Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------132------------------------------------ 
 
obyektlərə aid verilənlərin bütün zəruri strukturlaşdırılmış 
yazılarını  müvafiq  ad  altında  saxlamağa  imkan  verir.  Bu 
baxımdan, fayla obyektin informasiya modeli kimi baxmaq 
olar. 
Verilənlərin EHM-in  xarici  yaddaşında  təqdimatı 
aşağıdakı mərələlərdən keçmişdir: 

 
Verilən  yazılarının  fayllarda  formalaşdırılması 
üsulları,  faylların  işlədilməsi və  onlara müraciətin 
təşkili  istifadəçilərin  konkret  proqramlarında 
tamamilə təyin edilmişdi; 

 
Faylların idarə edilməsi və onlara müraciətin təşkili 
EHM-in əməliyyat sisteminə həvalə olundu; 

 
V
erilənlər bazaları 
və inkişaf etmiş 
verilənlər bazalarını 
idarəetmə 
sistemlərinin
 
yaradılması, 
tətbiqi 
məsələlərin həlli üçün nəzərdə  tutulan böyük 
v
erilənlər bazaları 
ilə işləmək imkanı yarandı. 
Verilənlərin  yaradılması,  saxlanması,  müraciətin 
təşkili  həm məntiqi, həm də  fiziki səviyyədə  bütövlükdə 
hər bir proqramın tərtibçisi və istifadəçisinin işi idi. 
Proqramın  verilənləri ilə  iş  və  xüsusilə  də  onların 
digər proqramlarda  istifadə  edilməsi olduqca böyük 
zəhmət tələb edən, amma az səmərə verən iş idi. 
İkinci  mərələdə  EHM-in  xarici  yaddaşındakı 
verilənlərlə işi  (əsasən fiziki səviyyədə) əməliyyat sistemi 
(ƏS) öz üzərinə götürdü. 
Lakin inteqrasiya edilmiş verilənlərlə iş yalnız üçüncü 
mərhələdə  gerçəkləşə  bildi.  Çünki  yalnız  bu  mərhələdə 
mürəkkəb strukturlu verilənlər bazalarını  səmərəli təşkil 
etmək mümkün oldu və  verilənlər  bazalarını  idarəetmə 
sistemləri  çərçivəsində  verilənlər üçün güclü emaledici 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------133------------------------------------ 
 
vasitələr  meydana  çıxdı. Bunun nəticəsində  verilənlərin 
tətbiqi  proqramlardan  asılılığı  tamamilə  aradan  qaldırıldı 
və  verilənləri yaradan, dəstəkləyən və  istifadə  edən 
proqramları  texnoloji  cəhətdən bir-birindən  ayırmaq 
mümkün oldu. Nəticədə  verilənə  görə  proqramı  tələb 
etmək imkanı  yarandı,  halbuki  əvvəllər proqrama görə 
verilən tələb olunurdu. 
Nəhayət,  verilənlər  bazalarını  idarəetmə  sistem-
lərinin  tərkibində  hər bir proqram kompleksində  ayrıca 
aralıq  riyazi  təminat  qatı  yaradan  vasitələr nəzərdə 
tutuldu ki, bunlar da veriləni  istifadə  edən tətbiqi 
proqramları və müvafiq proqramçıları verilən axtarışından, 
verilənin yerləşdirilməsindən və verilənlərin idarə edilməsi 
ilə  bağlı  olan  digər  əməliyyatlardan azad etdi. Yəni bu 
halda verilənlərin idarə edilməsi daha səmərəli təşkil edilə 
bildi. Sözü edən riyazi təminat  qatı  qismən  verilənlər 
bazalarını 
idarəetmə 
sistemlərinin 
sistem 
proqramlarından,  qismən də  istifadəçinin  verilənlər 
bazalarını  idarəetmə  sistemlərinə  qoşduğu  verilənlərin 
təsviri (VTD) və  verilənlərin manipulyasiyası  dili (VMD) 
vasitələrindən ibarət 
oldu. Bu dillər 
ənənəvi 
proqramlaşdırma  dillərini verilənlərin  iri  qruplarını 
təşkiletmə vasitələri ilə tamamladılar. 
Bundan sonra yeni mərhələ  başladı.  Bu  mərhələdə 
kollektiv istifadə  edilən  paylanmış  verilənlər  bazaları 
yaradıldı.  
Süni intellekt sistemlərinin meydana çıxması “biliklər 
bazası”  adlanan  yeni  anlayış  gətirdi.  Ənənəvi “verilənlər 
və verilənlər bazası” anlayışı ilə “biliklər və biliklər bazası” 
anlayışını  müqayisə  etdikdə,  xeyli  oxşarlıqlar  olduğunu 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------134------------------------------------ 
 
yəqin etmək mümkün olsa da, müəyyən fərqlər də 
görünməkdədir.  Şübhəsizdir ki, verilənlər  verilənlər 
bazalarının strukturu,  predmet  oblastı  və  onun strukturu 
barədə  müəyyən bilikləri  əks etdirir. Lakin verilənlə  bilik 
arasında ciddi əlamət fərqləri də vardır.  
Bilikləri fərqləndirən əlamətlər bunlardır: 

 
Daxili şərhedilənlik; 

 
Strukturluluq; 

 
Əlaqəlilik; 

 
Aktivlik. 
Strukturlaşdırılmış  verilənlərə  diqqət yetirdikdə, 
biliklərə  aid edilən bəzi  əlamətlərin verilənlərə  də  xas 
olduğu  aydın  olur.  Məsələn,  şərhedilənlik relyasiyalı 
verilənlər  bazalarında  cədvəl  sütunlarının  adı  münasibət 
atributlarıdır ki, bunların da adları sətirlərdə göstərilir.  
İkinci əlamət – strukturluluq – mürəkkəb obyektlərin 
daha sadə  obyektlərə  bölünməsi (dekompozisiya) və 
onların  arasındakı  əlaqələri  “hissə-tam”, “sinif-altsinif”, 
“cins-növ” və  s.  münasibətləri ilə  təsvir etməyə  xidmət 
edir. Bu münasibətlərə  iyerarxik və  şəbəkə  verilənlər 
bazalarında rast gəlinir. 
Üçüncü  əlamət  -  əlaqəlilik  –  iyerarxik və  şəbəkə 
verilənlər bazalarında praktiki olaraq rast gəlinmir. 
Bizim biliklərimiz  yalnız  strukturların  məzmunu ilə 
əlaqəli deyildir. Onlar həm də  faktlara, proseslərə, 
hadisələrə  aid  qanunauyğunluqları  və  səbəb-nəticə 
münasibətlərini əks etdirir. 
O  ki,  qaldı,  dördüncü  əlamətə  -  aktivlik  –  EHM 
istifadə  edildikcə  yeni biliklər yaransa da, verilənlər EHM 
yaddaşında passiv surətdə saxlanmaqda davam edir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------135------------------------------------ 
 
İnsana  dərketmə  aktivliyi  xasdır,  yəni insan biliyyi 
aktivdir. Bu, biliyi veriləndən prinsipial surətdə 
fərqləndirir. Məsələn, bilikdə ziddiyyət aşkar edildikdə, bu, 
həmin ziddiyyətin aradan qaldırılması üçün səbəbə çevrilir 
və  nəticədə  yeni  bilik  meydana  çıxır.  Biliklərin 
natamamlığı  da  aktivliyi  stimullaşdırır.  Yəni biliklərdəki 
çatışmazlıqların  aradan  qaldırılması  zərurəti aktivliyə 
səbəb olur. 
Verilənlər və  verilənlərin strukturu predmet 
oblastının  xüsusiyyətlərini heç də  həmişə  tam, bitkin əks 
etdirmir. 
Hal-hazırda  biliklərin təqdim edilməsi üçün 4 dil 
(model) tətbiq  edilir  ki,  bunlar  da  aşağıdakılardan 
ibarətdir:  

 
Semantik şəbəkələr dili (modeli); 

 
Freymlər sistemi; 

 
Məntiqi dillər (modellər); 

 
Produksion sistemlər. 
 
SEMANTİK ŞƏBƏKƏLƏR 
 
Semantik  şəbəkədə 
təpələr  anlayışları  (obyektləri, 
hadisələri, prosesləri), 
qövslər  anlayışlar  çoxluğundakı 
münasibətləri göstərir. Bu səbəbdəndir ki, semantik 
şəbəkələrin  dili  relyasiya  dili  adlandırılır.  Münasibətlər 
olduqca müxtəlif ola biləndir. Odur ki, semantik 
şəbəkələrdə əlaqəlilik əlaməti kifayət qədər təmin olunur. 
Ümumi halda, bu o deməkdir ki, təbii dildə  yazılmış 
mətndəki bilikləri də  semantik  şəbəkədə  əks etdirmək 
mümkündür. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə