23
Ərəblərin
“Cəzirət-əl-ərəb”, türklərin və farsların
“Ərəbistan” adlan-
dırdıqları Ərəbistan yarımadası dünyanın ən böyük yarımadasıdır. Üç
tərəfdən dəniz suları ilə əhatə olunan yarımada Asiya, Afrika və Avropanın
qovşağında yerləşir. Yarımadanın çox hissəsini səhralar, yarımsəhralar
və çöllüklər təşkil edir. Yarımadanın şimalında maldarlıqla məşğul olan
bədəvilər
, cənubunda isə əkinçiliklə məşğul olan əhali yaşayırdı.
Avropadan Hindistana gedən böyük karvan yolu Ərəbistan ərazisindən
keçirdi. Ticarət yolları üzərində tədricən şəhərlərə çevrilən iri ticarət məs-
kənləri yaranırdı.
Bunlardan ən böyüyü Məkkə və
Mədinə şəhərləri idi.
VI əsrin sonunda ərəblər dağılmaqda olan
qəbilə və
tayfalar halında
yaşayırdılar. Ölkədə tayfalararası ziddiyyətlərin artması və xarici təhlükə
(Bizans və Sasani imperiyası) ərəb tayfalarını birləşməyə vadar edirdi.
İslamın yaranması və ilk İslam dövləti
“Biz Məhəmməd
peyğəmbərin
qoyduğu
yol ilə
gedəcək və onun
bütün silahdaşlarının
qəhrəmanlığını heç
vaxt unutmayacağıq”
Heydər Əliyev
(Ümummilli lider)
1. Xəritədə VII əsrin əvvəllərində dünyada hansı
dövlətlərin mövcud olduğunu müəyyən edin.
2. Heydər Əliyev Məhəmməd peyğəmbər haqqında
nə demək istəmişdir?
3. Açar sözlər sizlərdə hansı fikir yaratdı?
Düşünün
Ərəblər sinifli cəmiyyət ərəfəsində
İslam
Əməvilər
Abbasilər
Kordova
Xürrəmilər
Açar sözlər
4
1. Qədimdə hansı ərazilər “Mesopotamiya” adlanırdı?
2. Makedoniyalı İsgəndərin Şərq yürüşü zamanı ələ keçirilmiş ölkələr
hansılardır?
Yada salın
24
Erkən orta əsrlər
Hansı əlamətlər ərəblərin VI əsrdə ibtidai icma quruluşu halında yaşadığını
göstərirdi?
Cavablandırın
İslama qədər Ərəbistanda va-
hid din yox idi. Bütpərəstliyə
sitayiş edən ərəblərdə hər tay-
fanın səcdə etdiyi öz bütləri və
məbədləri vardı. Onların ara-
sında ən məşhuru
“Allahın evi”
adlandırılan
Kəbə idi.
610-cu ildə Məkkə sakini
Məhəmməd (570-632) əhalini
vahid Allaha itaət etməyə və
onun elçisini qəbul etməyə çağırdı. O,
islam (itaətetmə) dinini yayır və onu
qəbul edənləri
“müsəlman” (“Allaha itaət edənlər”) adlandırırdı. Məkkədə
islamın yayılması çətin olduğu üçün peyğəmbər (“Allahın elçisi”)
622-
ci ildə Mədinəyə
hicrət
edir. Burada müsəlman icmasını yaradaraq onun
ehkamlarını uğurla yayırdı.
630-cu ildə müsəlmanlar İslamı vahid din elan
edirlər. Beləliklə, Ərəb dövlətinin əsası qoyuldu.
“Məhəmməd peyğəmbərin 35 yaşı vardı. Bu zaman Kəbənin təmiri davam edir-
di. Kəbəni ziyarət etməyə gələn peyğəmbər qəflətən bir səs eşitdi:
- Baxın, Məhəmməd! O, çox ağıllı və doğru insandır!
İnsanların kütləvi halda özünə yaxınlaşdığını görən peyğəmbər təəccübləndi.
Ona söylədilər:
- Məhəmməd, uzun zamandır Kəbə təmir olunur. Məqam çatıb “qara daşı”
yerinə qoymağa, lakin hər qəbilə bu hüququn ona verilməsini tələb edir. Biz
də bu məsələni həll etmək üçün belə bir şərt qoyduk ki, kim ilk olaraq Kəbənin
qapısından içəri daxil olsa onun verdiyi məsləhətə əməl edəcəyik. İndi sən
gəldin və sən də məsləhət ver.
“Qara daş”ın önəmini bilən peyğəmbər onu bütün qəbilələrin nümayəndələ-
rinin birgə köməyi ilə qaldıraraq yerinə qoydu. Bu işdən hər kəs razı qaldı və
peyğəmbərin zəkasına heyran oldular.”
İbn Hişam, “Məhəmməd peyğəmbərin həyatı”
Müzakirə edin
İslam ərəbləri birləşdirir
Kəbənin keçmiş halı
Nə üçün Məhəmməd peyğəmbər bütün qəbilələrin üzvlərinin birgə köməyi
ilə məsələni həll etdi?
25
Əlavə materiallar əldə edərək ərəb işğallarının uğurlarının
səbəblərini
müəyyən edin.
Cavablandırın
•
Bədəvi
– köçəri həyat tərzi keçirən ərəblər
•
Hicrət
(ərəb) –
başqa yerə getmək, köçmək.
•
Xəlifə
– Ərəbcədən tərcümədə “müavin“ deməkdir. Peyğəmbərdən sonra
dövləti idarə edən hökmdarlar və İslam dünyasının dini rəhbəri.
Hər bir müsəlmanın başlıca vəzifələri hansılardır? Araşdırın.
Cavablandırın
1. Məhəmməd peyğəmbər və ondan
sonrakı dörd xəlifə (Əbubəkr,
Ömər, Osman və Əli) dövrü
(630-661).
Bu dövrdə ərəb dövləti yeni yara-
nır və inkişaf edirdi. Dövlətin pay-
taxtı
Mədinə şəhəri idi. İslamı geniş
ərazilərə yaymaq üçün
xəlifələr
geniş
fəaliyyətə başladılar. Qonşu Bizans
və Sasani dövlətləri ilə müharibələr
aparılırdı. Bu müharibələr nəticəsində
Bizans qoşunları
Yarmuk döyüşündə ağır məğlubiyyətə uğradıldı. Bizansa
məxsus Suriya və Misir əraziləri müsəlmanların əlinə keçdi. Sasanilər
dövləti isə süqut etdi və onun geniş torpaqları Xilafətin tərkibinə qatıldı.
2. Əməvilər sülaləsinin hakimiyyəti dövrü (661-750).
Dövlətin paytaxtı
Dəməşq şəhərinə köçürüldü. Bu dövrdə işğalçı
müharibələr daha da genişləndi. Şimali Afrikanı işğal edən ərəblər Afrika və
Avropanı ayıran indiki
Cəbəlüttariq boğazını keçərək İspaniyaya daxil oldu-
lar. Pireney yarımadasını işğal etdikdən sonra ərəblər Avropanın içərilərinə
doğru irəlilədilər. Lakin
732-ci ildə indiki Fransa ərazisindəki
Puatye şəhəri
yaxınlığındakı döyüşdə
franklar tərəfindən məğlub edilərək geri çəkildilər.
Əməvilər dövründə ərəblər
Atlantik okeanından Hindistan və Çinə qədər
əraziləri Xilafətin tərkibinə qata bilmişdilər.
Ərəb dövlətinin dövrləri
Lüğət
Yarmuk döyüşü
Lüğət
Şərq dünyası