Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------136------------------------------------ 
 
Misal  üçün  aşağıdakı  cümləni nəzərdən keçirək: 
“Balıqçı qayığa əyləşib, digər sahilə keçdi və oradakı balıq 
səbətini götürdü”. 
Bu cümlədə 5 obyekt vardır: balıqçı (
1
a
), qayıq (
2
a
), 
digər sahil (
3
), səbət (
4
a
) və balıq (
5
). Münasibətlər isə 
bunlardır: əyləşib (
1
r
), keçdi (
2
r
), götürdü (
3
) və oradakı 
(
4
r
). 
Beləliklə, baxılan cümlə üçün semantik şəbəkə 1saylı 
şəkildə verilən kimi olacaqdır: 
 
 
Şəkil 1. Frazaların (ibarələrin) semantik şəbəkəsi 
 
1 saylı şəkildə münasibətlər bütöv xətlərlə, mətndəki 
“oradakı”  sözü  isə  münasibət kimi göstərilmişdir.  Yəni, 
səbətin digər sahildə  olduğu  vurğulanır.  Bu,  nə  ilə 
bağlıdır? 
İş burasındadır ki, gerçək dünyanın məntiqindən və 
bu  dünyadakı  situasiyaların  qəbul  edilmiş  təsviri 
üsullarından  çıxış  etməklə,  buradakı  verilənlərin və 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------137------------------------------------ 
 
münasibətlərin bəzilərini mətndəki kimi oxumamaq da 
olar. Məsələn,  şəkil 1-dəki bütöv xətlərlə  göstərilmiş 
münasibətləri  qırıq  xətlərlə  göstərilən münasibətlərlə 
tamamlamaqla,  yuxarıda  baxdığımız  mətni  bu  şəklə 
salmaq olar: “Balıqçı qayığa əyləşdi və qayıqla digər sahilə 
keçdi. Digər sahhildə balıq vardı. Balıq səbətdə idi. Balıqçı 
balıq səbətini götürdü”. 
Bir vacib cəhəti xüsusi olaraq qeyd etmək  lazımdır: 
hind-Avropa dillərində  aparılmış  tədqiqatlar göstərmişdir 
ki, bu dillərdə  200-dən  artıq  olmayan  müxtəlif, bir-birinə 
uyğun  gəlməyən münasibətlər var ki, bunlar da baza 
münasibətləri olaraq müxtəlif kombinasiyalarda digər 
münasibətlərin  yaradılmasında  iştirak  edirlər. Məhz bu, 
situasion idarəetmənin təməlini təşkil edir. Bundan əlavə, 
baza münasibətlərinin  sonlu çoxluq təşkil  etməsi ümid 
etməyə imkan verir ki, biliklər bazasında istənilən predmet 
oblastını  təqdim etmək olar və  hətta mətnin bilavasitə 
özünə  əsasən  semantik  şəbəkəni avtomatik qaydada 
qurmaq olar. 
Semantik  şəbəkələrin  xüsusi  halı  ssenarilər və  ya 
bircins  semantik  şəbəkələrdir.  Bu  şəbəkələrdə  müxtəlif 
semantikalı  obyektlər ciddi və  ya qeyri-ciddi dərəcəli 
yeganə münasibətlə əlaqələndirilir. 
Məsələn,  əgər obyektlər  arasında  yalnız  ciddi 
dərəcəli izləmə münasibəti varsa, onda “fransız təqdimatı” 
adlanan məşhur şəbəkə qrafikindəki işlər kompleksi alınır. 
Aydındır ki, ssenari plan tərtibi üçün ən münasib vasitədir. 
Ümumi  növ  semantik  şəbəkə  timsalında  verilənlər 
bazası ilə biliklər bazası (BB) arasındakı fərqi təyin etmək 
mümkündür. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------138------------------------------------ 
 
Predmet  oblastı  öz komponentlərinin mümkün 
vəziyyətlərinin  çoxluğudur.  Ümumi  anlayışlar  (obyektlər) 
və  onların  arasındakı  münasibətlər vasitəsilə  təqdim 
edilən  bu  çoxluq  intensional  semantik  şəbəkə  şəklində 
olan biliklər bazası yaradır. 
Digər tərəfdən,  situasiyadan  asılı  olaraq predmet 
oblastının  komponentləri konkret qiymətlər, xassələr, 
xarakteristikalar nümayiş etdirə biləndir. Bütün bu konkret 
verilənlər  predmet  oblastının  ekstensional  semantik 
şəbəkəsində və ya şəbəkə strukturlu verilənlər bazasında 
əks etdirilir.  
 
 
Şəkil 2. Biliklərin təqdim edilməsi sistemi 
 
 FREYM MODELLƏRİ (DİLLƏRİ) 
 
Semantik  şəbəkələr, obyektlər və  anlayışlar 
arasındakı  münasibətləri  əks etdirən vasitələrin zənginliyi 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------139------------------------------------ 
 
ilə  bağlı  olaraq,  geniş  imkanlara  malik  olsalar  da,  bəzi 
nöqsanlardan da azad deyildirlər. 
Həddən  artıq  sərbəst struktur və  müxtəlif təpə  və 
əlaqə  tipləri  informasiya  emalı  prosedurlarını  tamamilə 
cürbəcür edir ki, bu da EHM-in proqram təminatını 
olduqca mürəkkəbləşdirir.  Bu  səbəbdən semantik 
şəbkələrin xüsusi tipləi: sintaqmatik zəncirlər, ssenarilər, 
freymlər və s. meydana çıxmışdır. 
Freymli təqdimatın mərkəzi anlayışı “freym”dir və bu 
“çərçivə”  anlamına  gəlir.  Bu,  onunla  bağlıdır  ki,  istənilən 
predmet,  obyekt  haqqında  təqdimat, situasiya barədə 
stereotip insan təsəvvüründə  həmişə  müəyyən xassə  və 
xarakteristikalarla çərçivələnir  ki,  bunların  da  hər biri 
müəyyən freym slotunda  (Slot  –  yuva  (yaddaş  yuvası)) 
yerləşir. 
Formal olaraq freym dedikdə, adətən  aşağıdakı 
struktur nəzərdə tutulur: 
 
]
,
,
...,
,
,
,
,
[
2
2
1
1
>
<
>
<
>
<
k
k
g
v
g
v
g
v
f
 
 
Burada: 
f — freymin adı;  i
, g
i
>cütü  — i-ci slot, 
burada 
v
i
 
— slotun adı və 
g
i
 — slotun qiymətidir. 
Freymləri bəzən 2 qrupa bölürlər: təsviredici 
freymlər və  roloynayan freymlər. Məsələn, təsviredici 
freymlərə:  [<
meyvələr>,  <şanı  üzümü,  20 ton>,  alma, 10 ton>,  ], roloynayan 
freymlərə  isə: [<
daşımalı>, <50 ton>, Biləcəridən>,  ,  nəqliyyatı  ilə>, 
misal göstərilə bilər. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə