Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Vin FƏSİL. İSTEHLAKÇI DAVRANIŞI



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə110/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   233
Bazar 1

Vin FƏSİL. İSTEHLAKÇI DAVRANIŞI 
NƏZƏRİYYƏSİ 
8.1.
 
İstehlakçının müstəqil faydalanması və seçimi 
8.2.
 
Son faydalılıq nəzəriyyəsi 
8.3.
 
İstehlakçı tarazlığı «əvəzolunma səmərəsi» və 
«gəlir səmərəsi». İstehlakçı artığı 
8.4.
 
Büdcə xətti. Fərqsizlik əyrisi 
8.1.
 
İstehlakçının müstəqil faydalanması və seçimi 
Biz  artıq  bazar,  onun  mahiyyəti,  formaları,  növləri, 
infrastrukturu,  modelləri,  strukturu  haqqında  kifayət  qədər 
məlumat  əldə  etmişik.  Artıq  bizə  bəllidir  ki,  bazar  bir  iqtisadi 
sistem  olmaqla,  ayrı-ayrılıqda  götürülmüş  hər  bir  istehlakçının 
mənafeyinin reallaşmasına xidmət göstərən mexanizmdir. Bazarın 
fəaliyyəti  bilavasitə  istehlakçıların  mənafelərinin  reallaşmasına 
xidmət  göstərdiyindən,  o,  mikroiqtisadi  səviyyəni  əhatə  etməklə, 
konkret olaraq burada qarşılıqlı əlaqədə olan istehlakçının işgüzar 
mövqeyi, motivi, seçimi və davranış qaydalarının üzə çıxarılması 
zəruriləşir.  Belə  şəraitdə  istehlakçının  'bazar  mühitində 
davranışında  olan  qanunauyğunluqların,  dəyişikliklərin  və  onları 
zəruriləşdirən  cəhətlərin  aydınlaşdırılması  iqtisadi  nəzəriyyədə 
vacib  bir  elmi  istiqamət  kimi  formalaşmışdır.  Bu  da  A.Smitin 
məşhur ifadəsi ilə sıx bağlıdır. O deyirdi ki, «Mən nə istəyirəmsə 
onu  mənə  verin,  mən  də  sizə  nə  istəyirsinizsə  onu  verərəm». 
Burada  istehsalçı  ilə  istehlakçının  bazar  vasitəsilə  mənafelərinin 
ümumiliyi  əks  olunur.  Göründüyü  kimi,  məhz  bazar  vasitəsilə 
istehsalçı  və  istehlakçının  şəxsi  mənafeləri  reallaşır.  Həm  də 
mübadilə  prosesində  iştirak  edənlərin  müxtəlif  yönümlü 
meyillərini  və  gələcək  fəaliyyət  istiqamətini,  seçim  imkanını 
müəyyən  edir.  Beləliklə  də,  istehsalçı  və  istehlakçılar  iqtisadi 
seçim və qərarların qəbul olunması sərbəstliyini realizə edirlər. Bu 
əsasdan  da  istehlakçıların  hansı  məhsul  və  xidmətlərindən  daha 
çox 
205 


faydalanma imkanı meydana gəlir və beləliklə də onlar bazarda öz 
davranış  qaydalarını  əsaslandırırlar.  İstehlakçıların  davranışına 
bazar sistemində daha çox üstünlük  verilməsini nəzərə alan bəzi 
iqtisadçılar  onun  hər  cür  azadlıqların  və  sərbəstliyin  mənbəyi 
hesab  etmişlər.  Məsələn,  müasir  liberalizmin  görkəmli 
nümayəndəsi hesab olunan Fridrix fon Xayek (1899-1992) hesab 
edirdi  ki,  «bazar  iqtisadiyyatı  və  azad  cəmiyyət  demək  olar  ki, 
sinonimli ifadədir». 
İstər bazar, istərsə də azad cəmiyyətdə müstəqil fəaliyyət 
göstərən  istehlakçıdır.  İstehlakçı  bazara  özünün  çox-  növlü 
tələbatının ödənilməsi məqsədi ilo əmtəələrin alınması üçün çıxır. 
Burada istehlakçı bazarda olan hər cür əmtəələri deyil, özünə lazım 
olan və üstünlük verdiyi əmtəələri almağa cəhd göstərərək malik 
olduğu  pul  gəlirini  səmərəli  istifadə  etməklə,  maksimum 
faydalanmağa  çalışacaq.  İstehlakçının  davranışı  dedikdə,  onun 
bazardan  alacağı  məhsullar  əsasında  təlabatının  ödənilməsinin 
maksimum  faydalanma  səviyyəsi  nəzərdə  tutulur.  İstehlakçının 
davranışı  bazarda  tələbin  formalaşmasını  əks  etdirməklə  onun 
kəmiyyət  dəyişikliklərinin  parametrini  müəyyən  edir.  Tələbin 
ödənilməsi  təlabatın  artımı  qanunu  çərçivəsində  fəaliyyət 
göstərməklə istehlakçının daima çalışmasını, peşə və bacarığının 
artırılması  meylini  əsaslandırır.  Tələbatını  tam  və  hərtərəfli 
ödəməyə  cəhd  göstərən  istehlakçı,  bazara  özünəməxsus  tələblə, 
müəyyən  üstünlük  vermə,  müstəqil  seçmə  vasitəsilə  daxil  olur. 
İstehlakçı istehlakm həcm və strukturunu öz davranışı ilə müəyyən 
edir. 
İstehlakçı davranışı - müxtəlif əmtəə və xidmətlərin malik 
olduqları gəlirlərlə və şəxsi seçimləri ilə üstünlük verdikləri tələbin 
formalaşması prosesidir. Ona görə də istehlakçının davranışından 
asılı  olaraq,  bazarda  satıcı  sifəti  ilə  çıxış  edən  istehsalçıların 
davranışında  ciddi  dəyişikliklər  baş  verir.  Çünki  cəmiyyət  bir 
tərəfdən  istehlakçılardan,  digər  tərəfdən  də  onların  hər  birinin 
müstəqil qərar qəbul etmələrindən ibarətdir. Belə şəraitdə hər bir 
firma  özü  üçün  nə  istehsal  etmək,  necə  istehsal  etmək  və  kimin 
üçün istehsal etmək qərarına. 
206 


məhz  istehlakçıların  kollektiv  istəyinə  uyğun  olaraq  gəlir.  Əgər 
istehlakçılar mövcud olan məhsullara öz pullarını verirlərsə, onda 
firmalar istədikləri mənfəəti əldə edə bilərlər. Əgər bu proses baş 
verməzsə, onda onlar nəinki mənfəət, əksinə ziyan edəcəklər. Bu 
şərait  uzun  müddət  davam  edərsə,  onda  firmalar  nəinki  istehsal 
xərclərini  ödəyə  bilməyəcəklər,  hətta  tam  müflisləşib  həmin 
sahədən  çıxacaqlar.  Ona  görə  də  bazar  iqtisadiyyatında 
istehlakçının  davranışından  asılı  olaraq,  onun  tələbinin  həcm  və 
strukturundan asılı olaraq istehsalın həcm vo strukturu formalaşır. 
Bu,  məsələnin  adi,  məntiqi  görünən  tərəfidir.  Lakin  görünməyən 
tərəf  istehlakçının  seçim  müstəqilliyi,  bu  və  ya  digər  məhsul  və 
xidmətə  üstünlük  verməsi  istehsalçını  qeyri-müəyyənlik 
vəziyyətinə  salır.  Ona  görə  də  istehsalçılar  tərəfindən  bazarın 
öyrənilməsi,  marketinq  xidmətinin  görülməsi  ehtiyacı  meydana 
gəlir. İstehlakçının sərbəst davranışı, müstəqil seçimi, tələbin ikili 
forma  almasına  səbəb  olur.  Məlum  nemətə  xas  olan  istehlak 
keyfiyyətindən  asılı  olaraq  funksional  tələb  formalaşır.  İstehlak 
xarakterindən  asılı  olmayaraq,  bu  və  ya  digər  amillərin  təsiri 
altında  formalaşan  qeyri-funksional  tələb  istehsalçı  üçün 
istehlakçının  qeyri-müəyyən  davranışı,  məhz  qeyri-funksional 
tələbin  formalaşması  prosesidir.  Çünki  qeyri-funksional  tələb, 
nemət 
və 
məhsulların 
xarici 
görünüşündən, 
modaya 
uyğunluğundan,  nüfuz  səviyyəsindən,  fərqləndirici  və  ya  elit 
xüsusiyyətlərdən asılı olaraq formalaşır. Həmçinin müxtəlif qiymət 
səviyyələrinə  olan  istehlakçı  davranışı  müəyyən  məhsullara  olan 
tələbi  sürətləndirə  bilər  və  ya  əksinə.  Belə  şəraitdə  yalnız  tələb 
əyrisindəki elastiklik səviyyəsi dəyişilir. 
İstehlakçı davranışı istehlak obyekti çərçivəsində fəaliyyət 
göstərməklə  istehlakçının  davamlı  tələbatının  ödənilməsi 
prosesidir. Bu ödənilmə prosesi həm də istehlakçının rifah halının 
yaxşılaşmasını və ya yüksəldilməsini də xarakterizə edir. Bəllidir 
ki,  istehlakçı  öz  davranışını  bir  məhsul  və  ya  nemət  üzrə  deyil, 
onların  dəsti  və  qrupu  üzrə  qurur.  Mümkün  istehlak  olunan 
nemətlərin hamısını deyil, istehlakçı seçdiyi 
207 


və ya üstünlük verdiyi məhsulları almaqla, istehsalçıların onların 
davranışına olan münasibəti daima diqqət mərkəzində saxlamağa 
sövq  edir.  Bu  isə  istehsalçımn  istehlakçının  davranışına  olan 
münasibətin nəticəsi kimi sərfəli və faydalı məhsulların istehsalına 
gətirib  çıxaracaqdır.  Nə  qədər  istehsalçı  istehlakçının  müstəqil 
fəaliyyətini nəzərə alsa, təklif olunan məhsullar öz alıcılarını bir o 
qədər tez tapacaqdır. 
İstehlakçı  öz  müstəqilliyini  yalnız  o  şəraitdə  reallaşdıra 
biləcək ki, o, daha çox istehlakçı seçimi müstəqilliyi ilə üzləşəcək. 
Əgər belə şərait olmasa, bazar tarazlığının pozulmaq ehtimalı daha 
çox  yüksələcək.  Çünki  heç  bir  istehsalçı  istehlakçının  əvəzinə 
seçim edə bilməz. Yalnız istehlakçı öz davranışı vasitəsilə alacağı 
məhsullar  barədə  istehsalçıya  siqnallar  verir.  Əks  təqdirdə  belə 
görünə  bilər  ki,  istehsalçı  özü  özü  üçün  siqnal  mexanizmi 
hazırlayır.  İstehlakçı  davranışı  vasitəsilə  istehsalçıların  fəaliyyət 
meyli və istiqaməti müəyyənləşir. 
İstehlakçım  seçim  məhdudiyyəti  ilə  üzləşdirmək  onun 
qeyri-səmərəli davranışına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, 
bazara faydalanma səviyyəsi aşağı olan məhsullar çıxarılacaqdır. 
Digər  vacib  bir  cəhət  də  qeyd  olunmalıdır  ki,  hər  bir 
istehlakçının  davranışına  təsir  göstərən  və  onu  məhdudlaşdıran 
mühüm amillərdən biri onun gəlir səviyyəsidir. Bəllidir ki, tələbat 
çoxnövlü  olmaqla, hüdudsuzdur, lakin gəlir isə məhduddur. Ona 
görə  də  hər  dəfə  bazara  daxil  olan  istehlakçı  saysız-hesabsız 
əmtəələr  arasında  özünə  lazım  olan  və  malik  olduğu  gəlirlə 
əlaqədar hər dəfə seçim etmək məcburiyyətində qalır. Hesab etsək 
ki, istehlakçı belə bir əmtəəni əldə edir, deməli, mövcud şəraitdə, 
malik  olduğu  gəlir  çərçivəsində  istədiyi  məhsulu  məhdud 
kəmiyyətdə  əldə  edəcəkdir.  Ona  görə  də  hər  bir  istehlakçı 
davranışında subyektiv seçimə üstünlük verdiyindən, hər məhsul 
növü  və  çeşidi  üzrə  obyektiv  kəmiyyət  həddini  müəyyən  etmək 
olmur.  Belə  şəraitdə  bazar  çevik  xarakter  alır,  istehlakçı  öz 
davranışında daha sər 
208 


bəst  olur və külli  miqdarda əmtəələrdən  yalnız özünün daha çox 
faydalandığı  məhsulları  almaqla  öz  tələbatının  mövcud  məhdud 
gəlir  çərçivəsində  ödənilməsinə  nail  olur.  İstehlakçının  səmərəli 
davranışı  subyektiv  xarakter  daşısa  da,  lakin  onun  fəaliyyəti, 
məhdud  gəlirlə  seçim  imkanına  malik  olması  tələbatının 
maksimum  ödənilməsinə  təminat  verir.  Deməli,  istehlakçı 
davranışından belə bir qanunauyğunluq  meydana gəlir ki,  hər bir 
istehlakçı  səmərəli  davranışı  ilə  məhdud  gəliri  ilə  maksimum 
faydalana  bilir.  Əgər  gəlir  istehlakçının  davranışında  məhdud 
xarakter  alırsa  da,  lakin  faydalanma  bu  məhdud  çərçivədən 
çıxmağı stimullaşdırır. Bununla da isteh- lakın həcmi artır, tələbin 
artımı dönməz xarakter alaraq ümumi iqtisadi prosesə çevrilir. 
8.2.
 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə