Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


İstehlakçı tarazlığı «ƏYəzolunma səmərəsi»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə114/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   233
Bazar 1

İstehlakçı tarazlığı «ƏYəzolunma səmərəsi» 
və «gəlir səmərəsi». İstehlakçı artığı 
İstehlakçı  tarazlığı  dedikdə,  alıcının  malik  olduğu  pul 
gəlirindən  istehlak  zənbilinin  maksimum  son  faydalılığa  malik 
olan  nemətlərlə  doldurulması  üçün  etdiyi  seçim  prosesi  başa 
düşülür.  Bu  elə  bir  vəziyyətdir  ki,  mövcud  büdcə  əsasında 
istehlakçı  ümumi  faydanı  artıra  bilmir.  O,  bir  nemətlə 
kifayətlənməklə  digər  nemətlərin  alınmasına  daha  çox  pul 
xərcləməli olur. Çünki istehlak səbəti bir sıra nemət kütləsi vasitəsi 
ilə dolur. Həm də hər bir istehlakçı istehlak səbətini doldurarkən 
elə hesab edir ki, mümkün və əldə olunan nemətin ən yaxşısını və 
daha  faydalı  görünənini  seçib.  Əlbəttə,  bu  o  demək  deyildir  ki, 
istehlakçı 1 kq mal əti almaqla ona gətirdiyi son fayda, onun son 
alacağı bir dəst kostyumun gətirəcəyi son faydaya bərabərdir. Belə 
optimal faydalanma qeyri-mümkündür. Çünki bir dost kostyum 1 
kq  mal  ətindən  xeyli  bahadır.  Lakin  istehlakçının  seçimi,  onun 
səbətinə daxil olan məhsulların miqdarı o vaxt optimallaşır ki, hər 
vahid  alman  nemətin  gətirdiyi  son  fayda  sonra  alacağı  nemətin 
gəlirdiyi  faydadan  iki  dəfə  çox  olsun.  Deməli,  istehlakçı  öz  is- 
lehlak səbətini elə təşkil etməlidir ki, hər xərc vahidinə alacağı hər 
nemət vahidindən eyni  son faydanı  əldə edə bilsin.  Belə şəraitdə 
istehlakçı əldə etdiyi nemətdən maksimum faydalana bilir. 
Konkret misal əsasında bunu belə izah etmək olar. Tutaq 
ki,  istehlakçı  iki  növ  məhsulu,  məhdud  pul  məbləği  ilə  almaq 
istəyir.  Bu  növ  məhsulların  birini  dönər  hesab  edək,  qiyməti  bir 
manatdır,  ikincisi  isə  qarağat  şirəsidir  -  qiyməti  iki  manatdır. 
Onların  alınmasına  istehlakçının  10  manat  xərclənəcək  pulu  var. 
Əlbəttə, istehlakçı ya 10 ədəd dönər, ya da beş ədəd qarağat şirəsi 
almalıdır. Lakin istehlakçı tarazlığının mövcud olduğu bir şəraitdə 
sağlam  düşünən  heç  bir  kəs  belə  hərəkət  etmir.  O,  istər-istəməz 
sonuncu  dönər  vahidlərindən  imtina  etməklə  onun  8  ədədini, 
qarağat şirəsini 
217 


içməklə yeyər. Belə vəzİ
5
^ət ona daha çox fayda, məmnunluq və 
rahatlıq gətirər, nəinki 9, 10 ədəd yeyəcəyi dönərlər. Ola bilsin ki
istehlakçı  öz  subyektiv  mövqeyindən  çıxış  edərək,  yaxud  da 
havanın istiliyini və daha çox susuzluğunu nəzərə alıb 6 dönər, 2 
qab  qarağat  şirəsi  içər.  Belə  davranış  şəraitində  dönərin  son 
faydahlığı  yüksələcək,  qarağat  şirəsinin  son  faydalıhğı  isə  aşağı 
düşəcək. Lakin bu vəziyyətdən asılı olmayaraq gec və ya tez elə 
bir an gələcək ki, bu məhsul dəstlərindən əldə olunan ümumi fayda 
maksimum səviyyəyə qalxacaq. 
Eyni  zamanda  bu  məhsul  növləri  arasındakı  nisbətin 
dəyişilməsi  ümumi  faydanın  aşağı  düşməsinə  səbəb  olacaq.  Bu 
anın  əmələ  gəlməsi  ilə  istehlakçı  tarazlığı  nöqtəsinin  meydana 
gəlməsini  şərtləndirəcək.  İstehlakçı  tarazlığının  əmələ  gəlməsi 
belə bir qanunauyğunluğu əsaslandırır ki, mövcud gəlir və bazar 
qiymətləri  ilə  istehlakçı  maksimum  faydanı  o  vaxt  əldə  edir  ki, 
sonuncu pul vahidinin sərf olunduğu nemətin gətirdiyi son fayda, 
bu və ya digər nemətə sərf olunan sonuncu pul vahidinin gətirdiyi 
son faydaya bərabərdir. Sual oluna bilər, niyə istehlakçı tarazlığı 
üçün belə bir şərt əsas götürülür? Ola bilməz ki, istehlakçı elə ona 
xərc vahidi ilə daha çox fayda gəlirən nemətdən istifadə etməklə, 
digər nemətlərdən o vaxta qədər imtina etsin ki, son faydalılığın 
azalması  qanunun  tələbinə  görə  mövcud  nemətə  çəkilən  xərc 
vahidinin son faydası digər nemətlərə çəkilən xərc vahidinin son 
faydasına  bərabər  olsun.  Ola  bilər.  Lakin  məsələ  ondadır  ki, 
istehlakçı  tarazlığı  üçün  əsas  ölçü  vahidi  gəlirlərin  son 
faydalılığıdır.  Hər  vahid  xərcə  düşən  son  faydalılıq  səviyyəsi 
bərabər  olarsa,  onda  əlavə  gəlirin  əlavə  faydalanmaya  sərf 
olunması  istehlakçı  davranışına  təsir  etməklə,  onun  tarazlı 
fəaliyyətini əsaslandırır. 
Bəllidir  ki,  külli  miqdar  amillərin  olduğu  şəraitdə  belə 
faydahlığı  ölçmək  qeyri-mümkündür.  Bunu  ilk  dəfə  qeyd  edən 
italiyalı iqtisadçı Valfredo Pareto (1848-1923) iqtisad elmində son 
faydalılığın  müəyyənləşdirilməsində  daha  real  görünən 
prinsiplərdən istifadə etməyə başlamışdır; Bu prin 
218 


siplər  cərgəsinə  gəlir  səmərəsini,  əvəzolunma  səmərəsini,  büdcə 
xəttini və ya məhdudluğunu və fərqsizlik əyrisini qeyd etmək olar. 
Bunlarla yanaşı hazırda bir çox iqtisadçılar bir sıra adi məhsulları, 
məsələn,  köynək,  ayaqqabı,  pendir,  alma  və  s.  istehlakında 
kəmiyyət  və  ya  kardinalist  (ölçülünən)  faydalılıq  məfhumundan 
istifadə  edirlər.  Sözsüz  ki,  belə  şəraitdə  tələb  əyrisini,  faydalılıq 
anlayışını  xatırlamadan  müəyyən  etmək  olar.  Əlbəttə,  belə 
yanaşma  ilə  mövcud  məhsul  dəstlərinin  digərlərinə  nisbətən 
istehlakçı üçün daşıdığı üstünlüyü üzə çıxartmaq olar. Lakin belə 
yanaşma  yalnız  bir  qrup  məhsul  dəstinin  digər  məhsul  qrupuna 
nisbətən üstünlük daşıdığını göstərmək olar. «A» məhsulları «B» 
məhsullarından  istehlakçı  üçün  daha  üstünlüyə  malik  olduğunu 
göstərmək  olar.  Bu  isə  bir  növ  istehlakçı  üçün  nemət  dəstlərinin 
cərgələnməsi  və  ya  sıralanması  faydasını  göstərəcək.  Tələb 
əyrisinin  bazar  mexanizmi  birmənalı  şəkildə  malik  olduğu 
xüsusiyyətlər  üzə  çıxarılmamış  qalacaq.  Lakin  qeyri-müəyyənlik 
şəraitində  belə  bir  konsepsiyadan  istifadə  olunması  hər  halda 
xüsusi əhəmiyyətə malikdir. 
Kardinalist 
(ölçülünən)  faydalılıqdan  istehlakçının 
subyektiv yanaşmasından asılı olaraq bu və ya digər nemət dəstinə 
üstünlük  verməsi  sıralanmış  faydalılığa,  buna  çox  hallarda 
ordinalist faydalılığa keçidə səbəb olur. Ordinalisl və ya sıralanmış 
faydalılığın  mahiyyəti  ondan  ibarətdir  ki,  kardinalist  və  ya 
ölçülünən faydalanmadan imtina olunur və bir sıra nemət dəstləri 
müqayisə  olunmaqla,  onların  bu  və  ya  digər  dəstinə  üstünlük 
verilməklə,  eyni  faydalılığa  malik  olan  nemət  dəstlərindən  biri 
seçilir.  Beləliklə  də,  istehlakçı  kəmiyyətlə,  yəni  ölçülünən 
faydalanmadan  imtina  edərək  özünün  subyektiv  yanaşması  ilə 
mövcud nemət dəstindən seçimi ilə qərar verir və hesab edir ki, bu 
nemət  dəsti  digərlərinə  nisbətən  onun  üçün  daha  çox  üstünlüyə 
malikdir. Deməli,  son faydalılıq konsepsiyasında onun subyektiv 
yanaşma nəzəriyyəsi formalaşdı. Onun da  yaradıcıları Roy Allan 
(1906-  1983)  və  Con  R.Miks  (1904-1989)  olmuşdur.  Onların 
gəlmiş 
219 


olduqlan nəticə gəlir və əvəzolunma səmərəsinin üzə çıxarılması 
ilə əlaqədar olmuşdur. 
Gblir  səmərəsinin  istehlakçımn  davranışına  olan  təsirini 
konkret olaraq belə izah etmək olar ki, pul gəlirlərinin dəyişilməz 
qaldığı  bir  şəraitdə  qiymətlərin  artması,  məhsul  və  xidmətlərə 
yönəldilən  «real  gəlirlərin»  həcminin  azaldığına  görə,  istehlakçı 
istər-istəməz  alacağı  bütüıl  məhsul  kütləsinin  həcmini  azaltmalı 
olacaq. Gəlir səmərəsi əsasən üç amildən asılıdır: 

 
qiymət dəyişikliyindən; 

 
real gəlirdən; 

 
tələb kəmiyyətindən. 
Qiymətlərin  aşağı  düşdüyü şəraitdə gəlir səmərəsi  özünü 
daha  əyani  şəkildə  büruzə  verir.  Əgər  bu  və  ya  digər  məhsulun 
qiyməti  aşağı  düşübsə,  onda  istehlakçının  mövcud  və  ya  digər 
məhsullardan  əlavə  alması  üçün  gəlirin  bir  hissəsi  sərbəstləşir. 
Tutaq  ki,  yumurtanın  qiyməti  aşağı  düşdüyündən,  istehlakçının 
real gəliri və ya alıcılıq qabiliyyəti yüksəldiyindən onda ya əlavə 
yumurta,  ya  da  bir  neçə  əlavə  göyərti  dəsti  almaq  imkanı 
yaranacaq.  Bu  o  deməkdir  ki,  mövcud  vəziyyətdə  istehlakçının 
davranışı  gəlir  səmərəsi  ilə  əlaqədar  onun  tələb  əyrisindəki 
elastikliyi  daha  çevikləşdirir.  Gəlirə  görə  tələb  elastikliyinin 
yüksəlməsi  özünü  daha  çox  qiymətli  hesab  olunan  məhsulların 
alınmasında  əks  etdirir.  Məsələn,  avtomobil,  musiqi  mərkəzi, 
videokamera və s. Belə vəziyyət gəlirin səviyyəsinin artımını əks 
etdirir. 
Əvəzolunma səmərəsini isə konkret olaraq belə izah etmək 
olar ki,  gəlir səmərəsindən və bazardakı  vəziyyətdən asılı  olaraq 
istehlakçının tələbatı mövcud imkan və şəraitdə daha ucuz görünən 
vasitələrlə ödənilir. Tutaq ki, mal və qoyun ətinin bahalanması ilə 
toyuq  ətinin  alınmasına  olan  meylin  artması  özünü  əvəzolunma 
səmərəsi  kimi  əks  etdirəcək.  Əvəzolunma  səmərəsinə  görə 
istehlakçı  eyni  dəst  nemət  kimi  görünən,  lakin  müxtəlif  qiymətə 
malik  olan  məhsullardan  elələrini  alacaq  ki,  onların  qiymətləri 
aşağı  düşmüşdür  və  o  məhsulları  əvəz  etmiş  olsun  ki,  onların 
qiyməti nisbətən qalxrmşdır. 
220 


Normal məhsullar üzrə əvəzolunma səmərəsi qiymətlərin 
qalxması və enməsi ilə əlaqədardır. Qiymətin qalxması ilə tələbin 
həcmi artır və əksinə. Nisbətən aşağı səviyyəli məhsullar üçün isə 
vəziyyət  bir  qədər  fərqlidir.  Belə  şəraitdə  istehlakçı  seçimində 
əvəzolunma səmərəsi hər məhsul növü üzrə gedəcəkdir. Tutaq ki, 
kərə  yağının qiymətinin  artdığı  şəraitdə istehlakçı  ucuz marqarin 
və ya bitki yağı alacaqdır. Əvəzolunma səmərəsi gəlirlərin artması 
və  azalmasından  bilavasitə  asılı  olmasına  baxmayaraq  bazara 
çıxarılan məhsulların çeşid və kəmiyyətindən də asılıdır. Gəlirlərin 
dəyişilməz,  qiymətlərin  yüksəldiyi  bir  şəraitdə  aşağı  səviyyəli 
məhsullara  olan  tələbat  xeyli  yüksəlir.  Məsələn,  kərə  yağının, 
pendirin,  xamanın,  qaymağın  qiymətinin  qalxması  ilə  şəkər 
tozunun  istehlakı  yüksəlir.  Bu  onunla  əlaqədardır  ki,  səhər 
yeməyində  aşağı  gəlir  əldə  edənlər  şirin  çaya  daha  çox  üstünlük 
verəcəklər. 
Beləliklə, gəlir səmərəsi və əvəzolunma səmərəsi vasitəsilə 
istehlakçı  davranışında  baş  verən  dəyişikliyin  meylini  müəyyən 
etmək və onun əhalinin həyat səviyyəsindəki yaxşılaşma, pisləşmə 
istiqamətini əsaslandırmaq olar. 
Artıq  bizə  bəllidir  ki,  bu  və  ya  digər  nemətlərin  fayda- 
lılığının  onların  ehtiyat  səviyyəsindən  asılı  olaraq  istehlakçı 
tərəfindən  qiymətləndirilməsi  onun  hər  sonuncu  vahidinin  son 
faydalılığını müəyyən edir. Bunu Smit paradoksu və ya təzadı kimi 
su  və  almaz  misalında  artıq  qeyd  etmişik.  Bundan  da  aydın 
olmuşdur  ki,  qiymətlilik  paradoksunun  yaranmasının  əsas  səbəbi 
nemətin  ehtiyatının  çox  olması,  istehlakçının  onun  hər  sonuncu 
vahidindən az istifadə etməsi istəyi ilə əlaqədardır. Qiymətlilik isə 
son vahid faydahlığın pulla ifadəsi kimi çıxış edir. Son faydahlığın 
azalması  qanununa  görə  hər  sonuncu  vahid  nemətin  istehlakçı 
tərəfindən qiymətləndirilməsi, onların bazar ümumi bazar qiyməti 
ilə ümumi faydalı- lığı arasındakı fərqi görməyə imkan verir. Belə 
bir  fərq  istehlakçı  artığı  adlanır.  Yəni  nemətin  ümumi  bazar 
qiyməti ilə onun ümumi faydası arasındakı fərq istehlakçı fərqini 
yara 
221 


dır.  Daha  doğrusu,  son  faydalılığın  azalması  qanuna  görə 
istehlakçı «ödədiyindən çox nemət ahr». 
İstehlakçı  artığı  ona  görə  əmələ  gəlir  ki,  hər  istehlak 
olunan  nemət  vahidi  üçün  əvvəlkindən  sonuncuya  qədər  eyni 
məbləğ  ödənilir.  Hər  bir  istehlak  olunan  nemət  vahidi  əvvəldən 
axıra qədər eyni qiymətlə alınır. Deməli, hər vahid üçün ödənilən 
məbləğ  sonuncu  vahidlə  qiymətləndirilir.  Son  fay-  dalılığın 
azalması  qanununa  görə  istehlakçı  üçün  birinci  vahid  nemət 
sonuncu vahid nemətdən daha qiymətlidir. Beləliklə də istehlakçı 
hər  ilkin  vahid  nemətdən  artıq  fayda  əldə  edir.  Bütün  istehlak 
olunan  vahidləri,  istehlakçı  sonuncu  vahidin  qiyməti  ilə 
aldığından, o xərcdən üstün fayda artığı əldə edir. İstehlakçı artığı 
istehlakçıların nemət üçün ödədiyi məbləğdən artıq əldə etdikləri 
əlavə və faydalılığın kəmiyyətini əks etdirir. 
İstehlak  artığı  konsepsiyasını  həm  fərdi  istehlakçı  üçün, 
həm  də  bütövlükdə  bazar  şəraiti  üçün  şərh  etmək  mümkündür. 
Bunu həm cədvəl, həm də qrafik şəkildə təsvir etmək olar. Tutaq 
ki,  dönərin  qiyməti  60  qəpikdən  yuxarı  olduqda,  istehlakçı 
ümumiyyətlə  ondan  imtina  etmiş  olsun.  Lakin  60  qəpik 
səviyyəsindoki  dönəri  almaq  iqtidarındadır.  Birinci  dönəri  o,  60 
qəpiyə  almaqla,  onun  faydalılığının  pulla  ifadəsini  əks 
etdirəcəkdir.  Sonrakı  dönər  öz  faydalılığı  üçün  az  pulla 
qiymətləndirilir. Tutaq ki, 50 qəpik, üçüncü - 40 qəpik, dördüncü 
30 qəpik, beşinci 20 qəpik, altıncı 10 qəpik. Bu rəqəmləri cədvəl 
şəklinə  saldıqda  görünür  ki,  istehlakçı  sonuncu  dönər  istisna 
olmaqla hər sonra alınan dönərin fayda- lılığı onun üçün ödənilən 
qiymətdən yüksəkdir. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə