Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------124------------------------------------ 
 
ekspert sistemlərdə  məntiqi-linqvistik modellər riyazi 
modellərlə birlikdə istifadə edilir.  
Yeni  informasiya  texnologiyasının  daha  bir  vacib 
xüsusiyyəti bu və  ya digər  predmet  oblastına  aid  olan 
məsələlərə  münasibətdə  proqram sistemlərinin adaptiv 
(uyğunlaşan)  və  çevik (rejimdən-rejimə  keçə  bilən) 
olmasıdır. Bu isə o deməkdir ki, həll edilən məsələnin və 
ya  tanınan  situasiyanın  hansı  model,  hansı  alqoritm  və  
hansı  proqramlar  sistemi  vasitəsilə  gerçəkləşdiyini 
əvvəlcədən söyləmək mümkün deyildir. Məsələn, tibbi 
diaqnoz  qoyulması  üçün  ekspert  sistemindən istifadə 
edilərkən əvvəlcədən söyləmək mümkün deyil ki, ekspert 
sistemin hasil edəcəyi məhsul (nəticə) hansı alqoritm üzrə 
alınacaqdır.  Bu  xüsusiyyət eyni ilə  bütün intellektual 
tətbiqi proqram paketlərinə də xasdır.  
Bəhs edilən süni intellekt sistemlərinin  hamısı 
biliklərə  yönəldilmiş  sistemlər  olduğundan,  süni  intellekt 
sistemlərinin və  yeni  informasiya  texnologiyalarının 
gələcək tərəqqisi  aşağıdakı  üç  əsas nəzəri problemin 
inkişaf etdirilməsini nəzərdə tutur: 
-biliklərin təqdimatı. Bu, süni intellektin mərkəzi 
problemidir; 
-kompüter  linqvistikası. Bu, EHM-lə  təbii dildə 
ünsiyyət  yaratmağı  və  xarici dillərdən avtomatik 
tərcüməni təmin edir; 
-kompüter məntiqi.  Bu,  ekspert  sistemin  inkişafı 
üçün xüsusi əhəmiyyət  daşıyır.  Çünki  bunun  məqsədi 
insan düşüncəsinin, mühakimələrinin modelləşdirilməsi və 
proqramlaşdırmanı sənətdən elmə çevirməkdir.  
 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------125------------------------------------ 
 
 
İNFORMATİKA VƏ SÜNİ İNTELLEKT 
 
 
Artıq  qeyd  edildiyi  kimi,  süni  intellekt,  həlli üçün 
dörd əsas istiqamət üzrə tədqiqat aparılan kompleks elmi-
texniki problemdir. Bugün elmi-texniki tərəqqi sayəsində 
EHM-dən istifadənin  mövcud  texnologiyasından  yeni 
informasiya texnologiyasına və müvafiq olaraq verilənlərin 
emalı  sənayesindən intellektual sistemlər sənayesinə 
keçid baş verir. 
Süni intellekt problemləri üçün sözügedən elmi 
istiqamətlər barədə  bir qədər  ətraflı  dayanmağa  ehtiyac 
vardır. 
İnsan fəaliyyətinin müxtəlif sferalarına, o cümlədən, 
idarəetmə  sistemlərinə, yeni texniki sistemlərin 
layihələşdirilməsinə və qurulmasına hesablayıcı texnika və 
robotların  kütləvi  şəkildə  tətbiqi süni intellekt üzrə 
tədqiqatları  ön  plana  keçirərək,  əslində, intellektual 
sistemlər sənayesinin bərqərar  olmasına  gətirib 
çıxarmışdır.  Bu  prosesin  sürətlənməsində  5-ci nəsil EHM 
yaradılmasına  dair  Yaponiya  proqramının  (1979-cu il) və 
1983-cü ildə ABŞ-da strateji kompüter proqramının qəbul 
edilməsi  mühüm  rol  oynamışdır.  Müvafiq  proqramlar 
İngiltərə, Fransa, Almaniya və digər Qərbi Avropa ölkələri 
tərəfindən də qəbul edilmişdir. 
”Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  (QİYŞ)  üzvü  olan 
ölkələrin 2000-ci ilə  kompleks elmi-texniki tərəqqisi 
proqramında”  ilk  prioritet  istiqamət olan ”Xalq 
Təsərrüfatının  elektronlaşdırılması”nda  süni  intellekt 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------126------------------------------------ 
 
prinsiplərindən istifadə  edilməklə  saniyədə  10 milyard 
əməliyyat icra edən yeni nəsil super-EHM yaradılması ön 
planda dururdu. Bu proqramda xüsusilə  mürəkkəb elmi 
məsələlərin həllində,  iqtisadiyyatın  idarə  edilməsində, 
verilənlər  bazalarının  yaradılmasında  istifadə  edilən 
maşınla  insan  arasında  mükəmməl ünsiyyət vasitələrinin 
yaradılması məqsəd olaraq təyin edilmişdi.  
Süni intellekt sahəsində  görülən  işlərin  inkişafını 
aşağıdakı məlumatlar əyani olaraq göstərir. Belə ki, 1985-
ci ildə  ABŞ,  Qərbi Avropa və  Yaponiya  bu  iş  üçün  350 
milyon dollar xərcləmişdi.  1990-cı  ildə  isə  süni intellekt 
sahəsinə  19 milyard dollar xərclənmişdi  ki,  bunun  da  12 
milyardı ABŞ-ın, 5 milyardı Yaponiyanın, 2 milyardı Qərbi 
Avroa ölkələrinin payına düşmüşdü. Göründüyü kimi, süni 
intellektin  inkişafına  vəsait  qoyuluşunun  artım  tempi 
iqtisadiyyatın heç bir sahəsində müşahidə edilməmişdir.  
Süni intellektə  həsr  edilmiş  çoxsaylı  nəşrlər və 
keçirilmiş  irimiqyaslı  konfranslar  mühüm  əhəmiyyət 
daşımışdır. 
Süni intellekt sahəsi üzrə  kadr  hazırlığı  da  qabaqcıl 
ölkələrin diqqət mərkəzində olmuşdur. 
Süni intellekt sahəsində 
aparılan 
tədqiqat 
istiqamətləri aşağıdakılardır: 
Birinci istiqamət  -  EHM-də  yaradıcılıq  proseslərinin 
ayrı-ayrı  funksiyalarının  (məsələn, oyun məsələlərinin 
(şahmat, dama, domino və s) həlli, teoremlərin avtomatik 
isbatı,  proqramların  avtomatik  sintezi,  musiqi  əsərlərinin 
təhlili və sintezi və s.) modelləşdirilməsi; 
İkinci istiqamət - EHM-in xarici (xarici, o mənada ki, 
intellektual sistemlər ilk mərhələdə  mövcud  arxitekturalı 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------127------------------------------------ 
 
EHM-lər, o cümlədən, fərdi EHM-lər üçün əlavə  qurğu 
şəklində  quraşdırılırdı)  intellektuallaşdırılması:  kompleks 
dialoq interfeysinə aid fundamental və tətbiqi tədqiqatlar; 
Üçüncü istiqamət 

EHM-in daxili 
intellektuallaşdırılması:  süni  intellekt  prinsipləri ilə 
qurulmuş və səmərəli intellektual sistemlər qurmaq üçün 
nəzərdə tutulan yeni arxitekturalı hesablayıcı maşınlar; 
Dördüncü istiqamət  -  robotların  məqsədyönlü 
davranışı (insan tərəfindən qoyulmuş məqsədlərə çatmaq 
üzrə  əməliyyatları  sərbəst  şəkildə  icra etməyə  qabil olan 
intellektual robotların yaradılması); 
Beşinci istiqamət - yerdə, havada və suda fəaliyyət 
göstərmək üçün nəzərdə tutulan sərbəst işləyən nəqliyyat 
vasitələri  (Adətən  beşinci  istiqamət xüsusi olaraq 
ayrılmır).  
Birinci istiqamət  digər istiqamətlərdən  əvvəl 
inkişaf  etdiyindən ”süni intellekt” termini də  bu 
istiqamətdə yaranmışdır. 
İkinci  istiqamət  hal-hazırda  daha  coşqun  inkişaf 
edir və  praktiki  olaraq  süni  intellektin  daha  vacib  inkişaf 
istiqamətidir. Süni intellekt, sözün həqiqi mənasında, 
avtomatlaşdırılmış 
planlaşdırma 
sistemlərinin, 
avtomatlaşdırılmış  idarəetmə  sistemlərinin, avtomatik 
layihələşdirmə sistemlərinin, elmi tədqiqat sistemlərinin və 
istehsalın 
operativ 
idarə 
edilməsi sistemlərinin 
səmərəliliyini kəskin  şəkildə  yüksəltmişdir.  Səmərəliliyin 
bu cür kəskin  artımı  son  istifadəçinin  işinin  süni  intellekt 
sayəsində intensivləşməsi ilə bağlıdır.  
Predmet  oblastı  mütəxəssisi təbii dilin bir bölməsi 
olan öz peşə dili hüdudlarından kənara çıxmamaqla:  


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə