Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə51/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   47   48   49   50   51   52   53   54   ...   118

1. Şühudi keçmiş zamana görə uyuşma: ÖziyaQıltı,  kağanı 
ölti,  boduna küQ,  kul boltı  (KT ş 20) «Özü  yanıldı, xaqanı öldü, 
xalqı  kəniz,  qul  oldu».  İlligig  ilsirətdimiz, 
kağanlığığ 
kağansıratdımız,  tizligig sökürtimiz,  başlağığ yüküntürtimiz (KT 
ş  18)  «Ellini  elsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini 
çökdürdük, başlını səcdə etdirdik».
2.  Nəqli  keçmiş  zamana görə  uyuşma:  Taşra yorıyur tiyin 
kü  esidip  balıkdakı  tağıkmış  tağdakı  İnmiş,  tirilip  yetmiş  ər 
bolmış (Kt ş  11-12)  «Sərhəddən  kənarda yürüş edir deyə  xəbər 
eşidib  şəhərdəkilər  dağa  qalxmış,  dağdakılar  enmiş,  toplaşıb 
yetmiş ər olmuş».  Teijri küç bertük üçün  kaIJım  kağan süsi böri 
təg  ermiş,  yağısı  koy  təg  ermiş  (KT  ş  12)  «Tanrı  güc  verdiyi 
uçun  atam  xaqanın  qoşunu  qurd  kimi  imiş,  yağısı  qoyun  kimi 
imiş».
3.  İndiki  zamana  görə  uzlaşma:  Kəlir ersər.  kü  ər ükülür, 
kəlməz ersər,  tılığ,  sabığ alı  olur (T 32) «Gəlsələr səsdən adam 
çoxalır, gəlməsələr,  dil,  xəbər alaraq otur».
4.  Qeyri-qəti  gələcək  zaman  hekayəsinə  görə  uyuşma: 
İnisi  eçisin  bilməz  erti,  oğlı  katjm  bilməz  erti (KT  ş 21) «Kiçik 
qardaşı böyük qardaşını tanımazdı, oğlu atasım tanımazdı».
5.  Felin şəkillərinə  görə uyuşma:  Tabğaç,  boridənyən təg, 
Kıtajl öl)dənyən  təg,  ben  vırdantayan  təgəy'ın  (T  11)  «Tabğaç, 
cənubdan  hücum  et,  Kıtay,  şərqdən  hücum  et,  mən  şimaldan 
hücum edim».  Türk badun, yəmə bulğanç ol,  - timis,  oğuzı yəmə 
tarkanç ol,  -  timis (1’  22)  «Türk  xalqı,  yenə iğtişaş sal,  - demiş, 
oğuz xalqı, yenə üsyan et, - demiş».
İNTONASİYA
Cümlənin  yaranması,  təşəkkülünün  əsas  amillərindən, 
şərtlərindən  biri  də  intonasiyadır.  Digər  şərtlərlə  yanaşı, 
intonasiya  bitkinliyi  olmayan  söz  birləşməsi  cümlə  hesab 
edilmir.  Bu  hökm  tabesiz  mürəkkəb  cümlələrə  də  aiddir. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin  bağlanmasında 
intonasiyanın  mühüm  əhəmiyyəti  vardır.  Tabesiz  mürəkkəb 
cümlənin  komponentləri  vahid  cümlə  intonasiyasına  tabe
202
olmasa, onda onlar tabesiz mürəkkəb cümləni təşkil etməz, onun 
komponentləri  olmaz,  sadə  cümlə  olaraq  qalar.  Tabesiz 
mürəkkəb  cümlənin  komponentləri  arasında  məna  əlaqələrinin 
yaranması 
və 
formalaşmasında, 
komponertlər 
arasında 
münasibətlərin yaranmasında intonasiya mühüm  rol oynayır.
İntonasiya tələffüzlə əlaqədar olduğu üçün, ilk baxışda elə 
görünə  bilər  ki,  qədim  türk  yazısı  abidələrinin  dilinə  onun  heç 
bir  aidiyyatı  yoxdur.  Lakin  hər  hansı  bir  yazılı  dilin  şifahi 
mənşəyi  olduğu  üçün  intonasiya  yazılı  mətnlərə  də  aiddir  və 
onların  səsləndirilməsində  nəzərə  alınmalıdır,  almır  da. 
Deyilənlər  eyni  dərəcədə  qədim  türk  qəbilələrinin  dili  olan  və 
bizə  qədər  gəlib  çatan  qədim  türk yazısı  abidələrinin  dilinə  də 
aiddir.
TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN 
QURULUŞCA NÖVLƏRİ
Tabesiz mürəkkəb cümlələrin quruluşundan danışarkən ilk 
növbədə  onu  tərtib  edən  sadə  cümlələr  -   labesiz  mürəkkəb 
cümlələrin  komponentləri  nəzərdə  tutulur.  Tabesiz  mürəkkəb 
cümləni  tərtib  edən  komponentlər  ya  sadə  cümlələrdən,  ya 
tabeli  mürəkkəb  cümlələrdən,  ya  da  hər  iki  tip  cümlələrdən 
ibarət  ola  bilər.  Buna  görə  də  tabesiz  mürəkkəb  cümlənin 
qürülüşca üç növünü göstərmək olar:
1. 
Yalnız  sadə  cümlələrdən  ibarət olan  tabesiz  mürəkkəb 
cümlələr;  bunları  sadə  tərtibli  tabesiz  mürəkkəb  cümlə 
adlandıraq.
2. 
Sadə və tabeli  mürəkkəb cümlələrdən ibarət olan tabesiz 
mürəkkəb  cümlələr;  bunları  qarışıq  tərtibli  labesiz  mürəkkəb 
cümlə adlandıraq.
3. 
İki  tabeli  mürəkkəb  cümlədən  ibarət  olan  tabesiz 
mürəkkəb  cümlələr;  bunları  miirəkəb  tərtibli  tabesiz  mürəkkəb 
cümlə adlandıraq.
Sadə  tərtibli  tabesiz  mürəkkəb  cümlələr.  Sadə  tərtibli 
tabesiz  mürəkkəb  cümlələr  elə  mürəkkəb  cümlələrə  deyilir  ki, 
onların  komponentləri  təkcə  sadə  cümlələrdən  ibarət  olur. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  sadə  cümlələrin  növləri
203


çoxdur; onları müxtəlif baxımdan müxtəlif şəkildə təsnif edirlər. 
Lakin sadə tərtibli tabesiz mürəkkəb cümlələri onları tərtib edən 
sadə  cümlələrin  növlərinə  görə  deyil,  sadə  cümlələrin  sayma 
görə  təsnif edirlər.  Bu  baxımdan sadə tərtibli tabesiz mürəkkəb 
cümlələrin üç növünü göstərmək olar:  1) iki komponenti i tabesiz 
mürəkkəb  cümlələr;  2)  üç  komponentli  tabesiz  mürəkkəb 
cümlələr;  3)  dörd  və  daha  artıq  komponentli  tabesiz  mürəkkəb 
cümlələr.
1.  İki  komponentli  tabesiz  mürəkkəb  cümlələr  yalnız  iki 
sadə  cümlədən  təşkil  olunur;  məsələn:  Kami)  subça  yügürti, 
süfjügin  tağça yatdı  (KT  ş  24)  «Qanın  su  kimi  axdı,  sümüyün 
dağ  kimi  yatdı».  Bəglik  urı  oğlıt) kul  boltı,  silig  kız  oğlıt) kül) 
boltı  (KT  ş  24)  «Bəylik  nəsli  davam  etdirməli  oğulların  qul 
oldu,  bakirə  qızların  kəniz oldu». Anta kisrə  inisi kağan bolmış, 
oğlı  ta  kağan  bolmış  (KT  ş  4-5)  «Ondan  sonra  kiçik  qardaşı 
xaqan olmuş,  oğlu da xaqan olmuş» və s.
2.  Üç  komponentli  tabesiz  mürəkkəb  cümlələr  təkcə  üç 
sadə  cümlədən təşkil  olunur;  məsələn:  E çim  kağan  birlə  ilgərü 
Yaşıl ügüz ŞantuIJyazıka təgi sülədimiz,  kurığaru Təmir kapığka 
təgi  sülədimiz,  Kügmən  aşa  kırkız yirirjə  ləgi  sülədimiz  (KT  ş
17)  «Əmim  xaqanla  şərqə Yaşıl  çay  Şandun  düzünə  kimi  qoşun 
çəkdik,  qərbə  Dəmir  qapıya  kimi  qoşun  çəkdik,  Kögmən 
(dağlarını) aşaraq qırğız yerinə  kimi qoşun çəkdik».  Yetiyegirmi 
yaşıma tatjut tapa sülədim,  tatjut bodunığ bozdım,  oğlın, yotazın, 
yılkısın,  barımın  anta  altım  (BK  ş  24)  «On  yeddi  yaşımda 
tapqutlara  qarşı  qoşun  çəkdim,  tanqut  xalqını  pozdum,  oğlunu, 
qız-gəlinini, ilxısını, var-dövlətini onda aldım» və s.
3.  Dörd  və  daha  artıq  komponentli  tabesiz  mürəkkəb 
cümlələr  yalnız  dörd  və  dörddən  çox  sadə  cümlələrdən  təşkil 
olunur; məsələn:  İlligig ilsirətdimiz,  kağanlığığ kağansıratdımız. 
tizligig  sökürtimiz,  başlağığ  yüküntürtimiz  (KT  ş  18)  «Ellini 
clsizləşdirdik,  xaqanimi  xaqansızlaşdırdıq,  dizlini  çökdürdük, 
başlını  səcdə  etdirdik».  Tetjri  yarlıkadukın  üçün  illigig 
ilsirətmiş,  kağanlığığ  kağansıratmış,  yağığ  baz  kilmiş,  tizligig 
sökürmiş,  başlığığ  yü/cüntürmiş  (KT  ş  15)  «Tanrı  buyurduğu 
üçün  ellini  elsizləşdirmiş,  xaqanimi  xaqansızlaşdırmış,  yağını
204
məhv  etmiş,  dizlini  çökdürmüş,  başlını  səcdə  etdirmiş».  Yeti 
otuz  yaşıma  kırkız  tapa  sülədim,  sü/Jüg  batımı  kanğ  sökipən 
Kögmən  yışığ  toğa  yonp  kırkız  bodunığ  uda  basdım,  kağanın 
birlə Solja yışda sütjüşdim,  kağanın ölürtim,  elin anta altım (BK 
ş  26-27)  «İyirmi  yeddi  yaşımda  qırğızla  aqarşı  qoşun  çəkdim, 
süngü  batımı  qalınlıqda  qarı  dağıdıb  Kögmən  meşəli  dağlarını 
üzüyuxarı  yürüş  edib  qırğız  xalqını  yuxuda  basdım,  xaqanı  ilə 
Sona  meşəli  dağlarında  döyüşdüm,  xaqanını  öldürdüm,  elini 
onda aldım» və s.
Qarışıq tərtibli tabesiz mürəkkəb cümlələr.  Sadə və ta- 
bcli  mürəkkəb  cümlələrdən  təşkil  olunmuş  cümlələrə  qanşıq 
tərtibli  tabesiz  mürəkkəb  cümlə  deyilir.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  belə  tabesiz  mürəkkəb  cümlələr 
sadə 
tərtibli  tabesiz  mürəkkəb  cümlələrə  nisbətən  az  işlənir. 
Komponentlərinin  düzülüşünə  görə,  qarışıq  tərtibli  tabesiz 
mürəkkəb cümlələri iki növə ayırmaq olar:
1.  Komponentləri  sadə  və  tabeli  mürəkkəb  cümlədən 
ibarət olan tabesiz mürəkkəb cümlələr.
2.  Komponentləri  tabeli  mürəkkəb  cümlə  və  sadə 
cümlədən ibarət olan tabesiz mürəkkəb cümlələr.
Birinci  tip  qarışıq  tərtibli  tabesiz  mürəkkəb  cümlələrdə 
birinci  komponent  sadə  cümlə,  ikinci  komponent 
tabeli 
mürəkkəb  cümlə  ilə  ifadə  olunur;  məsələn:  Türgis  kağanta 
körüg  kold,  sabı  anlağ:  öQdon  kağanğaru  sü  yoralım  (T  29) 
«Türgiş xaqanından  casus gəldi, sözü belə (idi):  şərqdən xaqana 
qarşı  qoşun  yürüdək».  Üç  körüg  kisi  kəlli,  sabı  bir:  kağanı  sü 
tasıkdı  (T  33)  «Üç  casus  gəldi,  sözləri  bir (idi):  xaqanı  qoşunla 
sərhədi  keçdi».  Tılığ kəlürti,  sabı antağ:  Yarıs yazıda on  tümən 
sü  tirilti (T  36)  «Dil  gəlirdi,  sözü  belə  (idi):  Yarış  düzündə yüz 
min qoşun toplandı» və s.
ikinci  tip  qarışıq  tərtibli  tabesiz  mürəkkəb  cümlələrin 
birinci  komponenti  tabeli  mürəkkəb  cümlədən,  ikinci  kom­
ponenti  sadə  cümlədən  ibarət  olur;  məsələn:  Türk  kara  kamığ 
bodun ança  timis:  illig bodun ertim,  ilim  atmı  kanı? (KT  ş  8-9) 
«Bütün qara türk xalqı elə demiş: elli xalq idim, elim indi hanı?» 
Bardukyirdə edgügol erinç: kanı t) subça yügürti, süfjügit) tağça
205


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə