Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə39/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   35   36   37   38   39   40   41   42   ...   118

1.  Hərəkət  və  ya  əlamətin  icra  zamanını  bildirən 
zərfliklər.  Bu zərfliklər  feli xəbərlərə də,  ismi xəbərlərə də aid 
ola bilər. Onlar müxtəlif vasitələrlə ifadə edilir:
a)  Zaman  zərfləri,  habelə  ismin  yerlik  hal  şəkilçisi  qəbul 
etmiş  yir  «yer»  sözünün  müxtəlif  söz  birləşmələri  yaratması 
vasitəsilə;  məsələn:  Ol  amtı  ayığ уок  (КТ  c  3)  «İndi  iğtişaş 
yoxdur». İlim altı kam? (KT ş 9) «Elim indi hanı?»  Tölis,  tar duş 
bodunığ  anta  itmis,  yabğuğ,  şadığ  anta  birmis  (KT  ş  13-14) 
«Töliş və tarduş xalqlarım onda təşkil etmiş, yabğu və şadı onda 
bermiş». Bu yerdə matja kur ballı (BK ş 36) «Bu yerdə (yəni: bu 
vaxt) mənə şərəf çatdı».
b)  Zaman  zərflikləri  feli  bağlama  və  feli  bağlama 
tərkibləri ilə ifadə edilir. Qədim türk yazısı abidələrinin di-lində 
belə zaman zərflikləri ən çox -tukda,  -tükdə (-dukda,  -dükdə), - 
ı,  -i,  -u,  -ü  və  -matan,  -mətən  şəkilçili  feli  bağlama  və  feli 
bağlama  tərkibləri  ilə  ifadə  edilir;  məsələn:  Eçim  ka-ğan 
olurtukda  özüm  tarduş  bodun  üzə  şad ertim  (KT ş  17)  «Əmim 
xaqan  oturduqda  özüm  tarduş  xalqı  üzərində  şad  idim». 
Anlağının  üçün  igidmiş  kağamtjm sabın almatın yir sayu bardığ 
(KT c  8) «Elə olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünə 
qulaq asmadan yer boyu getdin».  Bolçuka tan üntürü təgdimiz (T 
35)  «Bolçuya dan söküləndə hücum etdik».
Qədim  türk  yazısı  abidələrinin  mətnlərində  ir/er  naqis 
felinin  erikli  forması  işlənir.  Bu  formanın  əmələ  gətirdiyi 
birləşmə də zaman zərfliklərinin bu tipinin məna çalarım əmələ 
gətirir;  məsələn:  Otuz  artukı  bir yaşm a  karluk  bodun  butjsız 
erür,  barur  erikli yağı  boltı  (BK  ş  28-29)  «Otuz  bir  yaşımda 
karluk xalqı  qayğısız, azad və sərbəst olduğu vaxtda yağı oldu». 
Anta olurır erikli oğuzdantan körüg kəlti (T 8) «Eləcə oturarkən 
oğuzlardan casus gəldi».
c)  Zaman  zərfliyinin  bu  tipi  yönlük  halda  işlənən  miqdar 
sayları ilə də idarə olunur; qədim türk yazısı abidələrinin dilində 
yönlük  halda  olan  miqdar  sayları  ilə  ifadə  olunan  belə  zaman 
zərflikləri Azəbaycan dilinə ismin yerlik halı ilə tərcümə edilir; 
məsələn:  Kül  tikin  kop yılka yegirmikə  uçdı  (KT  şm  ş)  «Kül 
tigin  qoyun  ilində  ayın  on  yeddisində  vəfat  etdi».  Tokuzınç  ay
154
yeti  otuzka yoğ ertürtimiz  (KT  şm  ş)  «Doqquzuncu aym  iyirmi 
yeddisində dəfn etdirdik».
ç) Say və yaş «yaş»  isminin birləşməsi vasitəsilə də bu tip 
zaman zərflikləri ifadə edilir; məsələn: Kül tigin yiti otuzyaşırja 
karluk  bodun  erür,  barur  erikli  yağı  boltı  (KT  şm  1)  «Kül 
tiginin  iyirmi  yeddi  yaşında  karluk  xalqı  azad  və  sərbəst  ikən 
yağı oldu». Kül tigin altı otuzyaşırja kırkız tapa sülədimiz (KT ş 
34-35)  «Kül  tiginin  otuz  altı  yaşında  qırğızlara  qarşı  qoşun 
çəkdik».
e)  Heyvan  təqvimində  il  adı  bildirən  isimlərlə  yıl  «il» 
sözünün  birləşməsi  ilə  də  bu  tip  zaman  zərflikləri  ifadə  edilir; 
məsələn:  Bunça kazğanıp karjım kağan ıt y ıl onınç ay altı otuzka 
uça bardı (BK c  10) «Bu qədər qazanıb atam xaqan it ili onuncu 
ayının iyirmi altısında vəfat etdi». Lağzınyıl bisinç ay yiti otuzka 
yoğ  ertürtim  (BK  c  10)  «Donuz  ili  beşinci  ayının  iyirmi 
yeddisində dəfn etdirdim».
ə)  Zaman  mənalı  isinilər  alət-birgəlik  halında  hərəkətin 
icra  zamanını  bildirən  zərflik  olur;  məsələn:  Otuz  artukı  səkiz 
yaşm a kişin kı/ay tapa xü/odim (BK c 2) «Otuz səkkiz yaşımda 
qışda  kıtaylara  qarşı  qoşun  çəkdim».  Otuz  artukı  tokuz yışıma 
yazın taiabı tapa sülodim (BK  c 2) «Otuz doqquz yaşımda yazda 
tatabilara qarşı qoşun çəkdim».
f)  zaman  mənalı  müxtəlif isimlər  yerlik  halda  işlənərək 
hal və hərəkətin icra zamanını bildirən zərflik olur; məsələn: Ol 
künto təgdi türk bodun  Təmir kapığka (T 46) «Həmin gündə türk 
xalqı Dəmir qapıya çatdı». Kül tigin ol sürjüsdə otuz yaşayur erti 
(KT şm 2) «Kül tigin həmin döyüşdə otuz yaşında idi».
g)  Zaman  mənalı  isimlər  yönlük  hal  şəkilçisi  qəbul  edib 
bu  tip  zaman  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  Onük 
yoğaru  sü yonp  tünli-kiinli yiti  ödüşkə  subsız  keçdim  (BK  c  ş) 
«önük yuxarı qoşun yürüdüb gecəli-gündüzlü yeddi sutka susuz 
getdim».  Ol tünkəyatıkı tuğ ebürü bardımız (T 26) «Həmin gecə 
yamaclarla bayraqları qaldıraraq getdik».
2. 
Hərəkətin  başlanğıc  zamanını  bildirən  zərfliklər.  Bu 
növ  zaman  zərflikləri,  əsasən,  feli  xəbərə  aid  olur,  lakin  ismi 
xəbərlərə  də  aid  ola  bilər.  Qədim  türk  yazısı  abidələrinin
155


dilində  bu  zərfliklərin  işləkliyi  zəifdir,  deməli,  ifadə  vasitələri 
də  dardır.  Abidələrin  dilində  zaman  zərfliyinin  bu  tipi  təkcə  - 
ğalı,  -gəli şəkilçili feli bağlama və həmin feli bağlamanın əmələ 
gətirdiyi  tərkiblə  ifadə  edilir;  məsələn:  Türk  bodun  olurğah, 
türk  kağan  olurğah  SantutJ balıka,  Taluy  ügüzkə  təgmis  yok 
ermis  (T  18)  «Türk  xalqı  oturalı,  türk  xaqanı  oturalı  Şandun 
şəhərinə, Dəniz çayma çatdığı yox imiş».
3. 
Hərəkətin  bitdiyi  zamanı  bildirən  zərfliklər.  Bu 
zərfliklə,  əsasən,  feli,  nadir  hallarda  ismi  xəbərlərə  aid  olur. 
Belə  zərfliklərin  üç  ifadə  məqamı  vardır:  a)  təg  «tək,  -dək» 
qoşmasının  ondan əvvəl  gələn yönlük  halda  işlənən  isim,  zərf 
və  təyini  söz  birləşmələrinə  qoşulması  vasitəsilə;  b)  kisrə 
«sonra»  qoşmasının  yerlik-çıxışlıq  halda  işlənən  ol  «o»  işarə 
əvəzliyinə (anta «ondan») qoşulması  vasitəsilə; c)  feli  bağlama 
və feli bağlama tərkibləri  ilə.
a)  təg  «tək,  -dək»  qoşmasının  yönlük  halda  olan  sözə 
qoşulması  ilə  ifadə  edilən  zaman zərflkləri:  Tabışğan y ıt bisinç 
ayka təg (MÇ 20-21) «Dovşan ili beşinci ayadək...»
b)  Qədim  türk  yazısı  abidələrinin  dilində  kisrə  «sonra» 
qoşması  ondan  ovvəl  işlənən  anta  «ondan»  sözünə  qoşularaq 
hərəkətin  bitməsi  mənası  ifadə  edən  zaman  zərfliyi  əmələ 
gətirir;  məsələn:  Anla  kisrə  Yer  Bayırku  Uluğ İrkin yağı  boltı 
(KT  ş  34)  «Ondan  sonra  Yer  Bayırkudan  olan  Ulu  İrkin  yağı 
oldu». Anta kisrə ka Qım  kağan uçdı (MÇ  12) «Ondan sonra atam 
xaqan vəfat etdi»,
c)  Bu  növ  zaman  zərflikləri  feli  bağlama  və  feli  bağlama 
tərkibləri  ilə  də  ifadə  olunur.  Qədim  turk  yazısı  abidələrinin 
dilidə  zaman  zərfliyi  vəzifəsində  işlənən  feli  bağlama formaları 
müxtəlif şəkilçilərlə  əmələ  gəlir;  məsələn:  Ol sabığ esidip  tiin 
udısıkım  kəlmədi,  küntiiz  olursıkım  kəlmədi  (T  12)  «O  xəbəri 
eşidib  gecə  yuxum  gəlmədi,  gündüz rahatlığım  gəlmədi».  Türk 
bəgləri  türk  atın  ıtı,  Tabğaçğı  bəglər  Tabğaç  atın  tutıpan 
Tabğaç  kağan ka  körmis  (KT  ş  7-8)  «Türk  bəyləri  türk  adını 
ataraq,  Tabğaçdakı  bəylər  Tabğaç  adını  götürüb  Tabğaç 
xaqanma tabe olmuş». Eçim kağan ili kamaşığ boluikınta,  bodun 
iligi  kəgi  boltukınla  izgil  bodun  birlə  süQüşdimiz  (KT  şm  3)
156
«Əmim  xaqanın  eli  qarışıq  olanda,  xalqın  eli  asi  olanda  izgil 
xalqı  ilə  döyüşdük».  Ol  kan  yok  boltukda  kisrə  el  yetmiş, 
ıçğınmış.  kaçışmış  (О  I)  «O  xan  yox  olduqdan  sonra  el  sona 
yetmiş,  dağılmış,  qaçışmış».  Uluğ oğlım  oğrıp yok  bolça  Kuğ 
səQünig balbal tikə  birtim  (BK c 9)  «Böyük oğlum xəstələnib 
vəfat edən kimi Kuğ sənünü balbal qoydum.
Zaman zərfliyinin  quruluşca  növləri.  Qədim türk yazısı 
abidələrinin dilində zaman zərfliyinin quruluşca  iki növü vardır: 
1) sadə zaman zərflikləri və 2) mürəkkəb zaman zərflikləri.
1.  Sadə  zaman  zərflikləri  bir  sözdən  ibarət  olur  və  nitq 
hissələri  ilə  ifadə  edilir;  məsələn:  Ol  atmı  ayığ yok  (KT  c  3) 
«İndi iğtişaş yoxdur». Kiçə yaruk batur erikli süQüsdim (MÇ  13) 
«Gecə  günəş  batanda  döyüşdüm».  Ol sabığ esidip  tün  udısıkım 
kəlməz erti,  olursıkım  kəlməz erti (T 22) «O xəbəri  eşidib gecə 
yuxum gəlməzdi, rahatlığım gəlməzdi».
2.  Mürəkkəb  zaman  zərflikləri  qədim  türk  yazısı 
abidələrinin  dilində  təyini  söz  birləşmələri  və  feli  bağlama 
tərkibləri  ilə  ifadə  edilir;  məsələn:  Kül  tigin yeti  otuz yaşıQa 
karluk bodun  ...  yağı  boltı (KT şm  1)  «Kül  tiginin  iyirmi  yeddi 
yaşında karluk  xalqı  ...  yağı oldu».  Üzə kök tefjri,  asrayağızyir 
kılıntukda ekin ara kisi oğlı kılınnııs (KT ş  f) «Üstdə mavi göy, 
altda  qonur  yer  yarandıqda  ikisinin  arasında  insan  oğlu 
yaranmış».  Türk  bodun  olurğah,  türk  kağan  olurğah  SantuQ 
balıka,  Taluy  ügüzkə  təgmis  yok  ermis  (T  18)  «Türk  xalqı 
oturalı, türk xaqanı oturalı Şandın şəhərinə, Dəniz çayma çatdığı 
yox imiş».
SƏBƏB ZƏRFLİYİ
Səbəb zərfliyi  hal  və  hərəkətin  icrasının səbəbini bildirir. 
Müasir  türk  dillərinə  nisbətən  qədim  türk  yazısı  abidələrinin 
dilində səbəb zərfliyinin  işlənmə dairəsi dar, ifadə vasitələri isə 
məhduddur. Abidələrin  dilində səbəb zərflikləri a) feli bağlama 
və feli bağlama tərkibləri,  b) üçün qoşması  ilə işlənən  feli sifət 
və feli sifət tərkibləri,  c) qoşmasız işlənən  feli sifət və feli sifət 
tərkibləri,  ç)  üçün  «üçün»  və  ötrü  «ötrü»  qoşmaları  ilə  işlənən
157


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə