Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə124/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   233
Bazar 1

alternativ  xərc 
anlayışı kimi büruzə verir. İmtahana hazırlaşmaq əvəzinə istirahət 
və gəzintiyə sərf olunan pul xərcləri, özünü imtahanda alınan aşağı 
qiymətdə əks etdirəcək. Yəni kənara qoyulmuş və ya alternativ xərc 
özünü bu və ya digər nəticənin əldə olunmasında əks etdirir. Ona 
görə  də  qəbul  olunan  qərarlar  həmişə  alternativ  xərclərlə 
əlaqədardır.  Məhdud  resurslar  aləmindən  yalnız  bir  fəaliyyət 
variantının  seçilməsi,  digər  variantların  itirilməsi  deməkdir. 
Alternativ  xərclər 
əldə  olunmamış  və  ya  itirilmiş  əmtəə  və 
xidmətlərin  qiymətliliyinə  bərabərdir.  Başqa  cür  demiş  olsaq, 
alternativ  xərclər  ümumi  xərclərlə  itirilmiş  mənfəətin  cəminə 
bərabərdir. 
Konkret misalla da bunu izah etmək olar. Tutaq ki, siz dövlət 
universitetində  oxuyursunuz.  Təhsil  almaq,  tədris  ləvazimatı 
almaq, gediş-gəliş haqqı sizə 2008-ci ildə 8 min manata başa gəlib. 
Bu o demək deyil ki, sizin 8 min manatlıq alternativ xərciniz tədris 
müəssisəsinə  keçib.  Bura  siz  dərsə  hazırlaşmaq,  mühazirə  və 
seminarlara  gəlməklə  əlaqədar  itirilmiş  vaxtın  alternativ  dəyərini 
də  daxil  etməlisiz.  Hesab  edək  ki,  sizin  yaşıdınız  2008-ci  ildə 
istehsalatda çalışmaqla 10 min manat gəlir etmiş olur. Əgər biz real 
xərclə itirilmiş gəliri toplasaq (8 min m.+lO min m.) onda görərik 
ki, təhsilin alternativ xərci 18 min manata bərabərdir. 
237 


Alternativ  xərcin  müəyyən  edilməsi  xərclərin  iqtisadi 
məzmununun  müəyyən  olunması  üçün əhəmiyyət  daşıyır. Çünki 
istehsal xərclərinin hesablanmasımn uçot üsulu ilə yanaşı iqtisadi 
üsulunun  nəzərə  alınması,  onların  minimuma  endirilməsinin  ən 
yaxşı  vasitəsidir.  Qeyd  olunan  istehsal  xərclərinin  növləri  ilə 
yanaşı xarici və daxili xərcləri də fərqləndirmək lazımdır. Xarici 
xərclərə firmanın məmulatın hazırlanması üçün işçilərə, yanacağa, 
məmulatların qablaşdırıl- masına və s. ödədiyi ^vəsaitlər daxildir. 
Daha  doğrusu,  firmanın  mövcud  məmulatla  bağlı  bütün  kənar 
xərcləri  daxildir.  Bir  növ  məhsulun  hazırlanması  üçün  çəkilən 
xarici  xərclərin  kəmiyyəti  onun  ixtisaslaşma  səviyyəsindən  asılı 
olaraq müxtəlif olur. Məsələn, detalları özündə istehsal olunmayan 
avtomobil  yığma  zavodunun  xarici  xərcləri  həmişə  yüksək  olur. 
Daxili xərcə firmanın mövcud məmulatın istehsalı ilə bağlı çəkdiyi 
bütün  xərclər  daxildir.  Burada  sərf  olunan  pul  vəsaitlərinin  bir 
xüsusiyyəti ondan ibarətdir ki,  bazar əməliyyatlarının aparılması 
zamanı  onlar  gizli  şəkildə  fəaliyyət  göstərir.  Məsələn,  torpaq 
sahəsinin,  istehsal  obyektinin,  ma-  qazinin  sahibi  onları  özü 
istifadə  etmədən,  icarəyə  verməklə,  müntəzəm  olaraq  renta 
tədiyyələri ala bilərdi. Öz investisiya resurslarını istifadə etməklə 
əldə edə bilmədiyi renta gizli xərc elementi kimi görünür. Yaxud 
öz pul vəsaitini ticarətə qoyan şəxs, həmin pulları banka qoyacağı 
şəraitdə ala biləcəyi faizi əldə edə bilmir. Lakin mövcud firmanın 
sahibi  normal  və  ya  mühasibat  mənfəəti  alır.  Əgər  bu  belə 
olmasaydı  onda  o  bu  işlə  məşğul  olmazdı.  Normal  mənfəət,  o 
minimal  səviyyəli  mənfəətdir  ki,  onun  hesabına  kapitalın  həmin 
sahədə  tətbiq  olunmasına  imkan  verir.  Beləliklə,  bu  mənfəəti 
kapitalın  qiyməti,  investisiyanın  qiyməti,  biznesdə  iştirakın 
qiyməti  hesab  etmək  olar.  Əgər  biznesdə  iştirakın  qiyməti  digər 
yerlərdəki  mümkün  gəlirlərdən  aşağı  olarsa,  onda  sahibkar 
istehsalı  və  ya  fəaliyyət  növünü  bağlayıb,  öz  kapitalını  digər 
sahəyə yönəldəcək. Məhz bu səbəbdən normal mənfəət xərclərin 
müxtəlif görünüşü kimi qiymətləndirilir. 
238 


Normal  mənfəət  səviyyəsindən  yüksək  mənfəəti  iqtisadi 
mənfəət,  yüksək mənfəəti supcr mənfəət, xalis mənfəəti istehsalçı 
artığı  və  ya  sadəcə  mənfəəti  adlandırmaq  olar.  Beləliklə,  ümumi 
xərcləri aşağıdakı şəkildə də qeyd etmək olar: 

 
açıq xərclər; 

 
gizli xərclər; 

 
normal mənfəət. 
İstehsal  xərclərinə  müxtəlif  yanaşma,  mənfəətin  müxtəlif 
səviyyədə  izahına  səbəb  olur.  Mühasib  üçün  mənfəət,  məcmu 
mədaxillə  açıq  xərcin  fərqi  kimi  hesablandığından  o,  mühasibat 
mənfəəti  adlandırılır.  İqtisadçı  üçün  mənfəət,  məcmu  mədaxillə 
ümumi xərcin fərqindən ibarət olduğundan o, iqtisadi mənfəət kimi 
adlandırılır.  İqtisadi  xərclər  mühasibat  xərclərindən  yüksək 
olduğundan, iqtisadi mənfəət mühasibat mənfəətindən az olur. 
Praktikada  görünür  ki,  xərclərin  kəmiyyəti  buraxılan 
məhsulların  həcmindən  asılıdır.  Bununla  əlaqədar  olaraq  xərclər, 
istehsalın kəmiyyətindən asılı olan və olmayan hissələrə bölünür: 

 
istehsalın həcmindən asılı olmayan sabit xərclər; 

 
istehsalın həcmindən asılı olan dəyişən xərclər. 
İstehsalın idarə olunması üçün məhsul vahidinə çəkilən 
xərcin müəyyən edilməsi do əhəmiyyət daşıyır ki, bu da özünü artıq 
qeyd  etdiyimiz  orta  xərc  kimi  özünü  əks  etdirir.  Həm  də  məhsul 
vahidinə orta sabit və dəyişən xərc də hesablanır ki, bu da firmaya 
mənfətin  maksimumlaşdırılması  məqsədinə  nail  olmağa  imkan 
verən son xərc anlayışından istifadə etməyi zəruriləşdirir. 
Son  və  ya  əlavə  xərc  dedikdə  əmtəə  vahidi  üzrə  istehsalın 
həcminin artırılması ilə bağlı çəkilən xərc başa düşülür. Son xərcin 
müəyyən edilməsi firmanın strategiyasının müəyyən edilməsi üçün 
olduqca əhəmiyyətlidir. Əslində son xərclə son gəlir arasındakı fərq 
iqtisadi  mənfəətin  səviyyəsini  müəyyən  edir.  Son  xərc,  sabit 
xərclərin dəyişilmədiyi şəraitdə məhsul vahidinə çəkilən dəyişilən 
xərcin artımına bərabərdir. 
239 


Son xərcin  qrafik təsviri ilə də onun mahiyyətini  aydınlaşdırmaq 
olar (şəkil 4.). 
Burada  əsas  məqsəd  son  xərclə  orta  xərc  arasındakı  fərqi 
müəyyənləşdirməklə sabit və dəyişən xərclordəki meyli müşaliidə 
etməkdən  ibarətdir.  Şəkil  4-dən  görünür  ki,  AC  əyrisi  MC 
əyrisindən  yüksəkdir.  Çünki  əgər  MC  yalnız  dəyişən  xərclə 
olaqədardısa AC həm dəyişən, həm də sabit xərclə əlaqədardır. 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə