Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------98------------------------------------ 
 
Milli  Elmlər  Akedemiyasına  üzv  seçilmişdir  (1991-ci il). 
Pik  xəstəliyi  simptomunu  hiss  edən  alim  1988-ci  ildə 
elmi  işlərini  dayandırır.  68  yaşında  dünyasını 
dəyişmişdir. 
Devid Klarens Makklelland (ingiliscə David Clarence 
McClelland) amerika psioxoloqu, Təlabat nəzəriyyəsinin 
müəllifi,  apperseptiv  (appersepsiya  -  ilkin  təsəvvürlərə 
və  ya  təcrübəyə  əsaslanan  qavrayış)  mövzulara  aid 
testlərin  yeni  üsulla  qiymətləndirilməsinin  yaradıcısı, 
psixologiya  elmi  üzrə  professordur. Makklelland 
Harvard,  Boston  universitetlərində  tədris  ilə  məşğul 
olmuşdur.  Alimin  bir  neçə  kitabı  çap  edilib.  Onlardan 
“Nailiyyətin  sübutları”  (ingiliscə  The Achievement 
Motive) və “Nailiyyətin mühiti” (The Achieving Society) 
kitablarını  nümunə  kimi  göstərmək  olar.  Makklelland 
1958-ci  ildə  Quqqenhaym  adlı  mükafata  layiq  görülür. 
1963-cü  ildə  D.Makklelland  McBer  şirkətini  təsis  edir. 
Şirkətin  əsas  məqsədi  personalın  seçilməsini  və 
öyrədilməsini həyata keçirmək, məsləhətlər vermək idi. 
1963-cu ildə Milli Təhsil Assosiasiyası (ingiliscə National 
Education Association) alimin verdiyi təklifləri qəbul edir 
və təhsilin keyfiyyətinin artıqılması üçün universitetlərdə 
istifadə edir. 
    
   
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------99------------------------------------ 
 
Edvard Albert 
Feygenbaum 20 
yanvar 1936-cı  ildə 
ABŞ-ın 
Uihogen 
ştatında 
anadan 
olmuşdur.  Hesabla-
ma sistemlərinin 
nəzəriyyəsi sahə-
sində 
sayılan 
alimlərdən biridir. 
1994-cü ildə  süni 
intellektin  araşdırıl-
ması 
sahəsində 
apardığı 
elmi 
axtarışlara 
görə 
A.Tyurinq mükafa-
tına layiq görülmüş-
dür. E.Feygenbaum Karneqi-Mellon universitetini 
bitirdikdən  sonra  elmi  işlə  məşğul  olur. Qerbert 
Saymonun rəhbərliyi  altında  “insana  müəyyən elm 
sahəsinin öyrədilməsi prinsipinə” 
əsaslanan 
“mənimsəmə prosesinin modeli”ni (EPAM – Elementary 
Perceiver and Memorizer) ixtira edir. 1994-cü ildə Rac 
Reddi  ilə  birlikdə  “süni intellekt sisteminin  geniş 
miqyasda  yaradılması  və  sistemin  praktik  nümayiş 
etdirilməsi, həmçinin süni intellektdən istifadə  etməklə 
kommersiya nailiyyətlərinin  əldə  edilməsinin potensial 
imkanları”  barəsində  aldığı  nəticələrə  görə  A.Tyurinq 
mükafatına  layiq  görülür.  2007-ci ildə  hesablama 
texnikası  Assosiasiyasının  həqiqi üzvü seçilir. Alim 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------100------------------------------------ 
 
Stenford Universitetində ekspert sistemlərini təhlil edən 
laboratoriya  yaratmış  və  bu sahədə  elmi  araşdırmaları 
davam etdirir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------101------------------------------------ 
 
 
İNTELLEKTUAL SİSTEM: 
MAHİYYƏTİ VƏ TƏSNİFATI 
 
 
İntellektual  sistem  dedikdə, nüvəsi biliklər  bazası 
(BB) və ya predmet oblastının modeli olan, təbii dilə yaxın 
yüksək dil səviyyəsində  təsvir olunan sistem nəzərdə 
tutulur. Bu sistem intellektual texnologiyalar əsasında 
fəailyyət göstərir.  İntellektual  texnologiyalar biliklərin 
emalı paradiqmasına söykənir.  
Təbii  dilə  yaxın  olan  yüksək  dil  səviyyəsi 
biliklərin 
təqdimolunma dili (BTD) adlandırılr.  
İntellektual sistemlər ən çox informasiyanın məntiqi 
emalının  hesablamadan  üstün  olduğu  çətin  məsələlərin 
həlli üçün tətbiq olunur.  
 Hal-hazırda  iqtisadiyyatın  ayrı-ayrı  sahələrində 
avtomatlaşdırılmış  informasiya  sistemlərinin  hazırlanması 
və  tətbiqi  üzrə  böyük  təcrübə  toplanmışdır.  Bu  təcrübə 
belə  sistemlərin  biliklərə  əsaslanan  intellektuallığını 
artırmaqla tətbiq sahəsinin səmərəliliyini artırmağa imkan 
verir.  
 Təbii  dilin  və  neyron  hesablayıcı  sistemlərin  emal 
sistemləri  olan  intellektual  sistemlər  və  onun  bir  hissəsi 
olan  ekspert  sistemlərin  məhsuldarlığı  zaman  keçdikcə 
yüksəlir və çətin məsələlərin həlli asanlaşır.  
 İntellektual  sistemlərin  tətbiqinin  iqtisadiyyat  və 
biznesdə perspektiv sahələri aşağıdakılardır: 

 
İstehsalın idarə edilməsi;  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------102------------------------------------ 
 

 
İstehsal 
və 
firmadaxili 
planlaşdırma 
və 
proqnozlaşdırma;  

 
Marketinq və satışın idarə edilməsi;  

 
Maliyyə menecmenti;  

 
Risk-menecment;  

 
Bank sahəsi;  

 
Ticarət;  

 
Fond birjası.  
 İntellektual sistemlər daha çox marketinqdə, 
bazarın  seqmentləşdirilməsi və  marketinq  proqramlarının 
istehsalında, neyron şəbəkələr valyuta bazarlarında səhm 
kotirovkalarının  proqnozlaşdırılmasında, ekspert sistemlər 
isə firma üçün işçi heyətin seçilməsi və strateji qərarların 
qəbul edilməsində tətbiq edilir. 
İntellektual  sistemlər  müxtəlif  əlamətlərə  görə 
təsnifləşdirilir:  
 
Qurğuya  görə  intellektual  sistemlər  neyron 
şəbəkələr  və  ekspert  sistemlərə  bölünür.  Neyron 
şəbəkələrin və ekspert sistemlərin qurulması müxtəlifdir. 
Tətbiq  olunma  sahəsinə  görə  intellektual 
sistemlər iqtisadi məsələlərin həllinə yönələn, marketinq 
tədqiqatları  üçün  hazırlanan  və  hüquqşünaslıqda 
qərarların qəbul edilməsi üçün nəzərdə tutulan sistemlərə 
bölünür. 
Məsələlərin həllinə görə intellektual sistemlər 
məsləhət  verən,  test  edən,  diaqnostika  edən  və  s. 
sistemlərə bölünür. 
Hal-hazırda  intellektual  sistemlər,  faktiki  olaraq  az 
qala,  bütün  sahələrdə  istifadə  olunur.  Hələ  1989-cu  ildə 
ABŞ-da  süni  intellektin  proqram  və  aparat  vasitələrinin 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə