.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------165------------------------------------
prosedur tamamlanması üçün lazımdır. Bu problemlərin
həlli isə linqvistikada inkişaf etmiş məntiqi nəticəçıxarma
sistemlərinin yaradılması yolu ilə mümkündür ki, bu da
linqvist (dilçi) və məntiq mütəxəssislərinin sıx
əməkdaşlığını tələb edir.
SÜNİ İNTELLEKTLİ DİALOQ SİSTEMLƏRİ
Kompleks dialoq interfeysin meydana çıxması ilə
hesablayıcı texnikadan istifadə edilməsinin yeni stili (tərzi)
yarandı. Çünki bu interfeys müxtəlif intellektual
sistemlərdən quraşdırılmışdır. Sözü gedən sistem bir
tərəfdən ekspert sistemlərinə, digər tərəfdən isə
intellektual tətbiqi proqram paketlərinə və hesablama-
məntiq sistemlərinə xas olan alt sistemlərdən tərtib
edilmişdir. Həm də burada ekspert sisteminə xas olan alt
sistemlərlə intellektual tətbiqi proqram paketlərinə və
hesablama-məntiq sistemlərinə xas olan alt sistemlərdən
müxtəlif kombinasiyalarda müxtəlif süni intellekt sistem
variantları almaq mümkündür. Göstərək ki, bütün
variantlarda ünsiyyət sistemi iştirak edir. Bu isə,
mahiyyətcə, proqram və ya aparat həlli ilə
gerçəkləşdirilmiş linqvistik prosessordur. Həmin prosessor
təbii dilin peşəkar dialektlərindən EHM dilinə və əksinə
avtomatik tərcümə edə bilir. Linqvistik prosessor dil
modeli (lüğət və qrammatika) və predmet oblastı modeli
əsasında işləyir. Ümumi halda, linqvistik prosessor
sorğularn morfoloji, sintaksis və semantik təhlilini həyata
keçirir və verilənlər bazasının köməyi ilə müvafiq olaraq
cavabların semantik, sintaksis və morfoloji sintezini
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------166------------------------------------
gerçəkləşdirir. Səs dili qoşulduqda fonetik təhlil və sintez
də aparılır.
Məntiqi nəticəçıxarmanın proqram-aparat vasitələri
biliklərin
tamamlanması,
ümumiləşdirilməsi və
ziddiyyətlərin olub-olmamasının
yoxlanması
prosedurlarının həyata keçirilməsi üçün lazımdır.
Məntiqi nəticəçıxarma sistemini qurmaq üçün həm
də qeyri-klassik, yəni psevdofiziki məntiqlər inkişaf
etdirilməlidir. Bu, istifadəçiyə imkan yaradır ki, EHM-in
köməyi ilə elmi eksperimentlərin nəticələrinə əsasən
qanunauyğunluqları aşkarlasın və fərziyyə irəli sürüb
yoxlasın.
İNTELLEKTUAL İNFORMASİYA-AXTARIŞ
SİSTEMLƏRİ
İntellektual informasiya-axtarış sistemləri ünsiyyət
sistemindən, biliklər bazasından və verilənlər bazasından
ibarətdir. Bu sistemlər ilk süni intellekt sistemləridir və
bunlar EHM-in inkişafı ilə yanaşı inkişaf etdirilir.
İntellektual informasiya-axtarış sistemləri həm də təbii
dilli ünsiyyət sistemləri (TD-sistemlər) adlanır. Bu
sistemlərin təməlini təbii dilin söz və ifadələrini təhlil edə
bilən linqvistik prosessor təşkil edir. Sual-cavab sistemləri
təbii dilli ünsiyyət sistemlərin sadə variantıdır. Çünki
burada yalnız dilin modeli, yəni lüğət və qrammatika
istifadə edilir, predmet oblastı modeli barədə biliklər
nəzərə alınmır. Təbii dilli ünsiyyət sistemlərində isə adı
çəkilən modellərin hamısı iştirak edir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------167------------------------------------
İNTELLEKTUAL TƏTBİQİ PROQRAM
PAKETLƏRİ
İntellektual tətbiqi proqram paketləri son istifadəçiyə
imkan yaradır ki, o öz məsələsini və həmin məsələyə aid
ilkin verilənləri özünəmünasib şəkildə təsvir etsin və
məsələnin həllini proqramlaşdırmadan bütün zəruri
əməliyyatların icrasını maşına həvalə etsin. Çünki sözü
gedən məsələ verilmiş predmet oblastına aid olan hazır
proqram modulları yığımının köməyi ilə planlaşdırıcı-
proqram tərəfindən avtomatik qaydada həll edilir.
Biliklər bazası funksional semantik şəbəkə şəklində
təşkil edilir ki, bu da özünü, ümumi halda, iki tip təpələrə
malik iki qatlı qövslərləri olan qraf kimi təqdim edir. Bu
təpələrin bir tipi hesablama məsələsinin parametrlərini və
ilkin verilənlərini əks etdirir. Parametr-təpələr riyazi
münasibətləri ifadə edən digər tip təpələrlə qövslə
əlaqələndirilmişdir.
Funksional semantik şəbəkə istiqamətsiz qrafdır.
Çünki yalnız hesablama məsələsinin qoyuluşundan sonra
giriş və çıxış məlum olur. Giriş və çıxış məlum olan kimi
planlaşdırıcı-proqram istiqamətsiz qrafı istiqamətlənmiş
həll qrafına çevirir. Münasibətlərin də girişi və çıxışı aşkar
edilir. Bunlar funksiya şəklinə salınır. Hər bir funksiya bu
və ya digər üsulla reallaşdırılmalı olduqda həmin
funksiyanı
reallaşdıracaq
proqram
modulları
istiqamətlənmiş qrafa müvafiq surətdə işçi proqram
modullarından ibarət bir zəncir yaradır.
İlk intellektual tətbiqi proqram paketlərindən biri
SSRİ-də yaradılmışdı və PRİZ adlanırdı. Bu paketdə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------168------------------------------------
semantik şəbəkə layihələşdirici və ya istifadəçi tərəfindən
xüsusi qeyri-prosedur UTOPİST dilinin köməyi ilə
qurulurdu. Yəni istifadəçi əvvəlcə bu dili öyrənirdi, sonra
öz məsələsini bu dildə formalaşdırırdı. DEKART dilində
işləyən SPORA sistemi də PRİZ kimi işləyirdi. Sonra hər iki
sistemdə proqramçının işi avtomatlaşdırıldı. Lakin
funksional semantik şəbəkə şəklində qurulan riyazi model
yenə də yuxarıda sözü keçən qeyri-prosedur
proqramlaşdırma dillərindən istifadə edilməklə tərtib
edilirdi.
Blok-modul tipli texniki sistemlərin
avtomatlaşdırılmış layihələşdirilməsi sistemlərində PRİZ
dilindən istifadə edilərkən hər bir morfoloji sistem variantı
üçün ayrıca funksional semantik şəbəkə (Bu, həm də
layihələşdirilən sistemin riyazi modelidir) qurmaq lazım
gəlir.
MAVR sistemində növbəti addım atıldı. Belə ki,
burada riyazi modelin qurulması avtomatlaşdırldı. Yəni
layihələşdirilən sistemi istifadəçi öz dilində təsvir edir.
Riyazi model avtomatik qurulur. Bu imkan predmet
səviyyəsində biliklər bazası qurmaq üçün süni intellekt
formalizmlərindən, daha doğrusu, freymlərdən istifadə
sayəsində yaranmışdır. Çünki freymlər sistemin modelini
predmet səviyyəsində avtomatik surətdə funksional
semantik şəbəkə şəklində olan riyazi modelə çevirir. Bu
halda, ünsiyyət sistemi, adətən, sadə sxem üzrə qurulur
və təbii dildə təqdim edilən standart menyu kimi işləyir.
Yəni istifadəçi təbii dildən istifadə edərək özünün
hesablama məsələsini dialoq rejimində həll edir.
Dostları ilə paylaş: |