Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə36/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   32   33   34   35   36   37   38   39   ...   118

oxla  vurdu».  Kağanımın  sülədimiz  (T  53)  «Xaqanımla  qoşun 
çəkdik».  Uluğ İrkin azkıya ərin təzip bardı (KT ş 34) «Ulu İrkin 
azacıq döyüşçü ilə qaçıb getdi».
b) Əvəzliklərlə ifadə edilən sadə vasitəli tamamlıqlar: Kop 
maQa  hörür  (КТ  c  2)  «Hamısı  mənə  tabedir».  A Qar  ardıncığ 
bark yaratdım (BK şm  14) «Ona adına layiq sərdabə tikdirdim». 
Bizintə  eki  uçı  sıQarça  artuk  erti  (T  40)  «İki  qanadı  bizdən 
yarıbayarı artıq idi».
2. 
Mürəkkəb  vasitəli  tamamlıqlar  isim  və  qoşmaların 
birləşməsi,  mürəkkəb  adlar,  ismi  söz  birləşmələri,  feli  sifət 
tərkibləri ilə ifadə edilir.
a)  Qoşmalı  sözlərlə:  Eçim  kağan  birlə  ilgərü yaşıl  ügüz 
ŞantüQ yazıka  təgi sülədimiz  (KT  ş  17)  «Əmim  xaqanla  şərqə 
Yaşıl  çay  Şandun  düzünə  təki  qoşun  çəkdik».  İnim  Kül  tigin 
birlə  sözləşdimiz  (KT  ş  26)  «Kiçik  qardaşım  Kül  tiginlə 
məsələhətləşdik».  Eki  otuz yaşıma  tabğaç tapa sülədim  (BK ş 
25-26)  «İyirmi  iki  yaşımda  tabğaça qarşı  qoşun çəklim».  Ançıp 
bars yılka  çik tapa yorıdım  (MÇ  19)  «Bundan  sonra  bars  ilində 
çiklərə qarşı qoşunla yürüş etdim».
b)  Vasitəli  tamamlığın  mürəkkəb  adlarla  ifadəsi:  İnəl 
kağanka  karam  alı  tağka  təzik,  tokarsın  (T  45)  «İnəl  xaqana 
dövlət  olaraq  ərəblərə,  toxarlara  (qarşı  yürüş  etdim)».  Bilgə 
Tonyukuk Boyla Bağa  Tarkan  birlə,  İltəris,  kağan bolayın  (T  6-
7)  «Müdrik  Tonyukuk  Boyla  Bağa  Tarkan  ilə,  İltəris,  xaqan 
olaq».
c)  Vasitəli  tamamlığın  ismi  söz  birləşmələri  ilə  ifadəsi. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  ikinci  və  üçüncü  növ 
təyini  söz  birləşmələri,  mürəkkəb  təyini  söz  birləşmələri, 
habelə  abidələrin  dili  üçün  səciyyəvi  olan  tərkib  hissələrinə 
bölünməyən  birinci  növ  təyini  söz  birləşmələri  mürəkkəb 
vasitəli  tamamlıq  kimi  işlənə  bilir;  məsələn:  Tabğaç  bodunka 
bəglik urı  oğlın  İmi boltı  (KT ş  7)  «Tabğaç xalqına bəylik nəsli 
davam etdirməli oğulların qul oldu».  Türk ilirjə altı otuz yaşm a 
...  birti (MÇ  4)  «İyirmi  altı  yaşımda  məni  türk elinə  ...  verdi». 
Tabğaç kağanta bədizçi kəlütim (KT c  11) «Tabğaç xaqanından 
naxışçı gətirdim».  Oğuz bodun tokuz tatar birlə tirilip kəlti (BK
142
ş  34)  «Oğuz  xalqı  doqquz  tatarlarla  birləşib  gəldi».  Bu  yirdə 
olurıp tabğaç bodun birlə tüzəltim (KT c 4-5) «Bu yerdə oturub 
tabğaç xalqı ilə düzəlişdim».
TƏYİN
Təyin  cümlənin  ikinci  dərəcəli  üzvlərindəndir.  Qədim 
türk  yazısı  abidələrinin  dilində  təyin  cümlənin  adlarla  ifadə 
olunan  hər  hansı  üzvünə  aid  olur,  onu  əlamət,  keyfiyyət  və 
kəmiyyətinə görə səciyyələndirir, təyin edir. Təyin təyin etdiyi 
sözə yanaşma əlaqəsi  ilə bağlanır. Buna görə də o,  təyin ehliyi 
sözün  hansı  halda,  kəmiyyətdə  və  şəxsdə  işlənməsindən  asılı 
olmayaraq dəyişmir, yəni hallanmır, cəmlənmir və mənsubiyyət 
şəkilçisi qəbul etmir.
Qədim tüık yazısı abidələrinin dilində təyinlər:
1.  mübtədanı təyin edir: Biligsiz kağan olurmıs erinç (KT 
ş 5) «Biliksiz xaqan oturmuş».
2. xəbəri təyin edir; məsələn: Kağanlığ bodun ertim (KT ş
4)  «Xaqanlı xalq idim».
3. tamamlığı təyin edir; məsələn: Süçigsabm, yımşaq ağın 
arıp  ırak bodunığ ança yoğıtur erm'ıs (KT c  5)  «Şirin  sözü  ilə, 
yumşaq  hədiyyəsi  ilə  aldadıb  uzaq  xalqı  eləcə  yaxınlaşdırır
imiş».
4.  təyini  təyin  edir;  məsələn:  Sü  sülənən  tort  bulundakı 
bodunığ kop almış,  kop  baz kılmıs  (KT  ş  2)  «Qoşun  çəkib dörd 
tərəfdəki xalqı bütünlüklə almış, bütünlüklə tabe etmiş».
5.  zərfliyi  təiyn  edir;  məsələn:  Mən  tokuz yegirmi yıl şad 
olurtım,  tokuz  yegirmi  yıl  kağan  olurtım  (BK  c  9)  «Mən  on 
doqquz  il  şad  oturdum,  on  doqquz  il  xaqan  oturdum».  Ol ödkə 
kul kullığ,  küt) küfjlig bolmış  erti  (KT  ş  21)  «O  vaxt qul  qullu, 
kəniz kənizli olmuş idi».
Təyinin ifadə vasitələri.  Təyinlər,  adətən,  hansı nitq his­
səsinə  daxil  olmasından  asılı  olmayaraq,  atributiv  mənalı  söz­
lərlə  ifadə  olunur.  Bu baxımdan  qədim  türk yazısı  abidələrinin 
dili  müasir  türk  dillərindən  fərqlənmir,  lakin  nitq  hissələrinin 
atributivləşməsində  və  təyin  kimi  işlənməsində  müəyyən 
fərqlər  özünü  göstərir.  Müasir  türk  dillərində  olduğu  kimi,
143


abidələrin  dilində  də  təyinlə  təyinlənən  arasında  yanaşma 
sintaktik əlaqəsi mövcuddur. Ancaq bir sıra hallarda müasir turk 
dillərində  idarə  sintaktik  əlaqəsi  ilə  ifadə  olunan  bəzi 
münasibətlər  qədim  türk  yazısı  abidələrinin  dilində  yanaşma 
sintaktik  əlaqəsi  ilə  ifadə  olunur.  Abidələrin  dilində  təyinin 
ifadə  vasitələrini  araşdırdıqda  bunu  nəzərə  almaq  lazımdır. 
Ümumiyyətlə götürdükdə təyin edə bilən bütün sözlər cümlədə 
təyin  mövqeyində  işlənə  bilər.  İfadə  vasitələrinə  görə,  qəlim 
türk  yazısı  abidələrinin  dilində  işlənən  təyinləri  belə 
qruplaşdırmaq olan
1.  Sifətlərlə ifadə olunan təyinlər.
2.  Feli sifətlərlə ifadə olunan təyinlər.
3.  İsimlərlə ifadə olunan təyinlər.
4.  Saylarla ifadə olunan təyinlər.
5.  Əvəzliklərlə ifadə olunan təyinlər.
6.  İsmi söz birləşmələri ilə ifadə olunan təyinlər.
Sifətlərlə  ifadə  olunan  təyinlər.  Türk  dillərində,  o
cümlədən  qədim  türk  yazısı  abidələrinin  dilində  sifətin  əsas 
vəzifəsi  ondan  sonra  gələn  cümlə  üzvünü  təyin  etməkdir. 
Abidələrin dilində bütün sifətlər təyin vəzifəsində işlənə bilir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  sifət,  ondan  sonra 
gələn sözü müxtəlif baxımdan təyin edir.  Sifətləri təyin etdikləri 
sözə münasibətə görə belə qruplaşdırmaq olar:
1.  Sifət  sonra gələn  sözü keyfiyyətcə  təyir edir:  Süçig sa- 
bın, yımşak ağın arıp ırak bodunığ ança yağıtur ermis (КТ c 5) 
«Şirin  dili  ilə,  yumşaq  hədiyyəsi  ilə  aldadıb  uzaq  xalqı  elə 
yaxınlaşdırır imiş».
2. Sifət sonra gələn sözü əlamətinə görə təyin edir. Qədim 
türk  yazısı  abidələrində  sifətin  bu  vəzifədə  işlənməsinin  üç 
növünü göstərmək olar:
a)  Sifət  təyin etdiyi  sözün  rəngini  bildirir:  Özə  kök teljri, 
asra yağa yir  hlıntukda  ekin  ara  kisi  oğlu  kılınmıs  (KT  ş  1) 
«Üstdə  mavi  göy,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında 
insan oğlu yaranmış».
144
b)  Sifət təyin etdiyi  sözün zahiri əlamətini  bildirin Səmiz 
buka turuk buka  tiyin bilməz ermis (T 6) «Kök  buğa anq buğa 
deyə bilməz imiş».
c)  Sifət  teyin  etdiyi  sözün  müxtəlif  cəhətdən  ölçüsünü 
bildirir: Birigərü Tabğaç tapa uluğ sü eki yegirmi sülədim (KT ş 
28)  «Cənuba  Tabğaça  qarşı  böyük  qoşunla  on  iki  dəfə  yürüş 
etdim».
3. Sifət təyin etdiyi sözün xasiyyət və adətini bildirir: Iğar 
elligdə,  ığar kağanlığda yəg kıltım  (KT  ş  29)  «Sədaqətli  eldə, 
sədaqətli xaqanlıqda yaxşılıq etdim».
4.  Sifət təyin etdiyi  sözün vəziyyətini bildirir:  Ötükən yış 
olursar,  betjgü  il  tuta  olurtaçı  sən,  türk  bodun,  tok  (KT  c  8) 
«Ötükən  meşəli  dağlarında otursan,  əbədi  el  tutaraq oturasısan, 
türk xalqı, tox».
5.  Sifət  teyin  etdiyi  sözün  malikiyyətini  bildirir:  An tağ 
külig kağan ermiş (KT ş 4) «O qədər məşhur xaqan imiş».
6.  Sifət  teyin  etdiyi  sözün  aidiyyatım  bilidirir:  Apa
tarkanğaru  içrə  sab  ıdmıs  (T  34)  «Apa  tarkana  gizli  xəbər 
göndərmiş».
7.  Sifət teyin  etdiyi  sözün zamanını  bildirir:  Taylarım,  ər 
atım yok üçünyeti aşnukı eşim taşru etilti (Y 41) «Taylarım, igid 
adım olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi».
8.  Sifət  təyin  etdiyi  sözün  məkanını  bildirir: • İçrəki
bədizçig  iti  (BK  şm  14)  «Saray  naxışçısını  göndərdi».  ...  ırak 
bodunığ  ança  yağıtur  ermis  (KT  c  5)  «...  uzaq  xalqı  elə 
yaxınlaşdırır imiş».
Feli  sifət  və  fe li  sifət  tərkibi  vasitəsilə  ifadə  edilən
təyinlər.  Qədim türk yazısı abidələrinin dilində sifət teyin etdiyi 
sözün əlamət və keyfiyyətini  statik vəziyyətdə təiyn edirsə,  feli
sifət  və 
feli  sifət  tərkibi  təyin  etdiyi  sözün  əlamət  və
keyfiyyətini  dinamik  vəziyyətdə  təyin  edir;  məsələn:  Kəligmə 
bəglərin,  bodunın  itip,  yığıp  azça  bodun  təzmis  erti  (T  43) 
«Gələn bəylərini,  xalqını təşkil  edib,  toplayıb azca xalq qaçmış 
idi».  Yeti  yüz  ər  bolıp  elsirəmis,  kağansıramıs  bodunığ, 
küQədmis,  kuladmıs  bodunığ,  türk  törüsin  ıçğınmıs  bodunığ 
eçüm,  apam  törüsinçə  yaratmış,  boşğurmıs  (KT  ş  13)  «Yeddi
145


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə