Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə120/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   233
Bazar 1

9.1.
 
istehsal xərcləri, mahiyyəti və onun növləri 
9.2.
 
Qısa və uzun müddətdə istehsal xərcləri 
9.3.
 
İstehsal xərclərinin minimumlaşdırılması amilləri 
və aşağı salınması istiqamətləri 
9.1.
 
İstehsal xərcləri, mahiyyəti və onun növləri 
Biz  artıq  bazar  strukturlarında  istehlakçının  davranışı  ilə 
yaxından tanış olmaqla onun seçimi, qərar qəbul etməsi, tələb və 
onun elastikliyi ilə bağlı amillərin təsirini aydınlaşdırmışdıq.  İndi 
isə istehsalçının davranışını əks etdirən xərcin çəkilməsi, onun qısa 
və uzun müddətdə istifadə olunması, istehsal amillərindən istifadə 
olunması,  onun  minimumlaşdı-  rılması  ilə  əlaqədar  fəaliyyətinə 
diqqət yetirək. 
İstehsal,  ümumiyyətlə,  nemət  və  sərvətin  əldə  olunması 
sferası olmaqla, məhsul istehsalı prosesini əks etdirməklə, istehsal 
amillərindən istifadəni əks etdirir. Bildiyimiz kimi, istehsal amilləri 
əməkdən,  təbii  resurslardan,  kapitaldan  və  sahibkarlıq 
qabiliyyətindən  ibarətdir.  İstehsal  prosesi,  məhz  bu  amillərin 
birləşməsi ilə baş verir. İstehsal prosesinə cəlb olunan hər bir amil, 
özünü ona çəkilən xərc vasitəsilə əks etdirir. Ona görə də istehlakçı 
davranışından  fərqli  olaraq,  istehsalçı  davranışı  firma  timsalında 
fəaliyyət  göstərməklə,  istehsal  xərclərinin  çəkilməsi  və 
strukturunda  dəyişikliklərin  həyata  keçirilməsi  ilə  əks  olunur. 
Burada istehsal funksiyasının ümumi və xətti istiqamətdə buraxılan 
məhsulla  istehsal  xərcləri  arasındakı  texnoloji  əlaqə,  xərclər 
arasındakı əlaqə, istehsal amillərinin əvəz olunması istiqamətində 
səmərəli təşkil olunmanın həyata keçirilməsi özünü göstərir. 
Göstərməliyik  ki,  istehsal  xərcləri  və  onunla  bağlı  elmi 
fikirlər,  hələ  klassik  məktəbin  banisi  A.Smit  dövründən  başlayır. 
Xərc  konsepsiyasının  başlanğıcını  A.Smitin  mütləq  xərc  fikri  ilə 
əsaslandırmaq olar. Sonra D.Rikardo müqayisəli 
231 


xərclər ifadəsini elmi dövriyyəyə gəlirmişdir. Onlar «xərc» termini 
kimi  sahəyə  daxil  olan  bütün  müəssisələrin  vahid  məhsul 
istehsalına çəkilən orta xərci nəzərdə tuturdular. 
K.Marks  istehsal  xərcini,  əmtəənin  kapitalistə  başa  gəldiyi 
məsrəfi  hesab  edirdi.  Yəni  istehsal  vasitələrinin  və  iş  qüvvəsinin 
alınmasına çəkilən xərc, istehsal xərci  hesab olunurdu. Kapitalist 
istehsal  xərclərinin  spesifikliyini  qeyd  edən  Marks  əmtəənin 
dəyərini yaradan əmək məsrəfini, həqiqi istehsal xərci adlandırırdı. 
Beləliklə, istehsal xərci iki yerə ayıraraq əmək və kapitdi məsrəfi 
kimi fərqləndirirdi. 
XIX  əsrin  sonunda  son  faydalılıq  nəzəriyyəsini  irəli  sürən 
marjinalistlor K.Menger, F.Vizer, Bem-Baverk isə göstərirdilər ki, 
xərc psixoloji amil kimi son faydalılığa əsaslanır. Onların fikrinə 
görə firmanın istehsal amillərinə görə ödədiyi məbləğ, satıcı kimi 
onlara  son  faydalılığı  müəyyən  etməyə  imkan  verir.  İstehsal 
xərcləri  marjinalizmə  görə  ayrı-ayrı  müəssisəyə  aiddir.  Xərc  və 
gəlir  isə  istehsalın  miqyasından  irəli  gələn  funksiyadır.  Eyni 
zamanda onlar alternativ imkanların subyektiv xərc nəzəriyyəsini 
yaratdılar. F.Vizer göstərirdi ki, mövcud məhsulun həqiqi istehsal 
xərci,  yüksək  faydalılığa  malik  olan  o  nemətlərə  bərabərdir  ki, 
cəmiyyət  sərf  olunan  istehsal  resurslarından  başqa  cür  istifadə 
etmək  müqabilində  əldə  edə  bilir.  Bu  da  istehsal  xərclərini 
minimuma endirməyə nailolmanın mümkünlüyünün nəzəri əsasını 
qoydu. 
İnstitusional nəzəriyyədə istehsal xərclərinin müxtəlif tipləri 
tədqiq olunmuşdur: 

 
fərdi və ictimai xərclər; 

 
mütləq və əlavə xərclər; 

 
maliyyə və istehsal xərcləri; 
» qısa və uzunmüddətli xərclər; 

 
cəmiyyətdə əmək bölgüsü nöqteyi-nəzərincə insan xərcləri. 
232 


Neoklassik  konsepsiyaya  görə  istehsal  xərcləri,  istehsal 
amillərinin əldə olunmasına görə çəkilən sabit və dəyişən xərclərin 
məbləğindən ibarətdir. 
XX  əsrin  ikinci  yarısından  sonra  neoinstitusionalizmin 
nümayəndələri  transaksion  xərclər  nəzəriyyəsini  yaratmaqla, 
istehsal  xərclərinə  əmtəənin  reallaşması  ilə  bağlı  tədavül 
xərclərinin  də  daxil  olduğunu  qeyd  etdilər.  Xüsusən  reklam, 
bazarın  saxlanılması,  informasiyanın  əldə  olunması  və  s.  bağlı 
xərclərin də nəzərə alınmasının vacibliyi qeyd olundu. 
İstehsal  xərcləri  sərf  olunan  maddi,  təbii,  enerji,  əmək, 
informasiya,  yanacaq  və  s.  resurslar  nəticəsində  əldə  olunan 
məhsulun  bazar  qiymətliliyini  əks  etdirir.  Məhsul  istehsalına 
çəkilən xərclərin davamlı xarakteri, firmanın fəaliyyətinin əsasını 
təşkil edir. Praktiki olaraq istehsal xərcləri, həm də rəqabətli təklifi 
əks  etdirir.  Mövcud  məhsulun  satıcılarının  çoxluğu,  onun 
alınmasını  deyil,  satılması  çətinliyini  meydana  gətirir.  Rəqabət 
şəraitində  isə  istehsalçı  istər-istəməz  istehsalın  strukturunu 
təkmilləşdirməyə, tətbiq olunan xərclərdən daha səmərəli istifadə 
etməyi, daha əlverişli variantın seçilməsinə cəhd göstərir. İstehsal 
amillərinin seçilməsi, onlardan resurs kimi istifadə olunması yolu, 
bazarda  tez  reallaşdırıla  bilən  məhsul  istehsalına  sövq  edir.  Ona 
görə də istehsal xərclərinə, istehsal resurslarından istifadənin  pul 
ifadəsi  kimi  baxmaq  olar.  Məhsulun  istehsalı  və  satışı  ilə  bağlı 
çəkilən xərclər, hazırlanandan sonra elə reallaşdırılmalıdır ki, əldə 
olunan  pul  mədaxili  həm  istehsal  xərclərini  ödəməli,  həm  də 
müəyyən  artıq  mənfəət  formasında  sahibkarın  sərəncamına 
keçməlidir.  Belə  şəraitdə  mənfəət  istehsalın,  xidmətin 
hərəkətverici  qüvvəsinə  çevrilərək  sahibkarlıq  fəaliyyətinin 
məzmununu əks etdirir. Mənfəətin əldə olunması isə əhəmiyyətli 
dərəcədə istehsal xərclərinin kəmiyyətindən asılıdır. Ona görə də 
istehsal xərclərinə müxtəlif baxışların olmasından asılı olmayaraq, 
onun  mahiyyəti  müasir  şəraitdə  təsərrüfatçının,  iş  adamının, 
sahibkarın nöqteyi-nəzərincə, diqqət yetirilir. 
233 


istehsal  xərcləri,  təkcə  əmtəə  istehsalı  zamanı  istifadə 
olunan  resurslarla  deyil,  həm  də  istehsalın  miqyası  ilə  bağlı 
çəkilən məsrəfləri də əhatə edir. Ona görə də istehsal xərclərinin 
kəmiyyəti ümumi xarakter alır və strukturu fərqlənir. 
Ümumi istehsal xərcləri dedikdə müəyyən vaxt ərzində bu 
və  ya  digər  əmtəə  növünə  sərf  olunmuş  bütün  xərclər  nəzərdə 
tutulur. Ümumi istehsal xərcləri ayrılır: 

 
sabit  xərclər  -  bu  elə  xərc  növüdür  ki,  firma  istehsalın 
həcmindən  asılı  oln^ayaraq,  hər  şəraitdə  və  müəyyən  səviyyədə 
çəkməlidir.  Binanın,  işıqlandırmanın,  idarə  və  inzibati  heyətin 
saxlanılması və s. üçün daima xərc çəkilməlidir. 

 
dəyişən xərclər - bu elə xərcdir ki, xammala, iş qüvvəsinin 
alınmasına,  yanacağa,  enerjiyə  və  s.  çəkilir.  Dəyişən  xərclər 
istehsalın həcmi ilə əlaqədar olduğundan onun kəmiyyəti dəyişkən 
xarakterdədir. Bunu qrafik təsvir vasitəsilə də görmək olar (şəkil 
1, şəkil 2). 
Şəkil 1 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə