Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə106/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   233
Bazar 1

Q min od. 
 
O min od. 
195 


Adətən  inhisarçı  bazar  hakimiyyətinə  malik  olan  firma  öz 
əmtəələrini müxtəlif qiymətdə, müxtəlif alıcılara sata bilmir. Eyni 
keyfiyyətli  əmtəələrin  mövcud  orta  ümumi  istehsal  xərcləri  ilə 
müxtəlif  qiymətdə,  müxtəlif  alıcılara  satılmasına 
qiymət 
diskriminasiyası  deyilir. 
Qiymətlərdəki  fərqlə  reallaşmanın 
həyata  keçirilməsi  nə  keyfiyyətin,  nə  də  ki,  istehsal  xərclərinin 
müxtəlifliyini  deyil,  konkret  şəraitdə  inhisarçının  qiymət 
səviyyəsini təmin etmək qabiliyyətini əks etdirir. 
Qiymətlərin dəyişdirilməsi: 

 
istehsalın həcmindən

 
müxtəlif növlü enmələrin tətbiq edilməsindən; 

 
alıcıların gəlir səviyyəsindən

 
alış vaxt və müddətindən və s. amillərdən asılıdır. 
Keyfiyyətin və istehsal xərclərinin müxtəlifliyi, nəqliyyat 
və qablaşdırma ilə bağlı xərclərin fərqli xarakterindən asılı olaraq 
təyin edilən qiymətlər diskriminasiyalı sayılmır. 
Ümumiyyətlə, qiymət diskriminasiyası özünü üç növdə əks 
etdirir: 

 
təkmil qiymət diskriminasiyası; bu o vaxt baş verir ki, hər 
məhsul  vahidi  bazar  qiyməti  ilə  satılır.  Onda  hər  məhsul 
vahidindən  əldə  olunan  son  gəlir  onun  qiymətinə  bərabər 
olduğundan, bütün istehlak artığını inhisarçı mənimsəyir. 

 
alış  həcmindən  asılı  olaraq  tətbiq  olunan  qiymət  dis- 
kriminasiyası;  burada  qiymət  bütün  alıcılar  üçün  eynidir.  Lakin 
alış  həcminin  dəyişilməsindən  asılı  olaraq  müxtəlif  güzəştlər 
həyata  keçirilir.  Məsələn,  sifarişin  həcmindən,  məhsulun 
mövsümü  satışından,  nəqliyyatda  gediş  haqlarında,  gündüz  və 
axşam  kino  seanslarında,  illik  qəzet  və  jurnallara  abunə 
haqlarında,  mehmanxana  və  istirahət  yerlərində  yay  və  qış 
aylarında tariflərdə edilən güzəştləri göstərmək olar. 

 
müxtəlif bazar seqmentlərində qruplaşan müxtəlif alıcılar 
üçün  uyğun  reallaşan  qiymət  səviyyəsi  müəyyən  olunan 
diskriminasiya; bura şəhər nəqliyyatında, məsələn, metroda tətbiq 
olunan  müxtəlif  kateqoriyalı  sərnişinlər  üçün  müxtəlif  tarifləri, 
mövsümün əvvəlində və sonunda əmtəələrə müəyyən 
196 


olunan  qiymətlər,  məsələn,  çimərlik  məhsullarına,  pomidorun, 
qarpızın, qarğıdalının və s. qiymətini, xarici və ölkə turistləri üçün 
mehmanxana tariflərini göstərmək olar. 
Qiymət  diskriminasiyasmın  əyaniliyini,  yuxanda  qeyd 
etdiyimiz  şəkil  7  vasitəsilə  görmək  olar.  Tutaq  ki,  yay 
mövsümündə  Antaliyada  istirahəti  təşkil  edən  «Aral»  şirkəti 
sərnişinlərə xidmət göstərir. «Aral» 10 min aviabiletini 500 man. 
mahiyyətində satır. Belə bir qiymət, son gəlirin son xərcə bərabər 
gəlməsi  əsasında  müəyyən  edilib.  Şirkətin  aylıq  gəliri  500  min 
manata  bərabər  olacaqdır.  Lakin  yanacağın  qiymətinin 
bahalaşması, işçilərin əməkhaqlarınm artması ilə şirkətin xərcləri 
və biletlərin qiyməti iki dəfə artıb. Belə şəraitdə satılan biletlərin 
kəmiyyəti  də  iki  dəfə  azalaraq  5  minə  enib.  Ümumi  gəlirin 
həcminin  əvvəlki  səviyyədə  qalmasına  baxmayaraq,  aviareysin 
səmərəliliyini  artırmaq  məqsədi  ilə  əlavə  gəlirin  əldə  olunması 
üçün güzəştlərin həyata keçirilməsinə üstünlük verilir. 
İndi  isə  hesab  edək  ki,  «Aral»  şirkəti  iki  müxtəlif  sərnişin 
bazarında  fəaliyyət  göstərir.  Birinci  bazarda  şəkil  7  a-da  daha 
imkanlı  adamlar,  biznesmenlər,  şoubiznes  əhli  əhatə  olunmaqla, 
onlar  üçün  gediş  haqqı  deyil,  istirahətə  daha  tez  çalmaq 
əhəmiyyətlidir. Ona görə də onlar tərəfindən göstərilən tələb əyrisi 
qeyri-elastikdir. İkinci bazarda şəkil 7 b-də sərnişinlərdir ki, onlar 
üçün  sürətli  çatmaq  deyil,  qiymət  əsas  şərtdir.  Onda,  onlar 
avtobusla Trabzona, ordan da nisbətən ucuz qiymətlə Antaliyaya 
uçmağa qərarlıdırlar. Hər iki şəraitdə «Aral» şirkətinin son xərcləri 
eyni  olmasına  baxmayaraq,  ancaq  tələbin  elastikliyində  fərq 
mövcuddur. 
Şəkil  7-dən  göründüyü  kimi  biletin  qiyməti  1000  manat 
olduğu  şəraitdə  ikinci  (7  b)  bazarda  olan  heç  bir  istehlakçı 
aviaşirkətin  xidmətindən  istifadə  etməyəcək.  Əgər  bu  qrup 
istehlakçılara  50%  həcmində  güzəşt  göstərilsə,  yəni  biletlər  500 
manata satılsa, onda hər reys üçün nəzərdə tutulan biletlərin hamısı 
satılacaq və şirkətin gəliri, hər ay 25 min manat artacaq. 
197 


Beləliklə, görürük ki, qiymət diskriminasiyası bir tərəfdən 
inhisarçının  gəlirini  artırırsa,  digər  tərəfdən  çox  miqdarda 
istehlakçı  mövcud  xidmət  növündən  istifadə  edə  bilir.  Qiymətin 
müəyyən olunması istiqamətində belə siyasətin həyata keçirilməsi 
hər  iki  tərəf  üçün  əlverişlidir.  Bununla  yanaşı  bazar  sistemli 
ölkələrdə  çox  hallarda  qiymət  diskrimina-  siyası  antiinhisar 
qanunvericiliyinin təsiri altına düşür. 
Oliqopolik  bazar  strukturunun  meydana  gəlməsi  müasir 
sənayeləşmə  səviyyəsi  yüksək  olan  ölkələr  üçünə  xarakterikdir. 
Oliqopoliya elə mhisar birliyidir ki, burada az miqdarda iri satıcı 
firmalar  olub,  eyniadlı  və  ya  xarakterinə  görə  oxşar  məhsulların 
reallaşması  ilə  məşğul  olurlar.  Oliqopoliyaya  bəzən  «azların 
rəqabəti» kimi də baxırlar. 
Oliqopoliyanı xarakterizə edən əsas cəhətlər

 
eynicinsli  və  ya  fərqləndirici  görünüşlü  məhsul  istehsal 
olunması;  məsələn,  neft,  polad,  sement  bu  eynicinsli  məhsul 
istehsal  edən  oliqopoliyadır.  Əgər  bazara  bir  neçə  firma 
fərqləndirilmiş məhsul çıxarırlarsa, avtomobil, diş pastası, siqaret, 
onda bunlar fərqləndirici oliqopoliya adlanır; 

 
firmaların az miqdarda olması və nisbətən geniş miqyasda 
fəaliyyət göstərməsi; bu baxımdan sahə xalis inhi- sarlaşmır; 

 
firma  -  rəqabətçilərin  ümumi  qarşılıqlı  əlaqə  və  əvəz 
olunmada olması; 
Belə ki, bir firmanın fəaliyyəti birbaşa digər firmalara təsir 
göstərir. Ona görə də sahədə rəqabətli inhisar hökm sürə bilmir

 
sahəyə daxil olmaqdan ötrü maneələrin olması; istehsalın 
miqyasına qənaətin olması, patent inhisarının olması, nadir resurs 
mənbələri  üzrə  nəzarətin  mövcudluğu,  reklama  çəkilən  xərcin 
çoxluğu və s. 

 
bazarın bölgüsü üzrə istehsalçıların əməkdaşlığının həyata 
keçirilməsi və «kartel razılığına» gəlinməsi. 
Oliqopolik inhisar fəaliyyəti üçün müasir dövrdə neft ixrac 
edən (OPEK) ölkələrin kartel razılığının həyata keçiril 
198 


məsi  istiqamətində  fəaliyyətini  xüsusi  qeyd  etmək  olar.  2008-  ci 
ildən dünya maliyyə böhranının baş verməsi və neftin qiymətinin 
150  dollardan  40  dollara  enməsi  bir  neçə  dəfə  OPEK  dövlət 
nümayəndələrinin təcili görüşməsinə səbəb oldu. Kar- tel razılığı 
əsasən: 

 
istehsalın həcmi; 

 
qiymətqoyma prinsipi; 
»  bazar  payının  bölüşdürülməsi  və  ya  «kvota»nın 
müəyyənləşdirilməsi ilə əlaqədar olur. 
İlk  baxışdan  elə  görünə  bilər  ki,  kartel  inhisarla  eyni 
mahiyyətlidir. İnhisardan fərqli olaraq, kartel bazara çox təsadüfi 
hallarda  nəzarət  edə  bilər.  Çünki  mütləq  kartelləş-  məmiş 
firmaların yeridəcəyi siyasəti nəzərə almaq məcburiyyətindədirlər. 
Bundan  əlavə,  kartelin  iştirakçıları  qiymətin  aşağı  salınması,  öz 
məhsullarını  fəal  reklam  etməklə  öz  part-  nyorlarını  aldatmağa 
cəhd göstərməklə, bazarın müəyyən hissəsini ələ keçirdirlər. Ona 
görə  də  əksər  kartellər,  bazar  strukturunu  müvəqqəti  xarakterizə 
edirlər. Kartel razılığının fəaliyyət göstərməsi üçün: 

 
kartelin məhsulu qiymətə görə elastik olmamalı; 

 
məhsulun özünə yaxın olan əvəzləyicinin olmaması; 

 
bütün iştirakçıların oyun qaydalarına riayət etməsi. 
Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  oliqopolist 
firmaların  qarşılıqlı  təsir  dairəsinin  gücləndirilməsi  üçün  daima 
kartel  gücündən  istifadə  etmək  olmur.  Ona  görə  də  firmalar 
qeyri-leqal  iqtisadi  razılığa  girirlər.  Bu  razılaşma  əsasən 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə