Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   145

 85
göstərmir, dərsdə diqqətin əsas məqsədə yönəldilməsi çətinləşir. Bu isə şagirdlərin fəallığının artmasına 
nisbətən mane olur. 
2.
 
Müəllim materialı hissə-hissə şərh edə-edə hərəkəti də nümayiş etdirir.  
Bu metodun üstün cəhəti ondadır ki, bu vaxt materialın daha yaxşı qavranılmasına kömək edən 
analizatorların həmin prosesdə fəaliyyəti artır. Tədris materialının mənimsədilməsinə daha çox analizator 
qoşulur: məsələn, əllərə dayaq verib, irəliyə mayallaq aşmaq öyrədilirsə, müəllim ilk növbədə şagirdlərə 
dayaqlı oturuş vəziyyətini və bu vəziyyətdən qıçları düzəldib bədənin bütün ağırlığını qollar üzərinə necə 
salmağı şərh edir. Sonra həmin elementlər şagirdlər tərəfindən icra olunur, buraxılmış nöqsanlar yerində 
düzəldilir. Daha sonra müəllim qolları bükərək başı irəliyə  əymək və ayaqlarla təkan verməklə başın 
üzərindən qabağa mayallaq aşmaq və  cəld aayağa qalxmağın texnikasını öyrədir. Hərəkət müəllimin 
komandası ilə icra olunur. Bu vaxt hərəkətlər müşahidə edilir, nöqsanlar aşkara çıxarılır və yerindəcə 
düzəldilir. Daha sonra təkan vermək qaydaları, xüsusilə onun yuxarıya deyil, irəliyə doğru edilməsi
aşarkən başın döşəməyə toxunmaması və s. şərh olunur. Bütün bunlardan sonra hərəkət bütövlükdə asta-
asta, fasilə verilmədən, ritmik yerinə yetirilir.    Bu prosesdə də hərəkətlərin yerinə yetirilmə vəziyyətləri 
təhlil olunur. qüsurlar meydana çıxarılır, onun aradan qaldırılması üçün düzəliş və göstərişlər verir. 
                 Başqa bir xarakterik fakta mürəciət edək.  Müəllim cisim atmağı (kiçik tennis topu) 
öyrətməzdən qabaq sağlamlığın möhkəmləndirilməsində,  əməyə  və  Vətənin müdafiəsinə hazırlıq 
işlərində bunun mühüm rol oynadığını şagirdlərin nəzərinə çatdırır. Cismin ağırlığı, çəkisi, forması, onun 
atılacağı sahə haqqında şagirdlərə nəzəri məlumatlar verilir. Bundan sonra uşaqların nəzərinə çatdırılır ki, 
kiçik tennis topunu atarkən üz onun atılma istiqamətində olmalı, sol ayaq arxada olmalı, pəncələr 
üzərində dayanmalı, qollar dirsəkdən bükülməli, Bilək və top üz səviyyəsində saxlanılmalıdır. Arxaya çox 
əyilməmək, ağırlığı sağ ayağın üzərinə salmaq, topu bir an gecikdirmədən cəlb boyun arxasına aparmaq 
lazımdır. Uşaqlar, deyilənlərlə yanaşı, kiçik tennis topunu atarkən sağ ayağı bir qədər bükməli, sol ayağı 
düz saxlamalı, təzyiq (ağırlıq) isə dabana düşməlidir. Atma dövründə sağ  qıç diz oynağından açılmalı, 
ağırlıq sol ayaq üzərinə düşməlidir. Müəllim hərəkətin icrası texnikasını  şərh etməklə  əyanilikdən də 
istifadə edir. 
              -  Uşaqlar, həmin vəziyyətdə (burada əl, gövdə  və ayaqların və s. vəziyyəti nəzərdə tutulur) əl 
sürətlə qabağa getməli, topu qüvvətlə atmalıdır. Top atıldıqda qol və çiyinlər irəli getməlidir. 
              Bütün bunlar hərəkətin texnikasının daha y 
axşı qavranılmasına kömək edən bir çox 
analizatorların, o cümlədən görmə, eşitmə, duyğu üzvlərinin iştirakına səbəb olur. Bu isə  şagirdlərin 
hərəkət fəallığının yüksəlməsinə zəmin yaradır. 
              Müşahidələrdən məlum olur ki, hər iki halda hərəkətlərin yerinə yetirilməsi texnikasının 
şərhindən sonra birbaşa  əyaniləşdirməyə keçmək o qədər də  səmərəli olmur. Bunu həm də  dərsin 
əyaniləşdirilməsi və bu zaman qarşıya çıxan çətinliklərin şərh vasitəsilə aydınlaşdırılması prosesinə də aid 
etmək olar. Çünki təlim metodlarının bir-biri ilə, eləcə  də  şərhin  əyaniliklə  cəld  əlaqələndirilməsi 
şagirdlərin yaradıcılıq və dərketmə qabiliyyətlərini istənilən səviyyədə inkişaf etdirmir. Onlar hərəkətin 
texnikasını, demək olar ki,  mexaniki  öyrənirlər. Əgər şərh metodu kifayət qədər başa düşülürsə, daha 
doğrusu, hərəkətlər çətinlik olmadan icra edilirsə, həmin hərəkətin yerinə yetirilmə texnikasını 
göstərməyə ehtiyac yoxdur. Yaxud oyunun məzmunu və keçirilməsi asanlıqla dərk edilirsə, onun tələb və 
qaydalarının nümayiş etdirilməsinə ehtiyac qalmır.  Əksinə, öyrədilən hərəkət və oyunların məzmununu 
və onların icra olunma qaydalarını yalnız bir qrup şagird dərk edə bilibsə, onda keçilən hərəkət və 
oyunların məzmunu  şərh olunmalı, eləcə  də  şagirdlərin gözləri önündə nümayiş etdirilməlidir. Hərəkət 
göstərilərkən şagirdlərin diqqəti hərəkətin texnikasının  ayrı-ayrı elementlərinə yönəldilməli, onun düzgün 
yerinə yetirilməsinin əhəmiyyəti izah olunmalı, qüvvə, temp, amplituda, sürət və s. haqqında şagirdlərə 
nəzəri məlumatlar mənimsədilməlidir. Eyni zamanda müəllim şagirdlərə öz hərəkətlərini dəqiq, incə və 
çevik yerinə yetirməyi öyrətməlidir. Bunun üçün I sinifdən başlayaraq bütün siniflərdə şagirdləri manqa-
dəstə  və ya qruplara bölüb, hərəkətlərin dəqiqliyi, incəliyi və çeviklik üzrə yarışlar keçirmək zəruridir. 
Belə yarışlar, nəinki dərs prosesində, həmçinin dərsdənkənar vaxtlarda da aparıla bilər. Bu, şagirdlərin 
dərsə marağının artırılmasında, hərəkətlərin az enerji sərf etməklə vaxtında yerinə yetirilməsində mühüm 
əhəmiyyət kəsb edir. 
              Şərh uzun çəkməməli, qısa və konkret olmalıdır. Tədris materialı  şərh olunduqdan sonra fasilə 
şagirdlərin qoyulmuş məsələ üzərində düşünmələrinə istiqamətləndirilməlidir. 


 86
              Bədən tərbiyəsi dərsinin spesifik xüsusiyyətlərindən biri praktik işlərə daha geniş yer 
ayrılmasındadır. Təcrübə göstərir ki, bunu şagirdlərin bioloji inkişafı, psixoloji xüsusiyyəti və  dərsin 
spesifik məqsədyönlüyü tələb edir. Uzun şərh və fasilə şagirdlərin diqqətini yayındırır. Ona görə də şərh 
qısa müddətdə aparılmalı, sonra hərəkətin icra edilmə texnikası əyaniləşdirilməlidir. 
              Şərh metodu tətbiq edildikdə şagirdlərin fəallığının müəyyən dərəcədə zəifliyi müşahidə olunur. 
Tədqiqat və məktəb təcrübəsi göstərir ki, bədən tərbiyəsi üzrə yeni nəzəri və həm də praktik materialların 
müəllimin nəql və müsahibə metodlarından istifadə etməklə  tədrisi  şagirdləri düşündürür və  fəallığını 
yüksəldir. Yeni hərəkət texnikası izah və  nəql vasitəsilə öyrədilərkən müəllim tərəfindən problem 
xarakterli suallar qoyulur, bununla da şagirdlər fikirləşmək imkanı  əldə edirlər.  Şagirdlər həmin 
hərəkətləri nə məqsədlə icra etdikləri barədə düşünürlər. Hərəkəti yerinə yetirmək üçün bu sahədə indiyə 
qədər qazandıqları bilikləri əldə etdikləri bacarıq və vərdişləri fikir süzgəcindən keçirirlər. Onlar həm də 
var qüvvəsini toplayıb diqqətini hərəkətin icrasına yönəldirlər: məsələn, gimnastika skamyası üzərində 
əllərin və ayaqların köməyilə  dırmanmaq hərəkətini öyrədərkən müəllim  şagirdlərə  bəzi nəzəri 
məlumatları çatdırdıqdan sonra onlara sual verir: 
              -  Dırmanma hərəkətinin həyat üçün nə kimi əhəmiyyəti  var?      Sualın cavabı aydınlaşarkən, 
şagirdlər bu hərəkətin qol-qıç və qarın  əzələ qüvvəsinin artırılmasında, sağlamlığın 
möhkəmləndirilməsində,  əməyə  və  vətənimizin müdafiəsinə hazırlıq işində xüsusi əhəmiyyətə malik 
olduğunu daha dərindən dərk edirlər, sonra isə müəllim dırmanma zamanı gimnastika skamyasından 
düzgün tutmağın  əhəmiyyətindən, onun təhlükəsizlik üçün zəruriliyindən danışır. O, dırmanmanı 
öyrətməzdən əvvəl skamyadan düzgün tutmaq qaydasını göstərir. Şagirdlər gimnastika divarına bir qədər 
də yaxınlaşdırılır və skamya üzərinə  çıxmaq qaydasını öyrənirlər. Sonra isə baş barmaqlar yuxarıda 
(skamyanın üstündə), qalan barmaqlar isə  aşağıda olmaqla hər iki əllə skamyanın kənarından tutmaq 
qaydası göstərilir. Hərəkət müəllimin işarəsi ilə (komandası ilə)  şagirdlər tərəfindən bir neçə  dəfə 
kollektiv  şəkildə icra olunur. Daha sonra müəllim gimnastika skamyasında diz üzərində çöməlmə 
vəziyyətində  ağırlığı qollar və dizlər üzərinə salmağın vacibliyini izah edir. Şagirdlərin həmin hərəkəti 
yerinə yetirməyə marağını, həvəsini daha da artırmaq, fikri fəallığını daha da yüksəltmək məqsədilə 
onlara müraciət edir: 
              -  Gimnastika  skamyası üzərində  dırmaşarkən qol və  əllərin vəziyyəti necə olmalıdır? 
Dırmanma zamanı hara baxmaq lazımdır? Bu vaxt başın, gövdənin vəziyyəti necə olmalıdır? 
Dırmanma zamanı ayaq və dizlərin vəziyyətini kim göstərə bilər? 
              Mövzu üzrə belə sualların verilməsi şagirdləri bəzi çətinliklər qarşısında qoyur və fikirləşməyə 
məcbur edir. Belə suallar şagirdlərə əvvəlki dərslərdə öyrəndikləri hərəkətləri xatırladır, tədris materialı 
təkrar yolu ilə bir daha möhkəmləndirilir. Şagirdlərin yeni bilik, bacarıq və vərdişlər öyrənməyə ciddi səy 
göstərirlər. Beləliklə, bir tərəfdən müəllimin verdiyi suallara şagirdlərin düzgün cavab tapmaları, digər 
tərəfdən də hərəkətlərin yerinə yetirilməsi sahəsində nəticə çıxarmaları onları yeni-yeni çətinlikləri aradan 
qaldırmağa, dözümlülüyə, davamlılığa, iradəliliyə sövq edir. 
              Bədən tərbiyəsinin tədrisində həmişə problemli şərait yaratmağa ehtiyac yoxdur. Çünki: 1) bədən 
tərbiyəsi dərsi, əsasən praktik xarakter daşımaqla daha çox hərəkətlərin icrasına yer verməyi tələb edir; 2) 
dərsdə tez-tez problem-şəraiti yaratmağa səy göstərmək vaxtın boş keçməsi, dərsin sıxlığının aşağı 
düşməsi deməkdir; 3) problemli şərait yaratmaq şagirdləri, xüsusən kiçik məktəbyaşlı uşaqları daim çətin 
vəziyyətdə qoyur və onlarda zehni gərginliyi artırır. Bədən tərbiyəsi fənninin başlıca vəzifələrindən biri 
isə,  əksinə,  şagirdlərin zehni gərginliyini aradan qaldırmaqdan, bu prosesdə  uşaqların fəal istirahətini 
təmin etməkdən ibarətdir. Bütün bunlara baxmayaraq, bədən tərbiyəsinin tədrisində problemli təlimlə 
əlaqədar söylənilən çatışmamazlıqlar heç də onun ümumi qiymətini azaltmır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə