alternativ xərc
anlayışı kimi büruzə verir. İmtahana hazırlaşmaq əvəzinə istirahət
və gəzintiyə sərf olunan pul xərcləri, özünü imtahanda alınan aşağı
qiymətdə əks etdirəcək. Yəni kənara qoyulmuş və ya alternativ xərc
özünü bu və ya digər nəticənin əldə olunmasında əks etdirir. Ona
görə də qəbul olunan qərarlar həmişə alternativ xərclərlə
əlaqədardır. Məhdud resurslar aləmindən yalnız bir fəaliyyət
variantının seçilməsi, digər variantların itirilməsi deməkdir.
Alternativ xərclər
əldə olunmamış və ya itirilmiş əmtəə və
xidmətlərin qiymətliliyinə bərabərdir. Başqa cür demiş olsaq,
alternativ xərclər ümumi xərclərlə itirilmiş mənfəətin cəminə
bərabərdir.
Konkret misalla da bunu izah etmək olar. Tutaq ki, siz dövlət
universitetində oxuyursunuz. Təhsil almaq, tədris ləvazimatı
almaq, gediş-gəliş haqqı sizə 2008-ci ildə 8 min manata başa gəlib.
Bu o demək deyil ki, sizin 8 min manatlıq alternativ xərciniz tədris
müəssisəsinə keçib. Bura siz dərsə hazırlaşmaq, mühazirə və
seminarlara gəlməklə əlaqədar itirilmiş vaxtın alternativ dəyərini
də daxil etməlisiz. Hesab edək ki, sizin yaşıdınız 2008-ci ildə
istehsalatda çalışmaqla 10 min manat gəlir etmiş olur. Əgər biz real
xərclə itirilmiş gəliri toplasaq (8 min m.+lO min m.) onda görərik
ki, təhsilin alternativ xərci 18 min manata bərabərdir.
237
Alternativ xərcin müəyyən edilməsi xərclərin iqtisadi
məzmununun müəyyən olunması üçün əhəmiyyət daşıyır. Çünki
istehsal xərclərinin hesablanmasımn uçot üsulu ilə yanaşı iqtisadi
üsulunun nəzərə alınması, onların minimuma endirilməsinin ən
yaxşı vasitəsidir. Qeyd olunan istehsal xərclərinin növləri ilə
yanaşı xarici və daxili xərcləri də fərqləndirmək lazımdır. Xarici
xərclərə firmanın məmulatın hazırlanması üçün işçilərə, yanacağa,
məmulatların qablaşdırıl- masına və s. ödədiyi ^vəsaitlər daxildir.
Daha doğrusu, firmanın mövcud məmulatla bağlı bütün kənar
xərcləri daxildir. Bir növ məhsulun hazırlanması üçün çəkilən
xarici xərclərin kəmiyyəti onun ixtisaslaşma səviyyəsindən asılı
olaraq müxtəlif olur. Məsələn, detalları özündə istehsal olunmayan
avtomobil yığma zavodunun xarici xərcləri həmişə yüksək olur.
Daxili xərcə firmanın mövcud məmulatın istehsalı ilə bağlı çəkdiyi
bütün xərclər daxildir. Burada sərf olunan pul vəsaitlərinin bir
xüsusiyyəti ondan ibarətdir ki, bazar əməliyyatlarının aparılması
zamanı onlar gizli şəkildə fəaliyyət göstərir. Məsələn, torpaq
sahəsinin, istehsal obyektinin, ma- qazinin sahibi onları özü
istifadə etmədən, icarəyə verməklə, müntəzəm olaraq renta
tədiyyələri ala bilərdi. Öz investisiya resurslarını istifadə etməklə
əldə edə bilmədiyi renta gizli xərc elementi kimi görünür. Yaxud
öz pul vəsaitini ticarətə qoyan şəxs, həmin pulları banka qoyacağı
şəraitdə ala biləcəyi faizi əldə edə bilmir. Lakin mövcud firmanın
sahibi normal və ya mühasibat mənfəəti alır. Əgər bu belə
olmasaydı onda o bu işlə məşğul olmazdı. Normal mənfəət, o
minimal səviyyəli mənfəətdir ki, onun hesabına kapitalın həmin
sahədə tətbiq olunmasına imkan verir. Beləliklə, bu mənfəəti
kapitalın qiyməti, investisiyanın qiyməti, biznesdə iştirakın
qiyməti hesab etmək olar. Əgər biznesdə iştirakın qiyməti digər
yerlərdəki mümkün gəlirlərdən aşağı olarsa, onda sahibkar
istehsalı və ya fəaliyyət növünü bağlayıb, öz kapitalını digər
sahəyə yönəldəcək. Məhz bu səbəbdən normal mənfəət xərclərin
müxtəlif görünüşü kimi qiymətləndirilir.
238
Normal mənfəət səviyyəsindən yüksək mənfəəti iqtisadi
mənfəət, yüksək mənfəəti supcr mənfəət, xalis mənfəəti istehsalçı
artığı və ya sadəcə mənfəəti adlandırmaq olar. Beləliklə, ümumi
xərcləri aşağıdakı şəkildə də qeyd etmək olar:
•
açıq xərclər;
•
gizli xərclər;
•
normal mənfəət.
İstehsal xərclərinə müxtəlif yanaşma, mənfəətin müxtəlif
səviyyədə izahına səbəb olur. Mühasib üçün mənfəət, məcmu
mədaxillə açıq xərcin fərqi kimi hesablandığından o, mühasibat
mənfəəti adlandırılır. İqtisadçı üçün mənfəət, məcmu mədaxillə
ümumi xərcin fərqindən ibarət olduğundan o, iqtisadi mənfəət kimi
adlandırılır. İqtisadi xərclər mühasibat xərclərindən yüksək
olduğundan, iqtisadi mənfəət mühasibat mənfəətindən az olur.
Praktikada görünür ki, xərclərin kəmiyyəti buraxılan
məhsulların həcmindən asılıdır. Bununla əlaqədar olaraq xərclər,
istehsalın kəmiyyətindən asılı olan və olmayan hissələrə bölünür:
•
istehsalın həcmindən asılı olmayan sabit xərclər;
•
istehsalın həcmindən asılı olan dəyişən xərclər.
İstehsalın idarə olunması üçün məhsul vahidinə çəkilən
xərcin müəyyən edilməsi do əhəmiyyət daşıyır ki, bu da özünü artıq
qeyd etdiyimiz orta xərc kimi özünü əks etdirir. Həm də məhsul
vahidinə orta sabit və dəyişən xərc də hesablanır ki, bu da firmaya
mənfətin maksimumlaşdırılması məqsədinə nail olmağa imkan
verən son xərc anlayışından istifadə etməyi zəruriləşdirir.
Son və ya əlavə xərc dedikdə əmtəə vahidi üzrə istehsalın
həcminin artırılması ilə bağlı çəkilən xərc başa düşülür. Son xərcin
müəyyən edilməsi firmanın strategiyasının müəyyən edilməsi üçün
olduqca əhəmiyyətlidir. Əslində son xərclə son gəlir arasındakı fərq
iqtisadi mənfəətin səviyyəsini müəyyən edir. Son xərc, sabit
xərclərin dəyişilmədiyi şəraitdə məhsul vahidinə çəkilən dəyişilən
xərcin artımına bərabərdir.
239
Son xərcin qrafik təsviri ilə də onun mahiyyətini aydınlaşdırmaq
olar (şəkil 4.).
Burada əsas məqsəd son xərclə orta xərc arasındakı fərqi
müəyyənləşdirməklə sabit və dəyişən xərclordəki meyli müşaliidə
etməkdən ibarətdir. Şəkil 4-dən görünür ki, AC əyrisi MC
əyrisindən yüksəkdir. Çünki əgər MC yalnız dəyişən xərclə
olaqədardısa AC həm dəyişən, həm də sabit xərclə əlaqədardır.
Dostları ilə paylaş: |