Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------120------------------------------------ 
 
və  qeyri-xətti  proqramlaşdırma  üzrə  optimallaşdırma 
modellərində də gözlənilir. 
Əgər riyazi modellər  şərhsiz təqdim edilərsə,  hansı 
konkret obyektin və  ya  hansı  konkret  prosesin  təsvir 
edildiyini demək  mümkün  olmaz.  Yalnız  ümumi  fikir  kimi 
onu demək  olar  ki,  hansı  sinif  obyektlərlə  bu model 
müqayisə  edilə  biləndir.  Modelin  semantikası  (məzmunu) 
bu və  ya digər obyekt və  ya prosesi modelləşdirən 
(düsturlaşdıran, formal şəklə salan) mütəxəssisdən başqa 
heç kimə məlum deyildir. Qeyd etmək vacibdir ki, formal-
riyazi modellərin  semantikası,  yəni konkret obyekt və  ya 
proses  haqqında  konkret  bilikləri  aşkara  çıxaran  şərhlər 
(izahlar) EHM-dən kənarda yerləşir. 
Yeni 
informasiya 
texnologiyasının 
yaranması 
professor  D.A.Pospelovun  işləyib  hazırladığı  və  ilk 
vaxtlarda situasion idarəetmə  nəzəriyyəsində, sonra isə 
süni intellekt nəzəriyyəsində uğurla tətbiq edilən məntiqi-
linqvistik modellərlə bağlıdır. Çünki bu modellər idarəetmə 
obyekti və  onda gedən proseslər barədə  olan konkret 
məzmunlu bilikləri formallaşdırmağa, daha doğrusu, riyazi 
modellərlə  yanaşı,  məntiqi-linqvistik modelləri də  EHM-ə 
daxil etməyə  imkan verir. Məntiqi-linqvistik modellər  – 
semantik  şəbəkələr, freymlər, produksion sistemlər  – 
bəzən  bir  anlayış  halında  birləşdirilərək ”süni intellekt 
sistemlərində  proqram-aparat vasitələri”  adlandırılır. 
Biliklər bazası məhz məntiqi-linqvistik modellərə əsaslanır. 
Beləliklə,  yeni  informasiya  texnologiyasını  köhnə 
texnologiyadan prinsipcə  fərqləndirən xüsusiyyətlər 
aşağıdakılardır: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------121------------------------------------ 
 

 
Xüsusi formalizmlərin (məntiqi-linqvistik 
modellərin) köməyi ilə deklarativ (rəsmi, təntənəli) 
və prosedur biliklər elektron formada təqdim edilir 
və  EHM-in köməyi ilə  məsələ  həlli daha səmərəli 
gedir; 

 
Məntiqi-linqvistik modelləşdirmə  formallaşdırılması 
çətin və  ya qeyri-mümkün olan bilik sahələri və 
fəaliyyət  sferaları  (təbabət, biologiya, geologiya, 
çevik  robotlaşdırılmış  istehsalın  idarə  edilməsi, 
dispetçer idarəetməsi və s.) hesabına EHM tətbiqini 
olduqca genişləndirdi; 

 
Bununla da mütəxəssislərin bilavasitə  (vasitəçi 
xidmətinə  ehtiyac duymadan)  EHM-ə  müraciət 
etməsi təmin olunur və  süni intellektin proqram-
aparat vasitələri  hesabına  yaranan  intellektual 
interfeysin köməyi ilə istifadəçi öz məsələsini EHM-
də dialoq rejimində həll edə bilir;  

 
Bu halda EHM-lə  qarşılıqlı  fəaliyyət istifadəçinin 
peşə dilində, işgüzar dildə baş verir.
 
Süni intellektin sadalanan vasitələri ilə təchiz edilmiş 
və  şəbəkəyə  qoşulmuş  EHM  artıq  ağır  yüklü  kağız 
texnologiyası  ilə  deyil,  irimiqyaslı  məsələ  və  problemləri 
həll edən kollektivdaxili prosesi  yeni informasiya-təşkilati 
texnologiya ilə təsvir edir.  
Beləliklə, bir vaxt akademik V.M.Qluşkovun  (1923-
1982)  son  kitabında  göstərildiyi  kimi,  kağızsız 
informatikaya keçid baş verir. 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------122------------------------------------ 
 
 
D.A.Pospelov 
 
V.M.Qluşkov 
 
Viktor  Mixayılovic  Qluşkov  -  sovet  riyaziyyatçısı, 
kibernetik.  SSRİ  Elmlər  Akademiyasının  akademiki, 
çoxlu sayda xarici ölkələrin akademiki və elmi birliklərin 
üzvü.  Sosialist  Əmıyi  Qəhrəmanı,  cəbr,  kibernetika  və 
hesablama  texnikasi  sahəsində  elmi  əsərlərin  müəllifi. 
Alimin  rəhbərliyi  ilə  1966-cı  ildə  mühəndis 
hesablamaları  üçün  yararlı  olan  fərdi  EHM  “Mir-1” 
yaradılmışdır. 
Dmitri Aleksandroviç Pospelov, professor, texnika 
elmləri doktoru,  mürəkkəb sistemlərin yeni metodlarla 
idarə 
edilməsi 
sahəsində 
mütəxəssis. 
Yeni 
arxitekturaya malik EHM-in  və  süni  intellektin 
yaradılması sahələri ilə məşğul olmuşdur. 1989-cu ildə 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------123------------------------------------ 
 
yaradılmış  süni  intellekt  assosiasiyasının  prezidenti 
seçilmişdir.  1991-ci  ildə  qeyri-səlis  sistemlərin 
assosiasiyasının  sədri,  1994-cü  ildə  isə  “Təbabətdə 
kompüter sistemləri  və  informasiya  texnologiyaları” 
assosiasiyasinin prezidenti seçilmişdir.     
 
Hal-hazırda yeni informasiya texnologiyası prinsipləri 
ilə  fəaliyyət göstərən  süni  intellekt  sistemi  aşağıdakılara 
bölünür: 
-intellektual informasiya-axtarış  sistemləri  (sual-
cavab sistemləri). Bu sistemlərdə proqramçı olmayan son 
istifadəçilər verilənlər və biliklər bazaları ilə təbii dilə çox 
yaxın olan peşə dilində işləyir; 
-hesablama-məntiq sistemləri.  Bunlar  proqramçı  və 
tətbiqi riyaziyyat mütəxəssisi olmayan son istifadəçilərə öz 
məsələlərini EHM-lə  dialoq rejimində  mürəkkəb riyazi 
metodlardan və  müvafiq tətbiqi proqramlardan istifadə 
etməklə həll edirlər; 
-ekspert sistemləri. Bu sistemlər biliklərin ekspert 
təsviri  formasında  təqdim edildiyi, lakin həm də  dəqiq 
elmlərə  xas olan riyazi modellərdən istifadənin çətin və 
bəzən  mümkün  olmadığı  sahələrin də  səmərəli 
kompüterləşdirilməsinin həyata keçirilməsinə imkan verir. 
Məhz ekspert sistemlərinin sayəsində  süni intellekt 
elmdə,  istehsalın  layihələşdirilməsi və  idarə  edilməsi 
sahəsində strateji əhəmiyyət qazanmışdır.  
Hibrid  ekspert  sistem  adlandırılan  sistemlər daha 
mühüm  əhəmiyyət  daşımağa  başlamışdır.  Bu  sistemlər 
ənənəvi ekspert sistemlə  hesablama-məntiq sisteminin 
birləşdirilməsi yolu ilə  yaradılır.  Başqa  sözlə, hibrid 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə