  Gətirilən  nümunələr  əsasında 
bunu  da  qeyd  etmək  olar  ki,  abidələrin  dilində  tərzi-hərəkət 
budaq  cümləsi  yalnız  baş  cümlədəki  ança  «elə»  qəlib  sözünü 
izah  edir.  Buradan  daha  bir nəticə  çıxarmaq olar:  türk dillərinin 
hələ  qədim  dövründə  -   VI-IX  yüzilliklərdə  bu  dillərdə  tərzi- 
hərəkət budaq cümləsi  təşəkkül mərhələsi keçirirmiş.
216
SƏBƏB BUDAQ CÜMLƏSİ
Səbəb  budaq  cümləsi  də  zərflik budaq  cümlələrindəndir. 
Səbəb budaq cümləsi  baş cümlədə nəticə kimi təzahür ödən iş, 
hərəkətin səbəbini  bildirir və səbəb  zərfliyinin suallarına cavab 
verir.  Səbəb  budaq  cümləsinin  daxil  olduğu  tabeli  mürəkkəb 
cümlənin baş  cümləsinin  xəbəri  fellə  də,  adlarla da ifadə  edilə 
bilər.
Səbəb  budaq  cümləsi  qədim  türk  yazısı  abidələrinin 
dilində ən az işlənən budaq cümlələrdəndir.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  səbəb  budaq  cümləsi  baş  cümləyə  ya 
bağlayıcı  vasitəsilə,  ya da bağlayıcısız bağlanır.  İşlənmə yerinə 
görə  də  səbəb  budaq  cümləsi  müasir  türk  dillərində  və 
abidələrin dilində oxşardır;  həm müasir türk dillərində, həm də 
abidələrin  dilində  işlənmə yerinə görə səbəb budaq cümləsinin 
iki  növü  vardır:  1)  baş  cümlədən  əvvəl  gələn  səbəb  budaq 
cümlələri  və  2)  baş  cümlədən  sonra  gələn  səbəb  budaq 
cümlələri.
Qədim  türk  yazısı  abidələrinin  dilində  səbəb  budaq 
cümləsi  baş cümləyə anı  üçün  «onun  üçün», antağının üçün «o 
cür olduğun  üçün»,  anla  ötrü  «ondan  ötrü,  ona görə»  bağlayıcı 
sözlərlə,  habelə  tip  «deyib»,  tiyin  «deyə»  bağlayıcı  vasitələrlə 
bağlanır.  Sonuncu  iki  söz  (tip,  tiyin)  əsimdə  fcli  bağlamadır. 
Buna  görə  də  onların  əmələ  gətirdiyi  konstruksiyaları  şərti 
olaraq  tabeli  mürəkkəb cümlə,  konstruksiyaların  tərkiblərindən 
birini  isə  şərti  olaraq  səbəb  budaq  cümləsi  kimi  qəbul  etmək 
olar.
1. 
Səbəb  budaq  cümləsi  baş  cümlədən  əvvəl  işlənir. 
Buradakı  feli  konstruksiyaları  şərti  olaraq  səbəb  budaq cümləsi 
hesab  etmək  olar.  Həmin konstruksiyalar baş cümlə kimi qəbul 
edilən komponentə tip «deyib» və tiyin «deyə» köməkçi  sözləri 
ilə  bağlanır;  məsələn:  Eçümiz,  apamız  tutmıs  yir,  sub  idisiz 
bolmazun  tiyin  az  bodunığ  yaratıp  kəltimiz  (KT  ş  19) 
«Əcdadlarımızın  tutduğu  yer,  su  sahibsiz  olmasın  deyə  az 
xalqını  təşkil  edib  gəldik».  Kögmən  yir,  sub  idisiz  kalmazun 
tiyin,  az  kirkız  bodunığ yaratıp  kəltimiz,  sürtüşdimiz  (KT ş  20)
217


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə