90
məsindən sonra bütün təhsil müəssisələri və pansionatlar daha da genişləndi.
Pansionatlarda tərbiyə
xüsusən yeniyetmələrə əqli əməkdən sonra bir növ istirahət verməklə bərabər, onların əxlaqına təsir
göstərmək, yeni istedadlar meydana çıxarmaq məqsədilə… gimnastika ... oyun və musiqi təşkil olundu.
1871-ci ildə yaranan Bakı iki sinifli şəhər ibtidai məktəbin tədris planına gimnastika da daxil oldu.
Sonralar yaranmış müxtəlif sinifli şəhər məktəblərinin hamısında gimnastika fənn kimi təsdiq edildi.
Bunun və başqa görülmüş tədbirlər nəticəsində şəhər məktəblərində şagirdlərin sağlamlığının möhkəm
olması müşahidə olunmuşdur.
Qori seminariyasında da gimnastika fənn kimi tədris edilirdi. Rusiya XMN 1 və 2 sinifli normal
kənd məktəbləri proqramları əsasında işləyən xalq məktəblərində ümumtəhsil fənlərindən başqa,
məktəblərin bəzilərində müəllim istək və arzu etdiyi, həmçinin bacarmasından asılı olaraq gimnastika da
keçirilirdi. 1895-ci ilin məlumatına görə Gəncə quberniyasındakı kənd məktəblərindən 46-da gimnastika
təşkil olundu.
XIX əsrin 80-ci illərindən başlayaraq Azərbaycan ərazisində dəmir yolu məktəbləri açılmağa
başlandı. Bu məktəblərin tədris planında vəsait imkanı olarsa, oğlanlar üçün gimnastika və s. məşğələlər
keçmək tövsiyə edilirdi.
Həmin illərdə qadın təhsili nə qədər
mərhumətlər içərisində olsa da, onların sağlamlığına
müəyyən diqqət vardı. Bakı «Müqəddəs Nina» məktəbi əsasında 1874cü ildə yaradılmış qızlar
gimnaziyasının tədris planına bədən tərbiyəsi və oyun daxil edilməsə də, o, sinifdənkənar məşğələ
formasında təşkil olunmuşdur. 1875-ci ildə yaranmış Şuşa qızlar məktəbinin tədris planına gimnastika bir
fənn kimi daxil edilməsə də, valideynlərin arzusundan asılı olaraq pulsuz keçirilirdi.
Göründüyü kimi, XIX əsrdə, habelə XX əsrin əvvəllərində tədris müəssisələrinin tədris planına
gimnastika tədris fənni kimi daxil olmuşdur. Ondan şagirdlərin tərbiyəsində bir vasitə kimi istifadə edilir,
zehni işdən sonra isə istirahət növü kimi həyata keçirilirdi. Lakin bu illərdə Azərbaycan məktəblərində
şagirdlərin fiziki tərbiyəsinə aid xüsusi proqramlar yaranmamış, bəzi məktəblərin tədris planına daxil
edilməmiş və yaxud da sinifdənkənar məşğələ formasında müəllimlərin bacarığı nəzərə alınmaq və
valideynlərin arzusu ilə təşkil edilmişdir. Buna görə də fiziki
tərbiyə həmin dövrdə məzmunu, təşkili
forma və təlimi üzrə öz inkişaf səviyyəsini tapa bilməmişdi.
1.2. Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi proqramları və tədris planları (1920-1991)
1920-ci ildən başlayaraq Azərbaycan sovet məktəblərində bədən tərbiyəsi və idman üzrə müsbət
dəyişikliklər baş vermiş ölkənin müdafiəsi, əməyə hazırlıq və əmək məhsuldarlığının yüksədilməsi üçün
diqqət mərkəzində olmuşdur. Bu sahədə xüsusi proqramlar tərtib etmək məqsədilə elmi Şura təşkil
olunmuş və s. tədbirlər həyata keçirilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk tədris ilində
(1920-1921-ci tədris ili) I dərəcəli məktəbin qruplarının hər birində həftədə 2 saat bədən tərbiyəsi dərsi
keçirilməsi
nəzərdə tutulurdusa, sonralar axırıncı II qrupda (IV-V) 1 saat azaldıldı. II dərəcəli
məktəblərdə tədris yükü isə 1 saat planlaşdırıldı. I-II qruplarda (II dərəcəli məktəb) isə sonralar dərslər
həftədə 1 saatdan 3 saata qədər çatdırılsa da, qalan qruplarda saatların miqdarı əvvəlki qədər saxlanıldı.
1923-cü ildə ilk dəfə olaraq bədən tərbiyəsi proqramları çap olmuş, təcrübi materiallarla yanaşı,
müəllimlərə müəyyən istiqamət və göstərişlər verilmişdir. Həmin proqram sabit deyil, müvəqqəti qəbul
edilmiş, yeri gəldikdə müəllimə proqram materiallarında bəzi dəyişikliklər etmək tövsiyə olunmuşdu.
Mərkəzi İcra Komitəsinin yanında yaradılmış Ali Bədən Tərbiyəsi Komissarlığı gimnastika və oyun
dərslərinin geniş yayılması üçün yerli sovetlərə bütün məktəblərin hər bir sinfində belə dərslərin tədris
cədvəlinə daxil olunmasını məsləhət görmüşdü. Həmin vaxtda «Məktəbdə fiziki tərbiyənin metodikasının
əsasnaməsi»
təsdiq edildi ki, burada da uşaqların müvafiq yaş xüsusiyyətləri nisbətən nəzərə alınmaqla
tədris məşğələsi üçün vəzifələr və vasitələr müəyyənləşdirilmişdir. Bunlar 7-9 yaşlı məktəblilər üçün
mütəhərrik oyunlar, gimnastika, 9-12 yaşlılar üçün isə qaçış, hopanma və atmalardan ibarət idi.
Proqrama gimnastika, yüngül atletika, futbol, basketbol üzrə təcrübi materiallar, habelə «İki
kor», «Şəhərcik», «Quldurlar», «Bondar» və s. mütəhərrik oyunlar daxil edildi. Bu illərdə kompleks
məktəb proqramları hazırlanıb nəşr edilsə də, digər fənlərlə fiziki tərbiyə arasında əlaqə yaradılmadı.
1923-1924-cü illərdə müxtəlif tədris fənlərinin məzmununu əhatə etməklə kompleks təlim
məktəb proqramları hazırlanmışdır. Lakin vahid təlim kompleksinə digər fənlərlə fiziki tərbiyənin
arasında əlaqə yaradılmamışdır. 1924-1925-ci illərdə I vəII dərəcəli
məktəblərdə fiziki tərbiyə
91
məsələlərini həll etmək məqsədi ilə fiziki tərbiyə üzrə komissiya yaradıldı. Komissiya fiziki tərbiyənin
bioloji əsaslarını, gigiyenaya dair təhsil məsələsi və onların gün ərzində rejimi, təbiətin təbii
qüvvələrindən istifadə etməklə gigiyenik vərdişlərə alışma, oyun və gimnastikanın yeri, istiqaməti və əsas
məzmunu müəyyən olundu. Bundan əlavə, ibtidai sinif şagirdləri üçün idman əyləncələrinin ritmik
hərəkətlərin məzmunu və s. aydınlaşdırıldı. Bütün bunların əsasında 1927-ci ildə I
dərəcəli
98
, 1928-ci ildə
isə II dərəcəli
99
məktəblərin Ümumittifaq üzrə ilk vahid bədən təbiyəsi proqramı qəbul edildi. I dərəcəli
məktəblərdə bədən tərbiyəsi dərslərinin 6 mərhələdə, II dərəcəli məktəblərdə isə 8 mərhələdə aparılması
tövsiyə edilmişdir. Həmin proqramlarda nöqsanlar da vardır: məütəhərrik oyunlar yaşa görə seçilməmişdi,
qruplarda keçiriləcək hərəkətlər göstərilməmiş, müəllimə istədiyi hərəkəti keçmək ixtiyarı verilmiş,
ritmik hərəkətlər, mahnı, rəqs və s. plansız tərtib olunmuşdu. II dərəcəli məktəbin proqramında təxmini
dərs sxemi verilmişdi. Təəssüf ki, dərslərin sxeminin standart olmasını bu proqramların
qüsuru hesab
etmək olar.
Onun regional xarakter daşımaması və Azərbaycan SSR ümumtəhsil məktəblərində eyni ilə tətbiqi də
çatışmaz cəhətlərdəndir. Bu illərdə məktəblilərin fiziki tərbiyəsi dərs, sinifdənxaric və məktəbdənkənar
məşğələlər, ekskursiya, gəzinti, yürüşlər və s. formalarda təşkil olunurdu.
İkinci dərəcəli proqramın I dərəcəli proqrama nisbətən üstün
cəhətləri çoxdur. Təəssüf ki, hər iki proqramda fiziki tərbiyənin ümumi təhsil vəzifəsi
qiymətləndirilməmiş, Lesqaftın fiziki təhsil irsinə laqeyd münasibət göstərilmişdir.
1933/34-cü dərs
ilində əvvəlcə I-VII siniflər
100
, 1934-cü ilin mart ayında isə VIII-X siniflər
üçün yeni bədən tərbiyəsi proqramı tərtib edilmişdir. Yeni proqram əvvəlki (1927-1928-ci illərdəki)
proqramdan çox az fərqlənirdi. Proqramda hər sinif üçün ayrıca tədris materialı verilmişdir ki, bu
məktəbliləri «Əməyə və SSRİ-nin müdafiəsinə hazıram» nişanı normalarını ödəməyə hazırlayırdı.
Proqramda ilk dəfə bütün siniflər üçün tədris normaları müəyyənləşdirilmişdir. Tədris normaları «ƏMO»
və «ƏMH» kompleksi normativlərinə uyğun tərtib edilmiş, normalar siniflər üzrə, lakin oğlan və qızlar
üçün ayrıca verilmişdir. Təəssüf ki, onların yerinə yetirilməsi üçün vahid prinsip göstərilmir. I-IV
siniflərdə tərbiyəedici hərəkətlər və mütəhərrik oyunlara az yer verilməsi də proqramın qüsurlarındandır.
Proqramda gigiyena ilə yanaşı, təhsil vəzifələri də qarşıya qoyulmuşdur. Nəzəri məlumatlar ilk dəfə
olaraq, həmin proqrama daxil edilməklə, fiziki tərbiyənin mühüm vəzifələrindən birinə çevrildi. Lakin
məlumatların hərəkətin hansı növləri üzrə veriləcəyi,
onun vəzifələri, məzmunu konkretləşdirilməmişdir.
1935-ci ildə bədən tərbiyəsi proqramı
101
tərtib edildi. Proqramda fiziki hərəkət bölmə materialları
ilə bərabər, oyun və «ƏMHO» nişanı kompleksi normaları verilmiş və bu hər bir sinif üçün
konkretləşdirilmişdir.
Lakin 1934-cü ildə azad hərəkətlər və əleyhiqazdan istifadə etmək normaları əlavə edilmişdir və s.
Mütəhərrik oyunlar ibtidai siniflərdə əsas yer tutsa da, bu oyunlar haqqında metodiki göstərişlər, alətlərdə
hərəkət etmək məqsədilə və hərəkətin yerinə yetirilməsi qaydası haqqında məlumat verilməmişdir.Həmin
proqrama fiziki tərbiyə üzrə nəzəri məlumatlar daxil edilmişdir.
Lakin
məlumatlar siniflər üzrə bölünməmiş, mövzuların seçilməsinə və keçirilməsinə ayrılan
vaxta görə müəyyən nöqsanlara yol verilmişdir. Məsələn, 4 sinifdə nəzəri məlumata cəmi hər rübdə 2
dəfə 5 dəqiqəlik vaxt ayrılmışdır ki, bu da il ərzində 40 dəqiqə edir.
Bədən tərbiyəsi proqramları
102
1937-ci ildə yenidən dəyişilmişdir. 1935-ci ildəki tədris normaları
dəyişmədən saxlanılmışdır. Nəzəri məlumatlar siniflər üzrə bölünməmiş, bu sahədə təlimatı-göstəriş
verilməmişdir. Onun ancaq ikinci və üçüncü rübdə dərslərin birində verilməsi məsləhət görülmüşdür.
98
Программы и методические записки единой трудовой школы. Гос.издателство, 1927 г.
99
Программы и схемы уроков физ.воспитанийа в школах. 1-П ст.Азгиз-Баку,1928.
100
Программы началной школы. Азернешр, Баку, 1933.
101
Ибтидаи вя орта мяктябляр програмлары. Азярняшр.Бакы,1935
102
Программы средней школы. Изд-во НКП-проса РСФСР,1937. «Физической культуры».