Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


I FƏSİL. MİKROİQTİSADİYYAT: PREDMETİ



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə20/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   233
Bazar 1

I FƏSİL. MİKROİQTİSADİYYAT: PREDMETİ, 
FƏALİYYƏT DAİRƏSİ VƏ TƏDQİQAT OBYEKTİ 
1.1.
 
Mikroiqtisadiyyatın predmeti 
1.2.
 
İqtisadi subyektlərin fəaliyyətinin qarşılıqlı əlaqəsi 
1.3.
 
Müxtəlif iqtisadi sistemlərdə iqtisadi subyektlərin 
davranışı 
1.1.
 
Mikroiqtisadiyyatın predmeti 
Mikroiqtisadiyyat iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi 
olahiddə şəkildə mövcud olan, iqtisadi subyektlərin fəaliyyətini və 
davranış  qaydalarını  öyrənir.  Burada,  hər  şeydən  əvvəl,  ev 
təsərrüfatı,  firmalar  və  ayrı-ayrı  sahələrin  fəaliyyəti  nəzərdə 
tutulur.  Mikroiqtisadiyyat,  eyni  zamanda  müxtəlif  bazarları, 
konkret qiymətləri, konkret əmtəə və xidmətləri, ayrı-ayrı iqtisadi 
subyektlərin  fəaliyyətlərini  həm  fərdi,  həm  də  əlaqələndirilmiş 
şəkildə  öyrənir.  Mikroiqtisa-  diyyatın  mühüm  və  fərqli  cəhətləri 
ondan  ibarətdir  ki,  iri  bazar  strukturlarının  formalaşmasında  və 
təşəkkül  tapmasında  iqtisadi  subyektlərin  qarşılıqlı  əlaqəsini 
öyrənir.  Bundan  əlavə,  mikroiqtisadiyyatı  aşağıdakı  şəkildə  də 
qeyd etmək olar: 
1.
 
Mikroiqtisadiyyat ayrı-ayrı iqtisadi subyektlərin 
müstəqil qəbul etdiyi qərarları öyrənir; 
2.
 
Mikroiqtisadiyyat ayrı-ayrı bazarlarda iqtisadi subyektlərin 
qarşılıqlı təsir dairəsini tədqiq edir. 
Bu deyilənləri nəzərə alaraq mikroiqtisadiyyatın predmeti 
kimi  ayrı-ayrı  bazarlarda  müxtəlif  iqtisadi  subyektlərin  davranış 
qaydalarını öyrəndiyini qəbul etmək olar. Göstərmək lazımdır ki, 
mikroiqtisadiyyat  fərd  və  firmaların  təsərrüfat  fəaliyyətlərinin 
əlaqələndirilməsində  xüsusi  rol  oynayan  bazar  mexanizmi 
vasitəsilə özünü daha əyani şəkildə əks etdirir. 
27 


Bazar  müstəqil  qərar  qəbul  edən  iqtisadi  subyektlərin 
arasında  baş  verən  qarşılıqlı  münasibətləri  əks  etdirən  forma 
olmaqla,  bazar  sisteminin  fəaliyyətini  əks  etdirən  mexanizmdir. 
Bazar  iqtisad  elmində  ən  geniş  yayılmış  anlayış  olmaqla 
mikroiqtisadi  proseslərin  təhlilində  və  izahında  tətbiq  olunan 
məfhumdur.  Bazar  ifadəsi  zahirən  anlaşılan  məfhum  kimi  qəbul 
olunsa  da,  lakin  onun  fəaliyyətində  olduqca  mürəkkəb  və  çətin 
anlaşılan  müddəalar  əmələ  gəlir.  Hər  şeydən  əvvəl,  bazar  əmtəə 
təsərrüfatının 
təzahür 
forması 
olmaqla 
istehsalçılarla 
istehlakçıların və ya satıcılarla alıcıların sərbəst görüşü və sərbəst 
qərar  verdiyi  məkandır.  Bazarın  meydana  gəlməsinin  obyektiv 
səbəbi kimi aşağıdakıları qeyd etmək olar: 

 
ictimai əmək bölgüsü və ixtisaslaşma

 
istehsalçıların iqtisadi əlahiddəliyi

 
mülkiyyət hüququnun verilməsi ilə bağlı problemin həll 
olunması; 

 
istehsalçının müstəqilliyi

 
sahibkarlığın azadlığı; 

 
resursların mübadiləsinin sərbəstliyi. 
Bununla  əlaqədar  olaraq  “bazar”  məfhumu  çoxşaxəli 
xarakter  alır  və  ona  görə  də  onu  birmənalı  xarakterizə  etmək 
mümkün deyil. 
Mikroiqtisadi  səviyyədə  iqtisadi  fəaliyyət  mexanizmi 
özünü ən çox bazar vasitəsilə əks etdirdiyindən burada hər bir fərd, 
ev  təsərrüfatında  və  firmada  məşğul  olanlar,  əsasən  aşağıdakı 
suallara cavab tapmağa hazır olmalıdırlar: 

 
nə qədər və hansı həcmdə mövcud olan resurslardan 
istifadə etməklə məhsul istehsal etmək olar? 

 
nə istehsal etmək lazımdır? 

 
hansı məhsul və xidmətləri istehsal etməklə ona olan 
tələbatı ödəmək olar? 

 
necə belə məhsulları isehsal etmək olar? 

 
istehsal necə təşkil olunmalıdır? 

 
hansı texnoloji vasitələrdən istifadə etmək olar? 
28 



 
bu məhsulları kim əldə etməlidir? 
®  fərdi  istehlakçılar  arasında  istehsal  olunan  bu  məhsullar 
necə bölünməlidir? 

 
dəyişilən şəraitə uyğun olaraq istehsalı necə qurmaq 
olar? 

 
istehlak 
tələbindən 
resurs 
təminatında 
istehsal 
texnologiyasında  baş  verən  dəyişikliklərlə  mövcud  istehsal 
prosesini uzlaşdırmaq mümkündürmü? 
Bu qoyulan suallara cavab verməkdən ötrü, hər şeydən əvvəl, 
biz  ayrı-ayrılıqda  insan  fəaliyyətinin  əsasım  təşkil  edən  tələbatın 
ödənilməsi prosesinə diqqət yetirməliyik. 
Tələbatın  ödənilməsi  prosesi,  hər  şeydən  əvvəl,  resurslar, 
texnologiya, məhsul və onların istifadəsi üstün rola malik olmaqla 
qarşılıqlı  əlaqəli  şəkildə  mövcuddurlar.  Tələbatın  ödənilməsi 
özü-özlüyündə  spiralvari  xarakter  daşımaqla  resursların, 
texnologiyanın, məhsulların və onlardan istifadənin qarşılıqlı əlaqə 
şəraitində bir tələbatın ödənilməsi ilə digər bir tələbatın meydana 
gəlməsinə də səbəb olur. Beləliklə də, istər fərd, istər ev təsərrüfatı, 
istərsə də firma və sahə səviyyəsində 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə