Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə53/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   49   50   51   52   53   54   55   56   ...   118

Müasir  türk  dillərində  xəbər  budaq  cümləsinin  iki  tipi 
işlənir:  1)  xəbər  budaq  cümləsinin  bağlayıcılı  tipi  və  2)  xəbər 
budaq  cümləsinin  bağlayıcısız  tipi.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  bağlayıcılar  zəif  inkişaf  etdiyi  üçün 
abidələrin  dilində  xəbər  budaq  cümləsinin  təkcə  bağlayıcısız 
tipi işlənir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  ol  «o»  işarə 
əvəzliyinin  baş  cümlənin  xəbəri  kimi  işlənməsinin  şəklindən 
asılı olaraq xəbər budaq cümləsinin iki tipi mövcuddur:
1.  Ol  «o»  işarə  əvəzliyi  er  naqis  feli  ilə  birlikdə  baş 
cümlənin xəbəri kimi işlənir, xəbər budaq cümləsi baş cümlənin 
ol  erinç  xəbərini  izah  edir;  məsələn:  Barduk  yirdə  edgüg  ol 
erinç:  kanır)  subça  yügürti,  süljügil)  tağça  yatdı  (KT  ş  24) 
«Getdiyin  yerdə  yaxşısı  o  idi:  qanın su  kimi axdı,  sümüyün dağ 
kimi yatdı»
2.  Ol  «o»  işarə  əvəzliyi  təg  «kimi,  təki»  qoşması  ilə 
birlikdə  baş  cümlənin  xəbəri  vəzifəsində  işlənir;  baş  cümlənin 
xəbəri qrammatik  cəhətdən  formalaşmır, yəni xəbərlik şəkilçisi 
qəbul  etmir;  məsələn:  Körüg sabı  antağ:  tokuz  oğuz  bodun  üzə 
kağan  olurtı  (T 9)  «Casusun  gətirdiyi  xəbər o cür:  doqquz oğuz 
xalqı  üzərində  xaqan  oturdu».  Türgis  kağanta  körüg  kəlti,  sabı 
an  təg:  öıjdən  kağanğaru şu yaralım  (T  29)  «Türgis  xaqanından 
casus  gəldi,  sözü  o  cür:  şərqdən  xaqana  qarşı  qoşun  yürüdək». 
Tıhğ kəlürti,  sabı  antağ:  Yarıs yazıda  on  tümən  sü  tirilti (T  36) 
«Dil  gətirdi,  xəbəri  o  cur:  Yarış  düzündə  yüz  min  qoşun 
toplandı».
Müasir  türk  dillərindən  fərqli  olaraq,  qədim  türk  yazısı 
abidələrinin  dilində  bəzən  baş  cümlənin  xəbəri  buraxılır,  budaq 
cümlə  bütövlikdə  baş  cümlənin  xəbərini  əvəz  edir;  məsələn: 
Tetjri  təg  teıjri  yaratmış  türk  bilgə  kağan  sabım:  katjım  liirk 
bilgə  (kağan)  atmı...  ər  tokuz  oğuz  yidinik  külig  bəgləri, 
bodunı...  (KT ş  1)  «Tanrı  tək  tanrı  yaratmış  türk müdrik xaqanı 
sözüm  (budur):  atam  türk  müdrik  (xaqanı...)  indi...  igidlər, 
sədaqətli doqquz oğuz bəyləri,  xalqı...»  Tetjri təg teQri yaratmış 
türk bilgə kağan sabım:  kaIJım  türk bilgə kağan oiurtukmta  tiirk 
amtı bəglər...  kisrə tarduş bəglər- Küli çor başlayu,  ulayu şad-
210
apıt bəglər,  öıjçə  tölis  bəglər apa  tarkan (BK  c  13)  «Tanrı  tək 
tanrı  yaratmış  türk  müdrik  xaqanı  sözüm  (budur):  atam  türk 
müdrik  xaqanı  (taxta)  oturduqda  indiki  türk  bəyləri...  sonra 
tarduş bəyləri -   Küli çor başda olmaqla, ardınca şad-apıt bəylər, 
öndə töliş bəyləri -  apa tarkan»...
Baş  cümlənin  xəbərinin  formalaşmasından  asılı  olaraq 
qədim  türk  yazısı  abidələrinin  dilində  xəbər  budaq  cümləsinin 
daha bir tipinə təsadüf edilir, xəbər budaq cümləsi baş cümlənin 
sayla  ifadə  edilmiş  xəbərini  izah  edir;  məsələn:  Üç  körüg kisi 
kəlti, sabı bir: kağan süsi tasıkdı,  on ok süsi kalısız tasıkdı (T 33) 
«Üç  casus  gəldi,  sözü  bir:  xaqanın  qoşunu  sərhədi  aşdı,  on  ox 
qoşunu qalıqsız sərhədi aşdı».
TAMAMLIQ BUDAQ CÜMLƏSİ
Qədim  türk  yazısı  abidələrinin  dilində  tamamlıq  budaq 
cümləsi  həm  işlənmə  tezliyinə,  həm  də  ifadə  vasitələrinin 
zənginliyinə  görə  bütün  budaq  cümlələr  arasında  seçilir. 
Abidələrin dili tamamlıq budaq cümləsi ilə zəngindir.
Tamamlıq  budaq  cümləsi  baş  cümlənin,  əsasən,  fellə, 
bəzən  isə  adlarla  ifadə  edilmiş  xəbərini  tamamlayır  və  ta- 
mamlığın suallarına cavab verir.
Qədim  türk  yazısı  abidələri  dilində  tamamlıq  budaq 
cümləsi  müasir  türk  dillərindəkinə  bənzəsə  də,  aralarında 
fərqlər  də  vardır.  Hər  şeydən  əvvəl  müasir  türk  dillərində 
tamamlıq  budaq  cümləsi  baş  cümləyə  bağlayıcı  və  intonasiya 
vasitəsilə  bağlanır;  qədim  türk  yazısı  abidələrinin  dilində 
bağlayıcılar  inkişaf etmədiyi  üçün  tamamlıq  budaq  cümləsi  baş 
cümləyə  təkcə  intonasiya  ilə  bağlanır.  İkincisi,  müasir  türk 
dillərində  tamamlıq  budaq cümləsi baş cümlədə  iştirak etməyən 
tamamlığı  əvəz  edir,  yaxud  zəif  formalaşmfş  tamamlığı  izah 
edir;  abidələrin  dilində  isə  yalnız baş  cümlədə  iştirak  etməyən 
tamamlığı  əvəz  edir.  Abidələrin  dilində  baş  cümlədə  zəif for­
malaşan  tamamlığın  cümlədə  iştirak  etməsinə  təsadüf edilmir. 
Üçüncüsü,  müasir  türk  dillərində  tamamlıq  budaq  cümləsi  baş 
cümlədə  işlənən  qəlib  söz  və  ifadələri  izah  edir;  abidələrin 
dilində  isə  qəlib  söz  və  ifadələr  işlənmir.  Dördüncüsü,  müasir
211


türk  dillərində  əksər  hallarda  baş  cümlə  birinci  mövqedə, 
tamamlıq  budaq  cümləsi  ikinci  mövqedə  işlənir;  abidələrin 
dilində  isə  əksər  hallarda  tamamlıq  budaq  cümləsi  b irin ci 
mövqeyə,  baş cümlə ikinci mövqedə  işlənir.  Abidələrin d ilin d ə 
baş  cümlənin  birinci,  tamamlıq  budaq  cümləsinin  ik in c i 
mövqedə işləndiyi tabeli mürəkkəb cümlələrə təsadüfü hallarda 
rast  gəlmək  olur.  Beşinci,  abidələrin  dilində  tamamlıq  b u d a q  
cümləsinin  daxil  olduğu  çərçivəli  tabeli  mürəkkəb  cümlələrin 
işlənməsinə  rast  gəlmək  olur  ki,  müasir  türk  dillərində  b e lə  
tabeli mürəkkəb cümlələr işlənmir.
Baş  və  budaq  cümlənin  işlənmə  yerinə,  sırasına  g ö r ə  
qədim türk yazısı abidələrinin dilində tabeli mürəkkəb cümlələri 
iki  tipə  ayırmaq  olar:  1)  baş  cümlə  əvvəl,  budaq  cümlə  s o n ra  
gəlir və 2) budaq cümlə əvvəl, baş cümlə sonra gəlir.
1.  Baş  cümlə  əvvəl,  budaq  cümlə  sonra  işlənir.  Bu  t ip  
tabeli mürəkkəb cümlələr qədim türk yazısı abidələrinin d ilin d ə 
az  işlənir  və,  görünür,  təşəkkül  dövrü  keçirir,  məsələn:  A m tı 
bəglərims  tir  ermis:  biz  ad  biz  tiyin  korkmıs  (O  7)  « İn d i 
bəylərimə  deyirmmiş:  biz  azığ  deyə  qorxmuş».  Tokuz  o ğ u z 
bəgləri,  bodun  eşidil]:  üzə  teQri  basmasar,  asm yir  təlinmosər, 
türk  bodun,  ilirjin,  törü/Jin  kim  artalı  udaçı  erti?  (KT  ş  2 2 ) 
«Doqquz  oğuz  bəyləri,  xalqı  eşidin:  üstdən  göy  basmasa,  a ltd a  
yer dəlinməsə, türk xalqı, elini, qanununu kim dağıda bilərdi?»
2.  Budaq  cümlə  əvvəl,  baş  cümlə  sonra  işlənir.  B aş 
cümləsi  budaq  cümlədən  sonra  işlənən  tabeli  mürəkkəb 
cümlələr  qədim  türk  yazısı  abidələrinin  dilində  daha  geniş 
şəkildə  işlənir; abidələrin dilində tamamlıq budaq cümləli tabeli 
mürəkkəb cümlələrin,  az qala, hamısı bu tipə aiddir.  Abidələrin 
dilində  tabeli  mürəkkəb  cümlələrin  böyük  əksəriyyətində 
tamamlıq  budaq  cümləsi  baş  cümlədən əvvəl  işlənsə də,  ifadə 
vasitələri baxımından bu tabeli mürəkkəb cümlələr çox bəsitdir: 
baş  cümlədə  əksər  hallarda  mübtəda  iştirak  etmir,  xəbər  isə  ti 
«demək»  felinin  şəkil  və  zamanları  ilə  ifadə  olunur,  nəqli 
keçmiş  zamandan  başqa təsriflənir;  bir  sıra hallarda ti «demək» 
felindən sonra xəbərin formalaşmasında er/ir naqis feli də iştirak 
edir, bu fel də nəqli keçmiş zamandan başqa, felin bütün şəkil  w
212
zamanlarında təsriflənir;  məsələn:  Nə  kağanka isig,  küçig birür 
mən,  - tir ermiş (KT ş 9) «Hansı xaqana işimi, gücümü verirəm, 
- deyirmiş».  Türk bodun, ölürəyin,  uruğsıratayın,  - tir ermiş (KT 
ş  10)  «Türk  xalqı,  ölək,  nəslimizi  məhv  edək,  -  deyirmiş». 
Tokuz  oğuz  üzə  kağan  olurtı,  -  tir  (T  9)  «Doqquz  oğuz  xalqı 
üzərində xaqan oturdu, - deyir». Kağan mu /asayın,  - tidim (T 5) 
«Xaqanmı seçim? * dedim».  Ol iki kisi bar ersər, sini -  Tabğaçı 
ölürtəçi,  - tirmən (T  10) «Nə qədər ki, o  iki adam sağdır, səni -  
Tabğaçı öldürəsidir, - deyirəm».  Ötjrə Kıtapığ ölürtəçi,  - tirmən 
(T  10)  «Əvvəlcə  Kıtayı  öldürəcək,  -  deyirəm».  Usar,  idi 
yokhsalım,  -  tirmən  (T  11)  «Bacarsaq,  sahibi  məhv  edək,  - 
deyirəm».  KöQlütjçə  udız,  -  tidi  (T  15)  «Könlün  istəyən  kimi 
apar,  -  dedi».  Ol  üç  kağan  ögləşib  Altun  yıs  üzə  kabısalım,  - 
timis  (T  20)  «O  üç  xaqan  məsləhətləşib  Altun  meşəli  dağları 
üzərinə  yürüş  edək,  -  demiş».  Sü  barın,  -  tidi (T  31)  «Qoşunla 
gedin,  -  dedi».  Altun yısda  olurur/,  -  tidi  (T  31)  «Altun  meşəli 
dağlarında  oturun,  -  dedi».  Katun 
yo ğ  
bolmıs,  anı 
yoğlataym , 

tidi (T 31) «Xanım vəfat etmiş, onu dəfn edim, - dedi» və s.
TƏYİN BUDAQ CÜMLƏSİ
Təyin  budaq  cümləsi  baş  cümlədə  isimlə  və  ya 
substantivləşmiş  hər hansı bir nitq hissəsi  ilə ifadə olunan üzvə 
aid  olur,  həmin  üzvün  buraxılmış  və  ya  zəif  formalaşmış 
təyinini izah (əvəz) edir və təyinin sualına cavab verir.
Təyin  budaq  cümləsi  tərzi-hərəkət  budaq  cümləsinə  çox 
oxşardır.  Bunları  çox v ax t,  xüsusən baş  cümlənin  xəbərinə  aid 
olduqda qarışdırırlar.  Təyin  və  tərzi-hərəkət budaq  cümlələrini 
qarışdırmamaq  üçün  bir  qaydanı  unutmamaq  lazımdır:  təyin 
budaq cümləsi  baş cümlənin isimlə və ya substantivləşmiş digər 
nitq  hissəsi  ilə  ifadə  olunmuş  üzvünə,  tərzi-hərəkət  budaq 
cümləsi ilə baş cümlənin fellə ifadə olunmuş üzvünə aid olur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  təyin  budaq 
cümləsi  zəif formalaşmışdır.  Görünür,  VI-IX  yüzilliklərdə  türk 
dillərində təyin budaq cümləsi təşəkkül prosesi keçirirmiş.  Buna 
görə də daş üzərində yazılmış  qədim türk Orxon-Yenisey yazısı
213


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə