Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə26/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------103------------------------------------ 
 
satışından əldə olunan illik gəlir 870 milyon dollar, 1990-cı 
ildə  isə  bu  rəqəm  1,1  milyard  dollar  təşkil  etmişdir. 
Sonralar  gəlirin  30%-lik  artımı  daha  da  artan  templərlə 
dəyişmişdir. 
İntellektual sistemlərin ən çox yayılan növü ekspert 
sistemlərdir.  
Müasir ekspert sistemlər daha aşağı təcrübəyə malik 
mütəxəssislərin konkret tədqiqat sahəsinə aid məsələlərin 
həllində 
köməklik 
edən 
mürəkkəb 
proqram 
kompleksləridir.  İntellektual  sistemlərin  inkişaf  edən 
sahəsi  olan  ekspert  sistemlər  ənənəvi  riyazi  model 
metodları  ilə  həll  olunmayan  elm  və  texnikanın  müxtəlif 
sahələrində  informasiyanın  emalı  üçün  nəzərdə  tutulub. 
Bu sahələrdə informasiyanın məntiqi emalı və ekspertlərin 
təcrübəsi vacibdir.  
Ekspert sistemlərin tətbiqini vacib edən bir neçə şərt 
vardır: 

 
Başqa işçilərə kömək üçün mütəxəssis çatışmazlığı;  

 
Kiçik məsələlərin həlli mütəxəssislərin  çoxsaylı 
kollektivini tələb edir ki, bu mütəxəssislər də lazımi 
qədər biliklərə malik deyillər;  

 
Məhsuldarlığın aşağı düşməsi bir neçə şərtdən asılı 
ola bilər ki, bu da adi mütəxəssis tərəfindən 
ayrılmış vaxtda başa düşülə bilməz;  

 
Ən  yaxşı  və  ən  pis  icraçıların  məsələləri həll 
etmələri arasındakı fərqin böyüklüyü;  

 
Qoyulan məsələlərin həllinin öhdəsindən daha da 
yaxşı gələn rəqiblərin mövcudluğu.  
 Hal-hazırda  ekspert  sistemlərin  olmadığı,  ən 
azından buna cəhd olunmayan sahə yoxdur. Hələ 1987-ci 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------104------------------------------------ 
 
ildə 
“Intelligent 
Technologies” 
(ABŞ) 
jurnalının 
istifadəçilərdən  götürdüyü  sorğusuna  görə  aşağıdakı 
nəticələr alınmışdır: 

 
25 % istifadəçilər ekspert sistemlərdən istifadə 
edir;  

 
25 % istifadəçilər yaxın 2-3 ildə ekspert sistemlərin 
tətbiqini planlaşdırır;  

 
50 % istifadəçilər istifadənin səmərəli  olduğuna 
görə tədqiqatların aparılmasını üstün tuturlar.  
 Ekspert  və  intellektual  sistemlərin  digər  proqram 
vasitələrindən  fərqi  biliklərin  predmet  oblastının 
mütəxəssisi  tərəfindən  başa  düşülən,  ona  əlavə  və 
dəyişikliklər  edilə  bilən  formada  saxlanılan  biliklər 
bazasının olmasıdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------105------------------------------------ 
 
 
İNTELLEKTUAL SİSTEMLƏRİN 
İNKİŞAFINDA SÜNİ İNTELLEKTİN 
ROLU 
 
 
Süni intellekt,  bir  elm  kimi,  təxminən  yarım  əsrə 
yaxındır  ki,  mövcuddur.  Bu  elmin  əsas  problemi 
kompüterin köməyi ilə insan kimi davranmağı, mühakimə 
yürütməyi,  qeyri-müəyyən  və  qeyri-dəqiq  mühitdə  qərar 
qəbul  etməyi  bacaran  maşının  yaradılmasıdır.  Süni 
intellekt termini  ilk  dəfə  1956-cı  ilin  yayında  Stenford 
Universitetində  (ABŞ)  keçirilən  seminarda  Con  Makkarti 
(John  McCarthy)  tərəfindən  işlədilmişdir.  O,  bu termini 
1950-ci ildə Alan Tyurinq (Alan Turing) tərəfindən verilmiş 
kompüter intellekti (
computer intelligence)  anlayışı 
əsasında irəli sürmüşdür.  
Süni intellektin əhatə dairəsinə elə sahələr aid edilir 
ki,  orada  dəqiq  modellər,  həll  alqoritmi  və  metodlar 
yoxdur. 
Süni  intellektin  metodları  iki  xarakrerik  xüsusiyyətə 
əsaslanıb: 
1.Simvol  şəkilli (hərf, söz, ifadə,  işarə,  şəkil) 
informasiyadan istifadə;  
2.Simvol məntiqindən istifadə ilə axtarış.  
Bütün  ənənəvi  süni  intellekt  sistemləri  Hard 
Computing  (“Sərt”  -  dəqiq  hesablama)  texnologiyasına 
əsaslanıb  ki,  bu  da  onların  imkanlarını  kifayət  qədər 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------106------------------------------------ 
 
məhdudlaşdırıb.  “Computing”  –  hərfi  mənada,  ingilscə, 
hesablamaq deməkdir.  
Ənənəvi  süni  intellekt,  yuxarıda  qeyd  edilən 
xüsusiyyətlərinə görə, qeyri-müəyyənlik və qeyri-dəqiqliyi 
nəzərə alan ədədi üsulları müəyyən dərəcədə qəbul etmir. 
Göstərilən  cəhətlərinə  görə  ənənəvi  süni  intellekt 
sistemlərinin maşın intellektinin səviyyəsi – MİQ (Machine 
Intelligence Quotient – 
Maşın İntellekti Qabiliyyəti) heç də 
yüksək  deyil.  Buna  görə  də  intellektual  sistemin  Maşın 
İntellekti  Qabiliyyətinin  yüksəldilməsi  məsələsi  ortaya 
çıxdı.  Burada  qeyri-səlis  məntiq,  neyron  şəbəkələri, 
təkamül  hesablama  və  s.  kimi  yeni  ədədi  metodlardan 
ayrılıqda  və  xüsusilə  də,  birgə  istifadəni  nəzərdə  tutan 
hesablama  intellekti  əsas  metodologiya  kimi  çıxış  edir. 
Belə  ki,  o  ənənəvi  süni  intellekt  metodları  və 
ümumiyyətlə,  digər  metodlarla  həlli  mümkün  olmayan 
gerçək  aləmin  bir  çox  vacib  problemlərini  həll  etməyə 
imkan verir.  
Ənənəvi  hesablamadan  (HC  - 
Hard Computing) 
fərqli  olaraq  SC  (
Soft Computing  -  “Yumşaq”  (çevik) 
kompütinq) son istifadəçi üçün səmərəliliyi, məhsuldarlığı 
itirmədən qismən gerçək, qeyri-müəyyənlik, qeyri-dəqiqlik 
şəraitində hesablamalar aparmağa imkan verir.  
Mürəkkəb  məsələlərin  həlli  üçün  insan  zəkasına 
uyğun  bir  sistemin  yaradılması  qədim  zamanlardan 
insanları  düşündürmüşdür.  İlk  dəfə  bu,  R.Lulliy  (1235-
1315)  tərəfindən  müxtəlif  mürəkkəb  məsələlərin  həlli 
üçün bir maşının yaradılması kimi irəli sürmüşdür. 
XVIII  əsrdə  Q.Leybnis  (1646-1716)  və  R.Dekart 
(1596-1650)  bir-birilərindən  asılı  olmayaraq  bütün 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə