Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


Rəqabətli inhisarı xarakterizə edən əsas cəhətləri qeyd



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə104/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   233
Bazar 1

Rəqabətli inhisarı xarakterizə edən əsas cəhətləri qeyd 
edək: 

 
bazarda nisbətən çoxlu sayda firma iştirak edir

 
bu  firmalar  müxtəlif  məhsul  istehsal  etməklə,  onlara 
spesifik forma verirlər

 
istehlakçıların tələbini yönəldəcəyi əmtəə əvəzləyicilə- rinə 
daha tez rast gəlinir; 

 
yeni firmaların bazara daxil olması üçün bir o qədər ciddi 
maneələr yoxdur. 
Biz  hətta  bazara  keçid  şəraitində  görürük  ki,  yeni  gözəllik 
salonunun,  tərəvəz  piştaxtasının,  dönərxananın,  avtomobil 
təmirxanasının, maşın yuyucusunun açılması üçün həddindən artıq 
sərmayə  tələb  olunur.  Miqyası,  effekti  baxımından  da  burada  iri 
istehsal obyektlərinin yaradılmasına da ehtiyac duyulmur. 
Rəqabətli  inhisar  şəraitində  fəaliyyət  göstərən  firmaların 
məhsullarına  olan  tələb  mütləq  elastikliyə  malik  olmur,  lakin 
onların  elastikliyi  yüksəkdir.  Məsələn,  rəqabətli  inhisar  bazarına 
idman  kostyumlarını,  krasovkalar,  çantaları  aid  etmək  olar. 
«Adidas»  firmasının  məhsullarına  alıcı  başqa  firmaların 
məhsullarına  nisbətən  daha  yüksək  qiymət  verməyə  hazırdılar. 
Ancaq bu o vaxta qədər davam edə bilər ki, oxşar idman məhsulları 
istehsal  edən  firmalar  arasında  qiymət  fərqi  yüksək  olmasın. 
Qiymət  fərqinin  çoxluğu,  istehlakçının  bazarda  nüfuzlu  firmanın 
məhsuluna  oxşar  tanınmamış  firmanın  məhsulunun  alınmasına 
yönəldəcək. Belə bir meyl ətriyyat, siqaret, içki, paltar və s. sahədə 
də baş verir. 
Belə  bazarlarda  rəqabətli  inhisarın  mövcud  olması,  sahəyə 
yeni  firmaların  daxil  olmasının  asanlığı  ilə  əlaqədardır.  Armatur 
istehsalı  oliqopolik  inhisarın,  sabun  isə  rəqabətli  inhisarın 
nümunəsidir.  Çünki  armatur  istehsalı  miqyas  effekti  ilə  əlaqədar 
olub,  iri  ilkin  kapital  qoyuluşunu  tələb  etdiyindən  bura  istənilən 
qədər  firma  daxil  ola  bilmir.  Lakin  sabunun  və  onun  yeni 
növlərinin istehsalı üçün iri istehsalın yaradılması zəruriliyi tələb 
olunmadığından və iqtisadi mən- 
191 


fəət  təmin  olunduğundan  sahəyə  hər  an  yeni  firmalar  daxil  ola 
bilər.  Yeni  firmalar  istehlakçılara  yeni  marka,  ticarət  nişanları, 
yeni qablaşdırma ilə məhsul təklif etmək imkanına malik olurlar 
ki,  bu  da  rəqabətli  inhisarın  fəaliyyətini  uzunmüddətli  edir. 
Rəqabətli inhisar şəraitində qiymətə və istehsalın həcminə diqqət 
yetirdikdə aydın  olur ki, firma mənfəətin maksimumlaşdırılması 
naminə 
qısa 
və 
uzun 
müddət 
ərzində 
onların 
müəyyənləşdirilməsində  son  gəlir  və  son  xərcin  bərabərliyi 
prinsipini  əsas  götürəcək.  Qrafik  təsvirdə  bunu  aydınlaşdıraq. 
Burada  iki  firmanın  qiymət  (tələb),  son  gəlir,  orta  ümumi  xərc 
əyriləri  əks  olunub.  Birinci  firma  (şəkil  4)  mənfəətini 
maksimumlaşdırmaq  istəyir.  İkinci  firma  isə  (şəkil  5)  ziyanı 
minimumlaşdırmaq istəyir. 
Şəkil 4 
 

192 


Şəkil 5 
 

Şəkildoki  D-toləbi;  MR--son  gəliri;  MC-son  xərci; 
AVC-orta dəyişən xərci; ATC-orta ümumi xərci əks etdirir. 
Belə vəziyyət  təkmil rəqabətə oxşasa da, lakin fərqli cəhət 
ondan  ibarətdir  ki,  firmaların  məhsullarına  olan  tələb  mütləq 
elastik deyil. Ona görə də son gəlir xətti tələb xəttindən aşağıdır. 
Firma ən yüksək mənfəətini Po qiyməti ilə Qo həcmində əldə edir
ancaq  ziyanı  minimumlaşdırılmağa  çalışan  firma  isə  bunu  Pı 
qiyməti ilə Qı həcmində əldə edir. 
Lakin  rəqabətli  bazarda,  iqtisadi  mənfəət  və  ziyan  uzun 
müddət yan-yana ola bilməz. Qısa müddətdə ziyana dönən firma, 
uzun  müddət  ərzində  isə  sahəni  tərk  etməyə  üstünlük  verəcək. 
Bununla yanaşı yüksək iqtisadi mənfəət cəlbediciliyi ilə digər yeni 
firmanın sahəyə daxil olmasını stimullaşdıracaq. 
İnhisarçı  firmaların  davranışına  vergi  səviyyəsi  də  təsir 
göstərir.  Verginin  artımı  son  xərc  əyrisinin  dəyişilməsinə  səbəb 
olur (şəkil 6). 
193 


Şəkil 6 
 
Qı Qo 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə