Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Antiinhisar qanunvericiliyi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə109/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   233
Bazar 1

 Antiinhisar qanunvericiliyi 
İnhisarlaşmanın  qeyd  etdiyimiz  kimi  qiymət  üzərində 
müəyyən səviyyədə hakim kəsilməsindən asılı olaraq, bütövlükdə 
işgüzar fəaliyyətin məhdudlaşdırılmasına gətirib çıxardır. Belə ki, 
istehsalın və kapitalın təmərküzləşməsi nəticəsində sahənin, eləcə 
də bazarın böyük bir hissəsinin ələ keçirilməsinə səbəb olur. Həm 
də  açıq  və  ya  gizli  danışıqlarla  bazarların  bölgüsü  və  qiymət 
səviyyəsi ilə bağlı razılaşmalar süni defısitliyin əmələ gəlməsinə 
səbəb  olmaqla  iqtisadiyyatın  səmərəliliyinə  mənfi  təsir  göstərir. 
Ona görə də XIX əsrin sonundan etibarən sənayecə inkişaf etmiş 
ölkələrdə, xüsusən də ABŞ-da inhisarlaşmaya qarşı tətbiq olunan 
qaydalar  müəyyən  olunmuşdur.  Bunlardan  üç  iri  qanunvericilik 
aktını xüsusi qeyd etmək olar: 
a)
 
1890-cı ildə qəbul olunmuş Şerman qanunu. 
Bu qanunla ticarətin gizli inhisarlaşmasma, bu və ya digər 
sahədə  vahid  nəzarət  olunmasına,  qiymətlə  bağlı  danışıqların 
getməsinə qadağa qoyulmuşdur. 
b)
 
Kleyton  qanunu  1914  -cü  ildə  qəbul  olunmuşdur.  Bu 
qanuna  görə  satış  sahəsində  məhdud  işgüzar  fəaliyyətin 
aparılmasına, cari rəqabətin spesifikasından irəli gəlməyən qiymət 
diskriminasiyasmın  aparılmasına,  müxtəlif  şəkilli  birləşmələrə 
qadağa qoyulmuşdur. 
c)
 
1936-cı ildə qəbul olunmuş Robinson - Petmen qanunu. 
Bu  qanunda  ticarət  sahəsində  məhdudlaşmaya  səbəb  olan 
işgüzarlığın  aparılmasına,  xüsusən  «qiymət  qayçısı»,  qiymət 
diskriminasiyası və s. istiqamətlərdə qadağalar göstərilmişdir. 
ç) 1950-ci ildə Kleyton qanuna edilmiş Seller - Kefo- ver 
düzəlişi: burada qeyri-qanuni birləşmə ifadəsi dəqiqləşdirilmişdir. 
Yəni aktivlərin alınması yolu ilə birləşməyə qadağa qoyulmuşdur. 
Əgər  Kleyton  qanunu  iri  firmaların  üfüqi  birləşməsinə  yol 
vermirdisə,  Seller-Kefover  düzəlişi  isə  belə  firmaların  şaquli 
birləşməsini məhdudlaşdırmışdır. 
202 


Dövlətin antiinhisar qanunlarının və ya məhdudlaşdı- rıcı 
fəaliyyətə əsas verən aktların müəyyənləşdirilməsi inhi- sarlaşma 
faktının  aradan  qaldırılmasına,  istehlakçıların  hüquqlarının 
qorunmasına. İqtisadi fəallığın yüksəldilməsinə yönəldilir. 
Ümumiyyətlə,  inhisarlaşma  səviyyəsi,  ədalətli  ticarətin 
aparılması,  məhdudlaşdırıcı  qaydaların  qoyulması,  rəqabətin 
aparılması haqqında qanunun qəbul olunması birbaşa inhisarlaşma 
meyarını  əks  etdirən  xarakter  daşıyır.  Məsələn,  Azərbaycanda 
sahədə  firma  istehsalının  37%  paya  malik  olması,  2008-ci  ildə 
qəbul olunmuş «Rəqabət haqqında qanun» buna misal ola bilər. 
Bununla  yanaşı  dövlət  antiinhisar  qanunvericiliyini  irəli 
sürərkən bir sıra problemlərin həllinə cavab verməli olur: 

 
hansı meyarla inhisarlaşma faktını görmək olur

 
hansı qiymət səviyyəsini konkret şərait daxilində aşağı və 
ya yuxarı hesab etmək olar

 
sahə  istehsalında  faiz  səviyyəsini  müəyyən  etməklə 
firmanın paya sahib olduğunu təyin etmək olar

 
məhsul  buraxılışının  məhdudlaşdırma  səviyyəsini 
müəyyən  etməklə  süni  defisitin  yaranmasına  olan  təsirini 
aydınlaşdırmaq olar. 
Dövlətin  qəbul  etdiyi  antiinhisar  qanunvericiliyi,  rəqabət 
mühitinin  münbitliyinə,  onun  işlək  mexanizminə  xidmət 
göstərməlidir.  Əgər  bu  bir  qrup  rəqabətçinin  mənafeyi  naminə 
tətbiq olunursa, onda onun iqtisadi səmərəliliyə olan təsiri özünü 
müsbət mənada əks etdirməyəcəkdir. 
Ona  görə  də  çox  hallarda  qəbul  olunan  antiinhisar 
qanunları azad rəqabəti deyil, bir qrup rəqabətçini qoruyur. Qərbin 
bir çox dərslik və monoqrafiyalarında bu öz əksini artıq tapmışdır. 
Məsələn,  P.Hayne  özünün  «Təfəkkürün  iqtisadi  obrazı»  əsərində 
qeyd  etmişdir  ki,  dövlətin  siyasətinə  səmərəli  təsir  göstərən 
istehlakçılar deyil istehsalçılardır. 
Antiinhisar  qanunvericiliyinə  yönəldilmiş  dövlət  xidməti 
iki prinsipə söykənə bilər: ya qanunun hər ifadəsinə sərt 
203 


nəzarət etməlidir, ya da düşünülmüş münasibətlə vəziyyəti nəzərə 
almalıdır. 
Belə  şəraitdə  dövlətin  tətbiq  etdiyi  antiinhisar 
qanunvericiliyi,  inhisarla  rəqabət  arasındakı  məsafəni  elə 
qorumalıdır ki, inhisarlaşmanı tamamilə dağıtmamalı və rəqabətin 
aparılmasını  məhdudlaşdırmamalıdır.  Dövlət  müdaxiləsi  və  ya 
tənzimlənmə  mexanizmi,  inhisarla  rəqabətin  balanslaşdı-  rılmış 
siyasətinə söykənməlidir. 
Bazara  keçid  şəraitində  qəbul  olunan  antiinhisar 
qanunvericiliyi,  tətbiqi  zamanı  bir  sıra  xüsusiyyətlərə  malik  ola 
bilər.  Belə  ki,  qanunvericilik  iri  şirkətlərin,  «böyük  biznesin» 
əmələ  gəlməsi  əleyhinə  deyil,  əksinə  onların  formalaşmasına 
yönəldilə  bilər.  Lakin  xırda  və  orta  sahibkarlıq  mühitinin 
qorunması,  bilavasitə  iri  sahibkarlıqla  yanaşı  aparılmalıdır. 
İşgüzar fəaliyyət, əslində bütün sahibkarlıq formalarının qarşılıqlı 
təsir  və  funksional  asılılıqlar  şəraitində,  səmərəli  rəqabət 
mühitində  baş  verə  bilər.  Çünki,  bazar  iqtisadiyyatı  bütün 
səviyyələrdə əlavə xərclərlə əlavə gəlirin əldə olunması prinsipinə 
əsaslanır. Ona görə də antiinhisar tənzimlənməsi formasından asılı 
olmayaraq  bütün  firmalar  üçün  rəqabət  apara  bilmək  mühitini 
təmin etməlidir. 
204 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə