Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------144------------------------------------ 
 
 
)].
,
(
))]
(
(
[
)
(
~
x
y
R
y
g
Q
x
P


 
Əgər 

və 

dəyişənlərinin qiymətləri 
göstərilməyibsə,  bu  düsturun  doğru  (D)  və  ya yalan (Y) 
olması barədə heç nə demək mümkün deyildir. 
Adətən, bu düsturun bütün obyektlər üçün və  ya 
əksinə, heç olmazsa, bir obyekt üçün doğru olub-olmadığı 
maraq  doğurur.  Bütün  obyektlər  üçün  doğru  olmaq 
ümumilik kvantoru (∀) ilə, heç olmazsa, bir obyekt üçün 
doğru olmaq isə  varlıq kvantoru (∃) ilə ifadə edilir və bu 
işarələr düsturun başlanğıcında yazılır: 
 
]]
,
(
))
,
(
(
[
)
(
[~
x
y
R
y
x
g
Q
x
P
y
x




 
 
Bu, o deməkdir ki, hər bir 
x üçün y-in heç olmazsa, 
bir D qiyməti varsa, düstur D qiymət alacaqdır.  
Bütün dəyişənləri  kvantorlarla  bağlanmış  düsturlar 
qapalı  düstur  adlanır.  Bu  düstur özünü mülahizə  kimi 
təqdim edir. 
Deduktiv modellər 
Р
1
,  Р
2
,  …,  Р
п
  kimi  bir  sıra  ilkin 
şərtlərdən (aksiomlardan  -  bunlar həm də, mahiyyətcə, 
düzgün  qurulmuş  düsturlardır) məntiqi cəhətdən  doğru 
olan hökmlər almaq üçün lazımdır. 
Р

∧Р
2
  ...  ∧  Р
п
  ifadəsinin  yalnız  və  yalnız  doğru 
qiymət aldığı halda 
В doğru qiymət alırsa, onda B Р
1
, Р
2

..., Р
п
 şərtlərinin nəticəsi hesab edilir. 
Predikat  hesablamalarının  dili  relyasiya  bazalarına 
sorğu  dili  kimi  istifadə  edilə  bilər. Adi verilənlər  bazaları 
(məsələn,  relyasiya  bazaları)  estensional  verilənlər 
bazalarıdır. Bu halda istifadəçi  sorğusunu  predikat 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------145------------------------------------ 
 
hesablarının  müəyyən  yarımdilində  tərtib edir. Adi 
verilənlər  bazaları  ilə  yanaşı,  deduktiv  verilənlər  bazaları 
da  vardır.  Bunlar  intensional  və  ekstensional hissələri 
birləşdirməklə,  əslində,  verilənlər  bazaları  ilə  biliklər 
bazalarının kombinasiyası kimi fəaliyyət göstərir. Deduktiv 
bazalarda  aksiomdan  fakt  çıxarmaq  üçün  teorem  isbatı 
metodlarından istifadə edilir. 
İnduktiv  modellər.  İnduktiv  nəticəçıxarma 
sistemləri 
M  –  formal sistemləri sinfinə  aiddir ki, burada 
da nəticəçıxarma  qaydası  hissəvi hökmlər  çoxluğundan 
ümumi nəticə  çıxarılması  prosesində  meydana  çıxır. 
İnduktiv  nəticəçıxarma  eksperimental  müşahidələr 
əsasında  ümumi  qanunauyğunluq  aşkarlamağa  imkan 
verir.  Bu  cür  qanunauyğunluqların  alınmasının  2  üsulu 
vardır: 

 
Ehtimallı-statistik üsul; 

 
Məntiqi üsul. 
Ehtimallı-statistik üsul hadisə və ya müşahidə edilən 
verilənlərin kifayət qədər  çoxsaylı  təkrarlananlığı  halında 
mümkün olur. 
Lakin insan mühakiməsi  praktikasında  ehtimallı-
statistik metodlara hər zaman əsaslanmaq mümkün 
olmur. 
Bəzən bu və  ya digər obyekt və  ya xarici mühit 
barədə  müəyyən nümunələr və  ya təzahürlərin üzərində 
aparılan müşahidələr əsasında ümumi qanunauyğunluqlar 
və  ya gələcəkdə  baş  verə  biləcək hadisələr  haqqında 
nəticələr  çıxarmaq  tələb  olunur,  başqa  sözlə, xüsusidən 
ümumiyə mühakimə yürüdüb nəticə çıxarmaq lazım gəlir 
ki, induktiv metod da əslində elə budur.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------146------------------------------------ 
 
İnduktiv  mühakimə  modellərini ilk dəfə  Sokrat 
qurmağa  cəhd etmişdi.  Sonra  Aristotel  sözügedən 
nəticəçıxarma sxemini “populyar induksiya” adlandırmışdı. 
1620-ci ildə  F.Bekon  induktiv nəticəçıxarmanı  səbəblər 
cədvəllərinin köməyi ilə  formallaşdırmağa  cəhd  etmişdi. 
F.Bekonun  (1561-1626)  ideyaları  1990-cı  ildə  D.S.Mill 
tərəfindən  inkişaf  etdirilmiş  və 
oxşarlıq,  fərqlənmə, 
qalıqlar və müşayiətedici, (yanaşı baş verən) dəyişikliklər 
kimi induktiv metodlar təklif  edilmişdir.  Sonrakı  illərdə 
D.S.Mill  (1806-1873)  metodları  P.Qaek və  V.K.Finn 
tərəfindən, çoxqiymətli məntiqdən istifadə edilərək, DSM-
metod adlanan məntiiqi-riyazi aparat səviyyəsinə 
qaldırılmışdır. 
 
Frensis Bekon 
 
Con Styuart Mill 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------147------------------------------------ 
 
Frensis  Bekon  (ingiliscə  Francis  Bacon)  ingilis 
flosofu,  siyasətçisi,  empirizmin  banisi.  23  yaşında 
parlamentə  seçilir,  lord-kansler,  Verulam  baronu  və 
Sent-Olban vikontu seçilmişdir. Birinci Yakovun və onun 
oğlu  Karlın  rəhbərliyi  dövründə  görkəmli  dövlət  xadimi 
olmuşdur.  
Bekon  peşəkar  fəaliyyəti  hüquqçu  kimi  başlayır. 
Əsasən  induktiv  metodların  elmi  tədqiq  olunması  ilə 
məşğul  olmuşdur.  Əksər  hallarda  elmi  nəticəni  “Bekon 
metodu”  da  adlandırırlar.  Alimin  fikirinə  görə  induksiya 
biliyi  ətraf  mühitdən  eksperiment,  müşahidə  və 
hipotezin  yoxlanması  nəticəsində  alır.  Öz  zamanlarında 
əlkimyaçılar metoddan geniş istifadə etmişlər. Bekon öz 
elmi  baxışlarını  yazdığı  “Yeni  orqanon”  traktaktında 
ətraflı şərh etmişdir (orqanon - biologiyanın heyvan və 
bitki  orqanizmi  üzvlərinin  quruluşundan  bəhs  edən 
şöbəsi).  Bekon  ikihərfdən  ibarət  şifr  yaratmışdır,  indiki 
zamanda “Bekon şifri” kimi məşhurdur. 
Ədəbiyyat aləmində qəbul edilməmiş elmi söhbətlər 
mövcuddur, bu Bekonun yazdığı bütün mətnləri Şekspir 
adı altında çap etdirməsi ilə bağlıdır. 
Con  Styuart  Mill  (ingiliscə  John Stuart Mill) ingilis 
flosofu,  iqtisadçı  və  siyasi  xadim.  Ümumnəzəri, 
politalogiya  və  siyasi  iqtisad  sahələrinə,  həmçinin  
liberalizm  fəlsəfəsinə    əhəmiyyətlə  tövhələr  vermişdir. 
Fərdi  azadlıq  konsepsiyasının  tərəfdarı  kimi  çıxışlar 
etmişdir. Belə bir fikir vardır ki, C.Mill XIX əsr ingilis dilli 
fəlsəfənin tanınmış şəxslərindən biridir. Uzun illər boyu 
Britaniya Parlamentinin üzvü olmuşdur. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə