Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------36------------------------------------ 
 
 
Lüdviq Andreas Feyerbax 
 
Jak Leb 
 
Müasir texniki sivilizasiya şəraiti, elmi-texniki inqilab 
insanda  bioloji  olanı  pis vəziyyətə  salmış,  onun  təbii 
vəziyyətini  pozmuş,  yaşamasını  təhlükə  altına  almışdır 
[71, s.179]. Yəni, İnsan dünyaya alət gətirməklə həm də 
öz qəbirqazıyanını  yaratmışdır.  Lakin  insan  özü  də 
dünyaya gələndə  özündən  əvvəlkilər üçün müəyyən 
mənada, qəbirqazıyan kimi gəlmişdir. Heyvan da özündən 
əvvəlkilərin qəbiqazıyanıdır  və  s. Bununla belə, bu 
qəbirqazıyanlar  zənciri həm də  seleksiyaçıdırlar.  Belə  ki, 
plazma enerjinin bir hissəsini  udsa  da,  qalanını  özünə 
münasib  şəkildə  seçib qoruyur. Qaz isə  həm enerjinin, 
həm də  plazmanın  bir  hissəsini mənimsəyib,  qalanını 
başqa  şəklə  salıb  qoruyur  və  s. Beləliklə, müasir texniki 
sivilizasiyanın  insanın  bioloji  əsaslarına  son  dərəcə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------37------------------------------------ 
 
təhlükəli təsirini qətiyyən inkar etmədən, onu da nəzərdə 
saxlamaq  lazımdır  ki,  alət  insanın  məhvinə  deyil, 
inkişafına xidmət etmək missiyası daşıyır.  
Fəlsəfi  ədəbiyyatda belə  bir  fikir  var  ki,  “İnsan 
yeganə  varlıqdır  ki,  özünün  ölümünün  baş  verəcəyini, 
həyatının müvəqqəti olmasını dərk edir” [71, s.179]. Lakin 
bizim fikrimizcə, zamana tabe olan hər  şey  özünün 
keçəriliyini bu və  ya digər dərəcədə  “duyur” və  öz 
imkanları  daxilində  zamanla  əlbəyaxa  vuruşa  girir  və  bu 
vuruşda  nə  qədər davam gətirirsə, bir o qədər mövcud 
olur. Var olanın daxili quruluşu nə qədər möhkəm olursa, 
müqaviməti bir o  qədər çox olur və  bu səbəbdən də  öz 
müvəqqətiliyini bir o qədər az “hiss” edir. Daxili quruluşca 
nisbətən zəif  olan  onu  dağıtmağa  yönələn qüvvələrə 
birbaşa  müqavimət göstərə  bilmədikcə, daha çox 
adaptasiya  imkanlarına  ümid  bağlayır.  Bu  imkanlar  da 
hüdudsuz deyildir, tez-gec tükənir. Belələri özlərinin 
ötəriliyini daha kəskin “hiss” edirlər.  İnsanın  öz 
müvəqqətiliyini daha dərindən  duyması  sübut  edir  ki, 
insanı  özünün  zəifliyi  yaratmışdır.  Lakin  müvəqqəti 
olanların  bu  və  ya digər formada törəmək  imkanları 
olduğundan,  müvəqqətilik  ayrı-ayrı  təşkiledicilərə  daha 
çox  aid  olan  haldır.  Mütləq bütöv əbədi,  ən böyük nisbi 
bütöv az qala əbədi, kifayət qədər böyük nisbi bütöv 
kifayət qədər uzun ömürlü və s. olur.  
İnsan  öz  müvəqqətiliyini dərk etdiyindən, həyatın 
məqsədi və mənası məsələsi onu daim düşündürmüşdür. 
İnsan  həyatının  mənası  xeyir  və  şər,  ədalət və 
ədalətsizlik, həqiqət və  yalan  arasında  düzgün  mövqe 
tutub məqsəd seçməkdən, həmin hərəkətlərə  cavab 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------38------------------------------------ 
 
tapmaqdan ibarətdir.  İnsan  çox  zaman  həmin suallara 
dini mövqedən cavab verməyə çalışıb. Dini təlimlərə görə 
insan həyatının  mənası  Allaha  etiqad,  əbədi olana daxili 
inam hissi aşılamaqdan ibarətdir. K.Marks insan həyatının 
mənasını  cəmiyyətə  bağlayır,  fərdin  əsas keyfiyyətini 
cəmiyyətə  xidmətdə  görür. L.N.Tolstoya görə  insan 
həyatının  mənası  bəşəriyyətə  xidmət etməsindədir. 
L.N.Tolstoy insanın bioloji ölümünü qəbul etməklə, bütün 
yaradıcılığı  boyu  insanın  mənəvi ölməzliyi  ideyasını 
tərənnüm  etmişdir  [71,  s.179-180]. Bəli!  Bioloji  varlıq 
olaraq həm  ayrı-ayrı  adamlar, həm də  bütövlükdə 
bəşəriyyət tez-gec ölüb gedəcəkdir.  Bugün  ayrı-ayrı 
adamlar bəşəriyyəti  qorumaq  üçün  doğub-törəsələr də, 
bu üsul bioloji material üzərində  yüksələn bəşəriyyətin 
əbədiliyini təmin etməyə  qadir deyildir. Odur ki, insan 
həyatının  əsas mənası  və  baş  məqsədi öz bəşəri 
mənəviyyatını,  başqa  sözlə, insanda bioloji olmayan nə 
varsa,  hamısını  bütünlüklə  süni  şüura  keçirməyə 
yönəlmişdir.  Çünki  yalnız  sökülüb-yığıla  bilən  süni  şüur, 
süni  intellekt  Kainatın  bütövlükdə  sahibi olub, əsl  İnsani 
missiyanı əbədi davam etdirə bilər. Buna görə də bir daha 
qeyd  edirik  ki,  insanın  əbədi ölməzliyi onda insani 
olanların hamısını süni intellektə yükləməklə mümkündür. 
Müasir elmin və  ictimai  praktikanın  inkişafı  göstərir 
ki, bizi əhatə edən hadisələrin mahiyyətini, onların inkişaf 
qanunauyunluqlarını  dərk etmək, təbiət və  cəmiyyətin 
mütərəqqi surətdə 
yenidən 
qurulması 
uğrunda 
mübarizənin yollarını və vasitələrini müəyyən etmək yalnız 
idrak  haqqında  düzgün  nəzəri-fəlsəfi konsepsiyaya 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------39------------------------------------ 
 
yiyələnməklə  mümkündür [71, s.181-182]. Assosiativ 
təfəkkürə ehtiyacın aktuallığı məhz bu problemlə bağlıdır. 
Təfəkkür  prosesinin  alqoritmik  xarakter  daşıması 
onun bütünlüklə  süni  şəkildə  reallaşması  üçün  ilkin 
şərtdir. Yeri gəlmişkən göstərək ki, hətta empirik 
səviyyədə  də  bəşəri (sintetik) idrak güclü dərketmə 
səviyyəsi nümayiş etdirə bilir. Belə ki, hələ çox qədimlərdə 
də insanlar bir sıra hadisələrin mahiyyətini əsasən düzgün 
qiymətləndirə  bilmişdilər. Müasir elmin indi-indi gəlib 
çıxdığı  nəticələrin bir qismini qədim  oğuzlar,  çinlilər, 
yunanlar... bir neçə  min il bundan əvvəl söyləmişdilər. 
İndi Avropa alimlərinin adına yazılan fikirlərin demək olar 
hamısı  daha  qədim  zamanlarda  Asiya  xalqlarına  bəlli 
olmuşdur.  Bizim  fikrimizcə, bu, assosiativ təfəkkürün 
geniş  imkanlarından  xəbər verən  çox  mühüm  faktdır. 
Yəni, insan hələ  indiki səviyyəsinə  çatmazdan çox-çox 
əvvəllərdən güclü intuisiya qabiliyyətinə  malik  olmuşdur. 
Onun bu qabiliyyəti ilk növbədə, onun nisbətən fiziki 
zəifliyinin  kompensasiyaedicisi  kimi  meydana  çıxmışdır. 
İnsan öz fiziki zəifliyini alətin hesabına aradan qaldırdıqca 
öz intuisiya qabiliyyətlərinin bir qismini tədricən  itirmiş, 
əvəzində  elmi-praktik zəkaya  malik  olmuşdur.  Yəni, 
müdriklik 
ilk 
zamanlarda 
şamanlıq 
(cadukarlıq) 
formasında, sonra şairlik (sənətkarlıq), sonra isə həkimlik 
(alimlik) və filosofluq (münəccimlik) formasında meydana 
çıxmışdır. Lakin şamanlıqda şairlik, həkimlik və filosofluq, 
şairlikdə  şamanlıq,  həkimlik və  filosofluq, həkimlikdə 
şamanlıq,  şairlik  və  filosofluq, filosofluqda isə  şamanlıq, 
şairlik və həkimlik olmuşdur, vardır və olacaqdır. 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə