Forqsizlik əyrisi iki əmtəədən hər hansı birinə üstünlük verməklə
istehlakçıya eyni məmnunluq gətirilməsi deməkdir. Bunun izahı
üçün də bir eyniliklə yuxarıda gətirdiyimiz geyim şeyləri və qida
məhsulları misalından istifadə edə bilərik. Burada yalnız istehlakçı
sorğusu əsas götürülməlidir ki, o, hansı kombinasiyada və ya hansı
uyğunlaşdırılmış kəmiyyət və ya həcm vahidləri ilə geyim və qida
məhsullarına üstünlük verməklə qiymətləndirirlər. Məsələnin
maraqlı tərəfi istehlakçının təlabatını eyni dərəcədə ödəyən geyim
və qida məhsullarının uyğunfuq səviyyəsidir. Belə vəziyyət artıq
istehlakçı üçün fərqsizliyi əks etdirir.
Dostları ilə paylaş: