Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə37/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------148------------------------------------ 
 
V.K.Finn 
 
Finin Viktor Konstantinoviç 15 iyul 1933-cü ildə 
Moskva  şəhərində  anadan  olmuşdur,  texnika  elmləri 
doktorudur.  Linqvistika  İnstitutunun  intellektual  sistem 
şöbəsinin  müdiri,  elmi  şuranın  üzvü,  doktorluq 
dissertasiyası  üzrə  şuranın  üzvü,  “Elmi  texniki 
informasiya”  jurnalının  redaksiya  heyyətinin üzvü, 
Rusiya süni intellekt assosiasiyasının üzvü, əsas elmlər 
üzrə ümumdünya assosiasiyasının üzvüdür. 
 
Bu metod tədqiqatçı-eksperimentatorun induktiv 
mühakimələrini modelləşdirir.  DSM-metod informasiya 
yetərsizliyi  şəraitində  verilənlərin məntiqi  emalının  yeni 
vasitəsi olmaqla, qanunauyğunluq fərziyyələrini avtomatik 
formalaşdırmağa  imkan  verir.  Formallaşdırılmış  induktiv 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------149------------------------------------ 
 
metodlar, o cümlədən, DSM-metod eksperimental 
verilənlərdən  çıxarılan  nəticələrlə  biliklər  bazasını 
avtomatik  doldurmaq  imkanları  açır.  DSM-metoddan 
interaktiv rejimdə  istifadə  edilməsi elmi tədqiqatların 
avtomatlaşdırılmasının  olduqca  səmərəli sistemlərini 
qurmağa imkan verir. 
Eksperimentlər DSM-metodun olduqca yüksək 
səmərəlilik  nümayiş  etdirdiyini  üzə  çıxardı.  Bu,  xüsusilə 
də, kimyəvi birləşmələrin yenidən sintezi zamanı  bioloji 
aktivliyin proqnozlaşdırılması məsələlərinin həllində özünü 
qabarıq  şəkildə  göstərdi. Fərziyyənin  yoxlanması  üçün 
deduktiv metodlardan istifadə  edilməsi məqsədəuyğun 
olduğundan,  deduktiv  və  induktiv formalizmləri vahid 
sistem  alında  birləşdirmək problemini həll etmək  lazım 
gəldi. 
1975-ci ildə  Q.Saymon  BACOM  adlı  induktiv 
nəticəçıxarma  proqramını  işləyib  hazırladı  ki,  bu  da  süni 
intellekt  metodları  ilə  təbiət elmlərində  qanunlar  aşkar 
etmək üçün nəzərdə  tutulmuşdu.  Sonra  bu  proqramın 
təkmilləşdirilmiş  variantı  –  BACOM-5  meydana  çıxdı. 
Maraqlı  cəhət  bu  idi  ki,  BACOM  proqramının  köməyi ilə 
eksperimental verilənlər əsasında ideal qaz qanunu, Kulon 
(1736-1806)  qanunu, Keplerin üçüncü qanunu, G.S.Om 
(1789-1854)    qanunu, rəqqas və  sabit təcil üçün Qaliley 
qanunları yenidən kəşf edildi. 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------150------------------------------------ 
 
 
Şarl Oqyusten de Kulon 
 
Georq Simon Om 
 
 
Qalileo Qaliley 
 
İohan Kepler 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------151------------------------------------ 
 
Psevdofiziki məntiqlər. Birinci dərəcəli predikatlar 
(Yüksək dərəcəli məntiqlərdə  kvantorlar  yalnız 
х,  у,  z 
dəyişənləri üçün deyil, həm də  predikatlara və 
funksiyalara da tətbiq edilir)  məntiqinin böyük imkanlara 
malik  olmasına  baxmayaraq,  bu,  zaman,  məkan, 
səbəbiyyət və  s.  kimi mürəkkəb  anlayışlarıdan  söhbət 
gedən hallarda biliklərin məntiqi təqdimatı üçün münasib 
olmur. Bu hallarda psevdofiziki məntiqlər daha 
münasibdir. “Psevdofiziki” termini fiziki gerçəkliyi olan 
məntiqi münasibətlərin əks etdirilməsi ilə bağlıdır. 
Psevdofiziki məntiqlərin tətbiqi  aşağıdakılara  imkan 
verir: 
-insanın  ətraf fiziki dünya barədə  qeyri-səlis 
mühakimələrini, məsələn, hadisələrin  zamanlı  əlaqəliliyi, 
obyektlərin məkanda yerləşməsi, fiziki hadisələr  arasında 
səbəb-nəticə  əlaqələri,  onların  başvermə  tezliyi və  s. 
haqqında mühakimələrini imitasiya (təqlid) etmək; 
-nəticəçıxarma  qaydaları  əsasında  yeni  biliklərin 
qenerasiyası  (yaradılması).  Bu  biliklər təbii dildəki 
mətnlərdən və  ya sensor sistemlərdən  alınmış 
situasiyaların  təsvirini  tamamlayır  və  intellektual 
sistemlərin yaddaşına daxil edilir.  
 Psevdofiziki məntiqlərin  yaradılması  münasibətlərin 
semantikasını  (zamanı,  məkanı  və  s) nəzərə  alan formal 
sistem  qurmağı  və  verilmiş  psevdofiziki  məntiqi təyin 
edən fiziki gerçəkliyin  modelini  yaratmağı  əhatə  edir. 
Məsələn,  intellktual  qurğu üçün zaman məntiqi 
situasiyanın  təsvirində  əyani  iştirak  etməyən  zamanlı 
münasibətləri və  bu münasibətləri bərpa edən deklarativ 
təsvirləri hasil edən formal sistemlə təchiz  edilmiş olur. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------152------------------------------------ 
 
Psevdofiziki məntiqin  əsas problemi elə  məntiqlər 
(fəzalı,  zamanlı,  kauzal  (səbəblilik, hadisələr  arasında 
səbəb  əlaqəsi), fəaliyyət məntiqləri)  yaratmaqdan 
ibarətdir ki, nəticədə  insanın  qeyri-səlis mühakimələrini 
imitasiya etməyi bacaran tamfunksional intellektual 
sistemi yaransın. 
 
Produksiyalar.  Burada produksiya dedikdə, 
situasiya→hərəkət  (iş,  fəaliyyət, təsir),  ilk  şərtlər→rəy 
(fikir,qərar), səbəb→nəticə və s. cütlüklərdən ibarət olan 
qayda-produksiya  nəzərdə  tutulur. Bu cür qaydalar 
müxtəlif bilik sahələrində  və  fəaliyyət növlərində  rast 
gəlinir. Gündəlik həyatımızda  bizi  müxtəlif  davranış 
qaydaları,  küçə  hərəkəti  qaydaları,  qrammatik  qaydalar 
əhatə edir. 
Cinayət məcəlləsinin müddəaları da qayda kimi çıxış 
edir ki, bunun da sol tərəfi dispozisiya  (dispozisiya 
dedikdə  ya  qoşunun  döyüşə  hazır  vəziyyəti, ya da ki, 
donanmanın əvvəlcədən təyin edilmiş plan üzrə müəyyən 
yerdə hazır durması başa düşülür), sağ tərəfi sanksiyadır. 
Əgər söhbət  proqramlaşdırmadan  gedirsə, onda 
produksiya dedikdə, 
produksiyanın  adı,  tətbiqolunma 
şəraiti, operator  üçlüyü nəzərdə  tutulur. Bəzi  hallarda 
produksiya implikasiya (“əgər-onda”)  anlamına  yaxın 
məna  daşıyır.  Odur  ki,  produksiya  implikasiya  şəklində, 
yəni,
,
β

α
  kimi  işarə  edilə  bilər.  Əgər tətbiqolunma 
şəraitinin daha ətraflı  açılması  tələb olunursa, onda 
,
2
1
B
P
P
P
n





kimi  yazmaq  lazımdır.  Burada
  P
i
 
(
i = 1,2,...,  n)  konyunksiya  formasında  təzahür edən 
tətbiqolunma  şəraitidir; 
B  –  rəy (fikir, qərar) olmaqla, 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə