Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   145

 73
çıxır. Birinci «passiv istirahət»,  ikinci hal isə «fəal istirahət» adlandırılmışdır. Burada bir əlin əlavə işi 
yorulmuş sinir mərkəzlərini oyandırır. 
              «Passiv istirahət» və «fəal istirahət» deyilən hallar fizioloji qiymətini İ.P.Pavlovun tədqiqatlarına 
əsaslanaraq almışdır. Pavlovun təliminə görə baş beyin qabığının fəaliyyəti  əsasında iki proses durur. 
Bunlardan biri oyanma, digəri isə  ləngiməlidir. Oyanma və  ləngimə proseslərinin normal  surətdə 
növbələşməsinə  səbəb hiss üzvlərindən mərkəzi sinir sisteminə  gələn müxtəlif növ impulslardır. Baş 
beyin qabığına qıcıq gəlirsə,  onun müəyyən nahiyyəsində oyanma mənbəyi yaranırsa, bu mənbənin 
ətrafında olan digər sinir hüceyrələrində  də  ləngimə  əmələ  gəlir. Pavlovun  təliminə görə yorğunluğun 
aradan qaldırılmasını xarici mühit qıcıqlandırıcılarının təsiri ilə  bədən hissələrindən mərkəzi sinir 
sisteminə gedən qıcıqlarla izah edirlər. Buna aid nümunə  də  gətirirlər. Boksçu rinqdə  rəqibi ilə  kəskin 
mübarizə aparır. Onun gərgin əzələlərində, bağ və vətərlərində yerləşən əzələ hissi reseptorlarından beynə 
sinirlər vasitəsilə küllü miqdarda siqnallar gedir. Mübarizənin əvvəllərində boksçu nəinki yorğunluq hiss 
etmir, hətta hərəkətlərin koordinasiyası da yaxşılaşır. Lakin mübarizə davam etdikcə boksçunun əzələ 
hissi reseptorlarının uzun müddət qıcıqlanması və mübadilə prosesində əmələ gələn kimyəvi maddələrin 
qana daxil olaraq təsir göstərməsi, habelə başqa amillər idmançının yorğunluğuna səbəb olur. Deməli, 
boksçunun yorğunluğunda reseptor vasitəsi ilə qəbul edilib, mərkəzi sinir sisteminə nəql olunan qıcıqlar 
başlıca əhəmiyyət kəsb edir. 
              Sinir  sisteminin  əmək qabiliyyətinin saxlanılmasında mühüm rol oynayır. A.Q.Gnesinski və 
Q.A.Orbeli təcrübə yolu ilə sübut etmişlər ki, əgər son dərəcədə yorulmuş    əzələnin simpatik sinirini 
qıcıqlandırsaq, o zaman həmin əzələnin iş qabiliyyəti bərpa olunur. Çünki simpatik siniri qıcıqlandırdıqda 
biz  əzələdə gedən  mübadilə prosesinin həmin  əzələnin qidalanmasını yaxşılaşdırırıq ki, bu da 
yorğunluğun yaranmasına səbəb olur. Belə ki, sinir sistemi əzələlərinin iş qabiliyyətini bərpa etməyə 
qadirdir.   
              İ.M.Seçenov xüsusi erqoqrafda öz əli ilə və ayağının iş qabiliyyətini və bu iş qabiliyyətinə fəal 
istirahətin təsirini öyrənmişdir. O, təcrübəsini aşağıdakı qaydada da aparmışdır. Blokdan keçirilmiş 
qaytandan asılmış 3,5 kq ağırlığında yükü, şəhadət barmağını büküb-açmaqla dəqiqədə 20 dəfə müəyyən 
hündürlüyə qaldırmışdır. Hərəkətin amplitudası  erqoqramda qeyd olunurdu. Bəlli işdir ki, barmaq 
yorulduqda  erqoqram aşağı enməyə başlayacaqdır. Barmaq tam yorulduqdan sonra o, 10 dəqiqə istirahət 
etmiş və yenə də həmin barmağı ilə işləmişdir. Belə qeyri-fəal istirahətdən sonra iş yenə də həmin əllə 
yorulana qədər davam etdirilmişdir. 
              İ.M.Seçenov ikinci təcrübəsində  işləyən barmağa istirahət verən zaman o biri əlin barmağını 
işlətmişdir. O, göstərmişdir ki, barmaq əzələsinin iş qabiliyyəti sınaqdan keçirilən barmağın istirahəti 
zamanı deyil, həmin əl istirahət edərkən, o biri əlin barmağı işlədiyi ehtimalda daha tez bərpa olunur. 
              Yorğunluqla mübarizədə  iştirak etməyən  əzələ qruplarının hərəkətlərlə deyil, massaj vasitəsilə 
beyin mərkəzlərinin funksional vəziyyəti və  mərkəzi sinir sisteminin oyanıcılığı nisbətən daha yüksək 
olur. Təcrübələrdə müəyyənləşdirilmişdir ki, orqanizmin ayrı-ayrı hissələrinin yorğunluğu ilə 
mübarizədə, yorğunluq prosesində bilavasitə iştirak edən əzələ qruplarını deyil, fiziki işdə iştirak etməyən 
əzələləri maasaj etmək daha məqsədəuyğundur. Gərgin məşqlərdən, yarış və görüşlərdən sonra mərkəzi 
sinir sisteminin yorulmuş hüceyrələrində induksiya sayəsində mühafizəedici ləngiməni dərinləşdirən yeni 
oyanma mərkəzləri yaratmaqda və  iş qabiliyyətinin bərpasında idman massaj fəndlərinin  əhəmiyyəti 
böyükdür. 
              Göstərilən prosesi İ.P.Pavlov aşağıdakı kimi səciyyələndirmişdir: Baş beynin qabığında bütün 
üzvlərin halını  əks etdirən bir qrup hüceyrə vardır. Beləliklə,  əgər iş prosesində başqa  növ fəaliyyətə 
keçirilirsə, məsələn, başqa hərəkətləri icra etmək (əgər iş fiziki isə), o zaman oyanma mənbələri yeni 
mərkəzlərdə  əmələ  gələcəkdir. Bu vaxt əvvəl işləyən mənbələrdə onlara qıcıq gəldiyi üçün fəaliyyət 
sadəcə olaraq kəsiləcəkdir. Onlarda daha dərin induksiyalı  ləngimə  əmələ  gələcəkdir. Bu halda bərpa 
prosesi – istirahət daha tez və yaxşı olur. 
              Məktəb təcrübəsindən məlumdur ki, eyni tədris işini (yazmağı, eyni  mətni oxumağı, danışmağı, 
eyni tipli məsələ    və misalların həllini    çoxlu təkrar etdikdə) dəfələrlə  təkrar etmək nəticəsində 
yorğunluq yaranırsa, başqa işə keçirilirsə, bu zaman isə hər hansı bir idman və ya gimnastika hərəkəti icra 
olunursa, onda yorğunluq keçir, diqqət artır və iş qabiliyyəti yüksəlir. 


 74
              Ümumtəhsil fənlərinin tədrisi prosesində fiziki tərbiyə  dəqiqələrinin təşkili, gərgin zehni 
əməliyyatdan (dərsdən) sonra fiziki tərbiyə  dərslərinin keçirilməsi və sinifdənxaric tədbirlərin təşkilini 
buna misal göstərmək olar.  
              İnsan öz həyat təcrübəsində sınaqdan keçirmişdir ki, hərəkətsiz, oturmuş-uzanmış vəziyyətində 
istirahət etməkdən, zehni gərginlikdən sonra masa arxasından qalxıb bir az söhbət edib – gəzməsi, ev 
şəraitində, təmiz havada bir neçə sadə  tənəffüs hərəkətləri,  əyilib-qalxma, belin, oynaqların yüngülcə 
dairəvi hərəkətlərini icra etməsi,  əl barmaqlarını, ayağın pəncələrini daban hissəsindən azacıq hərəkətə 
gətirməsi istirahət üçün daha faydalı olur. Ona görə də yeni mənbələrdə oyanma yaradan sadə hərəkətləri 
yerinə yetirmək işini tamam  dayandırmaqdan daha məqsədəyğundur. Bu, indiyə  qədər işləyən 
mərkəzlərin fəal istirahət etməsini təmin edir. Yeni qıcıqlarla zəngin olan fəal fasilələrin səmərəli və 
şüurlu həyata keçirilməsinin, heç şübhəsiz ki, effekti daha çox olur. 
              Lakin yadda saxlamalıdır ki, bir işdən başqa bir işə keçərkən fəal istirahəti təmin edən bu və ya 
digər hərəkətlər mürəkkəb, yerinə yetirilməsi çətin və cansıxıcı olmamalıdır. Həddindən artıq gərgin, 
müəyyən fiziki qüvvə və dlözümlülük tələb edən hərəkətlər nəinki fəal istirahətə kömək edə bilər, hətta 
orqanizmi daha da qıcıqlandırar və beləliklə mərkəzi sinir sisteminin oyanacağını arzuedilməz dərəcəyə 
çatdıra bilər, iş qabiliyəti artmaq əvəzinə  aşağı düşər. Fizioloji tədqiqat  əsərlərində göstərildiyi kimi, 
hərəkətlərin qədərini həddindən artıq təyin etdikdə yeni qüvvəli qıcıqlar – sinir mərkəzlərini, bütün üzv və 
sistemlərin uyğunlaşmış fəaliyyətini azaldaraq, insanın işə olan marağını aşağı salır. Təbiidir ki, bu daha 
yüksək iş qabiliyyətinə  və  əmək məhsuldarlığına mənfi təsir göstərir. Bundan əlavə, deyilənlər sinir 
mərkəzlərinə  mənfi təsir etməklə, yorğunluğun yaranmasına gətirib çıxarır. Beləliklə,  əzələ  və bütün 
üzvlərdən mərkəzi sinir sisteminə daimi impulslar gəlir, ürək, qan-damar, tənəffüs sistemində, əzələlərdə 
dəyişiklik əmələ gəlir. 
              Həmin dəyişikliklər hissi sinirlərin uclarını qıcıqlandırır, mərkəzi sinir sisteminə yeni impulslar 
daxil olur. Bütün bunlar da oksigenlə hüceyrələrin təchiz edilməsi, maddələr mübadiləsi qalıqlarının 
vaxtında xaric edilməsi,  əzələlərin qan təmininin tənzimi üçün sinir mərkəzlərinin qarşısında yeni-yeni 
tələblər qoyulur. Dəyişikliklər çox olduqca, sinir mərkəzləri üçün də bir o qədər çətinlik yaradır. Sinir 
mərkəzləri isə öz növbəsində işləyən əzələlərə kifayət qədər impulslar verə bilmir. 
              Göstərməliyik ki, yorğunluq nəticəsində pozulmuş qan dövranının tezliklə  bərpa olunmasında 
fəal istirahət mühüm əhəmiyyət kəsb edir. Üzv və sistemlərdə qeyri-normal hal yarananda və ya onlardan 
hər hansı biri funksional fəaliyyətini tarazlaya bilməyəndə  həmin xəstəliyə münasib – yəni bu 
çatışmamazlığın aradan qaldırılmasına kömək edə biləcək xüsusi fiziki hərəkətlər və oyunlar tətbiq 
edilməlidir. Yüorğunluq zamanı baş vermiş qan dövranının pozulmasının aradan qaldırılması prosesinə 
boşalma hərəkətləri münasibdir. Tənəffüs, yüngül və sadə  hərəkətlərdən və oyunlardan ibarət olan 
boşalma hərəkətləri qan damarlarını nisbətən genişləndirir, qan dövranını yaxşılaşdırır və  əzələlərin 
gərginliyini aşağı salaraq, onun boşalmasına  şərait yaradır. Həmin hərəkət yığımına kompleks səhər 
gimnastikası, fiziki tərbiyə  dəqiqələri, böyük tənəffüslərdə  tətbiq olunan hərəkətlər, həmçinin yaxın 
yerlərə, meşə, su və çay kənarlarına, çəmənliklərə edilən gəzinti və yürüşlər və s. daxildir. 
              Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, şagirdlərin fiziki tərbiyəsi üzrə aparılan bu və 
ya digər tədbirlər orqanizmin yorğunluğunun qarşısını alır, bəzən də yorulmanın tezliklə aradan 
qaldırılmasını, bərpasını  tənzimləməklə yanaşı, tədris gün ərzində onların  zehni və fiziki iş 
qabiliyyətlərini yüksəldir, tədrisin ilk başlanğıcından etibarən mənimsənilməsinin optimallığını  təmin 
edir. Bütün bunlar üçün də müəyyən şərait yaradılmalı, fiziki təlimin pedaqoji-psixoloji imkanları aşkara 
çıxarılmalı, xüsusən təlim-tərbiyənin prinsipləri, üsulları, priyomları və vasitələri optimallaşdırılmalı, bu 
yol ilə şagirdlərin fiziki hazırlığına və inkişafına, sağlamlıq vəziyyətinə müsbət təsir göstərməsidir. 
 
4.3. Fiziki tərbiyənin təliminə psixoloji amillərin təsiri 
              Fiziki  tərbiyənin qarşısında duran başlıca vəzifələrin optimal həlli üçün kiçik məktəbyaşlı  
uşaqların psixoloji inkişaf qanunauyğunluqlarını bilmək olduqca vacibdir. Bu yaşda olan uşaqların fiziki 
tərbiyəsinin psixoloji  əsaslarını bilmək, həm müvafiq sahədə bilik, bacarıq və  vərdişlərə yiyələnməklə 
bərabər, həm də diqqət, təfəkkür, yaddaş, qavrama və s. kimi şəxsiyyətin  ən yaxşı psixoloji 
keyfiyyətlərinin inkişafına öz müsbət təsirini göstərmək məqsədilə zəruridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə