96
1.3. Müstəqillik dövründə bədən tərbiyəsi proqramları və
tədris planları
a) Bədən tərbiyəsi proqramı məktəbdə fiziki tərbiyə üzrə əsas sənəddir.
Orta ümumtəhsil məktəblərində fiziki tərbiyə üzrə tədris işlərinin aparılması respublika
Təhsil
Nazirliyinin bu sahə üzrə metodiki komissiyasının qərarı ilə nəşr edilmiş və nazirlik tərəfindən təsdiq
olunmuş bədən tərbiyə proqramlarına əsaslanır. Xüsusi zərurət kəsb edirsə, fiziki tərbiyə proqramı təhsil
ocaqlarının şəraitinə, spesifikasına uyğunlaşdırılaraq, elmi- metodiki şuraların qərarı ilə nəşr oluna bilər
və həmin təhsil müəssisələrinin fiziki tərbiyə işlərinin təşkilində bunu rəhbər sənəd kimi əsas götürürlər.
Proqram dövlət sənədi kimi onun yerinə yetirilməsi məcburidir. Bundan əlavə, proqramın heç kəs, yəni nə
müəllim, nə də ki məktəb rəhbəri onu özbaşına istədiyi kimi dəyişdirə bilməz. Proqramda o zaman
dəyişiklik
etmək olar ki, bu yalnız proqram materialını tədris etmək üçün iqlim və idman-baza şəraiti
olmasın. Bunu isə əvvəlcədən rəhbər təşkilatların razılığını aldıqdan sonra etmək olar.
Şagirdlərin bədən tərbiyəsi proqramları «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi
kompleksinin normativlərinə uyğun olaraq tərtib olunur. Proqramın bütün bölmələri «Vətənin
müdafiəsinə hazıram» kompleksinin hərəkətlərindən ibarətdir.
İbtidai sinif şagirdlərinin bədən tərbiyəsi proqramları bağça yaşlı uşaqların fiziki tərbiyə
proqramının bir növ davamıdır. Eyni zamanda bu proqram şagirdləri yuxarı siniflərdə tədris olunan
proqramların nəzəri və həm də praktik tələblərinə hazırlayır.
Məlum olduğu kimi, şagirdlər ibtidai məktəbdə bədən tərbiyəsi və idman üzrə müvafiq biliklər
mənimsəyir, həmçinin fiziki hərəkətlər və ayrı-ayrı idman növləri üzrə bacarıq və vərdişlər alırlar. Bütün
bunlar gələcəkdə yuxarı siniflərdə daha da təkmilləşdirilir.
Fiziki tərbiyə proqramı müasir elmi məlumatlara və qabaqcıl müəllimlərin
iş təcrübəsinə istinad
olunmaqla hazırlanır. Bütün bunlar da məktəbli şagirdlərin fiziki tərbiyəsinin nəzəriyyə və təcrübəsini
təmin edir.
b) Bədən tərbiyəsi proqramının quruluşu və vəzifələri. Proqram əsasən 2 hissədən ibarətdir. I
hissədə proqram tədris işlərinin təşkili və keçirilməsinə aid izahat vərəqi, II hissədə tədris idman işlərinin
məzmunu verilir
113
.
İzahat vərəqində fiziki tərbiyənin mahiyyəti şərh olunur. Proqram əsasında
keçirilən fiziki
tərbiyə məşğələlərinin qarşısında qoyulmuş vəzifələr göstərilir. Proqram materiallarının təlimi ilə
əlaqədar metodiki töövsiyələr və istiqamətlər verilir. Hər bir şagirdin ilk günlərdən öz fiziki kamilliyinin
qayğısına qalmasına, gigiyena və tibbi yardım sahəsində müvafiq biliklərə yiyələnməsinə nail olmaq
göstərilir.
İzahat vərəqində şagird şəxsiyyətinin tərbiyə olunmasında fiziki tərbiyənin təsirinə, fiziki
hərəkətlərlə müstəqil məşğul olmağın qaydalarına, habelə fiziki hərəkətlərin texnikasına, şagirdlərin şəxsi
gigiyenasına və ən vacib hərəkət keyfiyyətlərinin
inkişafına dair nəzəri məlumatlar verilməsi nəzərə çatdırılır. Bundan əlavə,
tədris prosesində milli
oyunlardan geniş istifadə edilməsi, dərslərin açıq havada keçirilməsi, uşaqlara fiziki-fizioloji yükün
düzgün tətbiq edilməsi, təhlükəsizlik qaydalarını gözləmək məsləhət görülür. İzahat vərəqində, həm də
müvafiq idman bazası olan
və ya olmayan məktəblərdə, havası soyuq və ya isti keçən regionlarda fiziki
tərbiyə vasitələrindən necə istifadə etmək barədə tövsiyələr verilir. Mövsümə uyğun olaraq, şagirdlərin
geyiminin necə olmasından, müvəqqəti dərsdən azad olan şagirdlərlə işləmək yollarından və s. izahat
vərəqində bəhs olunur. İzahat vərəqində proqramın bölmələri üzrə tədris saatlarının bölgüsü cədvəli də
öz əksini tapmışdır. Həmin cədvəl aşağıda verilmişdir:
İbtidai siniflər üçün bədən tərbiyəsi proqramında aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya
qoyulur:
1.Məktəbliləri gigiyena, tibb, bədən tərbiyəsi və idmana dair zəruri biliklə silahlandırmaq;
2.Məktəblilərin öz sağlamlığını qorumalarını ictimai borc kimi başa düşmələrini təmin etmək;
3.Onların öz qabiliyyətini artırmaq;
113
Ибтидаи синиф мцяллиминин столцстц китабы (бурахылыша мясул: Педагожи елмляр доктору, профессор
Й.Кяримов), Бакы,2001. бядян тярбийяси програмыны профессор М.Нясруллайев ишлямишдир.
97
4.Onların hərəkət keyfiyyətlərini yüksəltmək və s.
Tədris saatlarının proqramın bölmələri üzrə
bölgüsü
Cədvəl № 2.
Proqramın S İ N İ F L Ə R
bölmələri I II III IV Cəmi
1 2 3 4 5 6
Nəzəri bilik-
lər 4 4 4 4 16
Gimnastika 18 20 20 18 76
Yüngül at-
letika 16 16 16 18 66
Mütəhərrik
oyunlar 18 20 20 10 68
İdman oyun-
ları:voleybol,
basketbol,
həndbol,
futbol
- - - 10 10
Kros ha-
zırlığı və
marş yürüşü 8 8 8 8 32
C Ə M İ:
64 68 68 68 268
__________________
QEYD: Üzgüçülüyün öyrədilməsinə şəraitin olduğu məktəblərdə IV sinifdə üzgüçülüyə 26 saat
vaxtın ayrılması məsləhət görülür. Bunun üçün saatlar başqa hərəkət növlərindən götürülür.
Çox təəssüf ki, şagirdlərə fiziki hərəkətlər üzrə bacarıq və vərdişlərin aşılanması,
qamətin düzgün inkişaf
etdirilməsi, şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsi, şagirdlərin tibbi müayinəsinə nəzarət
ibtidai siniflərdə başlıca vəzifələrdən sayılsa da, bunlar həmin proqramın izahat vərəqəsində öz əksini
tapmamışdır.
v) Bədən tərbiyəsi tədris proqramının məzmunu. Proqramın tədris materialı uşaqların yaş
xüsusiyyətinə uyğun olmaqla, tədricən sadədən mürəkkəbə doğru prinsipinə əsaslanır. İbtidai siniflərin
tədris planında bədən tərbiyəsi dərslərinə həftədə 2 saat vaxt ayrılır. Tədris ili müddətində isə I sinifdə
cəmi 64 saat, II-III və IV siniflərdə isə hər bir sinif üçün 68 saat bədən tərbiyəsi dərsləri keçirilir. Həmin
tədris planlarında göstərilən tədris saatları və bunların əsasında tərtib olunan proqram materialları
müntəzəm və düzgün təşkil olunan dərslər zamanı müvəffəqiyyətlə yerinə yetirilir.
Proqramın məzmununu təşkil edən müxtəlif növ fiziki hərəkətlər bir-birinə uyğun
tərtib edilmiş,
onların qarşısında şagirdlərin sağlamlığını möhkəmləndirmək, onları tərbiyələndirmək və fiziki tərbiyə
üzrə təhsil vermək vəzifələri durur. Sağlamlıq və tərbiyə etmək vəzifələri orta ümumtəhsil məktəblərinin
bütün fənləri üzrə dərslərdə və məşğələlərdə həyata keçirilir.