Dərs vəsaiti baki nurlan 0 Elmi redaktoru



Yüklə 120 Kb.
Pdf görüntüsü
səhifə32/118
tarix22.11.2017
ölçüsü120 Kb.
#11459
növüYazi
1   ...   28   29   30   31   32   33   34   35   ...   118

ƏMR CÜMLƏSİ
Əmr,  xahiş,  nəsihət,  arzu  və  s.  bildirən  cümlələrə  əmr 
cümlələri  deyilir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr 
cümlələrinin  müxtəlif məna  çaları  ifadə  etməsi  üçün  heç  bir 
formal əlamətdən istifadə edilmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
xəbəri,  əsasən,  felin  əmr  şəkli  ilə  ifadə  edilir.  Əmr  cümləsi 
bütün  şəxslərə  aid  ola  bilər,  lakin  məntiq  baxımından  ən  çox 
ikinci  şəxsə  əmr  edilə  bilər.  Buna  görə  də  abidələrin  dilində 
əmr  cümlələrinin  xəbəri  ən  çox  felin  əmr  şəklinin  ikinci 
şəxsində  olur;  məsələn:  ...  on  ok oğlıQa,  tatı Qa  təgi  bum  körü 
biliQ  (КТ  c  12)  «...  on  ox  oğluna,  yadlara  təki  bunu  görərik 
bilin».  Türk  oğuz  bəgləri,  bodun,  bunu  esidir/ (KT  ş  22)  «Türk 
oğuz  bəyləri,  xalqı,  bunu  eşidin».  KöQlünçə  udız  (T  15) 
«(Qoşunu) ürəyin istəyən kimi apar».  Oğlanım,  ərdə marımınça 
bol,  капка  tap,  katığlan  (Süci)  «Oğullarım,  igidlikdə  ustadım 
kimi  olun,  (özünüzə)  xan  tapın,  möhkəmlənin».  Sabımın  tükəti 
esidgil  (КТ  c  1)  «Sözümü  tükənincəyədək  eşit».  Bu  sabımın 
edgüti  esid,  katığdı  tiljlə  (KT  c  2)  «Bu  sözümü  yaxşıca  eşit, 
möhkəmcə dinlə».
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
xəbəri  felin  əmr  şəklinin  üçüncü  şəxsində  də  işlənir,  lakin 
burada  əmr  birbaşa  deyil,  vasitəsi  vasitəsilə  olur;  məsələn: 
Kögmən yir,  sub idisiz kalmazun (KT ş 20) «Kögmən yeri, suyu 
sahibsiz qalmasın». Sü bası İnəl kağan  Tardus sad birzun (T 31) 
«Qoşunbaşı  İnəl  xaqan  -  Tarduş  şadı  getsin».  Türk bodun yok 
bolmazun,  ...  bodun  bolçun  ...  (KT  ş  11)  «Türk  xalqı  məhv 
olmasın,... xalq olsun...» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  əmr  cümlələrinin 
bir qismi arzu çalan ifadə edir. Belə cümlələrin xəbəri  felin əmr 
şəkli ilə deyil, arzu şəkli ilə ifadə edilir, həm də belə cümlələrin 
xəbəri  təkcə  birinci  şəxsdə  (tək  və  cəm)  olur;  məsələn:  Türk 
bodun,  ölürəyin,  uruğsıratayın (KT  ş  10)  «Türk xalqı özümüzü 
öldürək,  nəslimizi  məhv  edək».  Usar,  yokkısalım  (T  11) 
«Bacarsaq,  məhv  edək».  Bodunığ  igidəyin  (KT  ş  28)  «Xalqı
126
yüksəldim».  Ötjrə türk kağanğaru süləlim  (T 20)  «Əvvəlcə türk 
xaqanma  qarşı qoşun  çəkək».  Ben  ebgərü  tüsəyin  (T  30)  «Mən 
evə  qayıdım».  Katun  yok  bolmıs  erti,  anı  yoğlatayın  (T  31) 
«Xatun vəfat etmişdi, onu dəfn edim».  Yarıs yazıda  tiriləlim (T 
33) «Yarış düzündə toplanaq» və s.
NİDA CIMLƏSİ
Emosiya  bildirən,  emosiya  ilə  tələffüz  edilən  cümlələrə 
nida cümlələri  deyilir.  Türk  dillərində,  o  cümlədən  qədim  türk 
yazısı  abidələrinin  dilində  nida  cümlələrinin  xüsusi  əlaməti 
yoxdur.  Bu  cümlələr  nəqli,  sual  və  əmr  cümlələri  əsasında 
yaranır.  Nida  cümlələri  şifahi  nitqdə  yüksək  intonasiya  ilə 
tələffüz  edilməsi,  yazılı  nitqdə  isə  nida  işarəsi  qoyulması  ilə 
fərqləndirilir.  Buna  görə  də  qədim  türk  yazısı  abidələrinin 
dilində  nida cümlələrini  fərləndirmək  çox  çətindir,  demək  olar 
ki,  qeyri-mümkündür.  Məsələ  burasındadır  ki,  qədim  türk 
qəbilələrinin  bu  və  ya  digər  cümləni  necə  tələffüz  etmələri, 
hansı  intonasiya  ilə  söyləmələri  bizə  məlum  deyildir;  göytürk 
yazısı  abidələrində,  habelə  qədim  uyğur  yazısı  abidələrində 
durğu  işarələri yoxdur. Buna görə də hər iki tip yazılı abidələrin 
dilində  nida  cümlələrini  cümlənin  digər  tiplərindən  ayırmaq 
mümkün deyildir. Qədim türk yazısı abidələrinin dilində işlənən 
əmr cümlələrinin  bir qismini  nida cümləsi kimi də qəbul etmək 
olar; məsələn:...  on ok oğlıQa,  tatı Qa təgi tuni körü biliQ (KT c
12)  «...  on  ox  oğluna,  yadlara  təki  bunu  görərək  bilin».  Türk 
oğuz bəyləri,  bodun  bum esidiQ (KT ş 22) «Türk  oğuz bəyləri, 
xalqı,  bunu  eşidin».  Bəzən  yan  intuitiv,  yarı  cümlənin 
quruluşundan  qədim  türk  yazısı  abidələrinin  dilində  nida 
cümlələrini  müəyyənləşdirmək olur; məsələn:  A IJar körü biliQ: 
türk amtı bodun,  bəglər,  bödkə körigmə bəglər,  gü yaQıltaçı siz 
(KT c  11) «Ona baxaraq bilin: türkün indiki xalqı, bəyləri, taxta 
tabe olan bəylər,  axı yanılasınız».  Güman  etmək olar ki,  qədim 
türk  yazısı  abidələrinin  dilində  cümlənin  söz  sırasının  nadir 
hallarda pozulması da intonasiya ilə  əlaqədardır;  güman  ki,  söz 
sırasının pozulduğu cümlələr yüksək tonla, nida intonasiyası  ilə
127


tələffüz  edilmişdir;  məsələn:  Ol  yirgərü  barsar,  türk  bodun, 
öltəçi  sən.  ötükən  yir  olurıp  arkış-türkiş  isar,  nərj bunığ yok! 
Ötükən yış  olursar,  befjgü  il  tuta  olurtaçı  sən,  türk bodun,  tok 
(КТ  c  8)  «O  yerə  doğru  getsən,  türk  xalqı,  öləsisən,  ötükən 
yerində  oturub  karvanlar  göndərsən,  heç  bir  dərd yox!  Ötükən 
meşəli dağlarında otursan, əbədi el tutaraq oturasısan, türk xalqı, 
tox!»
CÜMLƏNİN QURULUŞCA NÖVLƏRİ
Bütün  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin  dilində  də  cümlənin  quruluşca  iki  növü  vardır:  1) 
sadə cümlə, 2) mürəkkəb cümlə.
SADƏ  CÜMLƏ
istər normativ (xüsusilə,  məktəb),  istərsə akademik qram­
matikalarda  sadə cümləyə  verilən  təriflər  bu  dil  vahidinin  hətta 
əsas  xüsusiyyətlərini  əhatə  etmir.  Buna  görə  də  son  zamanlar, 
mekətb  qrammatikalarını  çıxsaq,  qrammatika  kitablarında  və 
cümlənin sintaksisinə həsr edilmiş əsərlərdə  sadə cümləyə tərif 
verilmir.
CÜMLƏ  ÜZVLƏRİ
Hər  hansı  bir  cümlə  sözlərdən  tərtib  edilir.  Cümlədə 
sözlər  məna  və  sintaktik  vəzifələrinə  görə  müxtəlif olur:  bəzi 
sözlər  cümlədə  müəyyən  məna  ifadə  edir  və  sintaktik  vəzifə 
icra  edir;  bəzi  sözlər  isə  heç  bir  vəzifə  daşımır.  Leksik  mənası 
olan  və  cümlədə  müəyyən  sintaktik  vəzifə  daşıyan  sözlərə  və 
söz birləşmələrinə cümlə üzvü deyilir. Cümlə üzvlərinin  hamısı 
cümləni  təşkil  etməkdə  eyni  rol  oynamır:  bunlardan  bəziləri 
cümlənin  tamamlanmasında,  fikrin  bitməsində  həlledici  rol 
oynayır,  onlarsız  cümlə  formalaşa  bilmir;  digərləri  həmin 
üzvləri  izah  edir,  aydınlaşdırır,  tamamlayır.  Cümlənin 
tərtibində,  formalaşmasında  əsas,  həlledici  rol  oynayan  cümlə 
üzvləri baş üzv, onlara xidmət edən, onları aydınlaşdıran  cümlə
128
üzvləri  isə  ikinci  dərəcəli  üzvlər  adlanır.  Cümlənin  baş 
üzvlərinə mübtəda və xəbər,  ikinci dərəcəli üzvlərinə isə təyin, 
tamamlıq və zərflik daxildir.
MÜBTƏDA
Mübtəda  cümlənin  iki  baş  üzvündən  biridir.  O,  cümlənin 
tam müstəqil üzvüdür və qrammatik cəhətdən digər üzvlərindən 
asılı  deyildir,  cümlənin  bütün  digər  üzvləri,  o  cümlədən  ikinci 
baş  üzv  -   xəbər  də  qrammatik  cəhətdən  mübtədadan  asılıdır. 
Mübtəda  ismin  adlıq  halında olur,  əlaməti  cümlənin  xəbərində 
müəyyən  olunan  əşyam  bildirir,  kim,  nə  və  hara  suallarından 
birinə  cavab  verir.  Mübtəda  ondan  asılı  olan  ikinci  dərəcəli 
cümlə  üzvlərini  öz  ətrafında  birləşdirib  mübtəda  qütbü  təşkil 
edir.  Mübtəda,  sözün  geniş  mənasında  əşya  anlayışı  bildirir. 
Türk  dillərində,  o  cümlədən,  qədim  türk  yazısı  abidələrinin 
dilində mübtəda aşağıdakı əlamətlərə malik olar:
1.  Qrammatik cəhətdən mübtəda cümlənin  heç bir üzvün­
dən asılı olmur, cümlənin bütün üzvləri mübtədadan asılı olur.
2. Mübtədanın əlaməti xəbərdə əks olunur.
3. Mübtəda ismin adlıq halında olur.
4. Mübtəda hallana bilən sözlərlə (habelə, söz birləşmələ­
ri ilə) ifadə olunur.
Qeyd  etmək  lazımdır  ki,  adlıq  halda  olan  söz  cümlənin 
mübtədası  olmaya  da  bilər.  Adlıq  halda  işlənən  söz  cümlədə, 
mübtədadan  başqa,  təyin,  xəbər vəzifəsi  də  daşıya  bilər.  Bun­
lardan başqa,  adlıq  halda olan söz cümlə  üzvü  olmaya da bilər, 
məsələn,  xitablar  və  ara  sözlər  adlıq  halda  işlənsə  də  cümlə 
üzvü olmur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtəda  ifadə 
vasitələrinə görə müasir türk dillərindən fərqlənmir.  Abidələrin 
dilində  nadir hallarda cümlədə  söz sırasının pozulması hallarını 
istisna  etsək,  mübtəda  cümlənin  əvvəlində  işlənir,  həm  feli, 
həm də ismi xəbərlə uzlaşma əlaqəsi ilə bağlanır.
Qədim  türk  yazısı  abidələrinin  dilində  mübtədalar  quru­
luşuna görə iki cür olur:
129


Yüklə 120 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə