ƏMR CÜMLƏSİ
Əmr, xahiş, nəsihət, arzu və s. bildirən cümlələrə əmr
cümlələri deyilir. Qədim türk yazısı abidələrinin dilində əmr
cümlələrinin müxtəlif məna çaları ifadə etməsi üçün heç bir
formal əlamətdən istifadə edilmir.
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
xəbəri, əsasən, felin əmr şəkli ilə ifadə edilir. Əmr cümləsi
bütün şəxslərə aid ola bilər, lakin məntiq baxımından ən çox
ikinci şəxsə əmr edilə bilər. Buna görə də abidələrin dilində
əmr cümlələrinin xəbəri ən çox felin əmr şəklinin ikinci
şəxsində olur; məsələn: ...
on ok oğlıQa, tatı Qa təgi bum körü
biliQ (КТ c 12) «... on ox oğluna, yadlara təki bunu görərik
bilin».
Türk oğuz bəgləri, bodun, bunu esidir/ (KT ş 22) «Türk
oğuz bəyləri, xalqı, bunu eşidin».
KöQlünçə udız (T 15)
«(Qoşunu) ürəyin istəyən kimi apar».
Oğlanım, ərdə marımınça
bol, капка tap, katığlan (Süci) «Oğullarım, igidlikdə ustadım
kimi olun, (özünüzə) xan tapın, möhkəmlənin».
Sabımın tükəti
esidgil (КТ c 1) «Sözümü tükənincəyədək eşit».
Bu sabımın
edgüti esid, katığdı tiljlə (KT c 2) «Bu sözümü yaxşıca eşit,
möhkəmcə dinlə».
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
xəbəri felin əmr şəklinin üçüncü şəxsində də işlənir, lakin
burada əmr birbaşa deyil, vasitəsi vasitəsilə olur; məsələn:
Kögmən yir, sub idisiz kalmazun (KT ş 20) «Kögmən yeri, suyu
sahibsiz qalmasın».
Sü bası İnəl kağan Tardus sad birzun (T 31)
«Qoşunbaşı İnəl xaqan - Tarduş şadı getsin».
Türk bodun yok
bolmazun, ...
bodun bolçun ... (KT ş 11) «Türk xalqı məhv
olmasın,... xalq olsun...» və s.
Qədim türk yazısı abidələrinin dilində əmr cümlələrinin
bir qismi arzu çalan ifadə edir. Belə
cümlələrin xəbəri felin əmr
şəkli ilə deyil, arzu
şəkli ilə ifadə edilir, həm də belə
cümlələrin
xəbəri təkcə birinci şəxsdə (tək və cəm) olur; məsələn:
Türk
bodun, ölürəyin, uruğsıratayın (KT ş 10) «Türk xalqı özümüzü
öldürək, nəslimizi məhv edək».
Usar, yokkısalım (T 11)
«Bacarsaq, məhv edək».
Bodunığ igidəyin (KT ş 28) «Xalqı
126
yüksəldim».
Ötjrə türk kağanğaru süləlim (T 20) «Əvvəlcə türk
xaqanma qarşı qoşun çəkək».
Ben ebgərü tüsəyin (T 30) «Mən
evə qayıdım».
Katun yok bolmıs erti, anı yoğlatayın (T 31)
«Xatun vəfat etmişdi, onu dəfn edim».
Yarıs yazıda tiriləlim (T
33) «Yarış düzündə toplanaq» və s.
NİDA CIMLƏSİ
Emosiya bildirən, emosiya ilə tələffüz edilən cümlələrə
nida cümlələri deyilir. Türk dillərində, o cümlədən qədim türk
yazısı abidələrinin dilində nida cümlələrinin xüsusi əlaməti
yoxdur. Bu cümlələr nəqli, sual və əmr cümlələri əsasında
yaranır. Nida cümlələri şifahi nitqdə yüksək intonasiya ilə
tələffüz edilməsi, yazılı nitqdə isə nida işarəsi qoyulması ilə
fərqləndirilir. Buna görə də qədim türk yazısı abidələrinin
dilində nida cümlələrini fərləndirmək çox çətindir, demək olar
ki, qeyri-mümkündür. Məsələ burasındadır ki, qədim türk
qəbilələrinin bu və ya digər cümləni necə tələffüz etmələri,
hansı intonasiya ilə söyləmələri bizə məlum deyildir; göytürk
yazısı abidələrində, habelə qədim uyğur yazısı abidələrində
durğu işarələri yoxdur. Buna görə də hər iki tip yazılı abidələrin
dilində nida cümlələrini cümlənin digər tiplərindən ayırmaq
mümkün deyildir. Qədim türk yazısı abidələrinin dilində işlənən
əmr cümlələrinin bir qismini nida cümləsi kimi də qəbul etmək
olar; məsələn:...
on ok oğlıQa, tatı Qa təgi tuni körü biliQ (KT c
12) «... on ox oğluna, yadlara təki bunu görərək bilin».
Türk
oğuz bəyləri, bodun bum esidiQ (KT ş 22) «Türk oğuz bəyləri,
xalqı, bunu eşidin». Bəzən yan intuitiv, yarı cümlənin
quruluşundan qədim türk yazısı abidələrinin dilində nida
cümlələrini müəyyənləşdirmək olur; məsələn:
A IJar körü biliQ:
türk amtı bodun, bəglər, bödkə körigmə bəglər, gü yaQıltaçı siz
(KT c 11) «Ona baxaraq bilin: türkün indiki xalqı, bəyləri, taxta
tabe olan bəylər, axı yanılasınız». Güman etmək olar ki, qədim
türk yazısı abidələrinin dilində cümlənin söz sırasının nadir
hallarda pozulması da intonasiya ilə əlaqədardır; güman ki, söz
sırasının pozulduğu cümlələr yüksək tonla, nida intonasiyası ilə
127
tələffüz edilmişdir; məsələn:
Ol yirgərü barsar, türk bodun,
öltəçi sən. ötükən yir olurıp arkış-türkiş isar, nərj bunığ yok!
Ötükən yış olursar, befjgü il tuta olurtaçı sən, türk bodun, tok
(КТ c 8) «O yerə doğru getsən, türk xalqı, öləsisən, ötükən
yerində oturub karvanlar göndərsən, heç bir dərd yox! Ötükən
meşəli dağlarında otursan, əbədi el tutaraq oturasısan, türk xalqı,
tox!»
CÜMLƏNİN QURULUŞCA NÖVLƏRİ
Bütün türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də cümlənin quruluşca iki növü vardır: 1)
sadə cümlə, 2) mürəkkəb cümlə.
SADƏ CÜMLƏ
istər normativ (xüsusilə, məktəb), istərsə akademik qram
matikalarda sadə cümləyə verilən təriflər bu dil vahidinin hətta
əsas xüsusiyyətlərini əhatə etmir. Buna görə də son zamanlar,
mekətb qrammatikalarını çıxsaq, qrammatika kitablarında və
cümlənin sintaksisinə həsr edilmiş əsərlərdə sadə cümləyə tərif
verilmir.
CÜMLƏ ÜZVLƏRİ
Hər hansı bir cümlə sözlərdən tərtib edilir. Cümlədə
sözlər məna və sintaktik vəzifələrinə görə müxtəlif olur: bəzi
sözlər cümlədə müəyyən məna ifadə edir və sintaktik vəzifə
icra edir; bəzi sözlər isə heç bir vəzifə daşımır. Leksik mənası
olan və cümlədə müəyyən sintaktik vəzifə daşıyan sözlərə və
söz birləşmələrinə cümlə üzvü deyilir. Cümlə üzvlərinin hamısı
cümləni təşkil etməkdə eyni rol oynamır: bunlardan bəziləri
cümlənin tamamlanmasında, fikrin bitməsində həlledici rol
oynayır, onlarsız cümlə formalaşa bilmir; digərləri həmin
üzvləri izah edir, aydınlaşdırır, tamamlayır. Cümlənin
tərtibində, formalaşmasında əsas, həlledici rol oynayan cümlə
üzvləri baş üzv, onlara
xidmət edən, onları aydınlaşdıran cümlə
128
üzvləri isə ikinci dərəcəli üzvlər adlanır. Cümlənin baş
üzvlərinə mübtəda və xəbər, ikinci dərəcəli üzvlərinə isə təyin,
tamamlıq və zərflik daxildir.
MÜBTƏDA
Mübtəda cümlənin iki baş üzvündən biridir. O, cümlənin
tam müstəqil üzvüdür və qrammatik cəhətdən digər üzvlərindən
asılı deyildir, cümlənin bütün digər üzvləri, o cümlədən ikinci
baş üzv - xəbər də qrammatik cəhətdən mübtədadan asılıdır.
Mübtəda ismin adlıq halında olur, əlaməti cümlənin xəbərində
müəyyən olunan əşyam bildirir,
kim, nə və
hara suallarından
birinə cavab verir. Mübtəda ondan asılı olan ikinci dərəcəli
cümlə üzvlərini öz ətrafında birləşdirib mübtəda qütbü təşkil
edir. Mübtəda, sözün geniş mənasında əşya anlayışı bildirir.
Türk dillərində, o cümlədən, qədim türk yazısı abidələrinin
dilində mübtəda aşağıdakı əlamətlərə malik olar:
1. Qrammatik cəhətdən mübtəda cümlənin heç bir üzvün
dən asılı olmur, cümlənin bütün üzvləri mübtədadan asılı olur.
2. Mübtədanın əlaməti xəbərdə əks olunur.
3. Mübtəda ismin adlıq halında olur.
4. Mübtəda hallana bilən sözlərlə (habelə, söz birləşmələ
ri ilə) ifadə olunur.
Qeyd etmək lazımdır ki, adlıq halda olan söz cümlənin
mübtədası olmaya da bilər. Adlıq halda işlənən söz cümlədə,
mübtədadan başqa, təyin, xəbər vəzifəsi də daşıya bilər. Bun
lardan başqa, adlıq halda olan söz cümlə üzvü olmaya da bilər,
məsələn, xitablar və ara sözlər adlıq halda işlənsə də cümlə
üzvü olmur.
Qədim türk yazısı abidələrinin dilində mübtəda ifadə
vasitələrinə görə müasir türk dillərindən fərqlənmir. Abidələrin
dilində nadir hallarda cümlədə söz sırasının pozulması hallarını
istisna etsək, mübtəda cümlənin əvvəlində işlənir, həm feli,
həm də ismi xəbərlə uzlaşma əlaqəsi ilə bağlanır.
Qədim türk yazısı abidələrinin dilində mübtədalar quru
luşuna görə iki cür olur:
129