79
əvvəla həmin hərəkətlərin strukturunda dəyişiklik olmasın və bu fiziki hərəkətlər
eyni şəraitdə icra
olunsun. Eyni şəraitdə və eyni məzmunda fiziki hərəkətlərin təkrar-təkrar yerinə yetirilməsi vərdiş halına
keçir. Bu da hər hansı bir hərəkəti çox da düşünmədən eyni səviyyədə icra olunmsı deməkdir. Bütün
bunlar hərəkətlərin tədricən avtomatlaşdırılmasına səbəb olur.
Avtomatlaşdırma – bu vərdişin mühüm xarakteridir. Vərdişin yaranmasında, hərəkətin hansı
şəraitdə və hansı situasiyada icrası xüsusi diqqət mərkəzində olmalıdır. Mütəhərrik oyunların təlimində
bütün bunlar özlərini daha qabarıq şəkildə biruzə verir. Hərəkətlərin avtomatlaşdırılması onları daha
geniş tətbiqi imkanlarını da artırır.
Hərəkətlərin avtomatlaşdırılması vərdişin möhkəmliyini və sabitliyini də təmin edir. Vərdişin
stabilləşməsində öyrənilmiş hərəkətlərin dəfələrlə təkrarı və keyfiyyətlə yerinə yetirilməsi ilə sıx
əlaqədardır. Hərəkətlərin vərdiş halına düşməsi onun dəqiq, keyfiyyətlə və az vaxt ərzində icra
olunmasına səbəb olur. Bundan əlavə, xoşagəlməz şəraitdə, hətta pis hava şəraitində, yorğunluq və
psixoloji gərginlik dövründə belə hərəkətlər düzgün və səhvsiz yerinə yetirilir, maneələr aradan qaldırılır.
II.5. Fiziki tərbiyənin təlim prinsipləri
Fiziki tərbiyə – tərbiyənin tərkib hissələrindən biri olmaqla, həm də pedaqoji prosesdir. Buna
görə də, fiziki tərbiyə prosesinin optimal təşkili pedaqoji prinsiplərlə sıx əlaqədardır. Bu prinsiplər
çoxdur. Alimlər həmin prinsipləri təsnif etmişlər. Lakin bu məsələdə onlarda müxtəlif fikir ayrılığı olmuş
və hazırda da vardır. Hətta mövcud cəmiyyətin inkişafı ilə əlaqədar, yəni ona xidmət edən pedaqoji
prinsiplər də olduğunu iddia edən alimlərə də rast gəlmək mümkündür. Fiziki tərbiyə məşğələlərində
istifadə olunan prinsiplər bunlardır.
5.1. Ümumpedaqoji təlim prinsipləri
Şüurluluq və fəallıq prinsipləri. Həmin prinsiplərdə başlıca məqsəd tələb olunan bilik, bacarıq
və vərdişləri şüurlu və fəal şəkildə dərk etmək, təhsil və mühakimə yolu ilə öz hərəkətlərini
qiymətləndirmək, nöqsanları aradan qaldırmaqdır.
Eyni zamanda, məqsədi və vəzifələri başa düşməklə
yanaşı, bütövlükdə hərəkətləri, oyunları və kütləvi-idman, bədən tərbiyəsi tədbirlərini anlamaq və işin
nəticəsini dərk etməkdir. Başqa sözlə desək, göstərilən prinsiplərə düzgün riayət etməklə fiziki tərbiyə ilə
məşğul olanlar bu təlimin məqsəd və vəzifələrini, onun hərtərəfli inkişafa təsirini çox aydın surətdə dərk
edirlər. Məşğələlərin həmin prinsiplərə uyğun olaraq təşkili fiziki tərbiyə zamanı qazanılmış bilik, bacarıq
və vərdişlərin, habelə hərəki keyfiyyətlərin (güc, cəldlik, dözümlülük, möhkəm iradə və s.) insan həyatı
üçün mahiyyətini şüurlu olaraq anlayırlar. Bütün bunlar isə fiziki hərəkətlərin, idman oyunları və güləşin
texniki fəndlərinin, bu sahədəki taktiki elementlərin uşaqlar tərəfindən şüurlu
mənimsəməsindən ötrü
zəmin yaradılmasına kömək edir. Uşaqlar məşğələyə ciddi yanaşır, özlrində məsuliyyət hiss edirlər.
Bundan əlavə, uşaqlar həm də bu sahədəki səhvlərini düzəltməyə və daha yüksək nailiyyətlər əldə etməyə
səy göstərirlər.
Fiziki tərbiyə məşğələləri zamanı şagirdlərin fəallıq göstərməsinin özü də təlimin səmərəliliyinə
müsbət təsirini göstərir. Fiziki tərbiyə məşğələlərində lazımi fəallıq göstərmək onun mahiyyət və
məzmununun düzgün dərk olunmasından mühüm dərəcədə asılıdır. Məşğələnin məzmunu və
mahiyyətinin düzgün başa düşülməsi, anlaşılması uşaqları müntəzəm məşğul olmağa, ona ciddi
yanaşmağa sövq edir.
Bütün bunlara görə də müəllim qarşıya qoyulmuş vəzifənin şagirdlər tərəfindən başa düşülüb-
düşülmədiyi, nəticəni anlanılmağını və ya əksinə anlanılmadığı ilə maraqlanmalı, kor-koranə deyil,
səmimi,
obyektiv, tənqidi münasibət göstərməklə nöqsanları düzəltməlidir.
Hərtərəfli inkişaf prinsipi. Müstəqillik dövründə təlim-tərbiyə işləri vaxtı bu prinsipin tətbiqinə
çox böyük ehtiyac vardır. Çünki, müstəqillik digər cəhətlərlə bərabər, həm də əhalinin, xüsusən yetişən
gənc nəslin normal, sağlam, gümrah, Vətənin müdafiəsinə hazır olmasını tələb edir.
Söylənilənlər fiziki kamilliklə sıx əlaqədardır. Fiziki kamillik dedikdə, müxtəlif növ fiziki
hərəkətlər və oyunlar vasitəsilə insanların mədəni və mənəvi səviyyəsini yüksəltməyə, zehni, əxlaqi və
80
estetik tərbiyəsini formalaşdırmağa, hərəki bacarıqlarını, vərdişlərini və keyfiyyətlərini
inkişaf etdirməyə
nail olmaq deməkdir.
Bədən tərbiyəsi və ya sinif müəllimi fiziki tərbiyə məşğələlərində apardığı təlim-tərbiyə işləri
kiçik məktəbyaşlı uşaqların hərtərəfli inkişafına səbəb olmalıdır. Bu vaxt təlim – məşğələlərdə 2 cəhətə
diqqət yetirilməlidir:
birincisi, aparılan təlim-tərbiyə işləri digər fənlərdə göstərilən tədbirlərlə, həmçinin
tərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədar olmalıdır. Bu prosesdə əmək, estetik, əxlaq, zehni, mənəvi
və s. tərbiyəyə fikir verilməli və inkişaf etdirilməlidir.
İkincisi, hərtərəfli fiziki inkişaf və fiziki hazırlıq
məşğələdə mühüm yer tutmalıdır. Yəni uşaqların ümumi və xüsusi fiziki hazırlığı artırılmalı, həmçinin
orqanizmin forma və funksiyalarında müsbət dəyişikliklər olmalı, fiziki keyfiyyətlər, bilik, bacarıq və
vərdişlər daha da formalaşmalıdır.
Ardıcıllıq prinsipi. Fiziki tərbiyə məşğələlərinin ardıcıllıq prinsipi əsasında qurulması fiziki
hərəkətlərin və oyunların texniki cəhətdən düzgün yerinə yetirilməsində həlledici əhəmiyyətə malikdir.
Buna görə də fiziki mədəniyyət proqramının tədris materialları ardıcıl olaraq öyrədilməlidir. Həmin
prinsipə görə yeni öyrədilən fiziki hərəkətlər əvvəllər öyrənilmiş hərəkətlərə və oyunlara istinad
olunmaqla öyrədilməli, bir növ yeni təlim edilənlər əvvəllər öyrədilmişlərin davamı olmalıdır.
Burada
əvvəllər asan, sonralar isə mürəkkəb hərəkətlərin, fəndlərin öyrədilməsini unutmaq olmaz.
Tədricilik prinsipi. Bu prinsipdə dərsdə fiziki yükün tədricən yüklənməsini, işin həcminin və
sıxlığının tədricən artmasını, məqsəd və qarşıya qoyulmuş vəzifələrin, hərəkət və oyunların, fəndlərin
tədricən mürəkkəbləşdirilməsini tələb edir. Təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə,
məlumdan məchula prinsipinə əməl etmək nəzərdə tutulur.
Əyanilik prinsipi. Əyanilik prinsipi göstərilən hərəkət və fəndlər üzrə uşaqlarda daha konkret,
daha düzgün təsəvvür anlayışı yaradır. Fiziki hərəkətlərin və oyunların daha yaxşı öyrədilməsində
əyaniliyin əhəmiyyəti əvəzedilməzdir. Hərəkət və fəndləri
göstərməzdən əvvəl, göstərilən zaman və
göstəriləndən sonra onun yerinə
yetirilməsinə dair izahatlar vermək olar.
Fiziki hərəkətləri canlı (natural) surətdə göstərilməsi (əyani olaraq) daha məqsədəuyğundur.
Uşaqlar bu zaman praktik şəkildə hərəkətlərin və fəndlərin necə icra olunmasını müşahidə edirlər.
Hərəkətlərin yerinə yetirilməsinin lazımi səviyyədə qavranılmasında, anlanılmasında şəkillərdən, sxemlər,
diaqramlar, rəsmlər, fotoşəkillər, afilmlər və s. istifadə təlim üçün xüsusi əhəmiyyət kəsb edir.
Hərəkətlərin öyrənilməsində əyanilik prinsiplərindən birgə istifadənin özü də tədrisin səviyyəsinin
yüksədilməsinə xidmət edir.
Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Həmin prinsip əsasında dərsin təşkilinə,
onun təkrarlanmasına və daha da dərinləşdirilməsinə imkan verir. Nəticədə bütün bunlar fiziki tərbiyə
məşğələlərində qazanılmış bacarıq və vərdişlərin möhkəmləndirilməsinə səbəb olur. Təkrar başlıca olaraq
məşğələnin əsas hissəsində aparılır. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsiplərinə riayət edərkən
bir cəhətə xüsusi diqqət yetirilməlidir. Bu hər hansı bir hərəkəti və ya fəndi düzgün icra etmədikdə,
lazımi səviyyədə öyrənmədikdə digər
bir hərəkətin, fəndin təliminə keçməməlidir. Bunun üçün də
hərəkətlərin və ya fəndlərin məktəblilər tərəfindən icraetmə qabiliyyəti tədris normativləri və ya testlər
vasitəsilə yoxlanılmalıdır.
Fərdi yanaşma prinsipi. Fiziki tərbiyə məşğələlərində ibtidai məktəb şagirdlərinin fərdi
xüsusiyyətləri nəzərə alınmalı, məşğələlər onların fiziki hazırlığına, yaş xüsusiyyətlərinə və idman
oyunları fəndlərinin yerinə yetirilməsi texnikasının səviyyəsinə uyğun aparılmalıdır. Bu prinsipin başlıca
tərəflərindən biri məktəblilərin güclü və zəif cəhətləri nəzərə alınaraq fiziki yük verməklə sıx bağlıdır.
Çünki orqanizmin dinamikasının quruluşu, onun fiziki yükə reaksiya vermə qabiliyyəti müxtəlifdir.
Orqanizmin funksional imkanları, prisixoloji keyfiyyətlərin müxtəlif olması da məşğələlərdə fərdi işin
aparılmasını tələb edir. Deyilənlərin nəzərə alınması orqanizmin daha da inkişafına şərait yaratmaqla
yanaşı, hərəkət və oyunlar üzrə bacarıq və vərdişlərin formalaşması prosesinə də müsbət təsir göstərir.
5.2. Fiziki tərbiyənin spesifik təlim prinsipləri
Fiziki tərbiyənin əmək təcrübəsi ilə əlaqəsi prinsipi. Qeyd etmək lazımdır ki, insan həyatının
bütün dövrlərini əməksiz təsəvvür etmək qeyri-mümkündür. İnsanla əməklə yaşayır, inkişaf edir,
təkmilləşir və şəxsiyyət kimi formalaşır. Buna görə də kiçik məktəbyaşlıların əməyə məhəbbət
və sevgi,
bu sahədə müvafiq keyfiyyətlər, bacarıq və vərdişlər uşaqlıq dövründən başlayaraq aşılanmalı, inkişaf