Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------157------------------------------------ 
 
axtarış  həyata  keçirilir.  Axtarış  prosesində  həll edilən 
məsələnin mahiyyətindən irəli gələn müxtəlif 
evristikalardan  (evristika  -  nəzəri tədqiqatın  məntiqi və 
metodik üsulları sistemi) istifadə edilir. 
Baxdığımız  misallarda  produksiyalar  başlanğıc 
vəziyyətdən məqsəd vəziyyətinə  düz istiqamətdə  istifadə 
edilmişdir. Bu produksiyalar düz (birbaşa) produksiya (D-
produksiya)  adlanır.  Lakin  əks proses, yəni,  əks 
produksiyaların  (Ə-produksiya) köməyi ilə  məqsəd 
vəziyyətindən  başlanğıc  vəziyyətə  keçid də  mümkündür. 
Bu  halda  baş  məqsəd  ardıcıl  olaraq  hissəvi məqsədlərə 
parçalanır.  Bundan  əlavə, ikiistiqamətli proses də 
mümkündür. Lakin bu halda qlobal verilənlər  bazasında 
(B-modulda) həm vəziyyətlər, həm də  məqsədlər təqdim 
edilir.   
Produksiyalar predikat hesablamaları  ilə  birləşdirilə 
də  bilər. Bu zaman qayda-produksiyalar  əsasında 
deduktiv metodun gerçəkləşdirilməsi  üçün  imkan  açılır. 
Başqa sözlə, çox hallarda mühakimələr yürütmək metodu 
ilə müqayisədə daha səmərəli prosedur meydana çıxır.  
Lakin, biliklər modeli olmaqla, predikat 
hesablamaları barədə bir iradı da qeyd etməmək mümkün 
deyildir.  İş  burasındadır  ki,  semantik  şəbəkələr nəzərdən 
keçirilərkən  qeyd  edilmişdi  ki,  bəzi  şərtlərdə  bunları 
məntiqi nəticəçıxarma  sistemi  ilə  əlaqələndirmək 
mümkündür. Yəni 
produksiyalı 
predikat 
hesablamalarından 
semantik 
şəbəkələrə 
keçidin 
mümkünlüyü sübut edilmişdir.   
Artıq  qeyd  edildiyi  kimi,  freymlər  öz  slotlarında 
produksiyaları saxlaya bilirlər.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------158------------------------------------ 
 
Beləliklə, hal-hazırda  məlum olan müxtəlif biliklər 
modelləri  arasında  dərin  bir  ümumilik  müşahidə  olunur. 
Əslində, burada qeyri-adi heç nə  yoxdur, çünki bu 
modellərin hamısında söhbət münasibətlərdən gedir.  
 
YARADICILIQ 
PROSESLƏRİNİN 
MODELLƏŞDİRİLMƏSİ 
 
Yaradıcılıq  proseslərinin modelləşdirilməsi süni 
intellektin  ilk  inkişaf istiqamətlərindən  biridir.  Yuxarıda 
qeyd edildiyi kimi, bu məsələnin həllinə  iki  cür  yanaşma 
mövcud olmuşdur: bionik və praqmatik yanaşma.  
Bionik  yanaşma  insandakı  bioloji  və  psixik 
mexanizmlərin və  proseslərin dərinliklərinin üzə 
çıxarılması və bunların EHM-də və ya xüsusi avtomatlarda 
modelləşdirilməsinə cəhd edilməsi ilə bağlıdır. Buraya baş 
beynin sol və  sağ  yarımkürələri problemi ilə  əlaqəli 
tədqiqatlar,  neyron  şəbəkələri və  assosiativ  yaddaş  üzrə 
tədqiqatlar aid edilir.  
İnsanın  görmə  obrazlarını  necə  qavraması  ilə  bağlı 
olan tədqiqatlar daha böyük əhəmiyyət  daşıyır.  Çünki 
insan  ətraf mühit barədə  informasiyanın  80%-ni görmə 
kanalı ilə alır. 
Məlumdur ki, gözdən  əlil  doğulmuş  yaşlı  adamın 
gözünü açsalar, bir neçə  il  ərzində  normal  adamın 
gördüyü kimi görməyi öyrənə bilir. Odur ki, insanın görmə 
mexanizmini, gözlə  beyin  arasındakı  qarşılıqlı  fəaliyyəti 
aşkarlamaqla  görmə  obrazlarını  tanıya  bilən daha 
mükəmməl sistemlər yaratmaq mümkün olar.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------159------------------------------------ 
 
Ümid etmək  olar  ki,  bionik  yanaşmanın  əhəmiyyəti 
elektronika sahəsində  yeni  ideyaların  yaranması  ilə 
əlaqədar olaraq artacaqdır.  
Lakin süni intellekt, o cümlədən, ekspert sistemləri 
sahəsində əsas uğurlar praqmatik yanaşma istiqamətində 
əldə  edilmişdir.  Bu  yanaşmada  isə,  artıq  qeyd  edildiyi 
kimi, EHM-ə  sadəcə  alət  kimi  baxılır  və  psixofizioloji 
xarakterli problemlər tədqiqatdan kənarda qalır. 
Bu 
yanaşmada, 
yaradıcılıq 
prosesləri 
modelləşdirilərkən son nəticə əsas götürülür. Yəni, insani 
davranışın hansı üsulla təqlid edilməsi əhəmiyyət daşımır. 
Lakin qərar qəbul edən istifadəçi vaxt defisiti ilə bağlı olan 
çətin məqamda EHM-lə  məsləhətləşməli, bəzən isə 
bilavasitə  maşına  etibar  etməli olur. Bu halda, qərarın 
keyfiyyəti, yerinə düşüb-düşməməsi, mümkün fəsadları ilə 
bağlı  olan  bütün  məsuliyyət  verilmiş  predmet  oblastı 
sahəsinə  aid nəhəng həcmli  qabaqlayıcı  işlər görən 
mütəxəssislərin, yəni,  riyaziyyatçıların,  proqramçıların 
üzərinə  düşür.  Buna  baxmayaraq,  bu  və  ya digər  maşın 
variantının  seçimi  ilə  bağlı  olan  son  qərarın  əsas 
məsuliyyəti yenə insanın öhdəsində qalır.    
Yaradıcılıq 
fəaliyyətinin modelləşdirilməsi 
problemlərinin müxtəlif səviyyəli həlləri üzrə aşağıdakıları 
göstərmək olar: 

 
Oyun məsələləri (şahmat, dama, domino və s.); 

 
Musiqi əsərlərinin sintezi; 

 
“Sərt” mətnlərin sintezi (sehrli nağıllar); 

 
Naxışların 
(ornamentlərin) 
yaradılması 
(o 
cümlədən, avtomatik hörmə, toxuma); 

 
Teorem isbatı və proqramların avtomatik sintezi; 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------160------------------------------------ 
 

 
Mətn və  danışığın  təhlili və  sintezi, avtomatik 
tərcümə; 

 
Situasion idarəetmə  (vaxt defisiti və  stresslı 
situasiyalarda qərar qəbulu); 

 
İnsan mühakimələrinin  imitasiyası  (təqlidi  -  Tarixi 
xadimlərin  düşüncəsinin modelləşdirilməsi, qrup 
liderlərinin niyyətlərinin aşkara çıxarılması).  
Yaradıcılıq  məsələlərinin alqoritmləşdirilməsinin və 
proqramlaşdırılmasının  təməlində  iki psixoloji model 
durur: 

 
Təfəkkürün labirint modeli  (20-ci  əsrin  əvvəlində 
E.Torndayk tərəfindən təklif edilmişdir);  

 
Təfəkkürün semantik modeli  (60-cı  illərin sonunda 
V.N.Puşkin tərəfindən təklif edilmişdir).  
Təfəkkürün labirint modelinin mahiyyəti ondan 
ibarətdir  ki, burada fərz edilir ki, istənilən  yaradıcılıq 
məsələsinin həlli hər  hansı  labirintdə  məqsədəçatma 
imkanları  ilə  bağlı  olan  yollar  axtarışıdır.  Aydındır  ki,  bu 
yanaşma  külli  miqdarda  variantların  götür-qoy edilməsi 
yolu ilə  teorem  isbatında,  oyunun  davam  etdirilməsində 
və  s.  olduğu  kimi  atılan  addımlarla  bağlıdır.  Bu  yanaşma 
evristik 
axtarış 
nəzəriyyəsinin və 
evristik 
proqramlaşdırmanın  inkişafının  başlanğıcını  təşkil  etdi. 
Burada isə  həllin  uğurlu  olması  perspektivsiz  variantların 
perspektivlilərdən seçilib  atılmasında  istifadə  edilən 
evristik priyomların (fəndlərin) mükəmməlliyindən asılıdır. 
Məhz buna görə  təfəkkürün  labirint  modeli  geniş  tətbiq 
tapmadı.  Buna  baxmayaraq,  labirint  modeli  və  evristik 
axtarış nəzəriyyəsi hələ də süni intellekt mütəxəssislərinin 
əlində  çox güclü vasitə  olaraq  qalır.  Çünki  yaradıcılıq 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə