Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə28/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------111------------------------------------ 
 
Q E Y D L Ə R: 
 
 
 
Alan Tyurinq  (ingiliscə Alan Mathison Turing) 23 
iyun 1912-ci ildə anadan olmuşdur. 7 iyun 1954-cü ildə 
dünyasını  dəyişmişdir.  İngilis  riyaziyyatçısıdır,  məntiq 
və  kriptoqraf  ilə  məşğul  olmuş,  informatikanın 
inkişafına  böyük  tövhələr  vermişdir.  Britaniya 
İmperiyasının Ordenli kavaleridir. London Kral Birliyinin 
üzvüdür. 1936-cı  ildə  təklif  etdiyi  abstrakt  “Tyurinq 
Maşını”  hesablama  maşınını  indiki  zamanda  istifadə 
olunan ümumi təyinatlı kompüter modeli hesab etmək 
olar.  Bu  modeldən  hal-hazırda  nəzəri  və  praktik 
tədqiqatlarda geniş istifadə olunur. A.Tyurinqin əsərləri 
informatikanın  əsaslarını  (qismən  də  süni  intellektual 
nəzəriyyəni) öyrənmək üçün ümumi qəbul edilmiş elm 
xəzinəsidir.  İkinci  Dünya  Müharibəsi  zamanı  A.Tyurinq 
Bletxli-parkda  yerləşən  Dövlət  “Kodlar  və  Şifrələr” 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------112------------------------------------ 
 
məktəbində  işləyir.  Məktəbin  əsas  məqsədi  kodlanmış 
və  şifrələnmiş  informasiyaların  kodunu  “qırmaq”  idi. 
Məktəbdə A.Tyurinq Alamaniyanın hərbi-dəniz flotunun 
göndərdiyi  şifrələnmiş  informasiyanı  kriptoanalız 
aparmaqla  şifrəsini  qırmaq  üçün  yaradılmış  Hut  8 
qrupuna  rəhbərlik  edirdi.  Onun  tərəfindən  bir  neçə 
“sındırma”  üsulları  işlənib  hazırlanmışdı.  Alimin  verdiyi 
təlimatlara  əsasən  hazırlanmış  “Bombe-maşın”  alman 
ordusunda istifadə edilən ENİQMA maşınının şifrələdiyi 
informasiyanı  qısa  bir  müddət  ərzində  “qırırdı”. 
Müharibədən  sonra  alim  Milli  fizika  laboratoriyasında 
işləyir. Onun layihəsi əsasında dünyada ilk yaddaşı olan 
kompüter  hazırlanır.  A.Tyurinq  riyazi  biologiya  ilə 
maraqlanır.  Morfoqenizin  kimyəvi  əsasları  barədə 
məqalə  çap  etdirir.  1950-ci  ildə  kompüterin  süni 
intellektini  qiymətləndirmək  üçün  yararlı  olan  empiriq 
Tyurinq testini təklif edir. 1954-cü ildə A.Tyurinq özünü 
sianid  turşusu  ilə  zəhərləyir.  Hal-hazırda  İngiltərədə 
Alan  Tyurinq  adına  mükafat  təsis  edilmişdir.  Bu 
mükafat  informatika  sahəsində  ən  nüfuzlu  mükafat 
hesab olunur. 
 
Rene Dekart (fransızca Rene Descartes: 31 mart 
1596–ci  il,  Laz  şəhəri,  11  fevral  1650-ci il, Stokholm), 
fransız  fəlsəfəçisi,  riyaziyyatçı,  fizik,  mexanik,  fizioloq, 
analitik  həndəsənin  və  müasir  cəbrin  simvollarının 
yaradıcısı, fəlsəfədə radikal şübhələr üsullarının müəllifi, 
fizikada  mexanisizmin  və  çarçı  refleksologiyanın 
müəllifidir.  Dekart  qədim,  amma  kasıblaşmış  de  Kart 
zadəgan  ailəsində  anadan  olmuşdur.  Uşaqlıq  illərində 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------113------------------------------------ 
 
hər  şeylə  maraqlanması  ilə  qardaşlarından  seçilmişdir. 
İlkin  təhsilini  yezuit  (yezuit-mürtəce  katolik  ruhaniləri 
cəmiyyətinin  üzvü,  katolik  rahibi)  kollecində  almışdır. 
Kollecdə  Maren  Marsen  ilə  tanış  olur  (M.Marsen 
sonralar Fransanın elmi həyatının koordinatoru seçilir). 
Marsen  ilə  tanışlığı  onda  o  zamankı  fəlsəfəyə  skeptik 
(hər  şeydən  şübhələnən  adam,  hər  şeyə  şübhə  ilə 
baxan  adam)  münasibəti  yaradır.  Bu  fəlsəfi  axından 
yararlanan Dekart  özünə  məxsus  metodu  -  həyata 
keçirilən  təcrübələri  deduktiv  (riyazi)  mühakimə  edə 
biləcək dərk etmə metodunu formalaşdırır. 1621-ci ildə 
Dekart  kolleci  bitirdikdən  sonra  Puatyedə  qanunlarla 
maraqlanır,  sonra  isə  Parisə  köçür  və  orada riyazi 
tədqiqatlarla  məşğul  olur.  1617-ci  ildə  hərbi  qulluğa 
daxil  olur  və  əvvəlcə  Hollandiyada  baş  vermiş 
inqilabda,  sonra  isə  Almaniyada  baş  vermiş  inqilabda 
və nəhayət Praqa uğrunda aparılan 30 illik müharibədə 
iştirak  edir.  Hollandiyada  olarkən  o,  görkəmli  fizik  və 
naturfəlsəfəçi  İsaak  Bekman  ilə  tanış  olur.  Bu  tanışlıq 
ona  bir  alim  kimi  yetişməsində  hiss  ediləcək  istiqamət 
verir.  Dekart  bir  neçə  il  Parisdə  yaşayır  və  yaşadığı 
müddətdə  elmi  işlərlə  məşğul  olur.  Bu  ərəfədə  o,  heç 
kimin  fikir  yetirmədiyi  elm  sahəsi  olan 
virtual  sürət 
prinsipini  ixtira  edir.  Sonralar  o  yenə  də  dövlətlər 
arasında  aparılan  müharibə  iştirakçısı  olur.  Fransada 
olarkən kilsə onu yezuitizmlə məşğul olduğu üçün küfr 
adlandırır  və  o,  məcburiyət  qarşısında  qalaraq 
Hollandiyaya köçür. Hollandiyada etibarlı  dostu 
Mersenin  köməyilə  Avropanın  bir  çox  görkəmli  alimləri 
ilə yazışır. Dekart müxtəlif elm sahələrinə yiyələnmişdir, 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------114------------------------------------ 
 
o  cümlədən  təbabət  və  meteorologiya  elmlərini 
dərindən öyrənir. 
 
 
 
Rene Dekart               Qotfrid Vilhelm Leybnis   
 
1634-cü  ildə  alim  özünün  ilk  proqram  kitabını  – 
“Mir” (Le Monde - Dünya) – kitabını tamamlayır. Kitab 
iki  hissədən:  “Kainat  haqqında  traktakt”  və  “İnsan 
haqqında  traktakt”  -  ibarət  idi.  Bu  ərəfədə  artıq  kilsə 
xadimləri tərəfindən inkvizisiya (düşmənləri ilə vəhşi və 
amansız üsullarla mübarizə etmək üçün katolik kilsənin 
XIII  əsrin  əvvəlində  təşkil  etdiyi  məhkəmə-polis 
təşkilatı,  işkəncə,  əzab  vermə)  həyata  keçirilirdi.  Kilsə 
xadimləri  Q.Qalileyi  daima  incidir  və  təhqir  edirdilər. 
Buna  görə  də  Dekart  öz  əsərini sonralar dostu 
Mersenin köməyilə çap etdirir. 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə