Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə116/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   233
Bazar 1

8.4.
 
Büdcə xətti. Fərqsizlik əyrisi 
İstehlakçı  davranışının  təhlilində  əmtəələrin  qiyməti  ilə 
istehlak büdcəsinin nəzərə alınması xüsusi yer tutur. Belə təhlilin 
aparılmasında  məqsəd  ondan  ibarətdir  ki,  insanların  tələbatının 
hüdudsuzluğu şəraitində istehlakçının bu və ya digər nemətlərə olan 
tələbinin  konkret  vaxt  şəraitində  ödənilməsi  mümkünlüyünü  üzə 
çıxartmaq  olur.  Bazarda  tələbat  istehlakçının  tədiyyə  qabiliyyətli 
tələbi  kimi  çıxış  edir.  İstehlakçının  tələbi  və  seçimi  əsasən 
aşağıdakı amillərdən asılı olaraq formalaşır: 
• əmtəə və xidmətlərin qiyməti; 
“ pul gəlirlərinin həcmi; 
» onun zövqü və üstünlük verməsi. 
Bəllidir  ki,  bazarda  fərdi  istehlakçıdan  istək  və  üstünlük 
verməsindən  asılı  olmayaraq  əmtəələrin  qiyməti  tələb  və  təklifin 
nisbətindən  asılıdır.  Ona  görə  də  istehlakçının  müəyyən  olunmuş 
gəlirlə,  onun  xərclənməsi  qərarı  ilə  bazara  daxil  olması  və  iki 
nemətin  məlum  qiyməti  ilə  seçim  etməsi  bir  düz  xətt  ətrafında 
dəyişikliyin  aparılması  büdcə  xətti  və  ya  büdcə  məhdudluğu 
adlanır. Başqa sözlə, büdcə xətti iki məhsulun müəyyən edilmiş pul 
gəliri 
vasitəsilə 
alınması 
mümkünlüyünün 
müxtəlif 
kombinasiyalarını  əks  etdirir.  Bunu  əyani  olaraq  belə  izah  etmək 
olar.  Tutaq  ki,  istehlakçının  sərəncamında  xərclənmək  üçün  400 
manat pul vəsaiti var. O, iki qrup məhsul almaq niyyətindədir: qida 
və geyim məhsulları. 
Tutaq  ki,  geyim  məhsullarının  şərti  vahidi  100  manata, 
qida  məhsullarının  şərti  vahidi  50  manata  bərabərdir.  Bunu  həm 
cədvəl, həm də qrafik şəkildə izah edək. 
225 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə