Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


kreditor  və  investorun



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə149/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   233
Bazar 1

kreditor 
və 
investorun 
mövqelərini  nəzərə 
almağa səy göstərir. Çünki kreditorun və investorun firmanın tərtib 
etdiyi biznes-planına olan münasibətləri müxtəlifdir. 
Kreditoru,  müəssisənin  mənfəətlilik  səviyyəsi 
az 
düşündürdüyü halda, investor buna daha çox maraqlıdır. Ona görə 
də  kreditor  firmanın  fəaliyyətini  onun  etibarlılığı  və  davamlı 
fəaliyyət  göstərməsi  baxımından,  investor  isə  firmanı  gəlirliliyi 
baxımından qiymətləndirir. 
Adətən biznes - planlar 40 s. qədər tərtib olunur. Biznes - 
plan konkret şəraitdən asılı olaraq istehsal olunacaq məhsul və ya 
görüləcək xidmətin həcmini, növünü, onun yeniliyini və s. əhatə 
etməlidir. 
Biznes - plan bir-sıra bölmələrdən ibarətdir: 

 
Xülasədən;  burada  istehsal  olunacaq  məhsulun  yeniliyi, 
fərqləndirici  xüsusiyyətləri,  cəlbediciliyi,  rəqib  müəssisələrdən 
seçilən cəhətləri göstərilir. 
“  Layihələşdirilən  əmtəə  və  ya  xidmətin  xüsusiyyətindən; 
istehsal  olunan  məhsulun  istehlak  xüsusiyyəti,  rəqib  firma-  dakı 
analoji  məhsuldan  fərqli  cəhətləri  göstərilir.  Həm  də  onun 
istehsalına çəkiləcək xərc və satılacaq qiymət proqnozu göstərilir. 

 
Satış bazarının müəyyənləşdirilməsindən; biznes  - planın 
mühüm hissəsi olan bu bölmədə bazarın tədqiqinə və əldə olunmuş 
və  ümumiləşdirilmiş  informasiyaya  əsaslanan  5-6  səhifəlik 
müddəalar  göstərilir.  Burada  əsas  məqsəd  bazarın  elə  həcmini 
müəyyənləşdirməkdən  ibarətdir  ki,  orada  istehsal  olunacaq 
məhsulu  yerləşdirməklə,  daha  geniş  istehlakçıların  cəlb 
olunmasına səbəb olur və konyunkturanın dəyişilməsi istiqamətini 
nəzərə almaq olur. 

 
Rəqabətçilərin  nəzərə  almasından;  bu  bölmədə  analoji 
məhsul  istehsal  edən  iri  rəqib  müəssisələrin  istehsal,  satış 
həcmləri,  gəlirləri,  yeni  modellərinin  tətbiqi  mümkünlüyü, 
keyfiyyəti, dizaynı və qiymət siyasəti diqqətlə öyrənilməsi nəzərdə 
tutulur. 
266 



 
Marketinq  strategiyasından;  burada  əmtəələrin  yayılması 
qiymətin  əmələ  gəlməsi,  reklam,  satışın  stimullaşdırıl-  ması 
metodları, satışdan sonra mürəkkəb texnoloji məhsullara xidmətin 
göstərilməsi qərarları göstərilir. 

 
İstehsal  planı;  burada  əsas  məqsəd  firmanın  real  istehsal 
edəcəyi məhsulun zəruri kəmiyyəti tələb olunan keyfiyyəti, lazımi 
vaxtı qeyd olunur. Aparılan hesablamalar həm məhsulun kəmiyyət, 
həm də keyfiyyət parametrlərini əhatə edir. İstehsal güclərinin orta 
müəssisələr  üçün  2-3  il,  iri  müəssisələr  üçün  isə  4-5  il  ərzindəki 
perspektiv  verimi  qiymətləndirilir.  Bölmə  istehsal  xərclərinin 
mümkün səviyyəsi və perspektiv dövrdə dəyişilməsini göstərməklə 
başa çatır. • 

 
Təkliflər  planı  bölməsində  firmanın  işinin  idarə 
olunmasının təşkili sistemi şərh olunur. İdarə olunmanın təşkilinin 
məqsədli  funksiyası  qərarların  qəbul  olunması  və  həyata 
keçirilməsindən  ibarətdir.  Burada  daimi  işlə  təmin  olunacaq 
mütəxəssislərin cəlb olunması üsulu və mənşəyi göstərilir. Onların 
əməkhaqlarmm  kəmiyyəti,  iş  vaxtından  istifadə  olunması,  idarə 
heyətinin subordinasiya ilə davranışı müəyyənləşdirilir; 

 
Hüquqi  plan  bölməsində,  firmanın  təşkil  olunmasında, 
mülkiyyətdən istifadə hüququnun təminatı göstərilir. Qəbul olunan 
qərarlara  əsaslanan  və  gələcəkdə  istifadə  olunacaq  və  firmanın 
fəaliyyətinə  təminat  verəcək  hüquqi  tənzimlənmə  sənədlərinin 
hazırlanması göstərilir

 
Risk  və  sığortanın  qiymətləndirilməsi;  firma  öz  riski  və 
əmlak  məsuliyyəti  ilə  fəaliyyət  göstərərək,  müəyyən  olunmuş 
təşkilati-hüquqi  davranışı  çərçivəsində  baş  verə  biləcək  hər  cür 
qeyri-müəyyənlikləri aradan qaldırmağa hazır olmalıdır. Görüləcək 
tədbirlər başlıca olaraq təşkilati xarakter daşısa da, lakin idarəetmə 
prosesində  vacib  şərt  kimi  nəzərə  alınmaqla  hər  cür  riskə  görə 
sığortalanma proqramını hazırlamalıdır. 
»  Maliyyə  planı;  bu  bölmə,  əvvəlki  bölmələrdə  nəzərə 
alınmış qərarların ümumiləşdirilmiş nəticəsi kimi müəyyən 
267 


ləşdirilir. Burada reallaşmanın həcminin proqnozu, pul gəlirlərinin 
və  xərclərinin  balansı,  mədaxil  və  məsarif  cədvəli,  müəssisənin 
aktiv və passivlərinin məlumat balansı, ziyansız- lığa nail olmanın 
qrafiki əks olunur. Göstərilən bu bəndlərin hər biri ayrı-ayrılıqda 
şərh  olunmaqla  müəssisənin  fəaliyyətini,  məqsədə  nail  olunmaq 
imkanlarını əks etdirir. 

 
Maliyyələşdirmə  strategiyası;  biznes-planın  bu  bölməsi 
vəsaitlərin  əldə  olunmasının  kəmiyyətini,  mənbəyini  və  onların 
qaytarılmasının 
gözlənilən 
vaxtını 
müəyyənləşdirməklə, 
investorlara çəkdikləri xərc müqabilində əldə edəcəkləri gəlirlərin 
ödənilməsi müddəti qeyd olunur. 
Biznes planın tərtibindən sonra onun reallaşdırılma prosesi 
baş  verir  ki,  bu  da  firmanın  müvəffəqiyyət  qazanmaq  dövrünü 
əhatə  edir.  Davamlı  iş  rejiminə  daxil  olmaqla,  firma  öz 
fəaliyyətində 
istehsal 
və 
idarəetmənin 
təşkilində 
və 
planlaşmasında yeni elementlərin axtarılmasına və tapılmasına səy 
göstərir. 
ABŞ-da  fəaliyyət  göstərən  və  qısa  müddətdə  maliyyə 
nailiyyətləri əldə edən şirkətlərin təcrübəsi göstərir ki, onlar əsasən 
beş sferada daha tez müvəffəqiyyət əldə edirlər: 
» müxtəlif işgüzar məsləhətlərin verilməsində

 
ictimai iaşədə; 

 
müxtəlif islehlak əmtəələrinin ticarətində; 

 
avtomobillərin təmirində; 

 
fərdi mənzil tikintisində. 
Bəllidir ki, bütün firmalar bu sahələrdə cəmlənə bilməzlər. 
Rəqabət  və  inhisar  şəraiti  firmaların  fəaliyyət  dairələrini 
genişləndirməklə,  onların  nailiyyət  qazanmaq  imkanları 
istiqamətində zəruri seçimlərinin edilməsinə şərait yaradır. 
Firma  sürətli  nailiyyət  əldə  etməkdən  ötrü  və  müvafiq 
fəaliyyət  sferasını  seçərkən  bir  sıra  amillərin  rolunu  nəzərə 
almalıdır: 

 
hər  hansı  məmulatın  istehsalında  və  ya  xidmətin 
göstərilməsində inhisar mövqeyində olmasını; 
268 



 
firma  öz  gəlirini  məhsulun  reallaşmasından  əldə  edirsə, 
onda  kommersiya  nailiyyəti  baxımından  satış  həcminin  artı- 
mındakı  xalis  mənfəətin  səviyyəsi  olduqca  yüksək  olmalıdır. 
Məsələn,  əgər  satışın  həcmi  20%  artırsa,  onda  xalis  mənfəətin 
artımı 50%-don aşağı olmamalıdır; 

 
biznesin  artımı,  nisbətən  iqtisadi  tsiklin  fazalarından  asılı 
olmamalıdır. Yəni firmanın dövranı artımı hətta istehsalın enməsi 
şəraitində getməlidir; 

 
firma daima yüksək mənfəət normasına və sifarişlərin artım 
sürətinə  malik  olmalıdır.  Xüsusən  məhsula  təkrar  sifariş  təmin 
olunmalıdır; 

 
firma  biznesin  elə  sferasına  daxil  olmalıdır  ki,  onun 
haqqında birja əməliyyatları barəsindəki məruzə və hesabatlarda az 
yazılır; 
«  firma  elə  təsərrüfatçılıq  sferasını  seçməlidir  ki,  oradakı 
fəaliyyət bilavasitə menecerin lalant və qabiliyyətindən asılı olsun. 
Firma  fəaliyyətinin  davamlı  xarakter  alması  istehsalın 
həcminin  müəyyonləşdirməsindən  və  onun  təşkil  olunmasından 
asılıdır. Ona görə də istehsalın təşkilində əsas diqqət yetirilir: 

 
əmək bölgüsünə və ya ixtisaslaşma səviyyəsinə

 
istehsalın  həcminin  genişləndirilməsini  qənaətin  əldə 
olunması həddinə qədər aparılması. 
Müxtəlif növ və çeşid məhsullar istehsal edən firmalar, orada 
istehsalı  təşkil  edərkən  cəlb  olunacaq  işçilərin  ixtisaslaşma 
səviyyəsini  nəzərə  almaqla  isiehwnh  qurur.  İstehsal  olunacaq 
məhsulların sadə və mürəkkəbliyindən acılı olmayaraq cəlb olunan 
işçi  üstün  hesab  etdiyi  işlə  məşğul  olur.  D
V
*  baxımdan  istehsalı 
təşkil  edən  ixtisaslaşma  səviyyəsinə  diqqət  yetirməklə,  muzdlu 
işçiləri cəlb edir. Həm də işçinin müəyyən sahədə təcrübəsi nəzərə 
alır.  Çünki  biliyin  əldə  olunması,  təcrübədə  onun  sınaqdan 
keçirilməsi vərdiş halını almaqla, tətbiq nəticəsində yüksək effekt 
verir. 
İstehsalın 
təşkilində 
əmək 
bölgüsü 
baxımından 
ixtisaslaşmaya  üstünlüyün  verilməsi  istehsal  prosesində  tətbiq 
olunan alət və avadanlıqlar 
269 


dan daha bacarıqla istifadə olunmasına, iş vaxtından daha səmərəli 
istifadə olunmasına səbəb olur. 
Firma  işçi  heyətinin  lazımi  ixtisaslaşma  səviyyəsinə  nail 
olduqdan  sonra  istehsalın  həcmini  genişləndirməyə  meyil  edir. 
Lakin bunu o həddə qədər aparır ki, hər vahid məhsul istehsalına 
çəkilən  xərc  azalmış  olsun.  Bunun  üçün  daxili  və  xarici  qənaət 
amillərindən istifadə olunur. Başqa cür demiş olsaq firma miqyas 
effektini qənaətlə əlaqələndirir. Əsas üstünlük isə daxili qənaətlərə 
verilir. Daxili qənaətə daxildir: 

 
Texniki qənaət. Belə qənaət istehsalın həcminin iri və kiçik 
olmasından asılı olaraq müxtəlif olur. Məhsulun həcminin texniki 
qənaəti böyük olduqda mövcud vahidin də ölçüsü böyük qalmağa 
meyilli olur. Əlbəttə, bu nisbi xarakterlidir. Məsələn, boru, traktor, 
yanacaq istehsalında olduğu kimi. Lakin artan məhsuldarlıq, artıma 
və  yenidən  artmanın  nəticəsi  olduqda  vahid  kiçik  qalmağa  meyil 
edəcək. Məsələn, 1000 çörək bişirməkdən ötrü bir peç tələb olunur. 
Bunun  üçün  çörəkbişirən  kiçik  qalmağa  meyil  edir.  Çünki  iri 
peçdən əldə ediləcək böyük texniki qənaət yoxdur. 

 
İdarəetmə  qənaəti;  belə  səpkili  qənaət  yalnız  istehsalın 
artımı  ilə  əldə  oluna  bilər.  Çünki  xırda  istehsalda  bunu  etmək 
mümkün deyil. Bu da əmək bölgüsünün səviyyəsi ilə əlaqədardır. 
Əmək bölgüsünün menecerin səlahiyyətlərinə daxil olduğu andan 
istehsal,  satış,  daşıma  və  kadrlara  qədər  müvafiq  tapşırıqların 
icrasında  konkret  idarəçilər  qoyulur  ki,  bu  da  istehsal  prosesinin 
səmərəli fəaliyyətinə səbjəb olur. 

 
Satış  qənaəti;  belə  qənaətə  çox  hallarda  iri  firmalar  nail 
olsalar da, kiçik firmalarda satışdan qənaət əldə etməyə çalışırlar. 
Bu  özünü  həm  xammal-materialların  alınmasında,  həm  də  hazır 
məhsulun reallaşdırılmasında öz əksini tapır. İstehsal resurslarının 
alınmasında  tətbiq  olunan  qiymət  prinsipindən  asılı  olaraq,  işlək 
avadanlıqlardan daha səmərəli istifadə olunur. Həmçinin məhsulun 
satışından  asılı  olaraq  əldə  olunan  qənaət,  həm  sifarişlərin 
verilməsində,  həm  satıcıların  tam  güclə  işləməsində,  satışın 
həcminin bəlli kəmiyyəti və 
270 


həcmi  şəraitində,  onun  əvvəlcədən  qablaşdırılması  və 
hesablanması ilə əlaqədar vaxtın qənaətinə də səbəb olur. Bir qayda 
olaraq iri firmalar bir məhsul növü ilə bazarda inhisar mövqeyini 
təmin etməklə, satış prosesində istehsal etdiyi məhsul növlərini də 
reklamlaşdıraraq,  onların  reallaşmasını  da  təmin  edir  ki,  bu  da 
müəyyən qənaətə səbəb olur. 

 
Maliyyə qənaəti; belə qənaət adətən maliyyə bazarlarında 
firmaların pul resurslarının əldə olunduğu vaxt mümkün olur. Buna 
da iri firmalar daha çox nail olurlar. Çünki onlar tanınan firmalar 
olduğundan,  onlara  bankir  və  investorlar  vəsait  verirlər.  Verilən 
pul,  səhm  və  istiqrazlar  firmaya  nüfuzundan  asılı  olaraq 
verildiyindən, ondan istifadə də üstünlüyün əldə olunması maliyyə 
resurslarının qənaoti kimi özünü büruzə verir. 

 
Riskdən irəli gələn qənaəl; bu sığortalana bilən, sığortalana 
bilinməyən,  qeyri-müəyyənliklə  əldə  olunan  qənaətdir.  Firma 
tələbin  elastikliyi  baxımından  müxtəlif  növlü,  fərqli  məhsul 
istehsal  edir.  Təklif  elastikliyi  baxımından  isə  müxtəlif 
mənbələrdən əldə edəcəyi resursların həcmini müəyyənləşdirir. 

 
Xarici iqtisadi amillərdən istifadə ilə bağlı qənaət; istehsal 
prosesinin  sənayeləşmə  səviyyəsində  xarici  iqtisadi  amillərin 
rolunun nəzərə alınması ilə firma mənfəət əldə edə bilir. Xüsusən 
yüksək ixtisaslı işçi qüvvəsindən istifadə də, marketinq sahəsində 
ümumi əməkdaşlığın həyata keçirilməsində, müxtəlif infrastruktur 
xidmətlərindən  bəhrələnmək  təcrübəsindən  istifadə  də  belə  növ 
qənaət özünü daha geniş şəkildə əks etdirir. 
Firmanın  əsas  məqsədi  onun  bir  sıra  vəzifələrinin  həyata 
keçirilməsi və nəticə etibarilə uğur qazanması, bir sıiu şərtlərin ön 
cərgəyə keçirilməsi ilə əlaqədardır: 

 
uğurlu  fəaliyyətə  səbəb  olan  perspektiv  inkişaf 
strategiyasını müəyyənləşdirməsindən; 

 
optimal  inkişafa  əsas  verən  istehsal  həcmi  ilə  satış 
həcminin müntəzəm əlaqələndirilməsindən
271 



 
firma  rəhbərliyi  uğuru  ilə  bütün  kollektivin  mənafelərini 
birləşdirməyə cəhd göstərməsindən; 

 
idarə heyəti ilə işçi heyətini bir ailə kimi birləşməsindən; 

 
bazarda  hər  zaman  öz  payının  artırılması  uğrundakı 
mübarizənin dönməzliyindən; 

 
istehsal etdiyi məhsulun .keyfiyyətinin  yüksək səviyyədə 
saxlanılmasından; 

 
firma  öz  fəaliyyət  və  davranışında  istehlakçının 
davranışının əsas götürülməsindən
“  uğur  qazanmanı  əsaslandıran  ana  xəttin  dəqiqləşdiril- 
məsindən; 

 
müvəffəqiyyət  qazanmasına  təminat  verən  patentləri, 
proqramları, 
texniki-tərəqqinin 
nailiyyətlərinin 
gizli 
saxlanılmasından; 

 
ixtisaslı, qabiliyyətli və talantlı işçilərin saxlanılması üçün 
müxtəlif cəlbedici üsullardan istifadə olunmasından; 

 
istehsalın  idarə  və  təşkilində  öz  üstünlüklərini  nümayiş 
etdirilməsindən; 

 
artan  mənfəət  həcmində,  çalışan  işçilərin  də  pay  əldə 
etmək imkanının yaradılmasından; 

 
işçilərin  əmək  şəraitinin  yaxşılaşdırılması  istiqamətində 
ardıcıl tədbirlərin görülməsindən. 
Biznesdə 
uğurun 
qazanması, 
mövcud 
vəziyyətin 
qiymətləndirilməsindən  və  mənfəət  səviyyəsinin  qorunması 
istiqamətində çevik dəyişikliklərin aparılması ilə əlaqədardır. 
Azərbaycanda  keçid  iqtisadiyyatının  müasir  şəraitində 
sahibkarlığın  inkişafına  dövlət  təminatının  artdığı  bir  vaxtda, 
'firmalar öz fəaliyyətində dünya təcrübəsindən keçmiş aşağı riskli 
üsullardan istifadə etməyə üstünlük verilməlidir: 

 
ilkin  fəaliyyətində  diversifikasiya  üsulundan  istifadə 
olunmalıdır. Yəni eyni vaxtda bir neçə əmtəə bazarına işləməlidir. 
Onların  birində  uğursuzluq,  digərinin  hesabına  kompensasiya 
oluna bilər; 
272 



 
uğursuzluğun  minimum  səviyyəyə  endirilməsindən  ötrü 
istehsalda  əlaqəli  iştirak  edən  firmalar  arasında  çoxtərəfli 
müqavilələr bağlamaqla, riski paylaşdırmaq olar; 

 
külli  miqdar  istehlakçılara  mal  göndərilməsinə  üstünlük 
verməklə, onların hər hansı qisminin imtinası, istehsal proqramının 
bütövlükdə pozulmasına səbəb olmur; 

 
xammal  və  materialı  da  müxtəlif  çoxsaylı  mal 
göndərənlərdən  alınmasına  üstünlük  verməklə,  yenə  də  istehsal 
proqramının fasiləsizliyinə təminat verir

 
sığorta  şirkətləri  ilə  zəruri  müqavilələrin  bağlanması  ilə 
riskin ötürülməsinə nail olmaq. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə